Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1514/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X19 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X22, İddiaçı nümayəndəsi X4, Cavabdeh, onun nümayəndəsi və vəkili X23 iştirakları ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı Cavabdeh qarşı mirasdan pay verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu tərəfindən Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına verilmiş ünvan 1 ünvanda yerləşən miras əmlakdan ½ hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən ünvan 2 ünvanına dair Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına təmsilçilik üzrə miras əmlakdan ½hissədə pay ayrılması barədə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(027)-1653/2017 saylı qətnaməsi ilə iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızının və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirasın faktiki qəbul etmə müddətinin uzadılması, onlara çatacaq payların müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia tələbi qismən təmin edilərək, X6 məxsus olmaqla ondan miras qalmış ünvan 3 saylı ünvandakı yaşayış evinə vərəsələri onun və nəvəsi Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirası qəbul etmələri faktının müəyyən edilməsi, X6 məxsus olmaqla ondan miras qalmış ünvan 3 saylı ünvandakı yaşayış evinin ½ hissəsinə onun və ½hissəsinə Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının vərəsəlik üzrə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci iİ tarixli, 2(105)-1781/2018 saylı qətnaməsi ilə cavabdeh və digərləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(027)-1653/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızının və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının ona, X9 və X7 qarşı mirasın faktiki qəbul etmə müddətinin uzadılması, Rufullayeva Xuraman Abdulhəmid qızına və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına çatacaq payların müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7616/2018 saylı qərarı ilə iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızının və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Evə dair şəhadətnamə və çıxarış əldə etmək üçün hər üç instansiya məhkəməsinin qərarlarını və evin mövcud sənədlərini toplayıb 2019-cu ilin fevral ayının birinci ongünlüyündə Quba regional Maraqlı şəxsnə müraciət etmişdir. Notariat ofisinin əməkdaşları tərəfindən ona siyahı təqdim edilmiş və siyahıda qeyd olunan sənədləri topladıqdan sonra yenidən müraciət etməyinin vacibliyi bildirilmişdir. Lakin o, sənədləri toplayıb təqdim etdiyizaman öyrənmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasına baxmayaraq Quba regional Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalar haqqında Təlimat”ın 99-cu bəndinə əsaslanaraq xx.xx.2019-cu il tarixdə Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına təmsilçilik üzrə miras əmlakdan ½ hissədə pay verilmişdir. Halbuki o, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə X5 yeganə vərəsəsi olaraq onun tanınması və miras əmlakdan tam pay alınması ilə bağlı müraciət etdikdə,ona rəsmi qaydada imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının 2017-ci ilin aprel-may aylarındamirasdan onlara çatacaq payların müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsitələbinə dair iddia ərizəsi ilə məhkəməyə ilk müraciəti zamanı, məhkəmə tərəfindən izah olunmuşdur ki, mirası qəbul etmə müddətinin uzadılması ilə bağlı ilk növbədə notariat orqanına müraciət etməli, notarius tərəfindən imtina məktubu alacağı təqdirdə yenidən müraciət etməlidir. Belə ki, Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızı 2017-ci ilin aprel-may aylarında bir dəfə notariat orqanına müraciət etmiş və oradan imtina məktubu alaraq məhkəmə qaydasında iddia qaldırmışdır. Həmin işlə bağlı isə iddia tələbinin təmin edilməməsi barədə məhkəmə aktları qəbul edilmişdir. Göründüyü kimi, Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızı mirası qəbul etmə müddətini ötürdüyünə görə birinci müraciətində notariat ofisi ona həmin məsələnin məhkəmə qaydasında həll olunmasını bildirmiş, notariusdan imtina məktubu alıb məhkəməyə müraciət etmiş, lakin 2 iİ sonra bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasına baxmayaraq ikinci müraciəti təmin edilərək Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına mirasdan qanunsuz olaraq pay ayırmışdır. Cavabdeh tərəfindən Quba regional Maraqlı şəxsnə mirasın faktik qəbul edilməsi barədə hər hansı sənəd təqdim edilmədiyindən, eləcə də onun buna razılığı olmadığından miras qoyanın nəvəsi Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına təmsilçilik üzrə miras əmlakdan ½ hissədə payın ayrılması maddi hüquq normalarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə hüquqi nöqteyinəzərdən qanuni və əsaslı deyildir, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmur, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə yekun fikrini əsaslandırarkən hesab etmişdir ki, Quba Regional "ASAN xidmət" mərkəzində notariat ofisinin notariusu tərəfindən ona ünvan 1-da yerləşən miras əmlakdan ½ hissədə payınaqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməverilməsinə əsas Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1653/2017 saylı qətnaməsi olmuşdur. Halbuki nə iş materiallarından, nə də tərəflərin izahatlarından bu hal görünmür və öz təsdiqini tapmır, əksinə, İddiaçı miras əmlakın qəbulu üzrə müddət məsələsinə istinad edərək onun miras əmlaka heç bir hüququ olmamasını göstərmişdir. Məhkəmə qətnaməsində hansı mötəbər sübuta əsaslanaraq belə bir nəticəyə gəldiyini göstərməmişdir. Üstəlik bu barədə notariat ofisinə sorğu belə verilməmiş və qətnamədə buna istinad olunmamışdır. Göründüyü kimi, məhkəmə işdə olan sübutlar əsasında qətnamə qəbul edərkən işin mahiyyəti barədə yanlış təsəvvür yaratmış, işin hallarına uyğun gəlməyən dəlilə istinad etmişdir. Başqa sözlə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Əgər məhkəmə istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollgeyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7616/2018 saylı qərarına diqqətlə yanaşmış olsaydı, daha düzgün nəticəyə gəlmiş olardı. Belə ki, həmin mülki iş üzrə iddiaçılar olan X1 və onun iddia tələbi rədd edilərkən hər iki məhkəmə aktında qeyd edilmişdir ki, “...miras əmlakın qəbul edilməsindən ötrü mübahisələndirilən əmlak vəfat edən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Bundan sonra, həmin əmlak vəfat edən şəxsdən miras qalmış əmlakın kütləsinə daxil olur ki, vərəsələri tərəfindən miras əmlak kimi qəbul edilsin. Hazırki iş üzrə mübahisələndirilən əmlak Gülgəz İdrisovanın istifadəsində olsa da, sonuncu tərəfindən mülkiyyət hüququ ilə adına müvafiq hüquq müəyyənedici sənəd (çıxarış) əldə edilməmişdir ki, bu da həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün miras əmlak kütləsinə daxil olmasını istisna edir... Torpaq qeydi şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənəddir. Həmin sənəd alınmadan şəxs ölərsə, bu zaman onun vərəsələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsinə əsasən qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir. Lakin qeyd edilən əmlak nə vəfat edən şəxsin adına rəsmiləşdirilmiş, nə də vərəsələri tərəfindən belə bir arayış alınaraq rəsmiləşdirilmə üçün müraciət edilmişdir...” Göründüyü kimi, yuxarı məhkəmə instansiyaları hesab etmişlər ki, ünvan 2 ünvanında yerləşən ev ilk öncə daşınmaz əmlak kimi dövlət qeydiyyatından keçməli və bununla da ölmüş miras qoyan X5 miras əmlak kütləsinə daxil olmalı və yalnız bundan sonra vərəsələr həmin əmlakı qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququ ilə miras əmlak kimi qəbul edə bilərlər. O, məhz yuxarı instansiya məhkəmələrinin göstərişlərini nəzərə alaraq əvvəlcə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102,9m2 fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0405 ha olan torpaq sahəsini daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata aldırmış və yalnız bundan sonra həmin daşınmaz əmlaklar barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Buna baxmayaraq, məhkəmə qətnaməsində bu hala, ümumiyyətlə, qiymət verilməmiş, nəticədə iş üzrə yanlış qətnamə qəbul etmişdir. İddia ərizəsində göstərilən miras əmlakın qəbulu müddəti ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, iş üzrə əvvəlki məhkəmə qətnamələri ilə artıq müəyyən edilmiş hallardan görünür ki, o, xx.xx.1985-ci il tarixdə doğulmuş, atası X18, anası Rufullayeva Xuraman Abdulhəmid qızıdır, X18 xx.xx.1985-ci il tarixdə, X11 xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Mülki Məcəllənin 1159.1.3cü maddəsinin tələbinə əsasən atası Üzeyir Rufullayevin vəfat etməsi ilə gələcəkdə qanun üzrə vərəsə kimi atasına çatacaq əmlak və əmlak hüquqları qanun üzrə vərəsəsi olan övladı kimi ona keçmişdir. Məhz bu səbəbdən də o, nənəsi Gülgəz İdrisovanın vəfatından sonravərəsə kimi qeyd edilən məhkəməaktlarında göstərilənlərə əsasən Gülgəz İdrisovanın qanuni istifadəsində olmuş fərdi yaşayış evini və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmiş və hazırda da həmin əmlaka qanun üzrə vərəsədir. Bu əmlaklar Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçirildiyindən, məhz həmin tarixdən başlayaraq Gülgəz İdrisovanın miras əmlak kütləsinə daxil olmuş və o, xx.xx.2019-cu ildə sözügedən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni aldığından hər hansı müddətin ötürülməsindən söhbət gedə bilməz. Bu səbəblərdən İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Quba Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edərkən, vərəsə və mülkiyyətçi kimi onun hüquqlarına toxunmuş və tamamilə əsassız və qanunsuz olaraq onu nənəsindən qalan miras əmlakı qanun üzrə vərəsə kimi qəbul etməkdən məhrum etmişdir. Üstəlik məhkəmə nəzərə almamışdır ki, digər vərəsələrdən yalnız İddiaçı notariat orqanına vərəsəliyin qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Bu baxımdan notariat orqanı tamamilə qanuni olaraq sözügedən əmlaka ½ hissədə onun, ½ hissədə isə İddiaçı payını tanımışdır. İddiaçı Gülgəz İdrisovanın yeganə qanuni vərəsəsi olması barədə iddiası kifayət qədər əsassız və qanunsuzdur,göstərilən dəlillərlə təkzib olunur. İrəli sürülmüş iddia tələbinin mahiyyəti vərəsəlik hüququ ilə əlaqəli olmasına baxmayaraq, məhkəməqətnamədə vərəsəliklə bağlı maddi hüquq normalarına istinad etməmiş, mülkiyyət hüququ ilə bağlı bir neçə normaya istinad etməklə yanlış nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X29 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı nümayəndəsi X12məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyənüçüncü şəxs Quba regional Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızının və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızınıncavabdehlərİddiaçı, X10 və X7 qarşı mirasın qəbul edilməsi və miras qalmış yaşayış evindən vərəsəlik üzrə payların müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilmiş, X6 məxsus olmaqla ondan miras qalmış ünvan 4 saylı ünvandakı yaşayış evinə vərəsələri olan oğlu İddiaçı və nəvəsi Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirasıqəbul etmələri faktının müəyyən edilməsi, X6 məxsus olmaqla ondan miras qalmış ünvan 3 saylı ünvandakı yaşayış evinin ½ hissəsinə İddiaçı və ½ hissəsinə Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının vərəsəlik üzrə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı, digər şəxslər Rufullayev Rövşən Fazil oğlunun, X20, X21, X13 və onların nümayəndəsi X14 apellyasiya şikayətləri təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızının və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızınıncavabdehlərİddiaçı, X10 və X7 qarşı mirası faktiki qəbul etmə müddətinin uzadılması, ünvan 2-da ona və qızı Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına çatacaq payın müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin Quba rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7616/2018saylı qərarının surətindən görünür ki, iddiaçılar Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızınınvə Rufullayeva Xuraman Abdulhəmid qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(105)-1781/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Quba regional Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş X5 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102,9 kv.metr olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0405 ha olan torpaq sahəsindən ibarətdir, İddiaçı ½ hissədə payı açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhəri, Gənclər küçəsindəki46 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0405 ha torpaq sahəsinin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır, əmlakların ½ hissəsi X5 adında açıq saxlanılmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qətnaməsini Cavabdeh ünvan 1-da yerləşən miras əmlakdan ½ hissədə paya Quba regional Maraqlı şəxs notariusu tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas olmuş Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)- 1781/2018 saylı qətnaməsi ilə ləğv edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7616/2018saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması ilə əsaslandırmışdır. Məhkəmə kolllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kolllegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işini tələb edib nəzərdən keçirməyərək yuxarıda qeyd edilən nəticəyə gəlmiş, həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu nizama salan heç bir normasına istinad etməmişdir. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 20 iyun 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnamə ilə Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsini ləğv edərkən miras əmlakın vəfat edən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını, mübahisələndirilən əmlakın Gülgəz İdrisovanın istifadəsində olsa da, sonuncu tərəfindən mülkiyyət hüququ ilə adına müvafiq hüquq müəyyənedici sənəd (çıxarış) əldə edilməməsini, bu halların da həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün miras əmlak kütləsinə daxil olmasını istisna etməsini əsas götürmüşdür. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək işə əlavə edilmiş Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işinin surətindən görünür ki, Quba şəhəri, Gənclər küçəsindəki 46 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0405 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına xx xxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Notariat işində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Həmçinin notariat işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə anadan olmuşdur, atası X15r, X18 xx.xx.1959-cu ildə anadan olmuşdur, anası X2r. X18 xx.xx.1985-ci ildə ölmüşdür. Zeynalova Gülnar Üzeyir qızı xx xxxx 2019cu il tarixdə Quba regional Maraqlı şəxsnə müraciət edərək nənəsi X3 miras qalmış əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə heç də ləğv edilmiş Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi əsasında verilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra Cavabdeh notariat orqanına müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə anadan olmuşdur, atası RufullayevÜzeyir Ağacan oğlu, anası Rufullayeva Xuraman Abdulhəmid qızıdır, X18 xx.xx.1959-cu ildə anadan olmuşdur, anası X2r, X18 xx.xx.1985-ci il tarixdə, X11 xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Həmçinin işdən görünür ki, Cavabdeh Quba şəhəri, Gənclər küçəsindəki 46 saylı evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mirasdan pay verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-1514/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1514/2020
30.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver