Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1501/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-331/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 157,40 manat məbləğində pulun və dövlət rüsumu üçün 10 manatın tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim C.Səfiyeva) İddiaçı bu qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin Məhkəmənin 18 noyabr 2021-ci il tarixli, qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-331/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, qərardadı ilə qərardaddan verilmiş şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra isə İddiaçı elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, qərardadından şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-4133/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(105)-510/2022 nömrəli qərardadı ilə həmin məhkəmənin 23 dekabr 2021-ci il tarixli, qərardadı ləğv edilmiş, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, qəbul olunmamış hesab olunmuş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin məhkəmənin 05 may 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bu qərardaddan iddiaçı tərəfindən verilən şikayət Abşeron Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadı ləğv edilməli, və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət forma və məzmuna əməl edilməməsi səbəbindən geri qaytarılmışdır. Daha sonra həmin məhkəmənin 05 may 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət yenidən eyni əsasla geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək qeyd edir ki, hazırkı halda, İddiaçı tərəfindən məhkəmənin 08 aprel 2022-ci il tarixli qərardadından verilən şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün hesab edilə bilməz. Belə ki, məhkəmənin sadaladığı hallar təsdiqini tapdığı halda şikayətin rədd edilməsi üçün əsas ola bilər, lakin bu hallar şikayətin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin(o cümlədən qərardadlardan verilən şikayətlərin) geri qaytarılması halları AR MPM-in 363-cü maddəsində sadalanmışdır. Hazırki halda həmin maddədə sadalanan əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normanı rəhbər tutaraq hesab edir ki, sadalanan faktiki hallar nəzərə alınmaqla, Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1501/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1501/2022
21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver