Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1491/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlakların qiymətləndirilməsi, çəkilmiş xərclərin ümumi miras payından çıxılması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "miras əmlakların qiymətləndirilməsi, miras qoyanın sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi, idarə edilməsi və digər xərclərin ümumi miras payından çıxılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-117/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakının qiymətləndirilməsi, miras qoyanın sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi, idarə edilməsi və digər xərclərin ümumi miras payından çıxılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 həyat yoldaşı İsmayılov Rasim Şirin oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı1 oğlanları İddiaçı2, X3 oğlu və cavabdehlər - mərhumun əvvəlki nikahından doğulmuş uşaqları - Cavabdeh1 və Cavabdeh2 mərhumun qanun üzrə vərəsələridirlər. Miras əmlak - “Mersedes A-160” minik markalı, 2003-cü il buraxılışlı, 50- CL-262 dövlət nömrə nişanlı və “BMW X-5” minik markalı, 2005-ci il buraxılışlı, **-NK-*** dövlət nömrə nişanlı iki ədəd nəqliyyat vasitəsindən ibarətdir. Oğlu Fəxrəddin miras əmlakdan imtina etmişdir. Hər iki əmlakda 1/2 və 1/8 hissədə iddiaçının və 1/8 hissədə oğlu Nazimin payı vardır. Miras əmlak bu günə kimi onlar tərəfindən qorunub saxlanmışdır. Bundan başqa, mərhumun sonuncu xəstəliyi zamanı onlar daim ona qulluq etmişlər, 4194 manat məbləğində müalicə xərclərini ödəmişlər, dəfn və yas məclislərinə, məzar daşının və məzarüstü abidənin qoyulmasına və s. çəkilən 5000 manat məbləğində xərcləri də ödəmişlər. Cəmi 9194 manat məbləğində vəsait sərf etmişlər və həmin vəsaitin ümumi miras payından çıxılmasını istəyirlər. Cavabdehlərlə öz aralarında razılığa gələ bilmədiklərinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən miras əmlakın - “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət nömrə nişanlı və “BMW X-5” minik markalı, **-NK-*** dövlət nömrə nişanlı iki ədəd nəqliyyat vasitəsinin qiymətləndirilərək, miras şərikləri arasında paylarına uyğun bölünməsi, hər iki nəqliyyat vasitəsinin qorunub saxlanması, mərhumun sonuncu xəstəliyi zamanı onun müalicəsinə, dəfn və yas məclislərinə, məzar daşının və məzarüstü abidənin qoyulmasına tərəflərindən çəkilən xərclərin əvəzinin - cəmi 9194 manat məbləğində pul vəsaitinin ümumi miras payından çıxılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən «Mülkiyyət hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun sağ qalmış əri(arvadı) İddiaçı1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan “Mercedes A160 minik” markalı **- CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı “Mercedes A160 minik” markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir.
5. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 20 iyun 2023- cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən «Mülkiyyət hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş İsmayılov Rasim Şirin oğlunun sağ qalmış əri(arvadı) İddiaçı1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD333586 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LD78031, mühərrikin nömrəsi 52153478 və buraxılış ili 2005-ci il olan “BMW X-5 minik” markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı “BMW X-5 minik” markalı 90-NK666 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir.
6. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 20 iyun 2023- cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun vərəsələri: İddiaçı1, İddiaçı2 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan “Mercedes A160 minik” markalı **- CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.
7. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 20 iyun 2023- cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun vərəsələri: İddiaçı1, İddiaçı2 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD333586 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LD78031, mühərrikin nömrəsi 52153478 və buraxılış ili 2005-ci il olan “BMW X-5 minik” markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.
8. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 20 iyun 2023- cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun vərəsələri: Cavabdeh2, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan “Mercedes A160 minik” markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakda 1/2 hissədə paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.
9. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 20 iyun 2023- cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- İsmayılov Rasim Şirin oğlunun vərəsələri: Cavabdeh2, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD333586 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LD78031, mühərrikin nömrəsi 52153478 və buraxılış ili 2005-ci il olan “BMW X-5 minik” markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakda 1/2 hissədə paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.
10. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin İcra Aparatı tərəfindən 19 avqust 2021-ci il tarixdə verilmiş 770 nömrəli arayışdan görünür ki, İddiaçı1 həyat yoldaşı İsmayılov Rasim Şirin oğlu ünvan 1 ünvanında onunla birgə yaşamışdır. 16 fevral 2021-ci il tarixdə baş bronxların xərçəngi xəstəliyi nəticəsində vəfat etmişdir. Onun dəfn xərci həyat yoldaşı İddiaçı1 tərəfindən ödənilmişdir. Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxs 1 saylı regional ərazi filialına təqdim etmək üçün verilir.
11. “Liman” klinikası tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, verilir 1946-cı il təvəllüdlü İsmayılov Rasim Şirin oğluna ondan ötəri ki, o, həqiqətən xx.xx.2020ci il tarixində Liman klinikasına “sağ bud sümüyü boynunun kistası” diaqnozu ilə daxil olmuş və həmin tarixdə “sağ bud sümüyünün endoprotezi” əməliyyatı icra olunmuşdur. Əməliyyatın klinikaya olan ödənişi 380 manat, əməliyyatöncəsi analizlərin ödənişi 55 manat və qan köçürülməsinə 80 manat ödəniş olmuşdur.
12. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Neft qaz avadanlığı” kafedrasının müdiri İsmayılov Rasim Şirin oğlu 16 fevral 2021-ci ildə vəfat etmişdir. Bununla əlaqədar, onun vərəsəsinə ödəniləcək dəfn müavinatı 5400 manat təşkil edir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7484 saylı ekspert rəyinə əsasən, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Turbo.az) məlumatlarından və Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, ekspert baxışına təqdim edilmiş hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan 2003-cü il buraxılışlı “Mercedes A-160” markalı, (**-CL-*** dövlət qeydiyyat nişanlı) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 5000 manat olan avtomobilə “FMSMOTORS” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən çəkiləcək xərclərin miqdarının təxminən 2500 manat olması nəzərə alınmaqla hazırki qalıq dəyəri təxminən 2000 manat müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Turbo.az) məlumatlarından və Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, ekspert baxışına təqdim edilmiş hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan 2005-ci il buraxılışlı “BMW X-5” markalı, (**-NK-*** dövlət qeydiyyat nişanlı) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 24000 manat olan avtomobilə “FMSMOTORS” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən çəkiləcək xərclərin miqdarının təxminən 14060 manat olması nəzərə alınmaqla hazırki qalıq dəyəri təxminən 9000 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2252 saylı ekspert rəyinə əsasən, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Turbo.az) məlumatlarından və Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan 2003-cü il buraxılışlı “Mercedes A160” markalı, (**-CL- *** dövlət qeydiyyat nişanlı) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 5000 manat olan avtomobilə “FMSMOTORS” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən çəkiləcək xərclərin miqdarının təxminən 2500 manat olması nəzərə alınmaqla hazırki qalıq dəyəri təxminən 2000 manat müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Turbo.az) məlumatlarından və Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan 2005-ci il buraxılışlı “BMW X-5” markalı, (**-NK-*** dövlət qeydiyyat nişanlı) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 24000 manat olan avtomobilə “FMSMOTORS” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən çəkiləcək xərclərin miqdarının təxminən 14060 manat olması nəzərə alınmaqla hazırki qalıq dəyəri təxminən 9000 manat müəyyən edilir. Beləliklə, xx.xx.2024-cü il tarixdə verilmiş 9/7484 saylı ekspertiza rəyinin nəticəsi təsdiq edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
15. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-117/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5000 (beş min) manat, “BMW X-5” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin əmlakların paylı mülkiyyətçilərinin paylarına uyğun – İddiaçı1 5/8 hissədə, X8 oğluna 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə olmaqla aralarında bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manatın İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 215.1, 220, 220.6, 1276 və 1157-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 89.3, 76.1, 14.2, 88, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
17. İddiaçı1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-117/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, o, mübahisəli məhkəmə qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, xx.xx.2021-ci il tarixində həyat yoldaşı İsmayılov Rasim Şirin oğlu vəfat etmişdir. Onun oğlanları – İddiaçı2, X3 oğlu və cavabdehlər – mərhumun əvvəlki nikahından doğulmuş uşaqları – Cavabdeh1 və Cavabdeh2 mərhumun qanun üzrə vərəsələridir. Miras əmlak - “Mersedes A-160” minik markalı, 2003-cü il buraxılışı, **-CL-*** dövlət qeydiyyat nişanlı və “BMW” X minik markalı, 2005-ci il buraxılışı, 90 - NK-666 dövlət qeydiyyat nişanlı iki ədəd nəqliyyat vasitəsindən ibarətdir. Oğlu Fəxrəddin miras əmlakdan imtina etmişdir. Hər iki əmlakda ½ və 1/8 hissədə onun və 1/8 hissədə oğlu Nazimin payı vardır. Miras əmlak bu günə kimi onlar tərəfindən – yəni onun və oğlanları İddiaçı2 və X3 oğlu tərəfindən qorunub saxlanmışdır. Bundan başqa, mərhumun sonuncu xəstəliyi zaman daim onlar ona qulluq etmişlər, 4.194.00 (dörd min yüz doxsan dörd) manat məbləğində müalicə xərclərini ödəmişlər, dəfn və yas məclislərinə, məzar daşının və məzarüstü abidənin qoyulmasına və s. çəkilən 5.000 (beş min) manat məbləğində xərcləri də onlar ödəmişlər. Cəmi – 9.194.00 (doqquz min yüz doxsan dörd) manat məbləğində vəsait sərf etmiş və həmin vəsaitin ümumi miras payından çıxılmasını istəyirlər. Cavabdehlərlə öz aralarında razılığa gələ bilmədiklərinə görə məhkəməyə müraciət etmişlər və məhkəmə yuxarıda göstərilən qətnaməni qət etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər məhkəmə araşdırması zamanı tam tədqiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Birinci instansiya məhkəməsi çəkişmə prinsipinə əməl etməmiş, araşdırmanı birtərəfli aparmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 - 9.3, 14.2 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Eləcə də bildirdi ki, o, əmlakların hərracda satılmasına etiraz edir, əmlakların hərracda satılmasına dair tələblə məhkəməyə müraciət etməyib, onun məhkəmədə iddia qaldırmaqda niyyəti miras kütləsinə daxil olan nəqliyyat vasitələrinin cavabdehlərə düşən payının dəyərini ödəmək, tam pay hüququna sahib olmaqdır. Həmin avtomaşınları onlar idarə edirlər.
21. İddiaçı2 digər İddiaçı1 izahatında göstərdiklərini müdafiə etdiyini bildirdi.
22. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
23. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – təmin olunan hissədə ləğv olunmalı və iddia rədd edilməlidir.
28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş İsmayılov Rasim Şirin oğlunun vərəsələridir. Miras əmlak “BMW X-5 minik” markalı, **-NK-*** dövlət nömrə nişanlı və “Mercedes A160 minik” markalı, **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri olmaqla, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən tərəflərin həmin əmlaklarda payları müəyyən edilmişdir. İddiaçılar sözügedən əmlakların qiymətləndirilərək paylara uyğun bölünməsini, həmçinin mərhuma görə çəkilən xərclərin əvəzinin miras payından çıxılmasını tələb etmişlər.
29. İşdən göründüyü kimi mərhumdan miras qalmış sözügedən nəqliyyat vasitələrinə tərəflərin paylarının müəyyən edilməsi, tərəflərin miras şərikləri olması işin mübahisəsiz halıdır.
30. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi, “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5000 (beş min) manat, “BMW X-5” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin əmlakların paylı mülkiyyətçilərinin paylarına uyğun – İddiaçı1 5/8 hissədə, X8 oğluna 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə olmaqla aralarında bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişir.
31. İddiaçı1 məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə (iddia tələbinin rədd edilməsi hissəsi istisna olmaqla) düzgün nəticəyə gəlməmiş, iddianın qismən təmin olunması barədə qanuni qərar qəbul etməmişdir.
33. Belə ki, göründüyü kimi iddia tələbi miras əmlakının qiymətləndirilərək bölünməsi, miras qoyanın xəstəliyi zamanı qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi, idarə edilməsi və digər xərclərin ümumi miras payından çıxılmasından ibarədədir.
34. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən görünür ki, miras kütləsi olan əmlakın qiymətləndirilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin paylı mülkiyyətçilərin paylarına uyğun bölünməsi qət edilmişdir.
35. Apellyasiya icraatı zamanı izahat verən apellyator bildirdi ki, o, əmlakların hərracda satılmasını istəmir, bu barədə tələbi yoxdur, birinci instansiya məhkəməsindəki araşırma zamanı bu barədə bildirsə də onun fikirləri nəzərə alınmamışdır.
36. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin qanunliyi və əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
39. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı müəyyən edilmiş halları araşdıraraq hesab etmişdir ki, qətnamə əsaslılıq və qanunilik barədə prosessual qanunverciliyin müəyyən etdiyi tələblərə cavab vermir.
40. Sadalananlardan göründüyü kimi iddiaçı tərəfin hazırki iddianı qaldırmaqda ifadə olunan iradəsi əmlakın hərracda satılması ilə bağlı olmamışdır.
41. Göstərilənlərə istinadən məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsi zərurətini iddiaçı tərəflə müzakirə etmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrıayrılıqda iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim edərək göstərmişlər ki, miras əmlakın -“Mersedes A-160” minik markalı, 50- CL-262 dövlət nömrə nişanlı və “BMW X-5” minik markalı, **-NK-*** dövlət nömrə nişanlı iki ədəd nəqliyyat vasitələrini qiymətləndirərək miras şərikləri arasında paylarına uyğun bölünməsi dedikdə, cavabdehlərə düşən payın dəyərinin onlar tərəfindən ödənilməsini nəzərdə tuturlar. Hərracda satılmasına etiraz edirlər.
42. Məhkəmə kollegiyası qeyd olunan hissədə iddia tələbinin əsaslığı üzrə araşdırma apararaq aşağıda şərh olunanları qeyd edir:
43. Göründüyü kimi miras kütləsi olan nəqliyyat vasitələri birgə paylı mülkiyyətin obyektidir.
44. Mülki Məcəlləsinin 220.3-cü maddəinin tələbinə görə əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
45. Qanunvericiliyin tələbindən göründüyü kimi ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Araşdırılan mübahisədən göründüyü kimi isə paylı əmlakın mülkiyyətçisi olan iddiaçı öz payının dəyərinin ona ödənilməsini deyil, paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlərin payının dəyərini ödəməklə həmin payı almaq istəyir ki, bu da qanunvericiliyin şərh olunan normasının göstərişlərinə ziddir.
46. Məhkəmə kollegiyası həmçinin şikayətin dəlillərini əsassız hesab edərək iddia tələbinin “hər iki nəqliyyat vasitəsinin qorunub saxlanması, mərhumun sonuncu xəstəliyi zamanı onun müalicəsinə, dəfn və yas məclislərinə, məzar daşının və məzarüstü abidənin qoyulmasına tərəflərindən çəkilən xərclərin əvəzinin - cəmi 9194 manat məbləğində pul vəsaitinin ümumi miras payından çıxılması” hissəsi ilə bağlı tələbin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşır.
47. Bu hissədə məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, mərhum İsmayılov Rasim Şirin oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, o, mühit mexanikası, istilik fizikası və hidromexanika sahəsində alim, professor olmuşdur. Tərəflərin izahatlarından, iş materiallarından da görünür ki, mərhumun yüksək əmək haqqı və pensiya təminatı olmuşdur. Mərhumun xəstəliyi ilə əlaqədar çəkilən xərclərin öz hesabına həyata keçirilməsi təkzib oluna bilməz. İddiaçıların təqdim etdikləri sübutlar - İddiaçı1 adına götürülmüş kreditlər, mərhumun qəbirüstü abidəsinin fotosu, mərhumun vəfatından sonra əldə edilmiş tibbi arayış, habelə mərhumun müayinələri ilə bağlı məlumatlardır ki, həmin sübutlar iddia tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən yetərli sübutlar hesab edilə bilməz. İddiaçılar tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər.
48. Kollegiya birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq əlavə araşdırma aparılmasına zərurət görmür, hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddianın təmin edilməməsinə dair düzgün nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-117/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia təmin olunmamalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-117/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.