Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1461/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququna xitam verilməsi və vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(067)-68/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Yergüc kəndində mərhum X4 məxsus olmuş 2 mərtəbəli ev tikilisinin və həmin ev tikilisinin yerləşdiyi 0,31 ha həyətyanı torpaq sahəsində ifadə olunmuş miras əmlakını, qanun üzrə vərəsə X2 tərəfindən mirasın qəbul etmə müddətini ötürdüyü səbəbindən vərəsəlik hüququna xitam verilməsi, X1 Xaçmaz rayonu, Yergüc kəndindəki 2 mərtəbəli ev tikilisi və həmin ev tikilisinin yerləşdiyi 0,31 ha torpaq sahəsindəki payına Cavabdeh adına tərtib edilmiş 01 mart 2006- cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-68/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Sərxan Səmədzadə) İddiaçı (vəkil və nümayəndə Vəkil1) qətnamədən apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-68/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin elektron qaydada verilməməsi əsası ilə qeyri-mümkün hesab olunaraq geri qaytarılmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-68/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-68/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən olan apelyasiya şikayətini 28 dekabr 2022-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Xaçmaz Rayon Məhkməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğundan məlumatı olmadığı üçün şikayəti elektron kabinetlə göndərməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-68/2022 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir (hakim Sərxan Səmədzadə). İddiaçının vəkili və nümayəndəsi Vəkil1 şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(067)- 68/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Şikayətin əsas dəlili ondan ibarətdir ki, Xaçmaz Rayon Məhkməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğundan məlumatı olmadığı üçün şikayəti elektron kabinet vasitəsilə göndərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Belə ki, elektron məhkəmə informasiya sistemdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2019-cu ildən etibarən elektron kabineti mövcuddur və o, 2(067)- 68/2022 nömrəli iş mülki iş üzrə proses iştirakçısı kimi əlavə edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfin təqsiri ilə əlaqədar ötürülmüşdür. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(067)-68/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(067)-68/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1461/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1461/2023
11.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver