Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-153/2025 03.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, e- 2(012)1278/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları Çinar-AN” Mənzil Tikinti Kooperativi ilə (MTK-nın sədri X15) alıcı İddiaçı arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli 397 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 MTK Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 girişli çoxmərtəbəli yaşayış binasının C girişi, 9-cu mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 54,25 kv.m. olan olan mənzili alıcıya satmağı, alıcı 1 otaqlı mənzilin şərti qəbul edilmiş hər bir kv.m. sahəsinin ilkin dəyəri 600 manat olan haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi məbləği 32.550,0 manat təşkil edir. Cavabdeh2 MTK-nin sədri və mühasibi tərəfindən verilmiş maliyyə arayışına əsasən, İddiaçı Cavabdeh2 MTK-ya məxsus binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 54,25 kv.m. olan 1 otaqlı mənzilin pay dəyəri 32.550,0 manat məbləğində pulu ödəmişdir, MTK-ya borcu yoxdur. Cavabdeh2 ilə (MTK-nın sədri X5) alıcı Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2021ci il tarixli 27 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 MTK Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 girişli çoxmərtəbəli yaşayış binasının C girişi, 9-cu mərtəbəsində yerləşən 1 otaqlı, 48 nömrəli, ümumi sahəsi 59,0 kv.m. olan olan mənzili alıcıya satmağı, alıcı 1 otaqlı mənzilin şərti qəbul edilmiş hər bir kv.m. sahəsinin ilkin dəyəri 600 manat olan haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi məbləği 35.940,0 manat təşkil edir. Cavabdeh2 MTK-nin sədri tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 Cavabdeh2 MTK-ya məxsus binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,0 kv.m. olan 1 otaqlı, 48 nömrəli mənzilin pay dəyəri 35.940,0 manat məbləğində pulu ödəmişdir, MTK-ya borcu yoxdur. Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh1 həqiqətən Abşeron rayon, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyi ünvanında C girişi, 48 saylı mənzildə yaşayır. Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan müəyyən edilir ki, Cavabdeh2 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində inşa etdiyi çoxmərtəbəli binasında 1 otaqlı, 48 nömrəli mənzili, 14 sentyabr 2015-ci ildə İddiaçı satılmışdır. 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzil başqa bir müqavilə ilə Cavabdeh1 Cahangir qızına satılmışdır. Həmin mənzil Cavabdeh1 Cahangir qızı tərəfindən təmir edilmiş və mənzildə hal-hazırda yaşayış var. Bütün bunlar MTK-nın əvvəlki müdriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, əlavə məlumat verə bilmirlər. Hazırda bu haqda aidiyyəti orqanlara müraciət etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-594/2024 saylı xüsusi qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “müqavilənin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə məhkəmə baxışı zamanı Cavabdeh2 səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olub-olmamasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad Azərbaycan Respublikası Baş Prokuroruna göndərilməsi qərara alınmışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 2-2-02/3/2-232026304/2024 №-li məktubunda qeyd edilmişdir ki, “Təbriz”, Cavabdeh2 MTK-nın vəzifəli şəxslərinin və qeydlərinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.3.2, 303.2 və 313-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində Cavabdeh2 tərəfindən inşa olunmuş binanın C girişinin, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 54,25 m2 olan 1 otaqlı mənzil 15 sentyabr 2015-ci il tarixli, 397 saylı müqavilə əsasında İddiaçı satılsa da, sonradan həmin mənzil təkrarən 11 dekabr 2021-ci il tarixli, 27 saylı müqavilə ilə Cavabdeh1 satılmışdır. Qeyd edilən xüsusatlar ********* nömrəli cinayət işi üzrə istintaq çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsindən asılı olaraq təqsirkar şəxs(lər)in əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir. Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 84 №-li məktubundan görünür ki, MTK-nın əvvəlki rəhbərliyindən sənədlər təhvil alınarkən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusunda qeyd edilmiş mənzilin müqavilə əsasında Cavabdeh1 Cahangir qızına məxsus olduğu göstərilmişdir. Mübahisəli mənzil və MTK-ya məxsus binalarda seyf qapılarının qoyulması və mənzillərin təmiri barəsində əvvəlki MTK rəhbərliyi tərəfindən onlara heç bir məlumat verilməmişdir. Hal-hazırkı yerli dislokasiya aktına əsasən qeyd edilən mənzilin Cavabdeh1 Cahangir qızına məxsus olması və kommunal sayğaclarının sonuncunun adında olması göstərilmişdir. Cavabdeh2 MTK-ya məxsus binanın C girişi 9-cu mərtəbəsində qeyd olunan kvadrata uyğun digər 1 otaqlı mənzil mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km, qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 54,25 kv.m olan, 1 otaqlı mənzilə (bundan sonra – mübahisəli mənzil) dair MTK və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqavilənin etibarsız hesab edilməsi, əşyalar götürülməklə mənzilin boşaldılıb ona təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilə seyf qapı qoymuş, bir müddətdən sonra isə mənzildə ilkin təmir işlərinə başlamışdır. Lakin dəniz gəmisində işlədiyinə görə uzun zamanlar dənizdə qalmağa məcbur olmağı ilə əlaqədar və qayıdanda da rayona ailəsinin yanına getdiyi üçün təmir işlərində iddiaçıdan asılı olmayan səbəblərdən ləngimə olmuşdur. Daha sonra, 2019-cu ilin sonundan ölkədə baş verən məlum pandemiya səbəbindən təmir işlərini məcbur dayandırmalı olmuşdur. Bir müddət bundan əvvəl iddiaçı dənizdən qayıtdıqdan sonra mənzilinə baş çəkmək və yarımçıq qalmış təmir işlərini davam etdirmək məqsədi ilə ünvana getmiş, lakin mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilməmişdir. Dərhal binanın komendantına müraciət etmiş və məsələni aydınlaşdırmağa çalışmışdır. Komendant bildirmişdir ki, bu mənzilə başqa şəxslər gəlib-getmiş və onun dediyinə görə iddiaçının mənzili MTK tərəfindən başqa şəxsə satılmışdır. MTK-ya müraciət edəndən sonra, məlum olmuşdur ki, həqiqətən iddiaçının mənzili təkrar qanunsuz şəkildə cavabdehə satılmışdır. Rəsmi sorğu verdikdən sonra həmin müqavilə və cavabdeh barədə rəsmi sənədlər iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi, sahiblik və istifadəsində olan mənzil qanunsuz olaraq cavabdehə satılmış, cavabdeh isə bilə-bilə ki, artıq bu mənzilin sahibi olmuş, qapını sındıraraq ora daxil olmuş, icazəsiz qapını dəyişmiş və iddiaçının həmin mənzilə daxil olmağına əngəllər yaratmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 109.3, 109-2.1 və 109-4.1.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, mənzil təmirsiz, qapısız, içərisi isə zibilxana olmuşdur. Onun orada 7 illik qonşusu belə, bunu təsdiq edər ki, mənzil boş mənzil olmuş, alandan sonra mənzilə qapı qoydurmuş, təmir elətdirmiş, foto-şəkilləri də iş materiallarına əlavə etmişdir. Ailəsi ilə birlikdə hazırda həmin mənzildə yaşamışdır. İddiaçı 9 ildən sonra gəlib mənzil iddia etmişdir. Birinci instansiya məhkəməsində şahid X7 bildirmişdir ki, ev alğı-satqısı ilə məşğul olur. Cavabdeh və atası onun vasitəsi ilə mübahisəli mənzili almışdır. Cavabdeh həmin mənzili aldıqdan sonra onu mənzili necə təmir edəcəklərini məsləhətləşmək üçün ora aparmışdır. Həmin vaxt mənzil təmirsiz, pis vəziyyətdə idi, qapısı da yox idi. Usta çağırıb mənzili təmir etdirmişlər. O isə təmir üçün lazım olan materialların alınmasında kömək etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1278/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Cəmilə Səfiyeva) Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına əsasən MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 397 nömrəli müqaviləyə əsasən MTK mübahisəli mənzili iddiaçıya satmış, mənzilin hər m2-nin sahəsinin ilkin dəyəri 600 manat olmaqla, mənzilin dəyəri olan 32550 manat alıcı (iddiaçı) tərəfindən MTK-ya ödənilmişdir. Maliyyə arayışına əsasən iddiaçının MTK-ya heç bir borcu yoxdur. Həmçinin müəyyən edilmişdir ki, MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən MTK mübahisəli mənzili alıcıya satmış, MTK tərəfindən verilmiş maliyyə arayışına görə mənzilin pay dəyəri olan 35940 manat cavabdeh tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. Birinci instansiya məhkəməsi cavabdehin izahatına, onun təqdim etdiyi şahidin ifadəsinə və mülki iş materiallarında olan MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa istinadən göstərmişdir ki, cavabdeh həqiqətən mübahisəli mənzildə yaşamış, həmin mənzil cavabdeh tərəfindən alınarkən boş, təmirsiz mənzil olmuş, cavabdeh öz vəsaiti ilə həmin mənzili təmir eləmiş və hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bu, cavabdehin təqdim etdiyi foto-şəkillərlə də təsdiq edilir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MTK ilə cavabdeh arasında bağlanmış müqavilədə sonuncunun həqiqi niyyəti məhz mənzil əldə etmək olduğundan, həmin mənzilin MTK tərəfindən daha əvvəl kiməsə satması barədə məlumatı olmadığından həmin müqavilə etibarsız müqavilə sayıla bilməz. Bundan başqa, mübahisəli mənzillə bağlı öhdəlik MTK tərəfindən hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin xeyrinə icra edilsə də, öhdəliyin icrası cavabdeh tərəfindən qəbul edildiyindən, mənzili cavabdeh təmir edib, hazırda da orada yaşadığından, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki işin materiallarında olan MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən mübahisəli mənzili cavabdehə satması razılaşdırıldığı halda, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsi belə, qeyd edilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından MTK iddiaçı qarşısında 14 sentyabr 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyi qaldığından, onun MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsi mövqeyini A Mülki Məcəlləsinin 152, 157, 178, 337, 340, 386, 389, 390, 399, 452, 752, 770-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 78.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən MTK-nın inşa mübahisəli mənzil xx.xx.2015-ci ildə iddiaçıya satılmışdır. xx.xx.2021-ci il tarixdə isə həmin mənzil başqa bir müqavilə ilə cavabdehə satılmışdır. Həmin mənzil cavabdeh tərəfindən təmir edilmiş və mənzildə hal-hazırda yaşayış olmuşdur. Bütün bunlar MTK-nın əvvəlki müdiriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, əlavə məlumat verə bilmirlər. Hazırda bu haqda aidiyyəti orqanlara müraciət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1391/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil 2015-ci il tarixli müqavilə ilə iddiaçıya, 2021ci il tarixli müqavilə ilə isə cavabdehə satılmışdır. İddiaçı ilə bağlanmış müqavilədə mənzilin nömrəsi qeyd olunmamışdır. İkinci müqaviləyə əsasən mənzili almış cavabdeh mənzili təmir etmiş və mənzil 2021-ci ildən onun istifadəsindədir. İddiaçının bildirməsinə görə, mənzillə yalnız bir müddət əvvəl maraqlanmış və mənzilin başqa şəxs - cavabdeh tərəfindən təmir olunaraq orada yaşaması məlum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı illər ərzində gəmidə işlədiyini bildirmiş, mənzilə tərəfindən seyf qapı qoyulduğunu, mənzildə ilkin təmir işlərinə başladığını, sonradan təmir işlərində ləngimə olduğunu, daha sonra mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilmədiyini qeyd etmişdir. İddiaçı tərəfindən mənzilin 2015-ci il tarixində alınması və keçən müddət ərzində mənzildən məlumatı olmaması həqiqəti əks etdirmir. Belə ki, apellyasiya baxışında cavabdeh qapını heç vaxt sındırmadığını, mənzili tam boş vəziyyətdə aldığını, orada qapının ümumiyyətlə olmadığını, mənzilin özü tərəfindən təmir edildiyini və sonradan qapı qoyulduğunu bildirmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4344/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır; iddia tələbindən görünür ki, iddiaçı mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 saylı Müqavilənin etibarsız hesab edilməsi, əşyalar götürülməklə mənzilin boşaldılıb ona təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir; işin müəyyən olunan hallarına əsasən birinci instansiya məhkəməsi iddianı rədd edərkən, MTK ilə cavabdeh arasında bağlanmış müqavilədə sonuncunun həqiqi niyyətinin məhz mənzil əldə etmək olduğunu, həmin mənzilin MTK tərəfindən daha əvvəl kiməsə satılması barədə məlumatı olmadığını, qeyd olunan müqavilənin etibarsız müqavilə sayıla bilməməsini, mübahisəli mənzillə bağlı öhdəliyin MTK tərəfindən hər iki tərəfin, yəni həm iddiaçının və həm də cavabdehin xeyrinə icra edilməsinə baxmayaraq, öhdəliyin icrasının cavabdeh tərəfindən qəbul edildiyini, onun tərəfindən mənzilin təmir edilib hal-hazırda da orada yaşadığını, həmçinin cavabdehə satılmış mənzilin 48 nömrəli mənzil olmasını, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsinin isə göstərilmədiyini, MTK-nın iddiaçı qarşısında 14 sentyabr 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyinin qaldığını, onun MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququnun olmasını qeyd etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır; apellyasiya instansiya məhkəməsi isə iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, həmçinin iddiaçının illər ərzində gəmidə işlədiyini bildirməsini, mənzilə tərəfindən seyf qapı qoyulduğunu, mənzildə ilkin təmir işlərinə başladığını, sonradan təmir işlərində ləngimə olduğunu, daha sonra mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilmədiyini qeyd etdiyini, iddiaçı tərəfindən mənzilin 2015ci ildə alınması və keçən müddət ərzində mənzildən məlumatı olmamasının həqiqəti əks etdirmədiyini göstərmişdir; halbuki iş materiallarında olan sübutlarla, iddiaçının mübahisəli mənzili cavabdehdən daha əvvəl, 14 sentyabr 2015-ci il tarixdə alaraq, mənzilin pay dəyəri olan 32.550,0 manat məbləğində pulu MTK-ya ödəməsi təsdiqini tapmışdır; göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən mənzilin 2015-ci ildə alınması və keçən müddət ərzində mənzildən məlumatı olmamasının həqiqəti əks etdirmədiyini göstərməklə həmin sübutları şübhə altına almış, cavabdehə satılmış mənzilin 48 nömrəli mənzil olmasını, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsinin isə göstərilmədiyini qeyd edərkən isə, iddiaçıya mənzilin satılması zamanı mənzillərin hələ nömrələnməsi, mənzilin birinci dəfə satılmasından 6 il sonra cavabdehə satılması zamanı artıq mənzillərin nömrələnməsi ehtimalını nəzərə almamış, qeyd olunan hallarla bağlı hər hansı araşdırma aparmadan formal mülahizələrinə uyğun qərar qəbul etmişdir; bundan başqa, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni əsaslandırarkən, mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə iddiaçıya, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzili başqa bir müqavilə ilə cavabdehə satılması barədə MTK tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatı nəzərdən qaçırmış, həmin məlumatda qeyd olunanlara hər hansı hüquqi qiymət verməmişdir; həmçinin apellyasiya instansiya məhkəməsi işə baxarkən, mübahisəli mənzilin iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanandan sonra MTK tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilib-verilməməsi, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi mənzilə seyf qapı qoyması, mənzildə ilkin təmir işlərinin başlaması kimi hallar araşdırılmamış, MTK-nın nümayəndəsinin məhkəmə iclasında mövqeyi aydınlaşdırılmamışdır. Halbuki cavabdeh də apellyasiya instansiya məhkəməsinin 31 iyul 2023-cü il tarixli iclasında verdiyi izahatında həmin mənzildə heç bir qapının olmadığını, bunu komendant və mühafizəçinin də təsdiqlədiyini göstərmiş, lakin əsaslı və qanuni yekun məhkəmə aktının qəbul edilməsi üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya məhkəməsi qeyd olunan faktlara dair cavabdehin həmin məlumatları birinci instansiya məhkəməsinə təqdim etməməsinin, adı çəkilən şəxslərin məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verməməsinin səbəblərini aydınlaşdırmamış, həmin araşdırmanın nəticəsindən asılı olaraq da cavabdehin izahatında göstərilənləri yoxlamağa lüzum görməmişdir; mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə iddiaçıya, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzil başqa bir müqavilə ilə cavabdehə satılmasının MTK-nın əvvəlki müdriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, hazırda bu haqda aidiyyəti orqanlara müraciət etmələri barədə MTK tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunanlar da apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıbaparılmaması MTK-ya rəsmi sorğu verilməklə yoxlanılmamış, bu kimi nəticələr mövcud olmadığı halda isə MTK-nın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması və bununla bağlı xüsusi qərardadın qəbul edilməsi məsələsi müzakirə edilməmişdir; eyni zamanda MTK-nın xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunanlardan asılı olaraq, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X9, həmçinin cavabdeh ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X2 hazırda harada olması, yuxarıda qeyd olunan sualların aydınlaşdırılması məqsədi ilə həmin şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsini Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri baxımından müzakirə edərək, tərəflərin fikirlərini öyrənməmişdir; göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək mübahisəli mənzilin cavabdehə real olaraq təhvil verilməsi əsası ilə iddia tələbini rədd etməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir; belə ki, göstərilən hallar araşdırılarkən mübahisəli mənzilin alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə iddiaçıya real olaraq təhvil verilməsi təsdiqini tapdığı halda, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 15 dekabr 2017-ci il tarixə kimi qüvvədə olmuş 178.8-ci maddəsi çıxış edəcəkdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Təkrar apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə seyf qapının kim tərəfindən qoyulması, həmin mənzildə tikinti işlərinin kim tərəfindən aparılması, mənzilin cavabdehə təhvil verilməsindən əvvəl mənzilin qapısının olubolmaması, MTK-nın əvvəlki rəhbərliyi haqqında cinayət işin olub-olmaması barədə məlumatların verilməsi ilə bağlı MTK-ya sorğu vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-594/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzildən əşyalar götürülməklə boşaldılıb ona təhvil verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27 nömrəli müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilin cavabdeh tərəfindən əşyalar götürülməklə boşaldılması və iddiaçıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova, İlqar Dəmirov) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanan xx.xx.2015-ci il tarixli müqavilədə mübahisə predmeti olan mənzilin nömrəsinin göstərilməməsi iddianın əsassız olması anlamına gəlmir. MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən, xx.xx.2015-ci ildə iddiaçıya satılmış mənzil xx.xx.2021-ci il tarixdə başqa bir müqavilə ilə cavabdehə satılmışdır. Odur ki, tərəflər arasında eyni mənzillə bağlı mübahisənin getməsi işin faktiki halları ilə öz təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair MTK ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən iddiaçı ilə MTK arasında xx.xx.2015-ci il tarixli müqavilə qüvvədə olmuşdur, iddiaçının isə mənzilin üçüncü şəxsə satılması ilə bağlı razılığı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi onu da bildirmişdir ki, mənzil MTK tərəfindən Cavabdeh1 təhvil verilmiş, sonuncu isə mübahisəli mənzili təmir edib, həmin mənzildə yaşamağa başlamışdır. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, xx.xx.2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin məzmununa görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Belə olan halda, iddiaçı MTK-ya mənzilin pay dəyəri 32550 manat məbləğində pulu ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Beləliklə, MTK tərəfindən mübahisəli mənzilin üçüncü şəxsə satılmasına dair iddiaçının razılığı alınmadığından, MTK ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, mübahisəli mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin izah etmişdir ki, iddianın bu hissədə təmin olunması mübahisəli mənzil üçün cavabdeh tərəfindən MTK-ya ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Apellyasiya instansiyası məhkəməsi iddianın “mənzilə istifadə hüququnun tanınması” hissəsinə hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçı MTK-ya mənzilin pay dəyərini ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etdiyindən, istifadə hüququnun tanınmasına zərurət yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 157, 178, 337, 340, 427 və 442-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi 13 may 2024-cü il tarixdə MTK-nın səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olub-olmamasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad da çıxarmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3278/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4344/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarında şərh edilən və hazırki qərarın 29-cu bəndində qeyd edilən göstərişlərinə tam əməl etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, Ali Məhkəmənin əvvəlki qərarında mübahisəli mənzilin iddiaçı ilə alqısatqı müqaviləsi bağlanandan sonra MTK tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilibverilməməsi, iddiaçının mənzilə seyf qapı qoyması, mənzildə ilkin təmir işlərinin başlaması kimi halların araşdırılması, hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıbaparılmaması ilə bağlı MTK-ya rəsmi sorğu verilməsi, MTK-nın nümayəndəsinin məhkəmə iclasında mövqeyinin aydınlaşdırılmalı olması barədə göstəriş olmuşdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mənzilə seyf qapının kim tərəfindən qoyulması, həmin mənzildə tikinti işlərinin kim tərəfindən aparılması, mənzilin cavabdehə təhvil verilməsindən əvvəl mənzilin qapısının olub-olmaması, MTK-nın əvvəlki rəhbərliyi haqqında cinayət işinin olub-olmaması barədə məlumatların verilməsi ilə bağlı 28 fevral 2024-cü il tarixdə MTK-ya sorğu vermiş, lakin sorğuya hər hansı cavab almadan yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Bir halda ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qeyd edilən sorğunun verilməsini zəruri saymışdısa, gəldiyi nəticəni də həmin sorğuya müvafiq cavab almaqla əsaslandırmalı idi. Qeyd edilməlidir ki, sorğuya cavab nəticəsində MTK-nın əvvəlki rəhbərliyi haqqında cinayət işinin olması müəyyən edilmiş olsa idi, bu zaman təqsirləndirilən şəxs(lər)ə hazırda mübahisədə adı keçən müqavilələr və mənzilə dair ittiham verilibverilməməsi, hazırkı iş üzrə tərəflərin həmin iş üzrə zərərçəkmiş kimi tanınıb-tanınmaması, cinayət işi üzrə təqsirləndirilən şəxs(lər)in həmin xüsusatla bağlı hansı məzmunda ifadə vermələri mübahisənin həllində Mülki Məcəllənin 178.8-ci maddəsinin tətbiqi üçün mühüm əhəmiyyət daşıyacaqdı. Lakin qeyd edilən məsələlər açıq qaldığı üçün məhkəmə kollegiyası Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki işə tətbiqinin əsaslı olub-olmamasına qiymət verə bilə bilmir. Bundan əlavə, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X9, həmçinin cavabdeh ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X2 hazırda harada olması, yuxarıda qeyd olunan sualların aydınlaşdırılması məqsədi ilə həmin şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsinin Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri baxımından müzakirə edilməsi barədə göstəriş də icra edilməmişdir. Məhkəmə iclas protokollarından apellyasiya instansiyası məhkəməsinin hazırki üzrə Ali Məhkəmənin həmin göstərişi ilə bağlı hər hansı araşdırma aparması, qeyd edilən şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olubolmaması məsələsi ilə bağlı tərəflərin sorğu-sual olunması görünmür. Bu da o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı, tam araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hallar kimi qeyd etdiyi məsələləri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul etmişdir. Halbuki Ali Məhkəmənin qərarında göstərilən məsələlərin araşdırılması işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsinin vəzifəsi olmuşdur. Həmçinin qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mübahisənin həlli bağlı Ali Məhkəmənin qərarına bu cür formal yanaşmasını əsaslı hesab edilmir. Analoji işlərlə bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Bütün bunlar göstərir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul edərək, mübahisənin qanuni və əsaslı həlli ilə bağlı lazımi araşdırma aparmadan qərar qəbul etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, sahiblik və istifadəsində olan mənzil, qanunsuz olaraq ikinci cavabdehə satılmış, ikinci cavabdeh isə bilə-bilə ki, artıq bu mənzilin sahibi var, qapını sındıraraq ora daxil olmuş, icazəsiz qapını dəyişmiş və həmin mənzilə daxil olmağına əngəllər yaratmışdır. Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışdan müəyyən edilir ki, Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın C giriş, 9-cu mərtəbəsində sahəsi 54,25 kv.m. olan 1 otaqlı mənzilin pay dəyəri 32.550 (otuzikimin beş yüzəlli) manat iddiaçı tərəfindən tam ödənilmişdir, onun MTK-ya borcu yoxdur. Lakin məhkəmə tərəfindən obyektiv araşdırma aparılmamışdır. Məhkəmə yalnız MTK-dan maddi zərər tələb etmək hüququnun olması qənaətinə gəlməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Məhkəmə işin faktiki hallarına düzgün qiymət vermədən ikinci cavabdehlə bağlanımış müqavilənin etibarsızlığı üçün kifayət qədər əsaslar olsa da, cavabdehin mənzili təmir etməsini əsas götürmüşdür. Halbuki cavabdehin mənzili təmir etməsi əqdin etibarlı olmasına dəlalət etmir və belə olan halda ikinci cavabdeh MTKdan ona vurulmuş maddi zərəri, təmir xərclərini tələb etməlidir. İddiaçı tərəfindən mənzilin tam təmir edilməməsi halı mənzildən imtinaya və digər hallara səbəb olmur və bağlanılmış müqavilədə bu barədə hər hansı bir qeyd-şərt yoxdur. Göründüyü kimi, cavabdeh MTK qanunsuz olaraq bu mənzili digər şəxsə satmaqla cinayət törətmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar Əvvəlki məhkəmə iclasında işdirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirir ki, müvafiq mənzili 2015-ci ilin sentyabr ayı almışdır. Mənzilin ödənişini də tam şəkildə ödəmişdir. O, mənzili alan zaman həmin binada heç bir mənzilə qapı qoyulmamışdır. 2016-ci ildə komendant ona bildirdi ki, alıcılar şirkət tərəfindən qoyulan qapıları bəyənmədiyi üçün qapı qoyulmayıb. Daha sonra o bildirdi ki, 500 manat məbləğində qaz sayğacının ödənişini edilsə, mənzilə qapı qoyulması üçün icazə veriləcək. O da həmin ödənişi etdi. Daha sonra işi ilə əlaqədar dənizə getməli olmuşdur. Lakin hər il gəlib mənzilə baxış keçirmişdir. Sonuncu dəfə 2019-cu ildə mənzildə olmuşdur. 2020-2021ci illərdə pandemiya ilə əlaqədar 8 ay işdə olmuşdur. 2022-ci ilin yanvar ayında qayıtdıqda mənzilin başqası tərəfindən təmir edildiyini gördü və cavabdeh Venara Cahangirovnanın qohumu X11 təmiri dayandırıb ona mənzili satan Şahid yanına getməyi təklif etdi və Nərimanov rayonundakı ofisinə getdilər və orada bildirdilər ki, ona başqa mənzil verəcəklər. O, xeyli gözlədi, sonra ona həmin binada yuxarı mərtəbədən mənzil təklif etdilər. O, həmin mənzilə baxmaq üçün getdikdə mənzilin qapısı olduğunu və qapının üzərində telefon nömrəsi olduğunu gördü. Həmin nömrəyə zəng etdikdə isə nömrə sahibi ona Şahid tanımadığını bildirdi və beləliklə, həmin mənzilin başqa şəxsə satıldığını öyrəndi. Söz verilsə də, ona başqa bir mənzil verilmədi. O, Şahid inanmış və Nofəl onun etibarından suiistifadə etmişdir. Həmçinin onu da qeyd edir ki, X3 Nofəl Əhməd oğlu üçün elektrik işi görüb, Şahid da bu işin qarşılığında pul əvəzinə ona mənzil verib. Əvvəlcə cavabdeh Venara Cahangirovnanın pulunu ödədiyi ev digər binada olub, amma necə oldusa, sonradan onun mənzilini cavabdeh Venara Cahangirovnaya veriblər. Daha sonra o, Şahid ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə də müraciət etmiş və ona bildirdilər ki, müraciətinə baxılacaq. Daha sonra onunla bağlı istintaq aparıldığını və onun həbs olunduğunu öyrənmişdir. Lakin həmin cinayət işi ilə bağlı onun və Venara Cahangirovnanın izahatı alınmayıb və onlar zərərçəkmiş şəxs qismində cəlb edilməmişlər. Həmçinin bildirmişdir ki, Qeyd olunan mənzili alana qədər Qazax rayonunda yaşamışdır. Daha sonra dostunun təklifi ilə mübahisəli mənzili almaq qərarına gəlmişdir. Mənzili alarkən niyəti nə zamansa həmin mənzili təmir edib orada yaşamaq idi. İmkanı olmadığı üçün və işi ilə bağlı dənizdə olduğum üçün mənzilə qapı qoya bilməmiş və mənzili təmir edə bilməmişdir. Lakin qapı qoyulmasa belə, ora taxta hissələri söykənmişdi. 2022-ci ilin yanvar ayında gedib mənzilin təmir edildiyini görəndə X16 ilə tanış olmuşdur. Daha sonra X16 özü ona zəng edib onunla əlaqə yaradıb. Əgər mənzil ona qaytarılarsa, cavabdeh Venara Cahangirovna tərəfindən mənzilin təmiri üçün çəkilən xərcləri ödəyə bilər. Eyni zamanda qeyd etmişdir ki, Cavabdeh2 MTK-nın sədri X14 olsa da, onu tanımır, çünki anası və qardaşı mənzili Şahid alıb və mənzilin pulunu da Şahid veriblər. Onlara müqavilə və maliyyə arayışı Şahid tərəfindən təqdim olunub. Bundan başqa o şəxsləri heç vaxt görməmiş və harada olmaları barədə məlumatı yoxdur. Onuda bildirmişdir ki, mənzil alınan zaman o özü denizdə olduğu üçün orda olmamış, mənzilli anası ilə qardaşı almış və müqavilə onun adından bağlanılsa da, müqaviləyə onun yerinə qardaşı imza atmışdır. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, hazırki mübahisə üzrə qüvvədə olan birinci müqavilə var. Hüququn prinsiplərinə əsasən ilk növbədə həmin müqavilə əsas götürülməlidir. Müəyyən səbəblərdən hüquqlarını müdafiə etdiyi şəxs mənzili təmir etdirməsə də, birinci müqavilə nəzərə alınmalıdır. Müqavilə də, mənzilin nə vaxt təhvil verilməsi, nə vaxt təmirə icazə verilməsi və eləcə də, mənzilin boş qalacağı və təmir edilmədiyi təqdirdə başqa şəxsələrə satılacağı barədə şərtlər nəzərdə tutulmamışdır. İddiaçının mənzil almaqda məqsədi onu gələcəkdə təmir etdirərək orada yaşaması olmuşdur. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o, mübahisəli mənzili Şahid almışdır. Bu zaman mənzil təmirsiz şəkildə idi və həmin mərtəbədə bütün mənzillərin qapısı var idi, yalnız bu mənzilin qapısı yox idi. Ona görə də həmin mənzilin başqa şəxsə satıldığını bilməmişdir. Həmçinin bildirdi ki, iddiaçının adını çəkdiyi şəxs X16 onun bibisi oğludur və o həmin binada işləməyib, sadəcə həmin binada ventilyasiya sisteminin quraşdırılması işlərində onun atası işləyib. X16 ona həmin binada satışda olan mənzillərin olduğunu bildirib. Mənzilə baxmaq üçün getdikdə o, tək olduğu üçün bibisi oğlu X16 yanında olub. Mənzilə təmirdən əvvəl qapı qoyulmuşdur. Təmir müddəti isə 2 ay çəkmişdir. Mənzilin təmirinə 30 min manatdan çox xərc çəkmişdir. Mənzili isə 35 min manata almışdır. Yalnız təmir bitdikdən sonra bu evin başqa şəxsə də satıldığını bilmişdir. Onu da qeyd etdi ki, müqavilə 11 dekabr 2021-ci ildə bağlanıb. 2022-ci ildə may ayından həmin mənzildə yaşayır. Mənzilin təmirinə başlamamış sayğac ödənişini digər ödənişləri etmişdir və bunlarla bağlı qəbzlər də var. Yaşadığı vaxtdan kommunal xərcləri də ödəmişdir. Mənzilin təmirinə çəkilən xərcin iddiaçı tərəfindən ona ödənilməsinə razı deyil, çünki o məbləğlə başqa mənzil satın ala bilməz. Onu da bildirmişdir ki, şahid Elxan Məmmədov hazırkı məsələ ilə bağlı tam məlumatlı deyil, bəzi şeyləri qarışdırır. O, mənzil alamağa gedərkən binada tikinti gedirdi. O, binadan mənzil almaq üçün hissə-hissə 2-3 dəfəyə ödəniş etmişdir. Ona görədə onunla həmin vaxt müqavilə bağlanılmamışdır. Ödənişi tam etdikdən sonra hələ də binanın tikilən hissəsi hazır deyildi. Yaşamağa yeri olmadığından ona hazır blokdan ev verilməsini istəmişdir. Şahid da ona hazırki mənzili təklif etmişdir. O, həmin mənzilə baxmaq üçün getdi və mənzili bəyəndi. Daha sonra ona mənzilə aid müqavilə və maliyyə arayışı təqdim olundu. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı tərəfindən təqdim olunan müqaviləni onlar qanuni hesab edə bilməzlər. Çünki iddiaçı həmin müqaviləni özü imzalamayıb. İddia edən tərəflə imzalanmamış müqaviləni, həmin tərəf iddia edə bilməz. Onu da qeyd etdi ki, ümumiyyətlə birinci mənzil və ikinci mənzil yoxdur. Şahid ifadəsində qarışdırır. Venera xanım ordan cəmi bir mənzil alıb və MTK ilə aralarında bir müqavilə imzalanıb.Cavabdeh1 əlində tam pulu olmadığı üçün bibisi oğluna da güvənib və mənzilin məbləğini hissə-hissə 3 dəfəyə şirkətə ödəyib. Nəğd pulu olmadığı üçün həmin zaman müqavilə imzalanmayıb. Ona bildiriblər ki, hazırda yeni blokda tikilir hazır boş evlər də vardır. Ödənişi tam ödəyəndə istəyinə uyğun mənzillə təmin ediləcək. Ödənişi bitirdikdən sonra Cavabdeh1 mənzil istədikdə isə bu mübahisəli mənzili ona boş mənzil kimi veriblər. Bir ay ərzində danışıqlar olub, mənzilin pulu ödənilib və mənzil ona verilib. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmağına baxmayaraq iş üzrə Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə görə iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə şifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, e-2(012)1278/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətamə qəbul edilməli və iddia rədd edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi qanunun normasını düzgün tətbiq edilməsi məqsədilə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışları zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin iş üzrə qəbul edilmiş əvvəlki qərarlarında şərh etdiyi hüquqi mövqeni və əvvəli apellyasiya baxışlarında yol verilmiş nöqsanları nəzərə alaraq aşağıdakıları qeyd edir. Mübahisəli mənzilin iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanandan sonra MTK tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilib-verilməməsi, iddiaçının mənzilə seyf qapı qoyması, mənzildə ilkin təmir işlərinin başlaması kimi hallar araşdırılmış, MTK-ya mənzilə və mənzilin yerləşdiyi binaya dair, həmçinin hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıbaparılmaması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu verilmiş və müəyyən edilmişdir ki: Əvvəla iddia ərizəsində iddiaçı mübahisəli mənzili əldə etdikdən sonra oraya seyf qapı qoydurduğunu, bir müddət sonra təmir işlərinə başladığını göstərsə də, işin halları ilə qeyd olunanlar öz təsdiqini tapmamışdır. Belə ki, hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçı sədrlik edənin suallarına cavab olaraq imkanı olmadığı üçün və işi ilə bağlı dənizdə olduğu üçün mənzilə qapı qoya bilmədiyini və mənzili təmir edə bilmədiyini, qapı qoyulmasa belə ora taxta hissələrinin söykəndiyini bildirmişdir. Bundan başqa iş materiallarında olan fotoşəkillərlə 2021-ci il tarixdə Cavabdeh1 təhvil verilərkən mənzildə hər hansı təmir işlərinin aparılmadığı, mənzilin qapısının olmadığı müəyyən olunur. Həmçinin iddiaçı məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkilinin verdiyi suala cavab olaraq mənzilin ödənişinin anası və qardaşı tərəfindən Şahid təqdim olunduğunu, müvafiq mənzili alan zaman iddiaçının dənizdə işdə olduğunu, müqavilənin onun tərəfindən imzalanmadığını, anası, ya da qardaşı tərəfindən imzalandığını bildirmişdir. Bundan başqa iddiaçı apellyasiya icraatı zamanı X10 Şahid üçün elektrik işi gördüyünü, Şahid da bu işin qarşılığında pul əvəzinə ona mənzil verdiyini bildirsə də, həmin hal da öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş istər X16, istərsə də Şahid qeyd edilən halı təkzib etmişlər. Belə ki, məhkəmə iclasında şahid X16 izahatında bildirdi ki, Cavabdeh1 onun dayısı qızıdır. Cavabdeh2nə məxsus binada onun atasına aid şirkət havalandırma işlərini görmüşdür. İlk əvvəl dayısı qızı Venera ona ev lazım olduğunu bildirmişdir. Daha sonra anası ondan Veneraya mənzil almaqda kömək etməyini istəmişdir. O və Venera birlikdə Cavabdeh2 şirkətinə gedib mənzil almaq üçün adını qeyd etdilər. Həmin mənzilin ödənişini Venera hissə-hissə ödədi və ödəniş bitdi. Daha sonra Venera ona zəng edərək bildirdi ki, mənzili hələ də ona vermirlər. Bu haqda Şahid ilə danışdı və Nofəl dedi ki, narahat olmasınlar, o, Veneraya hazır binadan mənzil verəcəkdir. Daha sonra Şahid onlara müvafiq mübahisəli mənzili verdi. Həmin mənzil boş və təmirsiz şəkildə idi, mənzilin qapısı da yox idi. Daha sonra Venera mənzili təmir etdirdi. O da mənzilin təmirinə qohum kimi köməklik etmiş və o tək olduğu üçün onun yanında olmuşdur. Məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq şahid X16 bildirdi ki, mübahisəli mənzilin 70 faizini təmir etdirdikdən sonra İddiaçı mənzilə gələrək Cavabdeh1 mənzilin ona məxsus olduğunu bildirib. Venera ona zəng edib bu məsələni bildirdikdən sonra o, Raminlə əlaqə saxlamışdır. O vaxta qədər o, Ramini tanımamışdır. Daha sonra Raminlə bu haqda danışmış, Ramin və onun anası ilə birlikdə Şahid şirkətinə getmişlər. Şirkətdə onlara bildirdilər ki, narahat olmasınlar, Raminə başqa bir mənzil veriləcək. Daha sonra öyrəndi ki, Ramin həmin mübahisə ilə bağlı məhkəməyə müraciət edib. Həmçinin bildirdi ki, Şahid ona borcunun olması və onun əvəzində mübahisəli mənzili onlara verməsi ilə bağlı məlumat doğru deyil. Venera nəğd şəkildə mübahisəli mənzilin pulunu ödəyib və mənzili əldə edib. Şahid isə şirkət rəhbəri kimi tanımışdır. Mübahisəli mənzilin ölçüsü Cavabdeh1 verilməli olan mənzilin ölçüsündən böyük idi və onlar buna görə əlavə pul da ödəmişlər. Onu da bildirir ki, o, sadəcə Şahid və onun qardaşları ilə danışıqların aparılmasında İddiaçı kömək etmək istəmişdir ki, bu problem həll olunsun. Məhkəmə iclasında Şahid izahatında bildirdi ki, mübahisəli mənzilin pulu Cavabdeh1 tərəfindən ödənilib. O, ümumiyyətlə, 30 ildir ki, bu işlə məşğuldur və Xırdalan şəhərində 5 bloklu bina tikib, təhvil vermişdir. Həmin binalarla bağlı rəhbərlik dəyişdi və qarışıqlıq oldu. Orada zərərçəkən ola bilməz. Sadəcə ona problem yaradan şəriki olmuş və o, həbs olunduqdan sonra binanın 3 bloku başqa şəxsə verilmişdir. Bundan sonra vətəndaşlar arasında anlaşılmazlıq yaranıb. Həmin binaların 60 faizi onun, 40 faizi isə onun şərikinindir. Orada heç kəs mənzilsiz qala bilməz. Onlar mənzil verilməyən şəxslərə digər binalardan mənzil verməyi nəzərdə tutmuşlar. Həmin binalar artıq hazırdır. Sadəcə oradakı mənzillərlə bağlı hal-hazırda məhkəmə mübahisəsi var. Məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq Şahid bildirdi ki, X14 onun qardaşıdır. O Cavabdeh2 MTK-nın sədri vəzifəsində olub lakin, 2013-cü ildən onun etibarnaməsi var və bütün alqı-satqı işləri onun tərəfindən həyata keçirilib. Hacıyev Tarıyel bu işlərdə iştirak etməyib. Daha sonra Cavabdeh2 MTK-nın sədri X5 olmuşdur. Onların formal olaraq müqavilələrdə adları keçsə də, faktiki rəhbərliyi o etmişdir. İddiaçılə hansı şəraitdə müqavilə bağlamağı yadında deyil. Lakin onunla 2015-ci ildə müqavilə varsa, deməli ona da mənzil satılıb. X12 tanıyır və onun atasının şirkəti onların binasında havalandırma işlərini görüb. Mübahisəli mənzil X1r üçün gördüyü işlərin əvəzində verilməmişdir. Venera mənzilin ödənişini 2-3 dəfəyə ödəmişdir və ödənişi bitirdikdən sonra o, Veneraya mənzil vermişdir. Bir sözlə, Mübahisəli mənzil faktiki olaraq Cavabdeh1 təhvil verilmişdir. Həmin binada ümumiyyətlə mənzillərə qapı qoyulmurdu. Vətəndaşlar özləri mənzillərə qapı qoyurdular. Mübahisəli mənzil Veneraya Surxayeva verilən zaman qapısı yox idi və təmirsiz idi. Mənzilə qapı Cavabdeh1 tərəfindən qoyulmuşdur və ona yalnız bir mənzil satılıb və yalnız bir müqavilə verilib. Mübahisəli mənzili Cavabdeh1 boş mənzil kimi satılmışdır. Mənzil İddiaçı mənzili kimi satmamışdır. İddiaçı isə indi danışdıqca xatırlayır. Ramin onun qonşusu olub və onlar bir-birinə inanmışlar. Onunla 2015-ci il müqavilə olsa da, 2015-ci ildə mübahisəli mənzilin yerləşdiyi bina istifadəyə hazır deyildi. Həmin bina 2018-ci ildən istifadəyə verilib. Bu illər ərzində İddiaçı mübahisəli mənzilə baş çəkdiyini görməmişdir. Yalnız Ramin 2022-ci ildə ona müraciət edərək bildirib ki, mübahisəli mənzil onundur. Daha sonra o, Raminə və anasına söz vermişdir ki, onlara digər binadan mənzil veriləcək və bu gün də söz verir ki, onun məhkəmə mübahisəsi bitdikdən sonra İddiaçı mənzil veriləcəkdir. Həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinində hazırkı işə 2-ci dəfə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 may 2024-cü il tarixdə MTK-nın səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olub-olmamasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad da çıxarılaraq müvafiq prokurorluq orqanın göndərilmiş, qərardadın da nəticəsi olaraq hazırda araşdırılmaqda olan cinayət işinin materiallarına əlavə edilərək tədqiq edilməsinə dair məlumat daxil olmuşdur. Bundan başqa məhkəmə tərəfindən qəbul edilmiş xüsusi qərardadın nəticələri ilə bağlı, həmçinin tərəflərin yerinin müəyyən edilməsi məqsədilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə ********* nömrəli cinayət işinin nəticəsi barədə məhkəməyə ətraflı məlumat verilməsi (təqsirləndirilən şəxslər, eləcə də zərərçəkmiş şəxslər qismində kimlərin cəlb olunması), iş üzrə ittiham aktının cıxarılıb-çıxarılmaması (çıxarıldığı təqdirdə surətinin məhkəməyə təqdim edilməsi) barədə sorğular ünvanlansa da, həmin sorğulara heç bir cavab verilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında olan göstərişlərə uyğun olaraq, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə MTKda sədr vəzifəsində işləmiş X9, həmçinin cavabdeh ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X2 harada olması barədə, onların iş üçün əhəmiyyətli olan hallara dair dindirilməsinin zəruriliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən MTK-ya müvafiq sorğu verilmiş lakin adı çəkilən şəxslərin harada olmasına dair hər hansı bir məlumat verməmişdir. Belə olan halda X2 və X9 məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsi məhkəmə iclası zamanı proses iştirakçıları ilə də müzəkirə edilmiş lakin hər iki tərəf adıçəkilən şəxslərin dindirilməsinə zərurət olmadığını, həmin şəxsləri ümumiyyətlə tanımadıqlarını bildirmişdir. Belə ki, İddiaçı müvafiq mənzili alan zaman işi ilə əlaqədar dənizdə olduğunu, həmin vaxt Cavabdeh2 MTK-nın sədri X14 olsa da, onu tanımadıqlarını, çünki anası və qardaşının mənzili Şahid aldığını və mənzilin pulunu da Şahid verdiklərini, onlara müqavilə və maliyyə arayışının Şahid tərəfindən təqdim olunduğunu, bu səbəbdən də X8 məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinin heç nə verməyəcəyini, bundan başqa o şəxsləri heç vaxt görmədiyini və harada olmaları barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin Cavabdeh1 bildirmişdir ki, o, müvafiq mənzili alan zaman Cavabdeh2 MTK-nın faktiki rəhbəri Şahid olmuş və o mənzili Şahid almışdır. Onunla bağlanan alqı-satqı müqaviləsində adı keçən, Cavabdeh2 MTK-da sədr vəzifəsində işləmiş X4 tanımır. Ona görə də düşünür ki, X2 məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə ehtiyac yoxdur. Çünki müqavilədə onun adı keçsə də, binanın əsl sahibi Şahiddur. Həmin şəxslərin yerinin müəyyən edilməsi istiqamətində nəticə əldə edilmədiyindən, həmçinin istər iddiaçı, istərsə də cavabdeh X9 və X2 iştirakına ehtiyac olmadığını bildirdiklərindən məhkəmə adıçəkilən şəxslərin dindirilməsinə zərurət görməmişdir. Lakin buna baxmayaraq hər iki tərəf Şahid adlı şəxsin binanın sahibi olduğunu təsdiqlədiyi üçün məhkəmə araşdırma aparmış və sonuncunun Bakı Ağır Cinayəltər Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar olaraq təqsirləndirilən şəxs qismində Bakı İstitnaq Təcridxanasında olduğunu müəyyən etmiş və onun məhkəmə iclasında şahid qismində dindirilməsini təmin etmişdir. Yuxarıda qeyd edilmiş həmin ifadəsində də Şahid iddiaçi İddiaçılə müqavilənin necə bağlanmasını xatırlamadığını, lakin həmin mənzili Cavabdeh1 verildiyini, sonuncu ilə yalnız bir müqavilə bağlanıldığını, Cavabdeh1 tərəfindən məbləğ tam ödənildikdən onra mübahisəli mənzil boş olduğu üçün cavabdehə verildiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mənzil müqavilə bağlanılarkən iddiaçıya təhvil verilə bilməzdi, çünki bina 2018-ci il tarixdə təhvil verilmişdi, həmin ev Cavabdeh1 verilərkən təmirsiz olmuş və qapısı olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən komendant və mühafizəçinin də şahid qismində dindirilməsi məsələsi məhkəmə iclası zamanı müzakirə edilmiş, lakin proses iştirakçıları, xüsusilə də cavbdeh hal-hazırda orada fərqli komendantın olduğunu, komendantın dəfələrlə dəyişdirildiyini, hazırda orada olan komendantın da əvvəlki komendant olmadığını bildirdi. İddiaçı isə hazırki komendantı tanımadığını, həmin şəxslərin gəlib iş üçün əhəmiyyətli olan hər hansı bir məlumat verə bilməyəcəklərini bildirmişdir. Mövcud olan müqavilə, müqavilə üzrə öhdəlik var. Həmin müqavilədə mənzilin nə zaman təhvil verilməli olduğu göstərilməmişdir. Həmçinin məhkəmə tərəfindən Cavabdeh2nə sorğu ünvanlanaraq aşağıdakı suallar qoyulmuşdur.
1. Cavabdeh2 MTK ilə İddiaçı arasında müqavilə bağlandıqdan sonra MTK tərəfindən mübahisəli Cavabdeh2 MTK-ya məxsus binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 54,25 kv.m. olan 1 otaqlı mənzil iddiaçıya faktiki təhvil vermişdirmi? Vermişdirsə nə zaman verilmiş və bununla bağlı əlaqəli sənədlərin (sübutların) təqdim edilməsi.
2. Mübahisəli mənzilin giriş seyf qapısı nə zaman və kim tərəfindən quraşdırılmışdır?
3. İddiaçı tərəfindən mübahisəli mənzildə ilkin təmir işləri aparılmışdırmı? Aparılmışdırsa, hansı tarixdə aparılması barədə məlumat.
4. Ümumiyyətlə MTK tərəfindən inşa edilmiş bina və binada yerləşən mənzilllər sakinlərin istifadəsinə və eləcə də təmirə nə zaman təhvil verilmişdir.
5. Hazırki iş üzrə qanun pozuntusuna yol vermiş şəxs və ya şəxslər barəsində cinayət işi açılmışdırmı və ya cinayət məsuliyyətinə cəlb edilmişlərmi? Nəticəsi barədə məlumat verilməsi.
6. MTK-nın rəhbəri olmuş şəxslər X15 və X5 hal-hazırda MTK-da hər hansı bir vəzifədə çalışırmı? Onların hazırda harada olması barədə məlumatın verilməsi.
7. Cavabdeh2 MTK-ya məxsus binanın C girişi, 9-cu mərtəbəsində (mübahisəli mənzilin yerləşdiyi mərtəbədə) layihə üzrə mübahisəli mənzildən başqa digər 1 otaqlı mənzil və ya mənzillər mövcuddurmu? Mövcud olduğu təqdirdə, neçə ədəd 1 otaqlı mənzil var və sahələri nə qədər təşkil edir? Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 84 №-li məktubundan görünür ki, MTK-nın əvvəlki rəhbərliyindən sənədlər təhvil alınarkən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusunda qeyd edilmiş mənzilin müqavilə əsasında Cavabdeh1 Cahangir qızına məxsus olduğu göstərilmişdir. Mübahisəli mənzil və MTK-ya məxsus binalarda seyf qapılarının qoyulması və mənzillərin təmiri barəsində əvvəlki MTK rəhbərliyi tərəfindən onlara heç bir məlumat verilməmişdir. Hal-hazırkı yerli dislokasiya aktına əsasən qeyd edilən mənzilin Cavabdeh1 Cahangir qızına məxsus olması və kommunal sayğaclarının sonuncunun adında olması göstərilmişdir. Cavabdeh2 MTK-ya məxsus binanın C girişi 9-cu mərtəbəsində qeyd olunan kvadrata uyğun digər 1 otaqlı mənzil mövcud deyildir. Həmçinin Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə İddiaçı satıldığını, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzilin başqa bir müqavilə ilə Cavabdeh1 Cahangir qızına satıldığını qəbul etmiş, lakin həmin mənzilin Cavabdeh1 Cahangir qızı tərəfindən təmir edildiyini və mənzildə hal-hazırda yaşayış olduğunu bildirmişdir. Məlumdur ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, həm MTK tərəfindən verilmiş cavab məktubundan, həm də məhkəmə iclası zamanı verilmiş izahat və ifadələrdən görünür ki, mübahisəli mənzil 14 sentyabr 2015-ci il tarixdə İddiaçı satılımış və mənzilin dəyəri tam ödənilmişdir. Lakin mənzilin iddiaçıya satılması barədə MTK ilə müqavilə bağlanan zaman İddiaçı həmin müqavilənin bağlanılmasında iştirak etməmiş, iddia ərizəsində sonrakı illərdə mənzilə gəlib-getdiyini, mənzildə hər hansı təmir işlərinə başladığını, oraya seyf qapı qoydurduğunu bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında mənzilin faktiki olaraq ona təhvil verilmədiyini, hər hansı təmir işlərini aparmadığını, lakin mənzil almaqda məqsədinin gələcəkdə təmir işləri apararaq həmin mənzildə yaşamaq olduğunu bildirmişdir. Həmçinin müəyyən edilir ki, mənzil 14 sentyabr 2015-ci il tarixdə iddiaçıya satılsa da, faktiki olaraq ona təhvil verilməmiş, həmin dövrdə etibarnamə üzrə MTK-nın alqı-satqı işlərini həyata keçirmiş Şahid də binanın 2018-ci ildə təhvil verildiyini vurğulamışdır. Bununla yanaşı apellyasiya icraatı zamanı aparılmış araşdırmanın nəticəsində 11 dekabr 2021-ci il tarixdə həmin mənzilin Cavabdeh1 satıldığı, onun tərəfindən mənzilin dəyərinin tam ödənildiyi, mənzil satılarkən boş vəziyyətdə, qapısız, təmirsiz satılması, mənzilə seyf qapının cavabdeh tərəfindən qoyulması, təmir edilməsi işin faktiki halları ilə, Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli məktublar, həmçinin şahid ifadələri ilə də təsdiqini tapmışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə ********* nömrəli cinayət işinin nəticəsi barədə məhkəməyə ətraflı məlumat verilməsi (təqsirləndirilən şəxslər, eləcə də zərərçəkmiş şəxslər qismində kimlərin cəlb olunması), iş üzrə ittiham aktının cıxarılıb-çıxarılmaması (çıxarıldığı təqdirdə surətinin məhkəməyə təqdim edilməsi) barədə sorğulara cavab verilməmiş lakin apellyasiya icraatı zamanı iddiaçı izahatında Şahidlə bağlı başqa iş üzrə istintaq aparıldığını və onun həbs olunduğunu, lakin həmin cinayət işi ilə bağlı onun və Venara Cahangirovnanın izahatının alınmadığını və onların zərərçəkmiş şəxs qismində cəlb edilmədiklərini bildirmişdir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin halları ilə İddiaçı mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə satılsa da, faktiki olaraq mənzil təhvil verilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya) tətbiq edilə bilməz. Belə ki, 2017-ci il 15 dekabr tarixədək qüvvədə olmuş MM-in 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Hazırda işin müəyyən edilmiş halları ilə mübahisəli mənzilin iddiaçıya təhvil verilmədiyi, onun tərəfindən həmin mənzildə heç bir təmir işləri aparmadığı, mənzilə seyf qapı qoydurmadığı, əksinə olaraq mənzilin Cavabdeh1 təhvil verildiyi, onun tərəfindən sözügedən mənzildə təmir işləri aparıldığı, həmin mənzildə yaşadığı, iddiaçı ilə müqavilə müqavilə 2015-ci il tarixdə bağlanılsa da, binanın 2018-ci ildə təhvil verildiyi, 2021-ci il tarixdə mənzilin cavabdehə təhvil verildiyi öz təsdiqini tapdığından məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi ilə bağlı birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, qeyd edir ki, müvafiq qanun normasının tətbiq edilməsi məqsədilə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 14 sentyabr 2015-ci il tarixli 397 nömrəli müqavilə üzrə mənzilin əldə edilməsi üçün 32.550,0 manat məbləğində pul vəsaiti ödəmiş, lakin ona heç bir mənzil təhvil verilməmişdir. Bununla yanaşı həmin dövrdə MTK-nın alqı-satqı işlərini etibarnamə əsasında yerinə yetirən Şahid də məhkəmə iclası zamanı şahid qismində dindirilərkən onun məhkəmə mübahisəsi bitdikdən sonra İddiaçı mənzil veriləcəyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, MM-nin 452.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh2 MTK-nın İddiaçı qarşısında 14 sentyabr 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyi qaldığından onun Cavabdeh2 MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməii, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, e-2(012)1278/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.