Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-152/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(012)-348/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(012)-348/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 388,80 manat və 4,70 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 393,50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2477,30 manat məbləğində dəymiş zərərin, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 2507,30 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin "xxxx" ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AK-2/4579 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********02237 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T **********37 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci bəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 388,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 532,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 45,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat olmaqla, 2342,40 manat məbləğində ziyan hesablanmışdır. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq 2017-ci ilin yanvar ayına kimi (təbii qaz xəttinə qeyri-qanuni qoşulduğu ilk günə kimi) İddiaçı İB-yə 134,90 manat məbləğində qalıq borcu da mövcud olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri) hazırda ümumi olaraq 2477,30 manat təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddiaçı tərəfin mənafeyinə uyğun və eləcə də qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd olunan tələbi mövcud reallığı özündə əks etdirmir. Onunla İddiaçı arasında xx.xx.2018-ci il tarixli, 88689 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barəsində müqavilə bağlanmışdır. Onun ünvanına İddiaçı tərəfindən **********00121 saylı abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində GPGİ8055785 nömrəli sayğac quraşdırılmışdır. Həmin vaxtdan istifadə etdiyi qazın pulunu əvvəlcədən, ona verilmiş karta ödəməklə qazdan istifadə etmişdir. Hətta dəfələrlə sayğaca İddiaçı əməkdaşları tərəfindən baxış keçirilmiş və hər hansı nöqsan aşkar olunmaması barədə akt tərtib olunmuşdur. 18 noyabr 2020-ci il tarixdə İddiaçınə ona aid olmayan (sayğac və müştəri kodu) borcunun silinməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. İddiaçı elektron sistemindən çıxarış aldıqda borcunun olmadığı tam əks olunur. Qətnamənin müəyyən etdi hissəsində ikinci abzasına görə İddiaçı nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdı ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AK- 2/4579 saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edilir, həmin ünvana İddiaçı Bakı regional qazın satışı Departamenti tərəfindən **********02237 nömrəli abonent kodu verilmişdir, qeyd olunan ünvana yaşayış evini təbii qazla təhciz edən qaz xəttinin üzərində G-4T **********37 nömrəli qaz sayğacı quraşdırılmışdır. Məhkəmə yeganə olaraq İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktı və iddiaçı təşkilatın nümayəndəsinin izahatını və iş materiallarında olan foto şəkilləri subut kimi əsas götürərək iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmənin və İddiaçı istinad etdiyi foto, fotoda qeyd olunan mənzil, sayğac, qaz xətti, abonent kodu, sayğag nömrəsi, müqavilə ona məxsus deyildir. Məhkəmə işə obyektiv yanaşmamış, iş üzrə zəruri əhəmiyyətə malik sübutları araşdırmamış və qəbul etdiyi qətnamədə maddi hüquq normalarına istinad etməmişdir. Məhkəmənin son prosesi barədə o, məlumatsiz olmuş, məhkəmə prosesi barədə ona heç bir rəsmi bildiriş təqdim olunmamışdır. Bununla da qeyd etdiklərini sübut edərək, iddiaçının haqsız, qanunsuz və əsassız tələbinə etirazını bildirməkdən məhrum olmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, AK-2/4579 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar rezin boru vasitəsi ilə istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 dekabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair hesabatından görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 3888 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 aprel 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 5328 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2029-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 may 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 324 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 324 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 456 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 324 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 324 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 324 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 1332 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan sayğacdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 1944 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacsız istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 2952 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 2952 kub metrdir. İş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan qeydiyyatsız istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ev üzrə (abonent kodu **********97620) itirilmiş qazın sərfiyyatı 2952 kub metrdir. İş üzrə keçirilmiş ekspertizanın 06 iyun 2022-ci il tarixli, 10/2646 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacına daxil olan giriş xəttinin, həmçinin İddiaçınə məxsus 108 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, AK-2/4579 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli, 10/2646 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacına daxil olan giriş xəttinin, həmçinin İddiaçınə məxsus 108 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Göründüyü kimi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacına daxil olan giriş xəttinin, həmçinin İddiaçınə məxsus 108 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan foto şəkillərlə Cavabdeh yaşadığı ünvan 3 ünvanında yerləşən evdə təbii qazdan sayğacdan kənar istifadə olunduğunu müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 manat İddiaçındən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(012)-348/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat İddiaçındən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-152/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-152/2022
28.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver