Məhkəmə qərarları › İş №2(105)-1506/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1506/2021

07.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1506/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın əsassız hesab edilməsi və cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1681/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) İddiaçı iddianın təmin edilməsi barədə ərizəsinin təmin edilməsi, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış abonent kodu **********01470 olan smart kartdan mülki işə baxılanadək cərimənin tutulması Cavabdeh İB-yə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, abonent kodu **********01470 olan onun adına Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 403 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək barədə ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan məhkəmə işi yekunlaşana qədər ünvan 1, abonent kodu **********01470 olan smart kartda olan borca görə tutmaların aparılmasının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddianı təmin etmək barədə ərizə onunla əsaslandırılmışdır ki, ona əsassız yerə 403 manat cərimə borcu yazılmışdır. Məhkəmə işi yekunlaşana qədər ünvan 1, abonent kodu **********01470 olan smart tipli kartdan borca görə tutmaların aparılmasının dayandırılması üçün müvafiq tədbirlər görülməlidir. Evinin istiliyi ancaq təbii qaz ilə təmin edilir. Elə bundan ötrü də təbii qaza görə karta yüklənən pulların tutulmaması üçün ərizə ilə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X3 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini hazırkı mübahisəyə mahiyyəti üzrə baxıb qurtaranadək ünvan 1 ünvanında yerləşən evdə abonent kodu **********01470 üzrə təbii qazın istifadə edilməsi üçün qoyulmuş məhdudiyyət aradan qaldırılmasa və kartla ödənilən məbləğdən çıxılmaların dayandırılması qadağan edilməsə bu halın iddiaçı üçün maddi və təsərrüfat itkiləri yaratmaq ehtimalına əsas verməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə cavabdeh tərəfindən mübahisələndirilmiş, Abşeron rayon məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçı iddia tələbinə baxılanadək, ünvan 1, abonent kodu **********01470 olan smart kartda olan borca görə tutmaların aparılmasının dayandırılması barədə iddianın təmin tədbiri barədə ərizə ilə müraciət etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (Mülki Prosessual Məcəllənin 158.1.1. maddəsi). Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə gəlinəcək nəticənin real icrasının təmin edilməsindən ötrü iddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar