Məhkəmə qərarları › İş №2(102)-3278/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3278/2024

08.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3278/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, eyni mənzilə dair bir neçə kreditorla müqavilə bağlanması, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə tam əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi təl əbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-594/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 8 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 MTK (bundan sonra – MTK) ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 397 nömrəli müqaviləyə əsasən MTK ünvan 1avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cu mərtəbəsində sahəsi 54,25 kv.m olan 1 otaqlı mənzili İddiaçı satmağı, İddiaçı mənzilin hər bir kv.m sahəsinin ilkin dəyəri 600 manat olan 32550 manat satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən ü nvan 1avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası MTK-ya məxsus olmuşdur. Bu binanın C giriş, 9-cu mərtəbəsində sahəsi 54.25 kv.m olan 1 otaqlı mənzilin pay dəyəri 32550 manat İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu olmamışdır.

3. MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən MTK ünvan 1 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cu mərtəbəsində sahəsi 59 kv.m olan 1 otaqlı 48 nömrəli mənzili Cavabdeh1 satmağı, Cavabdeh1 mənzilin hər bir kv.m sahəsinin ilkin dəyəri 600 manat olan 35940 manat məbləğini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

4. MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən ünvan 1avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası MTK-ya məxsus olmuşdur. Bu binada yerləşən 48 nömrəli mənzilin pay dəyəri 35940 manat Cavabdeh1 tərəfindən tam ödənilmiş, MTK-ya borcu olmamışdır.

5. MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh1 həqiqətən 48 nömrəli mənzildə yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km, qərb hissəsi ünvanında inşa edilən binanın C blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 54,25 kv.m olan, 1 otaqlı mənzilə (bundan sonra – mübahisəli mənzil) dair MTK və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqavilənin etibarsız hesab edilməsi, əşyalar götürülməklə mənzilin boşaldılıb ona təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilə seyf qapı qoymuş, bir müddətdən sonra isə mənzildə ilkin təmir işlərinə başlamışdır. Lakin dəniz gəmisində işlədiyinə görə uzun zamanlar dənizdə qalmağa məcbur olmağı ilə əlaqədar və qayıdanda da rayona ailəsinin yanına getdiyi üçün təmir işlərində iddiaçıdan asılı olmayan səbəblərdən ləngimə olmuşdur. Daha sonra, 2019-cu ilin sonundan ölkədə baş verən məlum pandemiya səbəbindən təmir işlərini məcbur dayandırmalı olmuşdur. Bir müddət bundan əvvəl iddiaçı dənizdən qayıtdıqdan sonra mənzilinə baş çəkmək və yarımçıq qalmış təmir işlərini davam etdirmək məqsədi ilə ünvana getmiş, lakin mənzilin qapısı dəyişdirildiyi ndən oraya daxil ola bilməmişdir. Dərhal binanın komendantına müraciət etmiş və məsələni aydınlaşdırmağa çalışmışdır. Komendant bildirmişdir ki, bu mənzilə başqa şəxslər gəlib-getmiş və onun dediyinə görə iddiaçının mənzili MTK tərəfindən başqa şəxsə satılmışdır. MTK-ya müraciət edəndən sonra, məlum olmuşdur ki, həqiqətən iddiaçının mənzili təkrar qanunsuz şəkildə cavabdehə satılmışdır. Rəsmi sorğu verdikdən sonra həmin müqavilə və cavabdeh barədə rəsmi sənədlər iddiaçıya təqdim edilmişdir.

8. Göründüyü kimi, sahiblik və istifadəsində olan mənzil qanunsuz olaraq cavabdehə satılmış, cavabdeh isə bilə-bilə ki, artıq bu mənzilin sahibi olmuş, qapını sındıraraq ora daxil olmuş, icazəsiz qapını dəyişmiş və iddiaçının həmin mənzilə daxil olmağına əngəllər yaratmışdır.

9. İddiaçı tələbinin hüqu qi əsası kimi Mülki Məcəllənin 109.3, 109-2.1 və 109-4.1.1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir kİ, mənzil təmirsiz, qapısız, içərisi isə zibilxana olmuşdur. Onun orada 7 illik qonşusu belə, bunu təsdiq edər ki, mənzil boş mənzil olmuş, alandan sonra mənzilə qapı qoydurmuş, təmir elətdirmiş, foto-şəkilləri də iş materiallarına əlavə etmişdir. Ailəsi ilə birlikdə hazırda həmin mənzildə yaşamışdır. İddiaçı 9 ildən sonra gəlib mənzil iddia etmişdir.

11. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, ev alğı-satqısı ilə məşğul olur. Cavabdeh və atası onun vasitəsi ilə mübahisəli mənzili almışdır. Cavabdeh həmin mənzili aldıqdan sonra onu mənzili necə təmir edəcəklərini məsləhətləşmək üçün ora aparmışdır. Həm in vaxt mənzil təmirsiz, pis vəziyyətdə idi, qapısı da yox idi. Usta çağırıb mənzili təmir etdirmişlər. O isə təmir üçün lazım olan materialların alınmasında kömək etmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-1278/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Cəmilə Səfiyeva)

13. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına əsasən MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 397 nömrəli müqaviləyə əsasən MTK mübahisəli mənzili iddiaçıya satmış, mənzilin hər m2-nin sahəsinin ilkin dəyəri 600 manat olmaqla, mənzilin dəyəri olan 32550 manat alıcı (iddiaçı) tərəfindən MTK-ya ödənilmişdir. Maliyyə arayışına əsasən iddiaçının MTK-ya heç bir borcu yoxdur.

14. Həmçinin müəyyən edilmişdir ki, MTK ilə cavabdeh arasında bağ lanmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən MTK mübahisəli mənzili alıcıya satmış, MTK tərəfindən verilmiş maliyyə arayışına görə mənzilin pay dəyəri olan 35940 manat cavabdeh tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur.

15. Birinci instansiya məhkəməsi cavabdehin izahatına, onun təqdim etdiyi şahidin ifadəsinə və mülki iş materiallarında olan MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa istinadən göstərmişdir ki, cavabdeh həqiqətən mübahisəli mənzildə yaşamış, həmin mənzil cavabdeh tərəfindən alınarkən boş, təmirsiz mənzil olmuş, cavabdeh öz vəsaiti ilə həmin mənzili təmir eləmiş və hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bu, cavabdehin təqdim etdiyi foto-şəkillərlə də təsdiq edilir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuş dur ki, MTK ilə cavabdeh arasında bağlanmış müqavilədə sonuncunun həqiqi niyyəti məhz mənzil əldə etmək olduğundan, həmin mənzilin MTK tərəfindən daha əvvəl kiməsə satması barədə məlumatı olmadığından həmin müqavilə etibarsız müqavilə sayıla bilməz. Bundan başqa, mübahisəli mənzillə bağlı öhdəlik MTK tərəfindən hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin xeyrinə icra edilsə də, öhdəliyin icrası cavabdeh tərəfindən qəbul edildiyindən, mənzili cavabdeh təmir edib, hazırda da orada yaşadığından, iddia tələbi təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki işin materiallarında olan MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən mübahisəli mənzili cavabdehə satması razılaşdırıldığı halda, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsi belə, qeyd edilməmişdir.

18. Bununla belə, birinci instansiya məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından MTK iddiaçı qarşısında 14 sentyabr 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyi qaldığından, onun MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququ vardır.

19. Birinci instansiya məhkəməsi mövqeyini A Mülki Məcəlləsinin 152, 157, 178, 337, 340, 386, 389, 390, 399, 452, 752, 770-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 78.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki məhkəmə tərəfindən obyektiv araşdırma aparılmamışdır, məhkəmə yalnız MTK-dan maddi zərər tələb etmək hüququnun olması qənaətinə gəlməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Məhkəmə işin faktiki hallarına düzgün qiymət vermədən, cavabdehlə bağlanmış müqavilənin etibarsızlığı üçün kifayət qədər əsaslar olsa da, cavabdehin mənzili təmir etməsini əsas götürmüşdür. Halbuki cavabdehin mənzili təmir etməsi əqdin etibarlı olmasına dəlalət etməmiş və belə olan halda cavabdeh MTK-dan ona vurulmuş maddi zərəri, təmir xərclərini tələb etməlidir. İddiaçı tərəfindən mənzilin tam təmir edilməməsi halı mənzildən imtinaya və digər hallara səbəb olmamış və bağlanılmış müqavilədə bu barədə hər hansı bir qe yd-şərt yoxdur. MTK qanunsuz olaraq bu mənzili digər şəxsə satmaqla cinayət törətmişdir.

22. Apellyasiya baxışı zamanı MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən MTK-nın inşa mübahisəli mənzil xx.xx.2015-ci ildə iddiaçıya satılmışdır. xx.xx.2021-ci il tarixdə isə həmin mənzil başqa bir müqavilə ilə cavabdehə satılmışdır. Həmin mənzil cavabdeh tərəfindən təmir edilmiş və mənzildə hal-hazırda yaşayış olmuşdur. Bütün bunlar MTK-nın əvvəlki müdiriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, əlavə məlumat verə bilmirlər. Hazırda bu haqda aidiyyəti orqanlara müraciət edilmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1391/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov)

24. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil 2015-ci il tarixli müqavilə ilə iddiaçıya, 2021-ci il tarixli müqavilə ilə isə cavabdehə satılmışdır. İddiaçı ilə bağlanmış müqavilədə mənzilin nömrəsi qeyd olunmamışdır. İkinci müqaviləyə əsasən mənzili almış cavabdeh mənzili təmir etmiş və mənzil 2021-ci ildən onun istifadəsindədir. İddiaçının bildirməsinə görə, mənzillə yalnız bir müddət əvvəl maraqlanmış və mənzilin başqa şəxs - cavabdeh tərəfindən təmir olunaraq orada yaşaması məlum olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ape llyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı illər ərzində gəmidə işlədiyini bildirmiş, mənzilə tərəfindən seyf qapı qoyulduğunu, mənzildə ilkin təmir işlərinə başladığını, sonradan təmir işlərində ləngimə olduğunu, daha sonra mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilmədiyini qeyd etmişdir. İddiaçı tərəfindən mənzilin 2015-ci il tarixində alınması və keçən müddət ərzində mənzildən məlumatı olmaması həqiqəti əks etdirmir. Belə ki, apellyasiya baxışında cavabdeh qapını heç vaxt sındırmadığını, mənzili tam boş vəziyyətdə aldığını, orada qapının ümumiyyətlə olmadığını, mənzilin özü tərəfindən təmir edildiyini və sonradan qapı qoyulduğunu bildirmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunun mülkiyyət hüququ ilə bağlı norması tətbiq edilərkən iddiaçının bir mülkiyyətçi kimi hüquqları qətiyyən nəzərə alınmamışdır. Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq iddiaçı ilə müqavilə 2015-ci ildə bağlanılmış, tərəfindən pay haqqı tam olaraq ödənilmiş və mübahisəli mənzilə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə tərəfindən qanunun bu normasına istinad edilsə də nəticədə düzgün qiymət verilməmişdir. Cavabdehlə müqavilənin 2021-ci ildə bağlanması və həmin müqavilənin iddiaçının mülkiyyət hüquqlarının pozulması fonunda icra edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə tərəfindən Mülki Məcəlləsinin 337.2-ci maddəsinə istinad edilsə də, nəticədə düzgün qiymət verilməmişdir. Göründüyü kimi cavabdehlə bağlanmış müqavilə bağlandığı andan etibarsız olmuşdur. Belə ki, iddiaçı ilə bağlanılmış müqavilə ləğv edilməmiş, qüvvədə olmuş və bu mənzillə bağlı ilkin olaraq müqavilə iddiaçı ilə bağlanılmış və müqavilənin şərtləri iddiaçı tərəfindən yerinə yetirilmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı əmlakı cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır.

28. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4344/2023 nömrəli, 18 dekabr 2023cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətna məsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır; - iddia tələbindən görünür ki, iddiaçı mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 saylı Müqavilənin etibarsız hesab edilməsi, əşyalar götürülməklə mənzilin boşaldılıb ona təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir; - işin müəyyən olunan hallarına əsasən birinci instansiya məhkəməsi iddianı rədd edərkən, MTK ilə cavabdeh arasında bağlanmış müqavilədə sonuncunun həqiqi niyyətinin məhz mənzil əldə etmək olduğunu, həmin mənzilin MTK tərəfindən daha əvvəl kiməsə satılması barədə məlumatı olmadığını, qeyd olunan müqavilənin etibarsız müqavilə sayıla bilməməsini, mübahisəli mənzillə bağlı öhdəliyin MTK tərəfindən hər iki tərəfin, yəni həm iddiaçının və həm də cavabdehin xeyrinə icra edilməsinə baxmayaraq, öhdəliyin icrasının cavabdeh tərəfindən qəbul edildiyini, onun tərəfindən mənzilin təmir edilib hal-hazırda da orada yaşadığını, həmçinin cavabdehə satılmış mənzilin 48 nömrəli mənzil olmasını, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsinin isə göstərilmədiyini, MTK-nın iddiaçı qarşısında 14 sentyabr 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyinin qaldığını, onun MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququnun olmasını qeyd etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır; - apellyasiya instansiya məhkəməsi isə iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, həmçinin iddiaçının illər ərzində gəmidə işlədiyini bildirməsini, mənzilə tərəfindən seyf qapı qoyulduğunu, mənzildə ilkin təmir işlərinə başladığını, sonradan təmir işlərində ləngimə olduğunu, daha sonra mənzilin qapısı dəyişdirildiyindən oraya daxil ola bilmədiyini qeyd etdiyini, iddiaçı tərəfindən mənzilin 2015-ci ildə alınması və keçən müddət ərzində mənzildən məlumatı olmamasının həqiqəti əks etdirmədiyini göstərmişdi r; - halbuki iş materiallarında olan sübutlarla, iddiaçının mübahisəli mənzili cavabdehdən daha əvvəl, 14 sentyabr 2015-ci il tarixdə alaraq, mənzilin pay dəyəri olan 32.550,0 manat məbləğində pulu MTK-ya ödəməsi təsdiqini tapmışdır; - göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən mənzilin 2015ci ildə alınması və keçən müddət ərzində mənzildən məlumatı olmamasının həqiqəti əks etdirmədiyini göstərməklə həmin sübutları şübhə altına almış, cavabdehə satılmış mənzilin 48 nömrəli mənzil olmasını, iddiaçı ilə bağlanan 14 sentyabr 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsinin isə göstərilmədiyini qeyd edərkən isə, iddiaçıya mənzilin satılması zamanı mənzillərin hələ nömrələnməsi, mənzilin birinci dəfə satılmasından 6 il sonra cavabdehə satılması zamanı artıq mənzillərin nömrələnməsi ehtimalını nəzərə almamış, qeyd olunan hallarla bağlı hər hansı araşdırma aparmadan formal mülahizələrinə uyğun qərar qəbul etmişdir; - bundan başqa, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni əsaslandırarkən, mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə iddiaçıya, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzili başqa bir müqavilə ilə cavabdehə satılması barədə MTK tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatı nəzərdən qaçırmış, həmin məlumatda qeyd olunanlara hər hansı hüquqi qiymət verməmişdir; - həmçinin apellyasiya instansiya məhkəməsi işə baxarkən, mübahisəli mənzilin iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanandan sonra MTK tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilib-verilməməsi, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi mənzilə seyf qapı qoyması, mənzildə ilkin təmir işlərinin başlaması kimi hallar araşdırılmamış, MTK-nın nümayəndəsinin məhkəmə iclasında mövqeyi aydınlaşdırılmamışdır. Halbuki cavabdeh də apellyasiya instansiya məhkəməsinin 31 iyul 2023-cü il tarixli iclasında verdiyi izahatında həmin mənzildə heç bir qapının olmadığını, bunu komendant və mühafizəçinin də təsdiqlədiyini göstərmiş, lakin əsaslı və qanuni yekun məhkəmə aktının qəbul edilməsi üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya məhkəməsi qeyd olunan faktlara dair cavabdehin həmin məlumatları birinci instansiya məhkəməsinə təqdim etməməsinin, adı çəkilən şəxslərin məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verməməsinin səbəblərini aydınlaşdırmamış, həmin araşdırmanın nəticəsindən asıl ı olaraq da cavabdehin izahatında göstərilənləri yoxlamağa lüzum görməmişdir; - mübahisəli mənzilin 14 sentyabr 2015-ci ildə iddiaçıya, 11 dekabr 2021-ci il tarixdə isə həmin mənzil başqa bir müqavilə ilə cavabdehə satılmasının MTK-nın əvvəlki müdriyyətinin səhlənkarlığı ucbatından baş verdiyi üçün, hazırda bu haqda aidiyyəti orqanlara müraciət etmələri barədə MTK tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunanlar da apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıbaparılmaması MTK-ya rəsmi sorğu verilməklə yoxlanılmamış, bu kimi nəticələr mövcud olmadığı halda isə MTK-nın vəzifəli şəxslərinin ə məllərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması və bununla bağlı xüsusi qərardadın qəbul edilməsi məsələsi müzakirə edilməmişdir; - eyni zamanda MTK-nın xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunanlardan asılı olaraq, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X4, həmçinin cavabdeh ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X1 hazırda harada olması, yuxarıda qeyd olunan sualların aydınlaşdırılması məqsədi ilə həmin şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsini Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri baxımından müzakirə edərək, tərəflərin fikirlərini öyrənməmişdir; - göstərilən halları araşdır madan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək mübahisəli mənzilin cavabdehə real olaraq təhvil verilməsi əsası ilə iddia tələbini rədd etməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir; - belə ki, göstərilən hallar araşdırılarkən mübahisəli mənzilin alğı-satqı müqaviləsi bağlanan 14 sentyabr 2015-ci il tarixdə iddiaçıya real olaraq təhvil verilməsi təsdiqini tapdığı halda, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 15 dekabr 2017-ci il tarixə kimi qüvvədə olmuş 178.8-ci maddəsi çıxış edəcəkdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Təkrar apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə seyf qapının kim tərəfindən qoyulması, həmin mənzildə tikinti işlərinin kim tə rəfindən aparılması, mənzilin cavabdehə təhvil verilməsindən əvvəl mənzilin qapısının olub-olmaması, MTK-nın əvvəlki rəhbərliyi haqqında cinayət işin olub-olmaması barədə məlumatların verilməsi ilə bağlı MTK-ya sorğu vermişdir.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-594/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 27 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzildən əşyalar götürülməklə boşaldılıb ona təhvil verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27 nömrəli müqavilənin etibarsız hesab edilməsi, mübahis əli mənzilin cavabdeh tərəfindən əşyalar götürülməklə boşaldılması və iddiaçıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova, İlqar Dəmirov)

32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanan xx.xx.2015-ci il tarixli müqavilədə mübahisə predmeti olan mənzilin nömrəsinin göstərilməməsi iddianın əsassız olması anlamına gəlmir. MTK tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən, xx.xx.2015-ci ildə iddiaçıya satılmış mənzil xx.xx.2021-ci il tarixdə başqa bir müqavilə ilə cavabdehə satılmışdır. Odur ki, tərəflər arasında eyni mənzillə bağlı mübahisənin getməsi işin faktiki halları ilə öz təsdiqini tapır.

33. Apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair MTK ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən iddiaçı ilə MTK arasında xx.xx.2015-ci il tarixli müqavilə qüvvədə olmuşdur, iddiaçının isə mənzilin üçüncü şəxsə satılması ilə bağlı razılığı alınmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi onu da bildirmişdir ki, mənzil MTK tərəfindən Cavabdeh1 təhvil verilmiş, sonuncu isə mübahisəli mənzili təmir edib, həmin mənzildə yaşamağa başlamışdır.

35. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, xx.xx.2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin məzmununa görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənz il, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Belə olan halda, iddiaçı MTK-ya mənzilin pay dəyəri 32550 manat məbləğində pulu ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir.

36. Beləliklə, MTK tərəfindən mübahisəli mənzilin üçüncü şəxsə satılmasına dair iddiaçının razılığı alınmadığından, MTK ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, mübahisəli mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsi həmçinin izah etmişdir ki, iddianın bu hissədə təmin olunması mübahisəli mənzil üçün cavabdeh tərəfindən MTK-ya ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.

38. Apellyasiya instansiyası məhkəm əsi iddianın “mənzilə istifadə hüququnun tanınması” hissəsinə hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçı MTK-ya mənzilin pay dəyərini ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etdiyindən, istifadə hüququnun tanınmasına zərurət yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 157, 178, 337, 340, 427 və 442-ci maddələri ilə əsaslandırmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi 13 may 2024-cü il tarixdə MTK-nın səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olub-olmamasına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad da çıxarmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabd eh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 14.09.15-ci il tarixli müqavilə əsasında iddiaçıya satılmış, müqavilənin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Həmin dövrdə MTK-nın sədri X6 olmuşdur. Həmin mənzil xx.xx.2021-ci il tarixli müqavilə əsasında cavabdehə satılmışdır. Həmin dövrdə MTK-nın sədri X2 olmuşdur. Müqavilənin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. İddiaçı mənzilə seyf qapı qoymaqla ilkin təmir işləri apardığını göstərdiyi halda, cavabdeh həmin mənzili baxaraq almaq istəyərkən, qapısının belə olmadığını, mənzilin təmirsiz olduğunu görmüşdür. İddiaçının mənzil üzərində hər hansı bir hüququ qeydə alınmamış, mənzil faktiki sahiblik və istifadəsində olmamışdır. Cavabdeh mənzili alaraq oranı təmir etdirərək, orada yaşamışdır. Cavabdehin dediklərini, mənzil alğı-satqısı ilə məşğul olan şəxs Ə.Burcəliyev şahid qismində dindirilərkən təsdiq etmişdir. Mübahisə predmetini təşkil edən mənzil üzərində iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, qapısı olmayan, təmirsiz bir mənzilin onun digər bir şəxsin mülkiyyətində (sahiblik və ya istifadəsində də) olmasını bilməsi ağlabatan hesab edilə bilməz. İddiaçıdan fərqli olaraq cavabdeh mənzili əldə etdikdən sonra təmir edərək, orada ailəsi ilə birgə yaşamağa davam etmişdir. Apellyasiya instansiyası məhk əməsi işin hallarını tam və hərtərəfli araşdırmamaqla yanaşı, mübahisənin həlli üçün zəruri xüsusatlara lazımınca diqqət yetirməmiş və sübutları düzgün tədqiq etməmişdir. Kassasiya instansiyası məhkəməsi işi yeni məhkəmə baxışı mərhələsinə qaytarılması qənaətinə gələrkən bir sıra halların aydınlaşdırılmalı olması, o cümlədən müqavilə bağlanan zaman MTK sədrləri olan şəxslərin şahid qismində dindirilməli olması göstərməsinə baxmayaraq, heç bir hal araşdırılmamış, təkrar apellyasiya baxışı formal mülahizə əsasında realizə edilmişdir. İş üzrə əvvəlki apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutlar yenidən təkrarlanmış, kassasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışına qaytararkən aydınlaşdırılmalı olan hallar üzrə gəlinən nəticə üzrə də heç bir dəyərləndirilmə aparılmamışdır. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəf inə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin et mədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

46. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

48. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4 344/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarında şərh edilən və hazırki qərarın 29-cu bəndində qeyd edilən göstərişlərinə tam əməl etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

49. Belə ki, Ali Məhkəmənin əvvəlki qərarında mübahisəli mənzilin iddiaçı ilə alqısatqı müqaviləsi bağlanandan sonra MTK tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilibverilməməsi, iddiaçının mənzilə seyf qapı qoyması, mənzildə ilkin təmir işlərinin başlaması kimi halların araşdırılması, hazırki iş üzrə ciddi qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, hər hansı araşdırmanın aparılıbaparılmaması ilə bağlı MTK-ya rəs mi sorğu verilməsi, MTK-nın nümayəndəsinin məhkəmə iclasında mövqeyinin aydınlaşdırılmalı olması barədə göstəriş olmuşdur.

50. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mənzilə seyf qapının kim tərəfindən qoyulması, həmin mənzildə tikinti işlərinin kim tərəfindən aparılması, mənzilin cavabdehə təhvil verilməsindən əvvəl mənzilin qapısının olub-olmaması, MTK-nın əvvəlki rəhbərliyi haqqında cinayət işinin olub-olmaması barədə məlumatların verilməsi ilə bağlı 28 fevral 2024-cü il tarixdə MTK-ya sorğu vermiş, lakin sorğuya hər hansı cavab almadan yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Bir halda ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qeyd edilən sorğunun verilməsini zəruri saymışdısa, gəldiyi nəticəni də həmin sorğuya müvafiq cavab almaqla əsaslandırmalı idi.

51. Qeyd edilməlidir ki, sorğuya cavab nəticəsində MTK-nın əvvəlki rəhbərliyi haqqında cinayət işinin olması müəyyən edilmiş olsa idi, bu zaman təqsirləndirilən şəxs(lər)ə hazırda mübahisədə adı keçən müqavilələr və mənzilə dair ittiham verilibverilməməsi, hazırkı iş üzrə tərəflərin həmin iş üzrə zərərçəkmiş kimi tanınıb-tanınmaması, cinayət işi üzrə təqsirləndirilən şəxs(lər)in həmin xüsusatla bağlı hansı məzmunda ifadə vermələri mübahisənin həllində Mülki Məcəllənin 178.8-ci maddəsinin tətbiqi üçün mühüm əhəmiyyət daşıyacaqdı. Lakin qeyd edilən məsələlər açıq qaldığı üçün məhkəmə kollegiyası Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki işə tətbiqinin əsaslı olubolmamasına qiymət verə bilə bilmir.

52. Bundan əlavə, iddiaçı ilə alqı-satqı müqaviləs i bağlanan 14 sentyabr 2015-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X4, həmçinin cavabdeh ilə alğı-satqı müqaviləsi bağlanan 11 dekabr 2021-ci il tarixdə MTK-da sədr vəzifəsində işləmiş X1 hazırda harada olması, yuxarıda qeyd olunan sualların aydınlaşdırılması məqsədi ilə həmin şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olub-olmaması məsələsinin Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri baxımından müzakirə edilməsi barədə göstəriş də icra edilməmişdir.

53. Məhkəmə iclas protokollarından apellyasiya instansiyası məhkəməsinin hazırki üzrə Ali Məhkəmənin həmin göstərişi ilə bağlı hər hansı araşdırma aparması, qeyd edilən şəxslərin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsinə zərurətin olubolmaması məsələsi ilə bağlı tərəflərin sor ğu-sual olunması görünmür.

54. Bu da o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı, tam araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hallar kimi qeyd etdiyi məsələləri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul etmişdir. Halbuki Ali Məhkəmənin qərarında göstərilən məsələlərin araşdırılması işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsinin vəzifəsi olmuşdur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisənin həlli bağlı Ali Məhkəmənin qərarına bu cür formal yanaşmasını əsaslı hesab etmir.

57. Məhkəmə kollegiyası analoji işlərlə bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərar ında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.

58. Bütün bunlar göstərir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul edərək, mübahisənin qanuni və əsaslı həlli ilə bağlı lazımi araşdırma aparmadan qərar qəbul etmişdir.

59. Yuxarıda şərh edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda ş ərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

61. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-594/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar