Məhkəmə qərarları › İş №2(105)-1556/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1556/2024

08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1556/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Nüsrəddin oğlunun Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-413/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh Xaçmaz X9 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında əsassız hesablanmış 3885.02 (üç min səkkiz yüz səksən beş manat iki qəpik) manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Nüsrəddin oğlu Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X9 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Nüsrəddin oğlu məhkəməyə ərizə təqdim edərək, MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia həcminin azaldılmasına dair müraciət edərək bildirmişdir ki, o, iddia ərizəsində Cavabdeh Xaçmaz X9 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsini xahiş etmişdir. Hal-hazırda o, əsassız hesablanmış 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunarkən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edib etməməsi ilə bağlı yerində xəttə baxış keçirməmiş, köhnədən qalmış, istismara yararsız rezin boru əsas götürərək guya o, qazdan qanunsuz istifadə etmiş, baxmayaraq ki, həmin vaxtı sayğac işlək vəziyyətdə olub və sayğacdan keçən qaz sərfiyyatı qeydə alınıb. Qusar xidmət sahəsinin əməkdaşları tərəfindən heç bir hüquqi əsası olmadan tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən heç vaxtı istifadə edilməyən və mövcud olmayan qaz cihazların sayına görə ona itirilmiş qazın bərpası üzrə hesabat aparmış və 37152 m3 müəyyən edilmiş və yaxud 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır, halbu ki, əsassız hesablanmış qaz sərtfıyyatından dörd il müddətində istifadə etmir. Əgər həqiqətən də o, sayğacdan kənar xətdən istifadə etmişdirsə bəs sayğacdan keçən qaz kimin hesabına yazılmalıdır. Dəymiş ziyan həcmini aşağıda göstərilən formada hesablanmışdır; 1 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, qeyri standart istilik sistemi maksimal saatlıq qaz sərfi 3.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün,qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Evində qeyri standart istilik sistemindən heç vaxtı istifadə etməmiş, dörd ildən çoxdu ki, İstanbul istehsalı olan standart 20 lt. “kombi”dən istifadə edir, hansı əsasla ona qeyri standart istilik sistemindən istifadə etməsi əsas götürərək dəymiş ziyan hesablanmışdır. Xaçmaz RQİİnin Qusar xidmət sahəsinin hesablamalardan belə çıxır ki, mətbəxdə sutka ərzində 24 saat (sutka ərzində gecə gündüz) olmaqla 360 gün ərzində PQ-3 tipli qaz plitəsindən istifadə etmişdir. Bundan əlavə 1 ədəd qeyri standart istilik sistemi 360 gün ərzində (bütün fəsillərdə) 24 saat ərzində istifadə etmişdir. Onun (abonent kodu: **********00041) qaz sərfiyyat saldosuna əsasən: istifadə etdiyi qazın dəyəri 2021-ci ildə 413.40 manat, 2022-ci ildə 634.60 manat, 2023-ci ildə 579.14 manat təşkil edir. Cəmi: 3 il ərzində 1627.14 (bir min alı yüz iyirmi yeddi manat on dörd qəpik) manatlıq qazdan istifadə etmişdir. Belə olduğu halda Xaçmaz RQİİ-nin əməkdaşları hansı əsasla ona 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin Xaçmaz RQİİİstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent İddiaçı Nüsrəddin oğlununsayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşaiyət olunmuşdur. Lakin İddiaçı Nüsrəddin oğlu üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. İddiaçı Nüsrəddin oğlunun delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Qusar Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olıunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. instansiya məhkəməsi abonentin qanunsuz qazpaylayıcı şəbəkəyə qanunsuz qşulması nəticəsində Cavabdeh İB-nədəymiş ziyanı heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun 573 manat hesablanması heç bir məntiqə uyğun gəlmir İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası ilə bağlı sənəd, arayış, sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirərək, həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi əsassız hesablanmış borcun silinməsi barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2. bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı” haqqında Qanunun 13.8-1. maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qeyd olunmalıdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə və ya qanunsuz qoşulma halını təsdiq edən sübutlar (iddiaçının inzibati məsuliyyəti) cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçıdan zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar