Məhkəmə qərarları › İş №2(105)-1497/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1497/2022

21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1497/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(012)-1754/2021 nömrəli qərardadından Cavabdeh ” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək «Azəriqaz” İstehsalat Birliyinin Bakı X4 Departamentinin qərarının ləğv edilməsi və 3454.40 manat borcun qanunsuz hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-1754/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh tərəfindən Abşeron rayonu Qobu qəsəbəsi ünvanına quraşdırılmış İddiaçı adına tərtib edilmiş abonent kodu **********04563 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 3454,4 manat cərimənin 2768,6 manat hissəsinin əsassız hesab edilərək onun abunə hesabından silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Cavabdeh Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)- 1754/2021 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(012)-1754/2021 saylı qərardadına əsasən iddiaçı X1 cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-1754/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)- 1754/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(012)-1754/2021 saylı qərardadına əsasən müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-1754/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021ci il tarixli, 2(012)-1754/2021 saylı qərardadından şikayət verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1754/2021 saylı müddətin bərpasından imtina edilməsinə dair qərardadını ləğv edib İddiaçı cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-1754/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə dair yeni qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1754/2021 saylı qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)1754/2021 saylı qərardadından cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-959/2022 saylı qərardadı ilə Cavabdeh ” İB tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)-1754/2021 saylı qərardadına əsasən, Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1754/2021 saylı qərardadından verilmiş şikayət geri qaytarılmışdır. Hazırda, cavabdeh «Azəriqaz” İB Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)-1754/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək, Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2021-ci il tarixli, 2(012)-1754/2021 saylı qərardadından Cavabdeh ” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə baxılmasını, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(012)-1754/2021 saylı qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)- 1754/2021 saylı qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2021-ci il tarixli, 2(012)-1754/2021 saylı qərardadından cavabdeh “«zəriqaz” ” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)-1754/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə şikayətin yeni redaksiyada qəbul edilmiş Mülki Prosessual Məcəllənin tələblərinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmədiyindən geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2021-ci il tarixli, 2(012)-1754/2021 saylı qərardadından cavabdeh “«Azəriqaz” ” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilmədiyindən, eləcə də şikayəti elektron kabinet vasitəsi ilə göndərilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti geri qaytarmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, dəlillər birinci instansiya məhkəməsini qanuni və əsaslı qərardadının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(012)-1754/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(012)-1754/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh ” İB- tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar