Məhkəmə qərarları › İş №2(105)-1519/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1519/2024

25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1519/2024 25.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız olaraq hesablanmış ziyanın silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-421/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı borcun əsassız olaraq hesablanmış ziyanın silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən ziyan olaraq hesablanmış 4147.20 manat məbləğində pulun şişirdilmiş və artıq olan 3974.40 manat hissəsinin **********0060 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evinə çəkilmiş qaz xəttinə sayğacdan kənar qoşularaq 2023-cü ilin mart ayında təxminən 15 gün müddətində həmin kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Həmin kənar qaz xətti vasitəsi ilə qaz xəttinə qoşulmağının əsas səbəbi o, olmuşdur ki, himayəsində 1-ci qrup əmək qabiliyyətsiz xəstə övladı olduğundan, özü heç bir yerdə işləmədiyindən, maddi cəhətdən qaz pulunu ödəməyə imkanı olmadığından məcbur olub müvəqqəti olaraq qaz xəttinə sayğacdan kənar qoşulmuşdur. 2023-cü ilin mart ayında cəmi 15 gün həmin xətt vasitəsi ilə qazdan istifadə edilmişdir ki, bunu da hesablasaq 4x24x15=1440 m3 qaz təşkil edir ki, bu da 172 manat 80 qəpik pul təşkil etməkdədir. X4 Qaz İstismarı İdarəsi tərəfindən hesablanmış ziyanın 3974.40 manatı şişirdilmiş, artıq puldur. Belə ki, o, həmin kənar xətt vasitəsi ilə qazdan 360 gün istifadə etməmişdir. Əgər belə bir hal baş versəydi, qaz idarəsinin nəzarətçiləri bundan çoxdan xəbərdar olmalı idilər. Hansı ki, hər ay evinin qaz sayğacına baxılaraq aylıq qaz pulu hesablanmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış ziyanın məbləği şişirdilmişdir. Hesabına əsassız olaraq yazılmış ziyanın **********0060 saylı abonent kodundan silinməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə X6 İstismarı İdarəsinə müraciət etsə də tələbi təmin edilməmişdir. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən ziyan olaraq hesablanmış 4147.20 manat məbləğində pulun şişirdilmiş və artıq olan 3974.40 manat hissəsinin **********0060 saylı abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, abonentin qaz xətlərinə və qaz sayğacına xx.xx.2023-cü il tarixində Xaçmaz RQİİ-nin X5 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 34560 m3 və ya 4147,20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Abonent İddiaçı sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyini iddia ərizəsində də etiraf etmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir.

4. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-421/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı sayğacdan kənar qeyri qanuni qaz xətti ilə qoşularaq təbii qazdan istifadə etmişdir. Bu səbəbdən də iddia əsassız olduğundan təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-421/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbini təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X6 İstismarı İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək həmin aktda göstərilmişdir ki, abonentin evinə baxış keçirilən zaman məlum oldu ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşularaq təbii qazdan istifadə edir, dəymiş ziyan hesablansın və ziyanın ödənilməsi təmin olunsun. Həmin aktın əsasında X6 İstismarı İdarəsi tərəfindən verilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x360=34560 m3. Nəticədə dəymiş ziyan olaraq ona 4147.20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat məbləğində pul hesablanmışdır. Yaşadığı fərdi yaşayış evinə çəkilmiş qaz xəttinə sayğacdan kənar qoşularaq 2023-cü ilin mart ayında təxminən 15 gün müddətində həmin kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Himayəsində 1-ci qrup əmək qabiliyyətsiz xəstə övladı olduğundan, özü heç bir yerdə işləmədiyindən, maddi cəhətdən qaz pulunu ödəməyə imkanı olmadığından məcbur olub müvəqqəti olaraq qaz xəttinə sayğacdan kənar qoşulmuşdur. 2023-cü ilin mart ayında cəmi 15 gün həmin xətt vasitəsi ilə qazdan istifadə edilmişdir ki, bunu da hesablasa 4x24x15=1440 m3 qaz təşkil edir ki, bu da 172 manat 80 qəpik pul təşkil etməkdədir. X4 Qaz İstismarı İdarəsi tərəfindən hesablanmış ziyanın 3974.40 manatı şişirdilmiş, artıq puldur. Belə ki, o, həmin kənar xətti vasitəsi ilə qazdan 360 gün istifadə etməmişdir. Əgər belə bir hal baş versəydi, qaz idarəsinin nəzarətçiləri bundan çoxdan xəbərdar olmalı idilər. Hansı ki, hər ay evinin qaz sayğacına baxılaraq aylıq qaz pulu hesablanmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış ziyanın məbləği şişirdilmişdir. Sayğacdan kənar qaz xətti vasitəsi ilə qoşularaq təbii qazdan istifadə etməyi danılmaz fakt olsa da həmin müddətin təxminən 15 gün davam etdiyi bildirilsə də məhkəmənin qətnaməsində onun 360 gün müddətində kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməyi barədə heç bir dəlil, sübut yoxdur. Məhkəmənin hansı səbəbdən əsassız nəticəyə gəlməsi sual altındadır. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən ziyan olaraq hesablanmış 4147.20 manat məbləğində pulun şişirdilmiş və artıq olan 3974.40 manat hissəsi **********0060 saylı abonent kodundan silinməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçının ünvanına baxış keçirilmiş, xəttə kənar istifadə edilmə halı aşkar edilmiş, 4147,20 manat itirilmiş qazın ziyanı hesablanmışdır. Birinci instansiya məhkəməsində iddiaçı qeyd edilən faktı qəbul etmiş, lakin bildirmişdir ki, 15 gün müddətinə xəttə kənar qoşulma ilə qazdan istifadə etdiyini bildirmişdir. Lakin kənar qoşulma ilə 15 gün müddətinə qazdan istifadə edilməsinə dair sübut təqdim etməmişdir. “Qazdan istifadə qaydaları”na uyğun olaraq 12 ay müddətinə günün 12 saatı üzrə hesablama aparılmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İ qrup əlil övladının vəziyyətinin kəskin ağırlaşması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 26 mart 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh X6 İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

13. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacdan kənar qeyri qanuni qaz xətti ilə qoşularaq təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.

14. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 mart 2023cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 34560 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur.

15. Abonentin saldosundan görünür ki, abonent (**********00060) İddiaçı qazdan istifadə etdiyinə görə 4147.20 manat məbləğində borc hesablanmışdır.

16. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Xaçmaz filialının 06 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı məxsus Şabran şəhəri, 5 sotlar yaşayış massivində yerləşən fərdi yaşayış evində qeyri-qanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

Tətbiq edilən hüquq

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu

8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-421/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-421/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı abonent (**********00060) hesabına hesablanmış 4147.20 manatın 3628,80 manat hissəsi silinməli, iddia tələbi qalan hissədə təmin edilməlidir.

22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə qaydaları”nda qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması şərtləri ilə bağlı konkret normalar nəzərdə tutulmayaraq, həmin tarixədək olan qaydalarda qanunsuz qoşulma halında yalnız dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb edilməli olması qeyd olunmuş, lakin zərərin hansı qaydada hesablanmalı olmasına dair şərtlər və qaydalar qeyd olunan qanunvericilikdə öz əksini tapmamışdır. Həmçinin, 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun tələbinə əsasən qanunsuz qoşulma ilə bağlı istehlakçının qazın talanmasında təqsirli olması yalnız müvafiq orqanların qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Lakin, iddiaçı iddia ərizəsində qanunsuz qaz xəttinə qoşulmasını etiraf etməklə, qanunsuz qaz xəttinə qoşulması müddətini və buna müvafiq olaraq da hesablanmış zərər məbləğini mübahisələndirmişdir. Cavabdeh təşkilat tərəfindən isə qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdeh təşklatın “Qazdan istifadə qaydaları”nın 6.5-3-cü bəndinə əsasən qazdan istifadə müddətinin on iki ay müddəti ilə, o cümlədən sutkanın iyirmi dörd saatı nəzərə alınmaqla itirilmiş qaz həcmini müəyyən etməsini əsaslı hesab etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının bütün qaz qurğularından günün 24 saat fasiləsiz istifadə etməsi ağlabatan və inandırıcı olmamaqla, 24 saat vaxt hesabı ilə zərər məbləğinin müəyyən edilməsi də əsassız olmuşdur. Halbuki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndində istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin hesablanmalı olması nəzərdə tutulmuşdur.

23. Məhkəmə kollegiyası cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini və “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndindin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının qaz xəttinə qoşulmaqla, cavabdeh təşkilata vurduğu zərər məbləği 90 günlük müddət üçün və sutkanın on iki saatı nəzərə alınmaqla müəyyən edilməlidir. Belə olduğu təqdirdə isə cavabdehə vurulmuş zərər məbləğinin 518,4 manat (4 m3/saat x12 saat x 90 gün = 4320 m3, 4320 x 0,12 manat =518,4 manat) olması, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış zərər məbləğinin isə 3628,8 manatnın (4147,2- 518,4=3628,8 manat) əsassız olması müəyyən edilir.

24. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-421/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-421/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 4147,2 manat zərər məbləğinin 3628,8 manatı iddiaçıya məxsus **********00060 saylı abonent hesabından silinməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməldiir.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-421/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 4147,2 (dörd min yüz qırx yeddi manat, 20 qəpik) manat zərər məbləğinin 3628,8 (üç min altı yüz iyirmi səkkiz manat, 80 qəpik) manatı İddiaçı məxsus **********00060 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar