Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1549/2021 27.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(012)-1738/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(012)-1738/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı müqavilənin və sazişin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanan 19.02.2019-cu il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişin və həmin tarixdə bağlanılmış daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh müqavilə üzrə ödənilən 4000 manat və mənəvi zərər üçün 500 manat, habelə dövlət rüsumu üçün 15 manat, cəmi 4515 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 19.02.2019-cu il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişin və həmin tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi, alqı-satqı haqqında AN-İ ******* saylı müqavilə üzrə ödənilmiş 4000 manat, həmin müqavilənin bağlanmasına çəkilən digər xərclər üçün 450 manat, mənəvi ziyan üçün 2000 manat və dövlət rüsumu üçün ödənilən 20 manat pul vəsaitinin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Abşeron rayonu 2 saylı notariat ofisində 19.02.2019-cu il tarixdə torpaq bölgüsü haqqında saziş imzalamışlar. Həmin sazişə görə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,108 ha torpaq sahəsinin 0,03 ha hissəsinin bölünərək 4000 manat qarşılığında ona satılması barədə razılığa gəlmişlər. Eyni zamanda elə həmin gün Cavabdeh ilə 0,03 ha torpaq sahəsinin ona satılması barədə AN-İ ******* saylı müqavilə bağlamışlar. Alqı-satqı müqaviləsi bağlandıqdan təqribən bir ay sonra sərhəd koordinatlarının müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları yerli baxış zamanı ona göstərilən torpaq sahəsinin X5 məxsus olmasını bildirmişlər. Onu aldadaraq satdıqları torpaq sahəsinin tamamilə başqa yerdə yerləşdiyi və ev tikməyə yararsız olduğu aşkar edilmişdir. Bu barədə cavabdehə məlumat verilsə də, cavabdeh həmin torpaq sahəsini X3 alaraq onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin ötən müddət ərzində hər dəfə zəng etdikdə, cavabdeh bir bəhanə taparaq ona göstərilən torpağı adına rəsmiləşdirməmişdir. Bundan sonra aldadıldığını, ona nə pulunu, nə də göstərib satmadığı torpağı ala bilməyəcəyini görüb Abşeron rayon Polis idarəsinə müraciət etmişdir. Abşeron rayon Polis idarəsindən verilən məlumatda isə bu işin mülki xarakterli olması səbəbi ilə məhkəməyə müraciət etməyini bildirmişdilər. Cavabdeh tərəfindən aldadılması, dəfələrlə zəng etməsi, ev tikə bilməməsi, eləcə də ailə həyatı qurmaq üçün gördüyü hazırlıqlar və nəticədə bir il ərzində bunları həyata keçirə bilməməsi, işindən qalmağı ona böyük iztirab vermiş və mənəvi sarsıntıya səbəb olmuşdur. Ona dəymiş maddi və mənəvi ziyan ödənilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı və Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu 2 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı müqavilənin və sazişin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunvericilik iddianın, bir qayda olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Yuxarıda qeyd olunan maddənin məzmunundan da görünür ki, bu maddə daşınmaz əmlakla bağlı qanuni sahibin hüquqlarının müdafiəsi üzrə iddiaların daşınmaz əmlakın yerləşdiyi yerə görə verilməsini müəyyən edir. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbi Cavabdeh ilə aralarında bağlanmış 19.02.2019-cu il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişin və həmin tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi, alqı-satqı haqqında müqavilə üzrə ödənilmiş 4000 manat, həmin müqavilənin bağlanmasına çəkilən digər xərclər üçün 450 manat, mənəvi ziyan üçün 2000 manat və dövlət rüsumu üçün ödənilən 20 manat pul vəsaitinin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədədir. İş materiallarından görünür ki, iddia üzrə Cavabdehdur və o, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi, ev 7-də qeydiyyatdadır. Göründüyü kimi, iddia üzrə Cavabdeh Bakı şəhəri Yasamal rayonunun ərazisində qeydiyyatdadır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırki işə Abşeron Rayon Məhkəməsində baxılması düzgün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarında mülki işlərə baxılmasının ərazi aidiyyəti müəyyən edilsə də, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, iddiaçının tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraata qəbul etmiş, sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, ərazi aidiyyəti qaydaları pozulmuş, nəticədə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(012)-1738/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı müqavilənin və sazişin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1549/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1549/2021
27.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver