Məhkəmə qərarları › İş №2(102)-1873/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1873/2025

31.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1873/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (müqavilənin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iş üzrə Sumqayıt Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-153/2025 nömrəli 3 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 ilə (MTK-nın sədri X12) alıcı İddiaçı arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli 397 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 MTK Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 girişli çoxmərtəbəli yaşayış binasının C girişi, 9-cu mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 54,25 kv.m. olan mənzili alıcıya satmağı, alıcı 1 otaqlı mənzilin şərti qəbul edilmiş hər bir kv.m. sahəsinin ilkin dəyəri 600 manat olan haqqını ödəməyi öhdəsinə götürüb. Müqav iləyə əsasən mənzilin ümumi məbləği 32.550 manat müəyyən edilib.

2. Cavabdeh2 MTK-nin sədri və mühasibi tərəfindən verilmiş maliyyə arayışına əsasən, İddiaçı Cavabdeh2 MTK-ya məxsus binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 54,25 kv.m. olan 1 otaqlı mənzilin pay dəyəri 32.550 manat məbləğində pulu ödəmişdir, MTK-ya borcu yoxdur.

3. Cavabdeh2 ilə (MTK-nın sədri X4) alıcı Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2021-ci il tarixli, 27 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 MTK Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 girişli çoxmərtəbəli yaşayış binasının C girişi, 9-cu mərtəbəsində yerləşən 1 otaqlı, 48 nömrəli, ümumi sahəsi 59,0 kv.m. olan mənzili alıcıya satmağı, alıcı 1 otaqlı mənzilin şərti qəbu l edilmiş hər bir kv.m. sahəsinin ilkin dəyəri 600 manat olan haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi məbləği 35.940 manat təşkil edir.

4. Cavabdeh2 MTK-nin sədri tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 Cavabdeh2 MTK-ya məxsus binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,0 kv.m. olan 1 otaqlı, 48 nömrəli mənzilin pay dəyəri 35.940 manat məbləğində pulu ödəmişdir, MTK-ya borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km, qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 54,25 kv.m olan, 1 otaqlı mənzilə dair MTK və Cavabdeh1 arasında b ağlanmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqavilənin etibarsız hesab edilməsi, əşyalar götürülməklə mənzilin boşaldılıb ona təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilə seyf qapı qoymuş, bir müddətdən sonra isə mənzildə ilkin təmir işlərinə başlamışdır. Lakin dəniz gəmisində işlədiyinə görə uzun zamanlar dənizdə qalmağa məcbur olmağı ilə əlaqədar və qayıdanda da rayona ailəsinin yanına getdiyi üçün təmir işlərində iddiaçıdan asılı olmayan səbəblərdən ləngimə olmuşdur. Daha sonra, 2019-cu ilin sonundan ölkədə baş verən məlum pandemiya səbəbindən təmir işlərini məcbur dayandırmalı olmuşdur. Bir müddət bundan əvvəl iddiaçı dənizdən qayıtdıqdan sonra mənzilinə ba ş çəkmək və yarımçıq qalmış təmir işlərini davam etdirmək məqsədi ilə ünvana getmiş, lakin mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilməmişdir. Dərhal binanın komendantına müraciət etmiş və məsələni aydınlaşdırmağa çalışmışdır. Komendant bildirmişdir ki, bu mənzilə başqa şəxslər gəlib-getmiş və onun dediyinə görə iddiaçının mənzili MTK tərəfindən başqa şəxsə satılmışdır. MTK-ya müraciət edəndən sonra məlum olmuşdur ki, həqiqətən iddiaçının mənzili təkrar qanunsuz şəkildə cavabdehə satılmışdır. Rəsmi sorğu verdikdən sonra həmin müqavilə və cavabdeh barədə rəsmi sənədlər iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi, sahiblik və istifadəsində olan mənzil qanunsuz olaraq cavabdehə satılmış, cavabdeh isə bilə-bilə ki, artıq bu mənzilin sahibi olmuş, qapını sındıraraq ora daxil olmuş, icazəsiz qapını dəyişmiş və iddiaçının həmin mənzilə daxil olmağına əngəllər yaratmışdır.

7. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, mənzil təmirsiz, qapısız, içərisi isə zibilxana olmuşdur. Onun orada 7 illik qonşusu belə bunu təsdiq edər ki, mənzil boş mənzil olmuş, alandan sonra mənzilə qapı qoydurmuş, təmir etdirmiş, bununla bağlı fotoşəkilləri də iş materiallarına əlavə etmişdir. Ailəsi ilə birlikdə hazırda həmin mənzildə yaşayır. İddiaçı 9 ildən sonra gəlib mənzil iddia edir.

8. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, ev alğı-satqısı ilə məşğul olur. Cavabdeh və atası onun vasitəsi ilə mübahisəli mənzili almışdır. Cavabdeh həmin mənzili aldıqdan sonra onu mənzili necə təmir edəcəklərini məsləhətləşmək üçün ora aparmışdır. Həmin vaxt mənzil təmirsiz, pis və ziyyətdə idi, qapısı da yox idi. Usta çağırıb mənzili təmir etdirmişlər. O isə təmir üçün lazım olan materialların alınmasında kömək etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 2(012)-1278/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi cavabdehin izahatına, onun təqdim etdiyi şahidin ifadəsinə və mülki iş materiallarında olan MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa istinadən göstərmişdir ki, cavabdeh həqiqətən mübahisəli mənzildə yaşamış, həmin mənzil cavabdeh tərəfindən alınarkən boş, təmirsiz mənzil olmuş, cavabdeh öz vəsaiti ilə həmin mənzili təmir etmiş və hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bu, cavabdehin təqdim etdiyi foto-şəkillərlə də təsdiq edilir.

11. Birinci in stansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MTK ilə cavabdeh arasında bağlanmış müqavilədə sonuncunun həqiqi niyyəti məhz mənzil əldə etmək olduğundan, həmin mənzilin MTK tərəfindən daha əvvəl kiməsə satması barədə məlumatı olmadığından həmin müqavilə etibarsız müqavilə sayıla bilməz. Bundan başqa, mübahisəli mənzillə bağlı öhdəlik MTK tərəfindən hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin xeyrinə icra edilsə də, öhdəliyin icrası cavabdeh tərəfindən qəbul edildiyindən, mənzili cavabdeh təmir edib, hazırda da orada yaşadığından, iddia tələbi təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki işin materiallarında olan MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən mübahisəli mənzili cavabd ehə satması razılaşdırıldığı halda, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsi belə, qeyd edilməmişdir.

13. Bununla belə, birinci instansiya məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından MTK-nın iddiaçı qarşısında 14 sentyabr 2015ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyi qaldığından, onun MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququ vardır.

14. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 157, 178, 337, 340, 386, 389, 390, 399, 452, 752, 770-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 78.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamən in ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun sahiblik və istifadəsində olan mənzil qanunsuz olaraq ikinci cavabdehə satılmış, ikinci cavabdeh isə bilə-bilə ki, artıq bu mənzilin sahibi var, qapını sındıraraq ora daxil olmuş, icazəsiz qapını dəyişmiş və həmin mənzilə daxil olmağına əngəllər yaratmışdır. Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışdan müəyyən edilir ki, Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın C giriş, 9-cu mərtəbəsində sahəsi 54,25 kv.m. olan 1 otaqlı mənzilin pay dəyəri 32.550 (otuzikimin beş yüzəlli) manat iddiaçı tərəfindən tam ödənilmişdir, onun MTK-ya borcu yoxdur. Lakin məhkəmə tərəfindən obyektiv araşdırma aparılmamışdır. Məhkəmə yalnız MTK-dan maddi zərər tələb etmək hüququnun olması qənaətinə gəlməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Məhkəmə işin faktiki hallarına düzgün qiymət vermədən ikinci cavabdehlə bağlanımış müqavilənin etibarsızlığı üçün kifayət qədər əsaslar olsa da, cavabdehin mənzili təmir etməsini əsas götürmüşdür. Halbuki cavabdehin mənzili təmir etməsi əqdin etibarlı olmasına dəlalət etmir və belə olan halda ikinci cavabdeh MTKdan ona vurulmuş maddi zərəri, təmir xərclərini tələb etməlidir. İddiaçı tərəfindən mənzilin tam təmir edilməməsi halı mənzildən imtinaya və digər hallara səbəb olmur və bağlanılmış müqavilədə bu barədə hər hansı bir qeyd-şərt yoxdur. Göründüyü kimi, cavabdeh MTK qanunsuz olaraq bu mənzi li digər şəxsə satmaqla cinayət törətmişdir.

17. Apellyasiya baxışı zamanı MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatda göstərilmişdir ki, MTK-nın inşa etdiyi mübahisəli mənzil xx.xx.2015-ci ildə iddiaçıya, xx.xx.2021-ci il tarixdə isə həmin mənzil başqa bir müqavilə ilə cavabdehə satılmışdır. Həmin mənzil cavabdeh tərəfindən təmir edilmiş və mənzildə hal-hazırda yaşayış olmuşdur. Bütün bunlar MTK-nın əvvəlki müdiriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, əlavə məlumat verə bilmirlər. Hazırda bu haqda aidiyyəti orqanlara müraciət edilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1391/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) apellyas iya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil 2015-ci il tarixli müqavilə ilə iddiaçıya, 2021-ci il tarixli müqavilə ilə isə cavabdehə satılmışdır. İddiaçı ilə bağlanmış müqavilədə mənzilin nömrəsi qeyd olunmamışdır. İkinci müqaviləyə əsasən mənzili almış cavabdeh mənzili təmir etmiş və mənzil 2021-ci ildən onun istifadəsindədir. İddiaçının bildirməsinə görə, mənzillə yalnız bir müddət əvvəl maraqlanmış və mənzilin başqa şəxs - cavabdeh tərəfindən təmir olunaraq orada yaşaması məlum olmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etm işdir ki, iddiaçı illər ərzində gəmidə işlədiyini bildirmiş, mənzilə tərəfindən seyf qapı qoyulduğunu, mənzildə ilkin təmir işlərinə başladığını, sonradan təmir işlərində ləngimə olduğunu, daha sonra mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilmədiyini qeyd etmişdir. İddiaçı tərəfindən mənzilin 2015-ci il tarixində alınması və keçən müddət ərzində mənzildən məlumatı olmaması həqiqəti əks etdirmir. Belə ki, apellyasiya baxışında cavabdeh qapını heç vaxt sındırmadığını, mənzili tam boş vəziyyətdə aldığını, orada qapının ümumiyyətlə olmadığını, mənzilin özü tərəfindən təmir edildiyini və sonradan qapı qoyulduğunu bildirmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilmə si, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4344/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər - Z.Babayev (məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin norma ya uyğun yoxlamamışdır.

24. İşin müəyyən olunan hallarına əsasən birinci instansiya məhkəməsi iddianı rədd edərkən, MTK ilə cavabdeh arasında bağlanmış müqavilədə sonuncunun həqiqi niyyətinin məhz mənzil əldə etmək olduğunu, həmin mənzilin MTK tərəfindən daha əvvəl kiməsə satılması barədə məlumatı olmadığını, qeyd olunan müqavilənin etibarsız müqavilə sayıla bilməməsini, mübahisəli mənzillə bağlı öhdəliyin MTK tərəfindən hər iki tərəfin, yəni həm iddiaçının və həm də cavabdehin xeyrinə icra edilməsinə baxmayaraq, öhdəliyin icrasının cavabdeh tərəfindən qəbul edildiyini, onun tərəfindən mənzilin təmir edilib hal-hazırda da orada yaşadığını, həmçinin cavabdehə satılmış mənzilin 48 nömrəli mənzil olmasını, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsinin isə göstərilmədiyini, MTK-nın iddiaçı qarşısında 14 sentyabr 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyinin qaldığını, onun MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququnun olmasını qeyd etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

25. Apellyasiya instansiya məhkəməsi isə iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, həmçinin iddiaçının illər ərzində gəmidə işlədiyini bildirməsini, mənzilə tərəfindən seyf qapı qoyulduğunu, mənzildə ilkin təmir işlərinə başladığını, sonradan təmir işlərində ləngimə olduğunu, daha sonra mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilmədiyini qeyd etdiyini, iddiaçı tərəfindən mənzil in 2015-ci ildə alınması və keçən müddət ərzində mənzildən məlumatı olmamasının həqiqəti əks etdirmədiyini göstərmişdir.

26. Halbuki, iş materiallarında olan sübutlarla, iddiaçının mübahisəli mənzili cavabdehdən daha əvvəl, 14 sentyabr 2015-ci il tarixdə alaraq, mənzilin pay dəyəri olan 32.550 manat məbləğində pulu MTK-ya ödəməsi təsdiqini tapmışdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən mənzilin 2015-ci ildə alınması və keçən müddət ərzində mənzildən məlumatı olmamasının həqiqəti əks etdirmədiyini göstərməklə həmin sübutları şübhə altına almış, cavabdehə satılmış mənzilin 48 nömrəli mənzil olmasını, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsinin isə göstərilmədiyini qeyd edərkən isə, iddiaçıya mənzilin satılması zamanı mənz illərin hələ nömrələnməsi, mənzilin birinci dəfə satılmasından 6 il sonra cavabdehə satılması zamanı artıq mənzillərin nömrələnməsi ehtimalını nəzərə almamış, qeyd olunan hallarla bağlı hər hansı araşdırma aparmadan formal mülahizələrinə uyğun qərar qəbul etmişdir.

27. Bundan başqa, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni əsaslandırarkən, mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə iddiaçıya, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzili başqa bir müqavilə ilə cavabdehə satılması barədə MTK tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatı nəzərdən qaçırmış, həmin məlumatda qeyd olunanlara hər hansı hüquqi qiymət verməmişdir.

28. Həmçinin apellyasiya instansiya məhkəməsi işə baxarkən, mübahisəli mənzilin iddiaçı il ə alğı-satqı müqaviləsi bağlanandan sonra MTK tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilib-verilməməsi, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi mənzilə seyf qapı qoyması, mənzildə ilkin təmir işlərinin başlaması kimi hallar araşdırılmamış, MTKnın nümayəndəsinin məhkəmə iclasında mövqeyi aydınlaşdırılmamışdır. Halbuki cavabdeh də apellyasiya instansiya məhkəməsinin 31 iyul 2023-cü il tarixli iclasında verdiyi izahatında həmin mənzildə heç bir qapının olmadığını, bunu komendant və mühafizəçinin də təsdiqlədiyini göstərmiş, lakin əsaslı və qanuni yekun məhkəmə aktının qəbul edilməsi üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya məhkəməsi qeyd olunan faktlara dair cavabdehin həmin məlumatları birinci instansiya məhkəməsinə təqdim etməməsinin, adı çəkilən şəxslərin məhkəmədə ş ahid qismində dindirilməsi üçün vəsatət verməməsinin səbəblərini aydınlaşdırmamış, həmin araşdırmanın nəticəsindən asılı olaraq da cavabdehin izahatında göstərilənləri yoxlamağa lüzum görməmişdir.

29. Mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə iddiaçıya, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzilin başqa bir müqavilə ilə cavabdehə satılmasının MTK-nın əvvəlki müdriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, hazırda bu haqda aidiyyəti orqanlara müraciət etmələri barədə MTK tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunanlar da apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıb-aparıl maması MTK-ya rəsmi sorğu verilməklə yoxlanılmamış, bu kimi nəticələr mövcud olmadığı halda isə MTK-nın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması və bununla bağlı xüsusi qərardadın qəbul edilməsi məsələsi müzakirə edilməmişdir.

30. Eyni zamanda MTK-nın xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunanlardan asılı olaraq, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə MTKda sədr vəzifəsində işləmiş X7, həmçinin cavabdeh ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X1 hazırda harada olması, yuxarıda qeyd olunan sualların aydınlaşdırılması məqsədi ilə həmin şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsini Mülki Prosessual Məcəllə nin 14.1-ci maddəsinin tələbləri baxımından müzakirə edərək, tərəflərin fikirlərini öyrənməmişdir. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək mübahisəli mənzilin cavabdehə real olaraq təhvil verilməsi əsası ilə iddia tələbini rədd etməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir.

31. Belə ki, göstərilən hallar araşdırılarkən mübahisəli mənzilin alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə iddiaçıya real olaraq təhvil verilməsi təsdiqini tapdığı halda, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 15 dekabr 2017-ci il tarixə kimi qüvvədə olmuş 178.8-ci maddəsi çıxış edəcəkdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 2(105)-594/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova və İlqar Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzildən əşyalar götürülməklə boşaldılıb ona təhvil verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27 nömrəli müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilin cavabdeh tərəfindən əşyalar götürülməklə boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsinin möv qeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanan xx.xx.2015-ci il tarixli müqavilədə mübahisə predmeti olan mənzilin nömrəsinin göstərilməməsi iddianın əsassız olması anlamına gəlmir. MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən, xx.xx.2015-ci ildə iddiaçıya satılmış mənzil xx.xx.2021-ci il tarixdə başqa bir müqavilə ilə cavabdehə satılmışdır. Odur ki, tərəflər arasında eyni mənzillə bağlı mübahisənin getməsi işin faktiki halları ilə öz təsdiqini tapır.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair MTK ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən iddiaçı ilə MTK arasında xx.xx.2015-ci il tarixli müqavilə qüvvədə olmuşdur, iddiaçının isə mənzilin üçüncü şəxsə satılması ilə bağlı razılığı alınmamışdır. 3

5. Apellyasiya instansiyası məhkəməsi onu da bildirmişdir ki, mənzil MTK tərəfindən Cavabdeh1 təhvil verilmiş, sonuncu isə mübahisəli mənzili təmir edib, həmin mənzildə yaşamağa başlamışdır.

36. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, xx.xx.2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan Mülki Məcəllənin 178.8ci maddəsinin məzmununa görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Belə olan halda, iddiaçı MTK-ya mənzilin pay dəyəri 32550 manat məbləğində pulu ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir.

37. Beləliklə, MTK tərəfindən mübahisəl i mənzilin üçüncü şəxsə satılmasına dair iddiaçının razılığı alınmadığından, MTK ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, mübahisəli mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi həmçinin izah etmişdir ki, iddianın bu hissədə təmin olunması mübahisəli mənzil üçün cavabdeh tərəfindən MTK-ya ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.

39. Apellyasiya instansiyası məhkəməsi iddianın “mənzilə istifadə hüququnun tanınması” hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı MTK-ya mənzilin pay dəyərini ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etdiyindən, istifadə hüququnun tanınmasına zərurət yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin q ətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 157, 178, 337, 340, 427 və 442-ci maddələri ilə əsaslandırmışdır.

41. Apellyasiya instansiyası məhkəməsi 13 may 2024-cü il tarixdə MTK-nın səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olub-olmamasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad da çıxarmışdır. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

42. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3278/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər - A.Abbasov (məruzəçi), Ə.Xıdırov və M.Əhmədova) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

44. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4344/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarında şərh edilən göstərişlərinə tam əməl etməmişdir.

45. Belə ki, Ali Məhkəmənin əvvəlki qərarında mübahisəli mənzilin iddiaçı ilə alğısatqı müqaviləsi bağlanandan sonra MTK tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilibverilməməsi, iddiaçının mənzilə seyf qapı qoyması, mənzildə il kin təmir işlərinin başlaması kimi halların araşdırılması, hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıbaparılmaması ilə bağlı MTK-ya rəsmi sorğu verilməsi, MTK-nın nümayəndəsinin məhkəmə iclasında mövqeyinin aydınlaşdırılmalı olması barədə göstəriş olmuşdur.

46. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mənzilə seyf qapının kim tərəfindən qoyulması, həmin mənzildə tikinti işlərinin kim tərəfindən aparılması, mənzilin cavabdehə təhvil verilməsindən əvvəl mənzilin qapısının olub-olmaması, MTK-nın əvvəlki rəhbərliyi haqqında cinayət işinin olub-olmaması barədə məlumatların verilməsi ilə bağlı 28 fevral 2024-cü il tarixdə MTK-ya sorğu vermiş, lakin sorğuya hər hansı cavab almadan yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Bir halda ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qeyd edilən sorğunun verilməsini zəruri saymışdısa, gəldiyi nəticəni də həmin sorğuya müvafiq cavab almaqla əsaslandırmalı idi.

47. Qeyd edilməlidir ki, sorğuya cavab nəticəsində MTK-nın əvvəlki rəhbərliyi haqqında cinayət işinin olması müəyyən edilmiş olsa idi, bu zaman təqsirləndirilən şəxs(lər)ə hazırda mübahisədə adı keçən müqavilələr və mənzilə dair ittiham verilibverilməməsi, hazırkı iş üzrə tərəflərin həmin iş üzrə zərərçəkmiş kimi tanınıbtanınmaması, cinayət işi üzrə təqsirləndirilən şəxs(lər)in həmin xüsusatla bağlı hansı məzmunda ifadə vermələri mübahisənin həllində Mülki Məcəllənin 178.8-ci maddəsinin tətbiqi üçün mühüm əhəmiyyət daşıy acaqdı. Lakin qeyd edilən məsələlər açıq qaldığı üçün məhkəmə kollegiyası Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki işə tətbiqinin əsaslı olub-olmamasına qiymət verə bilmir.

48. Bundan əlavə, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X7, həmçinin cavabdeh ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X1 hazırda harada olması, yuxarıda qeyd olunan sualların aydınlaşdırılması məqsədi ilə həmin şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsinin Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri baxımından müzakirə edilməsi barədə göstəriş də icra edilməmişdir.

49. Məhkəmə iclas protokollarından apellyasiya instansiyası məh kəməsinin hazırki iş üzrə Ali Məhkəmənin həmin göstərişi ilə bağlı hər hansı araşdırma aparması, qeyd edilən şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olubolmaması məsələsi ilə bağlı tərəflərin sorğu-sual olunması görünmür.

50. Bu da o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı, tam araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hallar kimi qeyd etdiyi məsələləri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul etmişdir. Halbuki Ali Məhkəmənin qərarında göstərilən məsələlərin araşdırılması işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya in stansiyası məhkəməsinin vəzifəsi olmuşdur. e)Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

51. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-153/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Toğrul Axundov (sədrlik edən və məruzəçi), Vahid Hacıyev və Vəfa Əzizova) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, e-2(012)1278/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli mənzilin iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanandan sonra MTK tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilib-verilməməsi, iddiaçının mənzilə seyf qapı qoyması, mənzildə ilki n təmir işlərinin başlaması kimi hallar araşdırılmış, MTK-ya mənzilə və mənzilin yerləşdiyi binaya dair, həmçinin hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıb-aparılmaması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu verilmiş və müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, əvvəla iddia ərizəsində iddiaçı mübahisəli mənzili əldə etdikdən sonra oraya seyf qapı qoydurduğunu, bir müddət sonra təmir işlərinə başladığını göstərsə də, işin halları ilə qeyd olunanlar öz təsdiqini tapmamışdır.

53. Belə ki, hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçı sədrlik edənin suallarına cavab olaraq imkanı olmadığı üçün və işi ilə bağlı dənizdə olduğu üçün mənzilə qap ı qoya bilmədiyini və mənzili təmir edə bilmədiyini, qapı qoyulmasa belə ora taxta hissələrinin söykəndiyini bildirmişdir. Bundan başqa iş materiallarında olan fotoşəkillərlə 2021-ci il tarixdə Cavabdeh1 təhvil verilərkən mənzildə hər hansı təmir işlərinin aparılmadığı, mənzilin qapısının olmadığı müəyyən olunur. Həmçinin iddiaçı məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkilinin verdiyi suala cavab olaraq mənzilin ödənişinin anası və qardaşı tərəfindən Şahid təqdim olunduğunu, müvafiq mənzili alan zaman iddiaçının dənizdə işdə olduğunu, müqavilənin onun tərəfindən imzalanmadığını, anası, ya da qardaşı tərəfindən imzalandığını bildirmişdir.

54. Bundan başqa iddiaçı apellyasiya icraatı zamanı X8 Şahid üçün elektrik işi gördüyünü, Şahid da bu işin qarşılığında pul əvəzinə ona mənzil v erdiyini bildirsə də, həmin hal da öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş istər X13, istərsə də Şahid qeyd edilən halı təkzib etmişlər. Məhkəmə iclasında şahid X13 izahatında bildirib ki, Cavabdeh1 onun dayısı qızıdır. Cavabdeh2 MTK-ya məxsus binada onun atasına aid şirkət havalandırma işlərini görmüşdür. İlk əvvəl dayısı qızı Venera ona ev lazım olduğunu bildirmişdir. Daha sonra anası ondan Veneraya mənzil almaqda kömək etməyini istəmişdir. O və Venera ilə birlikdə Cavabdeh2 MTK-ya gedib mənzil almaq üçün adını qeyd ediblər. Həmin mənzilin ödənişini Venera hissəhissə ödəyib və ödəniş bitib. Daha sonra Venera ona zəng edərək bildirib ki, mənzili hələ də ona vermirlər. Bu haqda Şahid ilə danışıb və Nofəl deyib ki, narahat olmasınlar, o, Vene raya hazır binadan mənzil verəcəkdir. Daha sonra Şahid onlara müvafiq mübahisəli mənzili verib. Həmin mənzil boş və təmirsiz şəkildə idi, mənzilin qapısı da yox idi. Daha sonra Venera mənzili təmir etdirib. O da mənzilin təmirinə qohum kimi köməklik etmiş və o tək olduğu üçün onun yanında olmuşdur.

55. Məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq şahid X13 bildirib ki, mübahisəli mənzilin 70 faizini təmir etdirdikdən sonra İddiaçı mənzilə gələrək Cavabdeh1 mənzilin ona məxsus olduğunu bildirib. Venera ona zəng edib bu məsələni bildirdikdən sonra o, Raminlə əlaqə saxlayıb. O vaxta qədər o, Ramini tanımamışdır. Daha sonra Raminlə bu haqda danışmış, Ramin və onun anası ilə birlikdə Şahid şirkətinə getmişlər. Şirkətdə onlara bildirdilər ki, narahat olmasınlar, Raminə başqa bi r mənzil veriləcək. Daha sonra öyrənib ki, Ramin həmin mübahisə ilə bağlı məhkəməyə müraciət edib. Həmçinin bildirdi ki, Şahid ona borcunun olması və onun əvəzində mübahisəli mənzili onlara verməsi ilə bağlı məlumat doğru deyil. Venera nəğd şəkildə mübahisəli mənzilin pulunu ödəyib və mənzili əldə edib. Şahid isə şirkət rəhbəri kimi tanımışdır. Mübahisəli mənzilin ölçüsü Cavabdeh1 verilməli olan mənzilin ölçüsündən böyük idi və onlar buna görə əlavə pul da ödəmişlər. Onu da bildirir ki, o, sadəcə Şahid və onun qardaşları ilə danışıqların aparılmasında İddiaçı kömək etmək istəmişdir ki, bu problem həll olunsun.

56. Məhkəmə iclasında Şahid izahatında bildirib ki, mübahisəli mənzilin pulu Cavabdeh1 tərəfindən ödənilib. O, ümumiyyətlə, 30 ildir ki, bu işlə məşğuldur və Xırdalan şəhərində 5 blo klu bina tikib, təhvil vermişdir. Həmin binalarla bağlı rəhbərlik dəyişdi və qarışıqlıq oldu. Orada zərərçəkən ola bilməz. Sadəcə ona problem yaradan şəriki olmuş və o həbs olunduqdan sonra binanın 3 bloku başqa şəxsə verilmişdir. Bundan sonra vətəndaşlar arasında anlaşılmazlıq yaranıb. Həmin binaların 60 faizi onun, 40 faizi isə onun şərikinindir. Orada heç kəs mənzilsiz qala bilməz. Onlar mənzil verilməyən şəxslərə digər binalardan mənzil verməyi nəzərdə tutmuşlar. Həmin binalar artıq hazırdır. Sadəcə oradakı mənzillərlə bağlı hal-hazırda məhkəmə mübahisəsi var.

57. Məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq Şahid bildirib ki, X11 onun qardaşıdır. O Cavabdeh2 MTK-nın sədri vəzifəsində olub lakin, 2013-cü ildən onun etibarnaməsi var və bütün alğı-satqı işləri onun tərə findən həyata keçirilib. Hacıyev Tarıyel bu işlərdə iştirak etməyib. Daha sonra Cavabdeh2 MTK-nın sədri X4 olmuşdur. Onların formal olaraq müqavilələrdə adları keçsə də, faktiki rəhbərliyi o etmişdir. İddiaçılə hansı şəraitdə müqavilə bağlamağı yadında deyil. Lakin onunla 2015-ci ildə müqavilə varsa, deməli ona da mənzil satılıb. X9 tanıyır və onun atasının şirkəti onların binasında havalandırma işlərini görüb. Mübahisəli mənzil Venera X2r üçün gördüyü işlərin əvəzində verilməmişdir. Venera mənzilin ödənişini 2-3 dəfəyə ödəmişdir və ödənişi bitirdikdən sonra o, Veneraya mənzil vermişdir. Bir sözlə, mübahisəli mənzil faktiki olaraq Cavabdeh1 təhvil verilmişdir. Həmin binada ümumiyyətlə mənzillərə qapı qoyulmurdu. Vətəndaşlar özləri mənzillərə qapı qoyurdular. Mübahisəli mənzil Veneraya Su rxayeva verilən zaman qapısı yox idi və təmirsiz idi. Mənzilə qapı Cavabdeh1 tərəfindən qoyulmuşdur və ona yalnız bir mənzil satılıb və yalnız bir müqavilə verilib. Mübahisəli mənzil Cavabdeh1 boş mənzil kimi satılmışdır. Mənzili İddiaçı mənzili kimi satmamışdır. İddiaçı isə indi danışdıqca xatırlayır. Ramin onun qonşusu olub və onlar bir-birinə inanmışlar. Onunla 2015-ci il müqavilə olsa da, 2015-ci ildə mübahisəli mənzilin yerləşdiyi bina istifadəyə hazır deyildi. Həmin bina 2018-ci ildən istifadəyə verilib. Bu illər ərzində İddiaçı mübahisəli mənzilə baş çəkdiyini görməmişdir. Yalnız Ramin 2022-ci ildə ona müraciət edərək bildirib ki, mübahisəli mənzil onundur. Daha sonra o, Raminə və anasına söz vermişdir ki, onlara digər binadan mənzil veriləcək və bu gün də söz verir ki, onun məhkəmə mübahisəsi bitdikdən sonra İddiaçı mənzil veriləcəkdir.

58. Həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinində hazırkı işə 2-ci dəfə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 may 2024-cü il tarixdə MTK-nın səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olub-olmamasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad da çıxarılaraq müvafiq prokurorluq orqanın göndərilmiş, qərardadın da nəticəsi olaraq hazırda araşdırılmaqda olan cinayət işinin materiallarına əlavə edilərək tədqiq edilməsinə dair məlumat daxil olmuşdur.

59. Bundan başqa məhkəmə tərəfindən qəbul edilmiş xüsusi qərardadın nəticələri ilə bağlı, həmçinin tərəflərin yerinin müəyyən edilməsi məqsədilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübari zə Baş İdarəsinə xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025ci il tarixlərdə ********* nömrəli cinayət işinin nəticəsi barədə məhkəməyə ətraflı məlumat verilməsi (təqsirləndirilən şəxslər, eləcə də zərərçəkmiş şəxslər qismində kimlərin cəlb olunması), iş üzrə ittiham aktının cıxarılıb-çıxarılmaması (çıxarıldığı təqdirdə surətinin məhkəməyə təqdim edilməsi) barədə sorğular ünvanlansa da, həmin sorğulara heç bir cavab verilməmişdir.

60. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında olan göstərişlərə uyğun olaraq, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X7, həmçinin cavabdeh ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X1 harada olması barədə, onların iş üç ün əhəmiyyətli olan hallara dair dindirilməsinin zəruriliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən MTK-ya müvafiq sorğu verilmiş, lakin adı çəkilən şəxslərin harada olmasına dair hər hansı bir məlumat verməmişdir.

61. Belə olan halda X1 və X7 məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsi məhkəmə iclası zamanı proses iştirakçıları ilə də müzəkirə edilmiş lakin hər iki tərəf adıçəkilən şəxslərin dindirilməsinə zərurət olmadığını, həmin şəxsləri ümumiyyətlə tanımadıqlarını bildirmişdir. Belə ki, İddiaçı müvafiq mənzili alan zaman işi ilə əlaqədar dənizdə olduğunu, həmin vaxt Cavabdeh2 MTK-nın sədri X11 olsa da, onu tanımadıqlarını, çünki anası və qardaşının mənzili Şahid aldığını və mənzilin pulunu da Şahid verdiklərini, onlara müqavilə və maliy yə arayışının Şahid tərəfindən təqdim olunduğunu, bu səbəbdən də X6 məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinin heç nə verməyəcəyini, bundan başqa o şəxsləri heç vaxt görmədiyini və harada olmaları barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin Cavabdeh1 bildirmişdir ki, o, müvafiq mənzili alan zaman Cavabdeh2 MTK-nın faktiki rəhbəri Şahid olmuş və o mənzili Şahid almışdır. Onunla bağlanan alğı-satqı müqaviləsində adı keçən, Cavabdeh2 MTK-da sədr vəzifəsində işləmiş X3 tanımır. Ona görə də düşünür ki, X1 məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə ehtiyac yoxdur. Çünki müqavilədə onun adı keçsə də, binanın əsl sahibi Şahiddur.

62. Həmin şəxslərin yerinin müəyyən edilməsi istiqamətində nəticə əldə edilmədiyindən, həmçinin istər iddiaçı, istərsə də cavabdeh X7 və X1 iştirakına ehtiyac olmadığını bildirdiklərindən məhkəmə adıçəkilən şəxslərin dindirilməsinə zərurət görməmişdir. Lakin buna baxmayaraq hər iki tərəf Şahid adlı şəxsin binanın sahibi olduğunu təsdiqlədiyi üçün məhkəmə araşdırma aparmış və sonuncunun Bakı Ağır Cinayəltər Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar olaraq təqsirləndirilən şəxs qismində Bakı İstitnaq Təcridxanasında olduğunu müəyyən etmiş və onun məhkəmə iclasında şahid qismində dindirilməsini təmin etmişdir. Yuxarıda qeyd edilmiş həmin ifadəsində də Şahid iddiaçi İddiaçılə müqavilənin necə bağlanmasını xatırlamadığını, lakin həmin mənzilin Cavabdeh1 verildiyini, sonuncu ilə yalnız bir müqavilə bağlanıldığını, Cavabdeh1 tərəfindən məbləğ tam ödənildikdən onra mübahisəli mənzil boş olduğu üçün cavabdehə verildiy ini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mənzil müqavilə bağlanılarkən iddiaçıya təhvil verilə bilməzdi, çünki bina 2018-ci il tarixdə təhvil verilmişdi, həmin ev Cavabdeh1 verilərkən təmirsiz olmuş və qapısı olmamışdır.

63. Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 84 №-li məktubundan görünür ki, MTK-nın əvvəlki rəhbərliyindən sənədlər təhvil alınarkən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusunda qeyd edilmiş mənzilin müqavilə əsasında Cavabdeh1 Cahangir qızına məxsus olduğu göstərilmişdir. Mübahisəli mənzil və MTK-ya məxsus binalarda seyf qapılarının qoyulması və mənzillərin təmiri barəsində əvvəlki MTK rəhbərliyi tərəfindən onlara heç bir məlumat verilməmişdir. Hal-hazırkı yerli dislokasiya aktına əsasən qeyd edilən mənzilin Cavabdeh1 Cahangir qızına məxsus olması və kommunal sayğaclarının sonuncunun adında olması göstərilmişdir. Cavabdeh2 MTK-ya məxsus binanın C girişi 9-cu mərtəbəsində qeyd olunan kvadrata uyğun digər 1 otaqlı mənzil mövcud deyildir.

64. Həmçinin Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə İddiaçı satıldığını, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzilin başqa bir müqavilə ilə Cavabdeh1 Cahangir qızına satıldığını qəbul etmiş, lakin həmin mənzilin Cavabdeh1 Cahangir qızı tərəfindən təmir edildiyini və mənzildə hal-hazırda yaşayış olduğunu bildirmişdir.

65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirib ki, həm MTK tərəfindən verilmiş cavab məktubundan, həm də məhkəmə iclası zamanı verilmiş izahat və ifadələrdən göründüyü kimi mübahisəli mənz il 14 sentyabr 2015-ci il tarixdə İddiaçı satılımış və mənzilin dəyəri tam ödənilmişdir. Lakin mənzilin iddiaçıya satılması barədə MTK ilə müqavilə bağlanan zaman İddiaçı həmin müqavilənin bağlanmasında iştirak etməmiş, iddia ərizəsində sonrakı illərdə mənzilə gəlib-getdiyini, mənzildə hər hansı təmir işlərinə başladığını, oraya seyf qapı qoydurduğunu bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında mənzilin faktiki olaraq ona təhvil verilmədiyini, hər hansı təmir işlərini aparmadığını, lakin mənzil almaqda məqsədinin gələcəkdə təmir işləri apararaq həmin mənzildə yaşamaq olduğunu bildirmişdir. Həmçinin müəyyən edilir ki, mənzil 14 sentyabr 2015-ci il tarixdə iddiaçıya satılsa da, faktiki olaraq ona təhvil verilməmiş, həmin dövrdə etibarnamə üzrə MTK-nın alğı-satqı işlərini həyata keçirmiş Şahid də binanın 2018-ci ildə təhvil verildiyini vurğulamışdır. Bununla yanaşı apellyasiya icraatı zamanı aparılmış araşdırmanın nəticəsində 11 dekabr 2021-ci il tarixdə həmin mənzilin Cavabdeh1 satıldığı, onun tərəfindən mənzilin dəyərinin tam ödənildiyi, mənzil satılarkən boş vəziyyətdə, qapısız, təmirsiz satılması, mənzilə seyf qapının cavabdeh tərəfindən qoyulması, təmir edilməsi işin faktiki halları ilə, Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli məktublar, həmçinin şahid ifadələri ilə də təsdiqini tapmışdır.

66. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2024cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə ********* nömrəli cinayət işinin nəticəsi barədə məhkəməyə ətraf lı məlumat verilməsi (təqsirləndirilən şəxslər, eləcə də zərərçəkmiş şəxslər qismində kimlərin cəlb olunması), iş üzrə ittiham aktının cıxarılıb- çıxarılmaması (çıxarıldığı təqdirdə surətinin məhkəməyə təqdim edilməsi) barədə sorğulara cavab verilməmiş lakin apellyasiya icraatı zamanı iddiaçı izahatında Şahidlə bağlı başqa iş üzrə istintaq aparıldığını və onun həbs olunduğunu, lakin həmin cinayət işi ilə bağlı onun və Venara Cahangirovnanın izahatının alınmadığını və onların zərərçəkmiş şəxs qismində cəlb edilmədiklərini bildirmişdir.

67. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlib ki, işin halları ilə İddiaçı mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə satılsa da, faktiki olaraq mənzil təhvil verilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya) tətbiq edilə bilməz. Belə ki, 2017-ci il 15 dekabr tarixədək qüvvədə olmuş MM-in 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

68. Hazırda işin müəyyən edilmiş halları ilə mübahisəli mənzilin iddiaçıya təhvil verilmədiyi, onun tərəfindən həmin mənzildə heç bir təmir işləri aparmadığı, mənzilə seyf qapı qoydurmadığı, əksinə olaraq mənzilin Cavabdeh1 təhvil verildiyi, onun tərəfindən sözügedən mənzildə təmir işləri aparıldığı, həmin mənzildə yaşadığı, iddiaçı ilə müqavilə 2015-ci il tar ixdə bağlanılsa da, binanın 2018-ci ildə təhvil verildiyi, 2021-ci il tarixdə mənzilin cavabdehə təhvil verildiyi öz təsdiqini tapdığından məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi ilə bağlı birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, qeyd edir ki, müvafiq qanun normasının tətbiq edilməsi məqsədilə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

69. Məhkəmə kollegiyası eyni zamanda qeyd edib ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 14 sentyabr 2015-ci il tarixli 397 nömrəli müqavilə üzrə mənzilin əldə edilməsi üçün 32.550 manat məbləğində pul vəsaiti ödəmiş, lakin ona heç bir mənzil təhvil verilməmişdir. Bununla yanaşı həmin dövrdə MTK-nın alğı-satqı işlərini etibarnamə əsasında yerinə yetirən Şahid də məhkə mə iclası zamanı şahid qismində dindirilərkən onun məhkəmə mübahisəsi bitdikdən sonra İddiaçı mənzil veriləcəyini bildirmişdir.

70. Məhkəmə kollegiyası hesab edib ki, MM-nin 452.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh2 MTK-nın İddiaçı qarşısında 14 sentyabr 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyi qaldığından onun Cavabdeh2 MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququ vardır.

71. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.4, 452.1, 452.2, 752.1, 770-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

72. İddiaçı qətnam ədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

73. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə tərəfindən qanunun bu normalarına istinad edilsə də, nəticədə düzgün qiymət verilməmişdir, göründüyü kimi Cavabdeh1 ilə bağlanmış müqavilə bağlandığı andan etibarsızdır. Belə ki, onunla bağlanılmış müqavilə ləğv edilməmişdir, qüvvədədir və bu mənzillə bağlı ilkin olaraq müqavilə onunla bağlanmışd ır və müqavilənin şərtləri tərəfindən yerinə yetirilmişdir. Qanunun bu norması məhkəmə tərəfindən tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir.

74. Qətnamədən göründüyü kimi apellyasiya məhkəməsi əqdin etibarsız olubolmaması faktını formal olaraq araşdırmış, araşdırma yalnız cavabdeh tərəflə əlaqəli olan şəxslərin şahid ifadələrinin alınması, mənzilin təhvil verilməməsi, müqavilənin 2015-ci ildə bağlanması və binanın 2018-ci ildə təhvil verilməsi, təmir işlərinin aparılmaması hallarına hüquqi don geyindirilmiş, onunla bağlanılmış müqavilənin ləğv edilməməsi, müqavilədə mənzilin uzun müddət təmir edilməməsi və ya digər hallarla bağlı geri tələb ediləcəyi və ya müqavilənin ləğv ediləcəyi barədə hər hansı bir qeyd şərtin olmaması, şahid qismində ifadə vermiş Şahid izahatında İddiaçılə h ansı şəraitdə müqavilə bağlamağı yadında olmadığını, lakin onunla 2015-ci ildə müqavilə varsa, deməli ona da mənzil satılmasını təsdiq etməsi və s. hallar araşdırılmamış və qiymət verilməmişdir. Göründüyü kimi məhkəmə tərəflər arasında hüquqi münasibətləri həll etmədən onun məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

75. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

78. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

79. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

80. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

81. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

82. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

83. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

84. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

85. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

86. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

87. Maddə

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə görə i ş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə şifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

88. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

89. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

90. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vi deo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

91. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

92. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

93. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

94. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

96. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəm ə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

97. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iapelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi q ərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

98. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

99. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik o lan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

100. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntu larının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

101. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

102. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-153/2025 nömrəli 3 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar