Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1486/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-100/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-100/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Rehman oğlunun Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi barədə iddiası təmin edilib, Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbi təmin edilib, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 tərəfindən boşaldılıb ona təhvil verilməsi qət edilmiş, Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamədən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-100/2019 saylı qətnaməsinin ləğv edilib, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahilş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(105)- 2507/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti təmin olunmamış və Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-100/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qətnamədən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(102)-182/2021 saylı qərarı ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdikləri kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(105)- 2507/2019 saylı qətnaməsi ilk iddianın Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmış və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edib, ilkin iddia tələbinin rədd edilməsi, hərrac protokolunun etirbarsızlığı, onun əsasında İddiaçı verilən çıxarışın, İddiaçı və X9 arasında bağlanmış alqı-satqı müqaviləsinin, ona əsasən X5 adına olan çıxarışın etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 qarşılıqlı tələbin dəqiqləşdilməsi barədə ərizə verib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən İddiaçı və X5 adına verilmiş çıxarışların ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 14 yanvar 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, 60, 71-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahilş etmişlər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili A.S.Məmmədov apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs M.V.Vəliyev, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt “Asan Xidmət” mərkəzi notariat ofisi, DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi, Abşeron rayon İcra və probasiya şöbəsi və «X3» MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd olunan tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(102)-182/2021 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(105)-2507/2019 saylı qətnaməsi ilk iddianın Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissədə ləğv edilmiş və həmin hissədə işin halları yoxlanması üçün yeni apelyasiya baxışına qaytarılmışdır. Ona görə də, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın «Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» hissəsində araşdırılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsi Cavabdeh1 Əlibala qızının adına daşınmaz əmlakin dövlət reyestrində **********47 reyestr nömrəsi ilə 07.03.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 17 iyul 2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 Əlibala qızı özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. “xxxx” MMC-nin 27 mart 2018-ci il tarixli məktunundan görünür ki, Cavabdeh1 Əlibala qızına məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilmiş və bazar dəyəri 18,750 manat müəyyən edilmişdir. İddiaçı 04 aprel 2018-ci il tarixli ərizəsindən müəyyən edilir ki, Kərimov X6 Şövkət Əlibala qızına məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin Cavabdeh1 Əlibala qızının ona borclu olduğu pulun əvəzinə sənədləşdirilərək ona verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 01 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 Əlibala qızına qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı və Cavabdeh1 Əlibala qızı arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarsız hesab edilməsi, Cavabdeh1 Əlibala qızından 10200 (on min iki yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 7 dekabr 2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 01 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 01 iyul 2016-cı il tarixli icra sənədi icraya yönəldilmiş, icra sənədi könüllü qaydada icra edilmədiyindən məcburi icra tədbiri qaydasında tələb borclu Cavabdeh1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə yönəlmişdir. Bu məqsədlə Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı əsasında Cavabdeh1 Əlibala qızına məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, İcra məmurunun 10 aprel 2018-ci il tarixli məktubu ilə tələbkar İddiaçı Cavabdeh1 Əlibala qızına məxsus olan həmin torpaq sahəsinin qiymətləndiricinin qərarı ilə 18750 manat dəyərində olmaqla İcra haqqında Qanunun 53.1 maddəsinə əsasən ona təklif olunduğu bildirilmişdir. İcra məmurunun 10 aprel 2018-ci il tarixli borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi barədə qərarı icra edilməsi üçün DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə göndərilmiş, 11 may 2018-ci il tarixli, ******* saylı çıxarışla mübahisəli torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. 16 may 2016-cı il tarixli , ******* saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı həmin torpaq sahəsini X1. İddiaçı mülkiyyət hüququ 11 may 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hal-hazırda onun həmin torpaq sahəsindən qanuni istifadəsinə cavabdehlər tərəfindən maneçilik yaradılır. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-100/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilib, Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbi təmin edilərək, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsi Cavabdehlər Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 tərəfindən boşaldılıb ona təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 324.1, 324.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsində iddiaçı tərəfin hər hansı qanuna zidd hərəkəti müəyyən edilmədiyindən, habelə ilkin iddiaçı ilə müstəqil tələb irəli sürən şəxsin arasında mübahisəli torpaq sahəsinin alqı-satqısının etibarsız hesab edilməsinin əsasları müəyyən edilmədiyindən,reyestrin həqiqiliyi prizumpsiyasına əsasən müstəqil tələb irəli sürən şəxsin iddiası əsaslı olmaqla təmin edilmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(102)-182/2021 saylı qərarı ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdikləri kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(105)- 2507/2019 saylı qətnaməsi ilk iddianın Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissələrində ləğv etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə dair hissədə MPM-nin 220-ci maddəsinin tələblərinə zidd olaraq qəbul etdiyi qətnaməni əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (Mülki Məcəllə 324.1) Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (Mülki Məcəllə 324.2) Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (Mülki Məcəllə 140) Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. (Mülki Məcəllə 5.3) Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. (Mülki Məcəllə 560.1) Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Mülki Məcəllə 560.2) Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. (Mülki Məcəllə 16.1) Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllə 666) Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər. (Mülki Məcəllə 667.1 - 667-3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdləri pərdələmək məqsədilə bağlanır. Lakin bağışlama müqaviləsinin görünüş üçün, başqa əqdi pərdələməklə bağlandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır, onun yalan olması kifayət qədər güclü və biri-biri ilə uzlaşan sbutlarla təsdiq olunmalıdır. Mülkiyyətçinin yalnız başa şəxsin qarşısında pul öhdəliyinin olması faktı onun bağladığı bağışlama müaviləsinin yalan olması barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, başqasının pul öhdəliyinin mülkiyyətçi öz əmlakı üzərində sərəncam vermək hüququndan, həmçinin əmlakını başasına hədiyyə etmək hüququndan məhrum olmur, o, öz əmlakını başqasına hədiyyə edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 220.1 və 220.4-cü maddələrinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci insansiyası məhkəməsinin qətnaməsi bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində MPM-nin 220-ci maddəsinin tələblərinə zidd olaraq qəbul etdiyi qətnaməni əsaslandırmamışdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, ilk iddia tələbi Cavabdeh1 Əlibala qızı ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-100/2019 saylı qətnaməsi ilkin iddianın – «Cavabdeh1 Əlibala qızı ilə Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin» hissəsində ləğv edilsin. İlk iddia tələbi təmin edilsin. Cavabdeh1 Əlibala qızı ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1486/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1486/2021
20.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver