Məhkəmə qərarları › İş №2(105)-1531/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1531/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1531/2024 28.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Ərizəçi, Maraqlı tərəfin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edillməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(027)-1523/2024 nömrəli qətnaməsindən maraqlı tərəfin apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışının və X8 Ənvər Əmi oğluna məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, şəxsiyyətini müəyyən edən hüquqmüəyyənedici sənədlərdə soyadı Paşayev, adı Ənvər, atasının adı Əmi oğlu qeyd olunmuşdur. Lakin 03 may 1983- cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur- Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma sahəsində (SMU-30), 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışında və Arxiv Arayışında düzgün olaraq soyadı Paşayev, adı Ənvər yazılsa da, ata adı “Əmi” əvəzinə səhvən “Əli” kimi qeyd edilmişdir. Soyad, ad və ata adının Ərizəçi olması ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsilə də təsdiq olunur. Hazırda yaşa görə əmək pensiyasının hesablanması ilə əlaqədar 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su- Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışında və Arxiv Arayışında ata adı “Əmi” əvəzinə səhvən “Əli” yazıldığı üçün yaşa görə əmək pensiyası almaq hüququnu məhdudlaşdırmışdır. Bununla bağlı hüquqmüəyyənedici sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin ata adında yaranmış uyğunsuzluq səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hazırda Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsi və Quba 8 saylı Çörək zavodu ləğv edildiyindən və fəaliyyət göstərmədiyindən, yəni faktiki mövcud olmadığından əmək fəaliyyətilə bağlı əmrlərdəki yazılmış ata adındakı yalnışlığı aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də 03 may 1983-cü il tarixdən 10 noyabr 1983cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü İİ tarixli Arxiv çıxarışının və X8 Ənvər Əmi oğluna məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur.

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, 1978-ci ildən 1994-cü ilə kimi Quba 8 saylı Çörək zavodunda işləmişdir. Ərizəçi da 1994-cü ilə kimi onunla bir yerdə işləmişdir. 1994-cü ildə o, işdən azad edilmişdir. Onun işlədiyi zamanda Ənvər xəmirkar vəzifəsində çalışmışdır.

4. Şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, Ərizəçi ilə bir yerdə Quba 8 saylı Çörək zavodunda işləmişdir. 1985-ci ildən 2005-ci ilə kimi Ənvər xəmirkar vəzifəsində çalışmışdır. Hər ikisi zavod bağlanana kimi birlikdə işləmişlər.

5. AZ-T seriyalı, 275133 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş, atası X13, anası X2r.

6. AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur.

7. İş materiallarına əlavə edilmiş İT-1 ******* nömrəli əmək kitabçası 10 may 1983-cü il tarixdə Ərizəçi adına açılmışır.

8. İş materiallarına əlavə edilmiş 04 may 1978-ci il tarixli, NZ ******* nömrəli Hərbi bilet Ərizəçi məxsusdur.

9. Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışından və Arxiv arayışından görünür ki, X23-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsi və Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmr və əmək haqqı cədvəllərində Ərizəçi ata adı “Əmi” əvəzinə “Əli” və “Ali” kimi qeyd olunmuşdur.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-P-98248/2024 saylı məktubundan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta və X15 filialının xx.xx.2023-cü il tarixli arayışının surətinə əsasən 1984-cü ilin iyun ayından 1989-cu ilin yanvar ayınadək və 1989-cu ilin fevral, iyun, sentyabr aylarında, 1990-cı ilin yanvar ayından 1993-cü ilin mart ayınadək əmək haqqı cədvəllərində ata adının “Ali” kimi qeyd edildiyi, həmçinin 1989-cu ilin dekabr və 1992-ci ilin noyabr ayının əməkhaqqılarında qaralamaların olduğu müəyyən edilmişdir. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir.

11. Quba rayonu “Ruzi” firmasından Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi 1984-cü ildən 1997-ci ilədək olan dövrdə Quba şəhəri 8 №-li çörək zavodunda işləmişdir. (Əsas əmək kitabçası) Quba şəhəri 8 №-li çörək zavodu özəlləşdirmə ilə əlaqədar 26 avqust 1997-ci il tarixdən ləğv olunaraq fəaliyyəti dayandırılmışdır və həmin 8 №-li çörək zavodunun bazasında özəl “Ruzi” firması yaradılmışdır. Hal-hazırda Quba şəhəri 8 №-li çörək zavodu fəaliyyət göstərmir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 04 oktyabr 2024cü il tarixli, 3-21-2-10/2-P-xx-xx/2024 nömrəli məktubdan görünür ki, vergi uçotu haqqında xx.xx.2024-cü il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********410700 nömrəli) aidiyyəti üzrə 3 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildirilmişdir ki, Quba 8 №-li Çörək Zavodu vergi orqanında uçota alınmamışdır.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 05 noyabr 2024cü il tarixli, 3-21-2-10/2-P-xx-xx/2024 nömrəli məktubdan görünür ki, hüquqi şəxsin vergi uçotu haqqında xx.xx.2024-cü il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********342900 nömrəli) müraciətə 3 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildirilmişdir ki, Abşeron SMU 30 X22 filialı 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi olaraq uçota alınmamışdır.

14. Azərbaycan Respublikası X15 filialı tərəfindən Ərizəçi ünvanlanmış 11 oktyabr 2024-cü il tarixli, 3-48-DA-61-12-P-7xx-xx/2024 nömrəli arxiv çıxarışından görünür ki, Ərizəçi Əli oğlu 13 №-li əmrə əsasən 1 mart 1993-cü il tarixdən xəmirkar, uzun müddət zavodda qüsursuz işlədiyini və çörək texnalogiyasını mükəmməl bildiyini nəzərə laraq 1/İİİ- 1993-cü il tarixdən usta çörəkçisi keçirilmiş, 29 №-li əmrə əsasən 6 iyul 1994-cü il tarixdən xəmirkar, 6/Vİİ-1994-cü il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmş, 58 №-li əmrə əsasən 31 dekabr 1995-ci il tarixdən Quba 8 №-li Çörək zavodunun istehsal sexinə çörəkçi usta vəzifəsinə müvəqqəti olaraq qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

15. Quba Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(027)-1523/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) ərizənin təmin edilməsi, 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışının və X8 Ənvər Əmi oğluna məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 307.1, 307.2.5, 308, 311, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

17. Quba Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(027)-1523/2024 nömrəli qətnaməsi ilə razılaşmayan maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (bundan sonra “Mərkəzi Filial”) müraciə edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-P-98248/2024 nömrəli məktubunda ərizəçinin təqdim etdiyi əmək kitabçası, digər sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajının (xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 7 ay təşkil etdiyi qeyd olunmuşdur. Mərkəzi Filialın məktubunda, eyni zamanda ərizəçinin təqdim etdiyi 1 saylı Quba-Xaçmaz regional filialının tərtib etdiyi xx.xx.2024-cü il tarixl akta və X15 filialının xx.xx.2023-cü il tarixli arayışının surətinə əsasən 1984-cü ilin iyun ayından 1989-cu ilin yanvar ayınadək və 1989-cu ilin fevral, iyun, sentyabr aylarında, 1990-cı ilin yanvar ayından 1993-cü ilin mart ayınadək əməkhaqqı cədvəllərində ata adının “Ali” kimi qeyd edildiyi, həmçinin 1989-cu ilin dekabr və 1992-ci ilin noyabr ayının əməkhaqqılarında qaralamaların olduğu qeyd olunmuşdur. Ə.X9 Quba filialının xx.xx.2023-cü il tarixli arayışında qeyd edilən səhvlərin düzəldilməsinin müəssisə tərəfindən mümkün olmadığı qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi Quba Rayon Məhkəməsinin 2(027)-1523/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” plenum qərarının 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-1523/2024 nömrəli qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək 1978-ci ildən 1994-cü ilə kimi Quba 8 saylı Çörək zavodunda işlədiyi, Ərizəçi da 1994-cü ilə kimi onunla bir yerdə işlədiyini və 1994cü ildə işdən azad edildiyini bildirmişdir. İ.Şükürovun ifadəsinə əsasən onun işlədiyi müddətdə iddiaçı Ərizəçi xəmirkar vəzifəsində çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, Ərizəçi ilə bir yerdə Quba 8 saylı Çörək zavodunda işləmişdir. Onun ifadəsinə əsasən Ərizəçi 1985-ci ildən 2005-ci ilə kimi xəmirkar vəzifəsində çalışmışdır. Şahid M.Qasımovun ifadəsinə görə hər ikisi zavod bağlanana kimi birlikdə işləmişlər. Göründüyü kimi iddiaçı Ərizəçi yalnız 1985-1994-cü il tarixlər arasında Quba 8 saylı Çörək zavodunda işlədiyi dövrlər 2 şahidin əmək stajı ilə üst-üstə düşür. Lakin Quba Rayon Məhkəməsinin qətnaməsinin nəticə hissəsində ərizəçinin tələbi bütövlükdə, yəni 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək və 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək olan dövrlər üzrə təmin edilmişdir. Eyni zamanda bildirir ki, ərizəçinin tələbi iki hissədən, yəni 03 may 1983cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışının və X8 Ənvər Əmi oğluna məxsus olmasından ibarətdir. Şahidlərin ifadələrindən aydın olur ki, onlar Ərizəçi ilə Quba 8 saylı Çörək zavodunda birgə işləmişdirlər. Ərizəçinin tələbinin tərkib hissəsi olan Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsi ilə bağlı şahid ifadələri mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Bildirir ki, ərizəçi tərəfindən sənədlərdəki səhvin düzəldilməsi ilə bağlı müəssisəyə müraciət edilməsi, müəssisənin qeyd olunan tələbin icra edilməsindən imtina etməsi və ya həmin müəssisənin hal-hazırda mövcud olub-olmaması barədə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunan hallarla bağlı Quba Rayon Məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bildirir ki, ərizəçinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə məhkəməyə müraciəti ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədardır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Ərizəçi tərəfindən 19 sentyabr 2024-cü il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

20. Etiraz onunla əsaslandırılmışdır ki, maraqlı tərəf kimi apellyasiya şikayəti vermiş dövlət qurumunun məqsədi vətəndaş olaraq ona pensiya təyin olunmasına mümkün olan bütün vasitələrlə yubatmaq məqsədinə nail olmaqdır. Şikayətdə onun işlədiyi müəssisələrin mövcudluğunu vətəndaşdan soruşur. 30 saylı TQS-də işlədiyi dövr 4 ay təşkil edir ki, bu da iş üçün heç bir əhəmiyyət kəsb etmir. Belə ki, onun Quba 8 saylı Çörək zavodunda işlədiyi müddətin özü əmək pensiyası almağı üçün kifayət edir. Qeyd edir ki, şikayət əsassızdır, yalnız pensiya təminatı yubatmaq məqsədilə verilmişdir. Dövlət qurumunun belə hərəkətləri vətəndaş olaraq pensiya almalı şəxsləri dövlətdən narazı salmaq kimi nəticələrə səbəb olur. Etirazda göstərilənlərin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Maraqlı tərəfin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

22. Maraqlı tərəfin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

23. Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi maraqlı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

26. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

28. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin ata adı “Əmi” olduğu halda, 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək X23-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü iİ tarixli Arxiv çıxarışı və Arxiv Arayışında “Əli” və “Ali” kimi qeyd edilmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, göstərilən sənədlərin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin edilməsi qət edilmişdir.

31. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə hesab etmişdir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Odur ki, məhkəmə tərəfindən 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X15 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışının və X8 Ənvər Əmi oğluna məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilmişdir.

32. Məhkəmə qətnaməsi ilə razılaşmayan maraqlı tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.

35. Kollegiya şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:

36. Şikayətin dəlillərindən göründüyü kimi maraqlı tərəf ərizəçi tərəfindən sənədlərdəki səhvin düzəldilməsi ilə bağlı müəssisəyə müraciət edilməsi, müəssisənin qeyd olunan tələbin icra edilməsindən imtina etməsi və ya həmin müəssisənin hal-hazırda mövcud olub-olmaması barədə hər hansı sübut təqdim edilməməsini mübahisələndirmişdir.

37. Şikayətin bu dəlili üzrə araşdırma aparan kollegiya aşağıda göstrilənləri müəyyən etmişdir:

38. Quba rayonu “Ruzi” firmasından Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi 1984-cü ildən 1997-ci ilədək olan dövrdə Quba şəhəri 8 №-li çörək zavodunda işləmişdir. (Əsas əmək kitabçası) Quba şəhəri 8 №-li çörək zavodu özəlləşdirmə ilə əlaqədar 26 avqust 1997-ci il tarixdən ləğv olunaraq fəaliyyəti dayandırılmışdır və həmin 8 №-li çörək zavodunun bazasında özəl “Ruzi” firması yaradılmışdır. Hal-hazırda Quba şəhəri 8 №-li çörək zavodu fəaliyyət göstərmir.

39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 04 oktyabr 2024cü il tarixli, 3-21-2-10/2-P-xx-xx/2024 nömrəli məktubdan görünür ki, vergi uçotu haqqında xx.xx.2024-cü il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********410700 nömrəli) aidiyyəti üzrə 3 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildirilmişdir ki, Quba 8 №-li Çörək Zavodu vergi orqanında uçota alınmamışdır.

40. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 05 noyabr 2024cü il tarixli, 3-21-2-10/2-P-xx-xx/2024 nömrəli məktubdan görünür ki, hüquqi şəxsin vergi uçotu haqqında xx.xx.2024-cü il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********342900 nömrəli) müraciətə 3 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildirilmişdir ki, Abşeron SMU 30 X22 filialı 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi olaraq uçota alınmamışdır.

41. Şərh olunanlardan göründüyü kimi qeyd olunan müəssisələr fəaliyyət göstərmir və bu səbəbdən mübahisələndirilən nöqsanın məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün deyildir.

42. Şikayətin digər dəlili ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsi ilə bağlı hallara aydınlıq gətirilməməsi ilə bağlıdır ki, kollegiya bu dəlili də əsaslı hesab etmir.

43. Belə ki, iş materiallarında olan 07 iyun 1975-ci il tarixli Əmək kitabçasından görünür ki, X6 1985-1997-ci illərdə Quba 8 saylı Çörək zavodunda, 1997-2005-ci illərdə özəlləşdirmə ilə əlaqədar Quba 8 saylı Çörək zavodunun bazasında yaradılan Ruzi firasında işləmişdir.

44. İş materiallarında olan 30 oktyabr 1981-ci il tarixli, ******* nömrəli Əmək kitabçasından görünür ki, X7 1978-1994-cü illərdə Quba 8 saylı Çörək zavodunda işləmişdir.

45. Bununla yanaşı kollegiya vurğulayır ki, araşdırılan mübahisə şəxsin əmək stajına dair hüquqi faktın müəyyən edilməsi deyil, sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlıdır ki, bu da şikayətin qeyd olunan dəlilinin əsassız olduğunu göstərir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(027)-1523/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar