Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1482/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh3 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Abşeron rayonu Xırdalan Bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X7rşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-349/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-349/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Abşeron rayon Xırdalan Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair (xx.xx.2007-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində 1440/07 nömrəsi ilə qeydiyyatdan keçmiş) aktın etibarsız hesab edilməsi, bununla əlaqədar Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh3 adına xx.xx.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində yerləşən 0,0498 ha torpaq sahəsinin 1/2 hissəsinə görə verilmiş Seriya RX 0929530, reyestr nömrəsi **********01 olan Çıxarışın ləğv edilməsi, Abşeron rayon Xırdalan Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair (xx.xx.2007-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində 1439/07 nömrəsi ilə qeydiyyatdan keçmiş) aktın etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH, ******* saylı, reyestr nömrəsi **********30-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi Tofiq İsmayılov küçəsində 24 (104) ünvanında yerləşən və yuxarıda göstərilən çıxarışlara görə ümumi sahəsi 0,1048 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iş üzrə məhkəmə xərcini təşkil edən 127,15 (bir yüz iyirmi yeddi manat, on beş qəpik) manat məbləğində pulun Cavabdeh1 tutularaq, aşağıdakı hesaba ödənillməsi : Valyuta: AZN, Benefisiarın Bankı: Kapital Bank ASC Xətai filialı, Filialın Kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, Benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN: ********** qət edilmişdir. (hakim Habil Əhmədov) Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Abbasova X2 Fətəli Rəhim oğluna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1440/07 saylı torpaq sahəsinin alqı- satqısına dair aktın etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh1 verilmiş Seriya MH, №0028136 saylı Çıxarışın ləğv edilməsi, həmin Çıxarışda göstərilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X11 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmə işin faktiki hallarını nəzərə almamış işi birtərəfli qiymətləndirməklə səhv nəticəyə gəlmişdir. İlk öncə məhkəmə iclas dövründə cavabdehə məhkəmə iclasında iştirak etməyi barədə hər hansı bir bildiriş və ya xəbərdarlıq göndərməmiş, işə onun iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir ki, bu da cavabdehi müəyyən prosessual hüquqlardan məhrum etmişdir. Həmçinin, məhkəməyə iddia müddətinin tətbiqi barədə verdiyi vəsatətinə məhkəmə hər hansı bir münasibət bildirməmişdir. Əgər bildirsəydi bu barədə məhkəmə qətnaməsində hər hansı bir qeyd olmalı idi. İddiaçı izahatında torpaq sahəsinin satılmasından və onun sənədləşdirilməsindən xəbəri olmamasını bildirmişdir. Bu izahatında göstərdikləri doğru deyil, çünki məhkəmə qətnaməsində göstərilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, № 0027297, reyestr nömrəsi **********30-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Tofiq İsmayılov küçəsində mülkiyyətində olan 0,055 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50,73 kv.m. yaşayış, 49,8 kv.m. köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı öz adına reyestrdən xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışı alması bələdiyyə tərəfindən “onun torpağını özünə” satılmasından xəbəri olmamasını əsaslandırmağa çalışdığı izahatını tamamilə alt-üst edir. Tutaq ki, İddiaçı Xırdalan bələdiyyəsinin torpağını özünə satmasından xəbəri olmayıb. Bəs dövlət reyestrindən bu sənədləri kim təqdim etməklə onun adına çıxarış alıb. Tələbə görə bu barədə olan sənədləri ya vətəndaş özü şəxsən, ya da etibarnamə əsasında təmsil olunduğu nümayəndəsi vasitəsi ilə təqdim etməli idi. İddiaçı 2009-cu ildə reyestrdə qeydiyyatdan keçirilmiş əmlaka görə 2019-cu iddia qaldırması ilə iddia müddətini ötürmüşdür. Qanunun tələbinə görə bu mübahisələrə görə iddia müddəti 6 ildir. Məhkəmə iddia müddətinin tətbiqinə dair verdikləri ərizəni nəinki tətbiq etməmiş, hətta qətnamədə buna qiymət belə verməmişdir. Bundan başqa Cavabdeh1 da sözügedən torpaq sahəsinə dair reyestrdən şəxsən özü təqdim etməklə sənədləri verməklə bu barədə öz adına çıxarış almışdır. Cavabdeh1 iddianı qəbul etməsini məhkəmə nəzərə almamalı idi, çünki bu iddianı qəbul etmə Cavabdeh3 hüquqlarının pozulmasına gətirib çıxarır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1339/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 0.0498 ha torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinə ½ hissədə Cavabdeh1, ½ hissədə isə iddiaçı Cavabdeh3 payı müəyyən edilmişdir. Bu barədə olan məhkəmə qətnaməsinin də müəyyən etdi hissəsinin 4-cü abzasında qeyd olunur ki, cavabdeh heç kimdən pay istəməmiş, iddianı qəbul etmiş, ümumi paylı mülkiyyətdə olan əşyadan payların naturada ayrılmasına etiraz etməmişdir. Bu qətnamələr qanunu qüvvəyə minmişlər. Abşeron Rayon Məhkəməsi hazırki qətnaməsində bu əvvəlki qərarlara ümumiyyətlə toxunmamış, qətnamə əsasında müəyyən edilən hüququn hansı səbəbdən ləğv edilməsini əsaslandırmamışdır. Məhkəmə qətnaməsində mübahisəli torpağın İddiaçı mülkiyyət hüququ üzrə məxsusluğunu araşdırmamışdır Məhkəmə qətnaməsində istinad etmişdir ki, iş materiallarında olan Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi 4-cu küçəsində yerləşən 3 yaşayış otağından, yaşayış sahəsi 52,2 m2, köməkçi sahəsi 24,3m2 olan 104 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyətinin 066 saylı, xx.xx.1997-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyata alınmış, bu barədə reyestr kitabında 14342 nömrəli qeydiyyat aparılmışdır. Göründüyü kimi İddiaçı mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş hər hansı bir torpaq sahəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. İddiaçı belə bir dövlət reyestrindən qeydiyyatdan keçən əmlakı barədə heç bir sənədi təqdim etməmişdir. İddiaçı torpaq sahəsi üzərində olan tikilinin qeydiyyatdan keçməsinə dair sənəd təqdim etsə də müvafiq topraq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı bir çıxarışı məhkəməyə təqdim etməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Tofiq İsmayılov küçəsində 35 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50,73 kv.m. yaşayış, 49,8 kv.m. köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Abbasova Güİbəs İsmayıl qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındığından İddiaçı yalnız həmin 0,055 ha torpaq sahəsi ilə bağlı iddia irəli sürə bilərdi. Həmçinin məhkəmə İddiaçı “mülkiyyətində” olan torpaq sahəsi ilə bağlı bələdiyyə tərəfindən alqı-satqıya gedərkən bu barədə bələdiyyəyə razılıq ərizəsi verib verməməsini də araşdırmamışdır. Bu barədə sorğu verilməklə bələdiyyənin arxivindən sənədlər götürülməli və İddiaçı sözügedən torpaqla bağlı hansı münasibət göstərməsi aydınlaşdırılmalıdır. Bütün bunlardan başqa məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəni təmin etməklə iddianı rədd etməli idi. Həmçinin məhkəmə qətnaməsində göstərmişdir ki, mübahisəli torpağı bələdiyyə alqısatqı yolu ilə satması üçün ilk öncə torpağın bələdiyyə mülkiyyətinə daxil olmasi gərəkdir. Yəni hər hansı torpaq sahəsi bələdiyyə tərəfindən özgəninkiləşdirilməmişdən öncə, həmin torpağın bələdiyyə mülkiyyətində olması gərəkdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" xx.xx.1999-cu il tarixli, 771-iQ saylı Qanununun 2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yer quruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. "Bələdiyyələrin əraziləri və torpaqları Haqqında" Azərbaycan Respublikası xx.xx.1999-cu il tarixli, 771-İQ saylı Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 237 saylı Fərmanının 2-ci bəndində göstərilir ki, "...həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nm səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Bununla əlaqədar məhkəmə qeyd edir ki, digər Bələdiyyələrin əraziləri kimi Abşeron rayon Xırdalan bələdiyyəsinin də ərazisinə daxil olan torpaqlar və onların sərhədləri, ölçüləri qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilərək, bələdiyyəyə müvafiq sənədlər əsasında təhvil verilməli idi. Bundan sonra isə bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata aldırmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı Dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların Dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın Dövlət reyestrində həyata keçirilir. Məhkəmə prosesi gedişində mülki iş üzrə cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin nümayəndəsinə sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həqiqətən Xırdalan bələdiyyəsi üçün ayrılmasını təsdiq edən sənədlərin və digər sübutların məhkəməyə təqdim edilməsi dəfələrlə təklif edilsə də sonuncu bu sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA, N20055155, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları olan 470 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi xx.xx.2010-cu il tarixdə Dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi Xırdalan bələdiyyəsi özünün mülkiyyət huququnu Dövlət qeydiyyatına 2010-cu il tarixdə aldırmış, lakin sözügedən alqı-satqı müqavilələrini 2007-ci ildə, yəni mülkiyyət huququnu Dövlət reyestrində qeydiyyata aldırmamışdan qabaq bağlamış, bununla da qanunverciliyin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakin daşınmaz əmlakın Dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir .Məhkəmə hüquq normalarını sadalasa da bu normalar İddiaçı iddiasının təminin olunmaması, yəni rədd edilməsi üçün əsas olduğu halda məhkəmə iddianı təmin etməkdə səhvə yol vermişdir, çünki həmin torpaq sahəsi İddiaçı mükiyyətində olmamış, onun evinin yerləşdiyi tikilinin torpaq sahəsinə düşməmişdir. Bələdiyyə tərəfindən təqdim olunmuş sənədlərdə isə həmin ərazilərin bələdiyyə mülkiyyəti olmasına dair plan-ölçü-xəritə də bələdiyyə nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsi tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmayan hüquq normasını tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-349/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X12 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə qanuni və əsaslıdır, apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-349/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinin nümayəndəsi X17 izahatında iddia tələbini qəbul etmədiklərini qeyd edərək bildirdi ki, sözügedən torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş müvafiq sənədlər əsasında Xırdalan Bələdiyyəsi üçün ayrılmış, torpaq sahəsi vətəndaşa onun müraciəti və bələdiyyənin verdiyi daxili qərar əsasında satılmışdır. Qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh1, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavadedh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakıçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-349/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatıda haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, №0027297, reyestr nömrəsi **********30-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Tofiq İsmayılov küçəsində mülkiyyətində olan 0,055 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50,73 kv.m. yaşayış, 49,8 kv.m. köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestri kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, №0028136, reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009cu il olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 0,0498 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestri kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX Abşeron rayon Ərazi İdarəsinin verdiyi Torpaq sahəsinin plan və ölçündən görünür ki, onun verilməsi üçün əsas Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1440/07 nömrəli təsdiq etdiyi torpaq sahəsinin alqısatqısına dair aktı, Abşeron rayon Xırdalan Bələdiyyəsi xx.xx.2007-ci il tarixli, 140 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı, DTXK Abşeron rayon şöbəsi, xx.xx.2007-ci il tarixli 2244 nömrəli Torpaq sahəsinin plan və ölçüsü olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi reyestr nömrəsi **********30-10301, tərtib edilmə tarixi xx.xx.2009-cu il olan daşınmaz əmlakın texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 100,53 kv.m.,1 mərtəbədən, 3 yaşayış otağından, yaşayış sahəsi 50,73 kv.m., köməkçi sahə 49,80kv.m., tikintialtı sahə 112,60 kv.m, torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsi 0,0550 ha İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi 4-cü küçəsində yerləşən 3 yaşayış otağından, yaşayış sahəsi 52,2m2, köməkçi sahəsi 24,3m2 olan 104 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyətinin 066 saylı, xx.xx.1997-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyata alınmış, bu barədə reyestr kitabında 14342 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus Quşçuluq yaşayış massivi, 4cü küçə, ev 104-də yerləşən evin 3 yaşayış otağı vardır, ümumi sahəsi 76,5 m2, yaşayış sahəsi 52,2 m2, köməkçi sahəsi 24,3 m2, torpaq sahəsinin faktiki 1195,6 m2, tikinti altı sahə 106,5 m2, yaşayış evinin tikildiyi il 1988-ci ildir. İş materiallarında olan Cavabdeh1, Abşeron rayon Xırdalan bələdiyyəsinin və Abşeron rayon Torpaq şöbəsinin iştirakı ilə xx.xx.2007-ci il tarixdə tərtib edilmiş torpağın alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh1 Abşeron rayon Xırdalan bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Xırdalan bələdiyyə ərazisində 550 kv.m. torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli qərar qəbul edilmişdir. Akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx.xx.2007-ci tarixdə, 1440/07 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı, Abşeron rayon Xırdalan bələdiyyəsinin və Abşeron rayon Torpaq şöbəsinin iştirakı ilə 31,07.2007-ci il tarixdə tərtib edilmiş torpağın alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh1 Abşeron rayon Xırdalan bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Xırdalan bələdiyyəsi ərazisində 550 kv.m. torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli qərar qəbul edilmişdir. Akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx.xx.2007-ci tarixdə 1439/07 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 6140 saylı rəyinin surətindən görünür ki, Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 145 saylı sərəncamına əsasən İddiaçı alqı-satqı predmeti olan 550 kv.m. olmaqla fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə müvafiq hüquqi sənəd verilməsinə etiraz etmir. İş materiallarında olan Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 145 nömrəli sərəncamının surətindən görünür ki, bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı Quşçuluq yaşayış massivində uzun illər istifadə etdiyi, üzərində fərdi yaşayış evi tikdiyi 550 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyinin surətindən görünür ki, Xırdalan bələdiyyəsindən Cavabdeh1 500 kv.m., İddiaçı 550 kv.m. olmaqla uzun müddət istifadələrində olan torpaq sahələrini fərdi yaşayış evi tikintisi məqsədilə onların mülkiyyətinə verilməsi barədə məktubuna baxılmışdır. Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 480 saylı məktubundan sonra istənilən torpağa komissiya vasitəsilə baxış keçirilmiş, ərazilərin tikinti altında olduğu müəyyən olunmuşdur. Həmin torpağın alqı-satqı predmeti olması nəzərə alınaraq DTXK-nin Abşeron rayon şöbəsi torpağın vətəndaşlara satılmasına etiraz etməmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2007-ci tarixli, 196/1 saylı Xırdalan bələdiyyəsinin müraciətinə əsasən vətəndaşlara uzun müddət istifadə etdiyi faktiki tikinti altında olan torpaq sahəsinin sənədləşdirilməsinə dair rəyinin surətindən görünür ki, Xırdalan bələdiyyəsinin 479 saylı, xx.xx.2007-ci il tarixli müraciətinə əsasən vətəndaşlara Xırdalan şəhəri ərazisində uzun müddət istifadə etdiyi faktiki tikinti altında olan torpaq sahəsinin sənədləşdirilməsi məsələsinə Memarlıq və Tikinti şöbəsində baxılaraq o cümlədən Cavabdeh1 500 kv.m., İddiaçı oğluna 550 kv.m. faktiki tikinti altında olan torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX, № ******* nömrəli, reyestr nömrəsi **********01 olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 0,0498 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ ilə 1/2 hissədə Cavabdeh3 adına, 1/2 hissədə isə Cavabdeh1 adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10 xx.xx.2019-cu il tarixli, **********57 saylı cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində yerləşən 0,0498 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə **********01 (Seriya MH 0028136) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Abşeron rayon Xırdalan Bələdiyyəsinin təsdiq etdiyi xx.xx.2007-ci il tarixli 1440/07 nömrəli torpaq sahəsinin alqı-satqısına dair aktına, Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2007- ci il tarixli, 140 saylı sərəncamına və DTXK-nin Abşeron rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, AN ******* nömrəli Torpaq sahəsinin plan və ölçüsünə əsasən). Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1339/2016 saylı qətnaməsinə əsasən həmin torpaq sahəsinə ½ hissədə Cavabdeh3, ½ hissədə isə Cavabdeh1 payı müəyyən edilmişdir. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində yerləşən 0,0498 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə **********01 (seriya RX 0929530) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 400 saylı cavab məktubundan görünür ki, bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixdə İddiaçı 550 kv.m. və Cavabdeh1 isə 500 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədilə satılmışdır. Dövlət Torpaq və Xərifəçəkmə Komitəsi tərəfindən 2003-cü il fevral ayına çöl tədqiqat işləri aparılmış və həmin ilin mart ayında Xırdalan bələdiyyəsinin ərazisində olan torpaqların yer quruluşu planı tərtib olunmaqla, bütün növ torpaqlar bələdiyyəyə təhvil verilmişdir. Sonradan xx.xx.2010-cu il tarixdə isə Xırdalan bələdiyyəsinin bütün yaşayış məntəqəsi torpaqlarını əhatə etməklə mülkiyyət hüququna dair reyestrdən çıxarış da verilmişdir. İş materiallarında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0055155, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il olan Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları olan 470 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********13 saylı mütəxəssis rəyindən görünür ki, kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən məlum oldu ki, DƏDRX-nin Abşeron rayon X15 MH, ******* saylı, xx.xx.2009-cu il tarixli Cavabdeh1 çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 0,0498 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə DƏDRX-nin Abşeron rayon X15 MH, ******* saylı, xx.xx.2009- cu il tarixli çıxarışına əsasən Daşınmaz Əmlakın Texniki Pasportunda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, T.İsmayılov küçəsində İddiaçı xüsusi mülkiyyətində olan 0,055 ha torpaq sahəsində yerləşən üç otaqlı, yaşayış sahəsi 50,73 m2, köməkçi sahəsi 49,8m2 24 saylı evin yerləşdiyi torpaq sahəsinin situasiya planına əsasən üst-üstü düşmədiyi göstərmişdir. Eynj zamanda Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı X6 tərtib etdiyi Xırdalan şəhəri ərazisində mülkiyyətçiyə (istifadəçiyə) ayrılmış torpaq sahəsinin planında olan qeyddən görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0,1092 ha-dır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il Qərarına əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Abşeron rayon Xırdalan Bələdiyyəsi sözügedən torpaq sahələrini iş üzrə İddiaçı və Cavabdeh1 satmazdan əvvəl həmin torpaq sahəsinin onun mülkiyyətinə verilibverilməməsi məsələsini araşdırmalı idi. Belə ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin mal-qarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Həmin maddənin 2-ci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Həmin maddənin 3-cü bəndinə görə isə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Müəyyən edilmişdir ki, qanunvericilik bələdiyyənin mülkiyyətinə verilmiş torpaqların konkret dairəsini müəyyən edərək, onu dövlət və xüsusi mülkiyyətə daxil olan torpaqlardan ayırır. Eyni zamanda bələdiyyə torpaqlarını ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayırır ki, bundan da sonuncu kateqoriyaya daxil torpaqların Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilməsi imkanını nəzərdə tutur. Lakin bunun üçün ilk öncə torpağın bələdiyyə mülkiyyətinə daxil olması gərəkdir. Yəni hər hansı torpaq sahəsi bələdiyyə tərəfindən özgəninkiləşdirilməmişdən öncə, həmin torpağın bələdiyyə mülkiyyətində olması gərəkdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" xx.xx.1999-cu il tarixli, 771-İQ saylı Qanununun 2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yer quruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 771-İQ saylı Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 237 saylı Fərmanının 2-ci bəndinə əsasən «...həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər...". Məhkəmə qeyd etmişdir ki, digər bələdiyyələrin əraziləri kimi Abşeron rayon Xırdalan bələdiyyəsinin də ərazisinə daxil olan torpaqlar və onların sərhədləri, ölçüləri qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilərək, bələdiyyəyə müvafiq sənədlər əsasında təhvil verilməli idi. Bundan sonra isə bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata aldırmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İş materiallarından görünür ki, mülki iş üzrə cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin nümayəndəsinə sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həqiqətən Xırdalan bələdiyyəsi üçün ayrılmasını təsdiq edən sənədlərin və digər sübutların məhkəməyə təqdim edilməsi dəfələrlə təklif edilsə də sonuncu bu sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0055155, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları olan 470 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi xx.xx.2010-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi Xırdalan bələdiyyəsi özünün mülkiyyət hüququnu dövlət qeydiyyatına 2010-cu il tarixdə aldırmış, lakin sözügedən alğı-satqı müqavilələrini 2007-ci ildə, yəni mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmamışdan qabaq bağlamış, bununla da qanunverciliyin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il Qərarından deyilir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. 6-cı bəndinə əsasən torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. 10-cu bəndində göstərilmişdir ki, qeyd edilsin ki, bələdiyyələr yalnız "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulan qaydada ayrılıb onlara təhvil verilmiş torpaq üzərində mülkiyyət hüququnu həyata keçirə bilər və məhz bu torpaqlar barədə mübahisə edə bilərlər...". Məhkəmə qeyd etmişdir ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yer quruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Göründüyü kimi qanunverici vətəndaşa özünün qanuni istifadəsində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq hüququnu tanımışdır. Lakin sözügedən Qanununda bunun üçün son müddət müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsindən və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sözügedən torpaq sahəsi İddiaçı qanuni istifadəsində olmuşdur. Üstəlik torpaq sahəsinin ölçüləri və planı da sözügedən texniki pasportda əks olunmuşdur. Belə olan halda qanunverciliyin tələbinə əsasən İddiaçı müvafiq ərizə ilə qanuni istifadəsində olan həyətyanı sahəni öz adına xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyatdan keçirmək hüququ vardır. Qeyd edildiyi kimi "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununda bunun üçün son müddət müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, İddiaçı həmin hüququnu itirməmişdir. Məhkəmə eləcə də qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci və 139-1.1.8-ci maddələrinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdmlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanının 1-ci bəndinə və ona əlavə edilmiş Siyahının 2-ci və 2.4-cü bəndlərinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənəddir. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********13 saylı mütəxəssis rəyinə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş sual tam cavablandırılmamışdır. Mütəxəssis yalnız DƏDRX-nin Abşeron rayon X15 MH, ******* saylı, xx.xx.2009-cu il tarixli Cavabdeh1 verilən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 0,0498 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə DƏDRX-nin Abşeron rayon X15 MH, ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarışına əsasən Daşınmaz Əmlakın Texniki Pasportunda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, T.İsmayılov küçəsində İddiaçı xüsusi mülkiyyətində olan 0,055 ha torpaq sahəsində yerləşən üç otaqlı, yaşayış sahəsi 50,73 m2, köməkçi sahəsi 49,8m2 24 saylı evin yerləşdiyi torpaq sahəsinin situasiya planına əsasən üst-üstə düşmədiyini göstərmiş, sualın DTİ və MHQİ-nin xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçəsində yerləşən üç yaşayış otaqlı, yaşayış sahəsi 52,2m2, köməkçi sahəsi 24,3mü 104 saylı evin yerləşdiyi torpaq sahəsinə münasibətdə olan hissəsini cavablandırmamış və sualın bu hissəsini hansı səbəbdən cavablandırmadığını əsaslandırmamışdır. Bununla belə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı X16 tərtib etdiyi Xırdalan şəhəri ərazisində mülkiyyətçiyə (istifadəçiyə) ayrılmış torpaq sahəsinin planında olan qeyddən görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0,1092 ha-dır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun ıfjjulki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. "İnsan hüquqlarının və X3 haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyant apelyasiya şikayətlərinin dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa müəyyən olunur ki, apelyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə qətnaməsində qiymət verilmiş, iş materialları ilə təkzib edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmuu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-349/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1482/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1482/2020
16.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver