Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1557/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar söz: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X38 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-54/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X16, X4, X21, X26 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X17, X5, X19, X22, İddiaçı, X23 ilə X24 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar X5, X19, X22, İddiaçı, X23 mərhum X7 ailə üzvləridir. Belə ki, X17 xx.xx.1977-ci il tarixdə X5 ilə ailə qurmuş və onların birgə nikahından aşağıdakı uşaqları anadan olmuşlar: X19 - xx.xx.1978, X22 - xx.xx.1980, İddiaçı - xx.xx.1985, X23 - xx.xx.1991. Ailə Qusar rayonunun Aşağı Ləyər kəndində yaşamış və hazırda da X17 istisna olmaqla həmin kənddə yaşayırlar. Qusar rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə xx.xx.1999-cu ildə ailəyə Qusar rayonu Aşağı Ləyər kəndi ərazisindən 72232,16 kv.metr sahəsi olan pay torpağı verilmiş və bu barədə onlara JN 357 seriyalı, 30100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə verilmişdir. Təxminən 5 ay öncə ona məlum olmuşdur ki, onun pay torpağı mərhum atası X17 tərəfindən xx.xx.2005-ci il tarixində tanımadığı hazırkı cavabdeh X1. Bundan sonra onun tərəfindən payın alqı-satqı müqaviləsini təsdiq edən Cavabdeh1 tərəfindən hazırlanmış 4Ə-3-576 nömrəli notariat işi əldə olunmuşdur. Notariat işinin materillarından müəyyən olunur ki, 29.11 2005-ci il tarixində X17 özünün və ailə üzvlərinin mülkiyyətində olan 7,22 ha torpaq sahəsini, ailə üzvlərinin razılığı ilə X2. Həmçinin notariat işi materiallarında ailə üzvlərinin, yəni hazırkı iddiaçıların razılıq ərizələri mövcuddur. Bildiririk ki, sözügedən alqı-satqı müqaviləsindən onun xəbəri olmamışdır. Belə aydın olur ki, mərhum atası X17 onun razılığı olmadan, onun adından ərizələr hazırlanmaqla sözügedən torpaq sahəsini X2. Alqı-satqı zamanı onların mülkiyyətçi kimi razılıq ərizələrinin hamısı saxtadır və sözügedən razılıq ərizələrində olan imzaların heç biri onlara məxsus deyil. Ümumiyyətlə, sözügedən alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulduğu qaydada bağlanmadığından hesab edir ki, etibarsızdır. Belə ki, satılan torpaq sahəsi onun ailəsinə verilmiş və torpaq sahəsi üzərində 6 nəfərin bərabər payı mövcuddur. Lakin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi yalnız X17 ilə X24 arasında bağlanmışdır. Halbuki alqı-satqı müqaviləsi bağlanan zaman yalnız X23 yetkinlik yaşına çatmamış, digər mülkiyyətçilər isə yetkinlik yaşına çatmışlar. Belə olan halda onların torpaq sahəsinin satılması zamanı razılıq ərizəsi deyil, birbaşa iştirakçı kimi münasibətləri öyrənilməli və iştirakı tələb olunmalıydı. Bundan başqa yetkinlik yaşına çatmayan X12 14 yaşı olmasına baxmayaraq ondan da razılıq ərizəsi alınmışdır. Eyni zamanda alınmış razılıq ərizəsinə baxmayaraq guya X23 yetkinlik yaşına çatmadığı üçün onun valideynlərindən də razılıq ərizəsi alınmışdır. Əgər valideynlərinin razılıq ərizəsi mövcud idisə o zaman X12 yetkinlik yaşına çatmamasına rəğmən ondan razılıq ərizəsinin alınmasına nə ehtiyac var idi. Bütün bunlar onu sübut edir ki, sözügedən alqısatqı müqaviləsi onun xəbəri və razılığı olmadan satılmışdır. Bundan başqa X24 xx.xx.2018-ci il tarixdə ölmüş və onun arvadı X28 xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən qanun üzrə vərəsəsi tanınmışdır. Hesab edir ki, X17, X5, X19, X22, İddiaçı, X23 ilə X24 arasında bağlanmış 29.11. 2005-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-54/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilməmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən mübahisə olunan torpaq sahəsinin iddiaçının və ya onun ailə üzvlərinin yaxud da paylı mülkiyyətdə olan digər şəxslər tərəfindən istifadə olunmasını təsdiq edən, hər hansı arayış, sənəd əlavə olunmamışdır. Sözü gedən torpaq sahəsi mübahisə olunan alqı-satqıdan sonra cavabdeh tərəfindən istifadə olunur. Əgər iddiaçı tərəfindən onun və ya ailə üzvləri yaxud da paylı mülkiyyətdə olan digər şəxslər tərəfindən istifadə olunmasını təsdiq edən, hər hansı arayış, sənəd əlavə olunsa idi məhkəmə belə qənaətə gələrdi ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir. Mübahisə olunan müqavilə notarial qaydada təsdiq olunmuşdur, forma və məzmuna da riayət edilmişdir. 2005-ci ildən imzalanan, alqı-satqısı həyata keçirilən daşınmaz əmlak üzrə iddiaçı məhkəməyə iddia ərizəsi verilən tarixə kimi hər hansı etirazını bildirmədiyinə görə həmin alqı-satqı müqaviləsinə razılığını bildirmiş hesab olunur.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 146.1, 148.2, 149.2, 152.5, 157.2, 222.1, 222.2,324, 329.1, 331.1, 334.1, 337.1, 337.2, 337.3, 351.2, 351.3, 355.1, 357, 358.1, 358.2, 360.1, 360.2, 394, 404.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-54/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin satılmasından xəbərinin olmamasını məhkəmə qəbul etmiş, bunu mübahisəli qətnaməsində göstərmişdir və bu hal mübahisə olunmayan haldır. O zaman belə bir sual meydana çıxır – torpaq sahəsinin alqı-satqısından xəbərsiz olan iddiaçı alqı-satqıya necə etiraz edə bilərdi. İddiaçının alqı-satqı müqaviləsinə imza etməməsi, onun bu alqı-satqı müqaviləsindən xəbərsiz olması anlamına gəlir ki, bu halı da məhkəmə qəbul etmiş və öz mübahisəli qətnaməsində göstərmişdir ki, bu hal da mübahisə olunmayan haldır. Bu onu deməyə əsas verir ki, ata mübahisəli torpaq sahəsinin satılmasından iddiaçının məlumatlı olmasını istəməmiş və məhz onun xəbəri olmadan torpaq sahəsini satmışdır. Əgər belə olmasaydı, o zaman iddiaçının alqı-satqıda iştirakına heç bir maneə yaranmırdı və o, rahat şəkildə alqı-satqı prosesində iştirak edə və müqaviləni imzalaya bilərdi. Lakin hadisələrin belə inkişafı onu deməyə əsas verir ki, ata məhz iddiaçıdan xəbərsiz torpaq sahəsini satmışdır. İddiaçının xəbəri olmadan torpaq sahəsinin satılması isə onun alqı-satqıya etiraz etməsi idi, çünki o, kənd yerində yaşadığından və bütün həyatının torpaq sahəsi ilə bağlı olduğunu yaxşı bilirdi və onu da yaxşı bilirdi ki, kənd həyatında torpaq sahəsiz yaşamaq olduqca çətindir. Məhkəmə iddiaçını bu müddət ərzində etiraz etməməsini iddianın rədd edilməsi üçün əsas götürə bilməzdi. Çünki məhkəmə göstərmişdir ki, iddiaçı özü sonradan bəyənmə hərəkətləri etməklə alqı-satqı müqaviləsinin satılmasına razı olmuşdur. Təəssüf ki, məhkəmə iddiaçının “bəyənmə” sayılacaq hərəkətlərinin nədə ifadə olunmasını göstərə bilməmişdir. Həmçinin, bu “bəyənmə” hərəkətinin özünü nədə ifadə etməsi ilə yanaşı həqiqətən iddiaçı tərəfindən edilməsi də məhkəmə tərəfindən müəyyən olunmamışdır. Halbuki, iddiaçının “bəyənmə” hərəkətləri etməməsini sübut etmək kimi öhdəliyi yoxdur, əksinə qarşı tərəfin iddiaçının “bəyənmə” hərəkətləri etməsini sübut etmək öhdəliyi mövcuddur ki, iş materiallarında qarşı tərəfin belə bir sübut təqdim etməsi müəyyən olunmur (qarşı tərəf ümumiyyətlə məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinin məhkəmədə baxılmasında iştirak etməməklə bu məsələdə maraqlı olmamışlar). Belə olan halda məhkəmənin hər hansı bir sübut olmadan iddiaçını “bəyənmə” hərəkətləri etməkdə təqsirli bilməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmənin mövqeyinə görə, iddiaçının bü müddət ərzində susması, yəni hər hansı bir hərəkət, etiraz etməməsi onun razılıq ifadəsi kimi qiymətləndirilməlidir. Tamamilə yanlış nəticədir. Birincisi, iddiaçı mübahisəli alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərsiz olduğunu tamamilə sübuta yetirmişdir. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsindən onun deyil, yalnız atasının istifadə etməsini bildirmiş və torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı məlumatları yalnız atasından almışdır. Təbii ki, atası da sağlığında torpaq sahəsini satmasını iddiaçıya bildirməmişdir. İkincisi, torpaq sahəsinə məxsus Dövlət Aktının əsli evdə, ailə üçün zəruri sayılan sənədlərin içərsində olmuş və bu sənədlərin mühafizə bir növ evin qadının səlahiyyətində olmuşdur. O isə torpaq sahəsinə məxsus Dövlət Aktının əsli olmadan onun alqı-satqısının həyata keçirilə bilməsinin mümkünsüzlüyünü bilmiş bu səbəbdən torpaqa sahəsini satılması ilə bağlı hər hansı bir fikir onu narahat etməmişdir. Bundan başqa iddiaçı torpaq sahəsinin atası tərəfindən icarəyə verilməsini də atasından eşitmiş və atası onu inandırmışdır ki, torpaq sahəsindən istifadədə çətinlik çəkir və onu başqa şəxsə icarəyə vermiş və bunun üçün illik gəlir əldə edir ki, həmin gəlir də ailənin saxlanılmasına xərclənir. İddiaçı məhz atasının ölümündən sonra torpaq sahəsinin vəziyyəti ilə maraqlanmış və bundan sonra ona verilən məlumata görə torpaq sahəsi başqasının istifadəsində olması icarə ilə deyil, alqı-satqı əsasında həyata keçmişdir. Bundan sonra iddiaçı müvafiq sənədlərin əldə edilməsi üçün müvafiq orqanlara müraciət etmiş, bir dəfə məhkəməyə müraciət etmiş, lakin hakimin xahişi ilə iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə təqdim etmiş, daha sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçının torpaq sahəsinin satılmasından yalnız atasının ölümündən sonra xəbəri olmuş və bundan sonra o, məhkəməyə müraciət üçün müvafiq sənədlərin toplanması, eyni zamanda torpaq sahəsinin hazırda kimin istifadəsində olması ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə çalışmışdır ki, burada hər hasnı hərkətsizlikdən söhbət gedə bilməz. Beləliklə, hazırkı mübahisədə əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunmamışdır. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. İş materiallarından müəyyən olunur ki, notarius mülkiyy ətçilərin dairəsini nəinki yoxlamış, hətta onların iştirakı və imzası olmadan alqı-satqı müqaviləsini təsdiq etmişdir. Alqı-satqı əqdinin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. Mübahisə ilə bağlı iddiaçının mübahisəli əqdin şərtini qəbul etməsi, arzu etməsi, həmçinin bunu ifadə etməsi öz təsdiqini tapmır. Belə olan halda mübahisəli alqısatqı müqaviləsinin etirasızlığı tamamilə göz önündədir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, atası 2019-cu ilin aprelində ölüb, məhkəməyə 2020-ci ildə müraciət edib, sonradan ərizə baxılmamış saxlanılıb. Evin böyüyü atası olduğundan atası istifadə edib torpağı. Torpağa görə subsidiya kartı da olub. Atası torpağı taxıl, pul əvəzinə icarəyə vermişdi.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, dövlət aktına əsasın iddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılmışdır. İddiaçının atası ölənə qədər torpaq sahəsini ildə 500 kq un, taxıl və pul əvəzinə icarəyə vermişdir. İddiaçının atası öləndən sonra torpaq sahəsinə çıxarış alınması üçün müraciət olunanda məlum olub ki, torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında Malik adlı şəxsə satılb. Araşdırılması zamanı məlum olduğu Malik adlı şəxs ölüb, hüququ varisi Cavabdeh2dır. Məhkəməyə müraciət etmişlər, xəttşünaslıq ekspertizası təyin edilmiş, məlum olmuşdur ki, atasından savayı digər şəxslərin imzaları onlara məxsus olmayıb. Bundan sonra müəyyən sənədlərin toplanması üçün məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Müəyyən vaxt keçdikdən sonra sonra yenidən məhkəməyə müraciət etmişlər. Məhkəmə qətnamədə qeyd edib ki, iddiaçı tərəfin xəbəri olmasa da torpaq sahəsinin istifadə edilməsinə etiraz etmiyiblər. Bildirir ki, təmsil etdiyi şəxsin bundan məlumatı olmadığından etiraz etməyib. Məlumatı olsa idi etiraz edərdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi, üçüncü şəxslər X5, X23, X29, X31, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi Məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. JN-357 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən 7.22 ha torpaq sahəsi X7, X6, X8, X13, İddiaçı və X12 ümumibirgə mülkiyyətlərinə verilmişdir.
14. 29 noyabr 2005-ci il tarixli 4ə-3-576 reyestr nömrəli müqavilənin surətindən görünür ki, X17 03 mart 1999-cu il tarixli JN:357 KOD 30100018 saylı dövlət aktına əsasən X14, X19, X22, İddiaçı və X12 birgə mülkiyyətində olan Qusar rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən 7.22 ha torpaq sahəsini X18 23248400 (iyirmi üç milyon iki yüz qırx səkkiz min dörd yüz) manata satmışdır.
15. X17 və X14 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, JN-357 saylı dövlət aktına əsasən onlara və həddi buluğa çatmamış övladlarına məxsus olan Qusar rayonu Aşağı Ləyər kəndindəki ünvanda yerləşən 7.22 ha torpaq sahəsinin alqı-satqısı zamanı müqaviləyə özləri tərəfindən imza edilməsinə razıdır.
16. X14, X19, X22 və İddiaçı tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, onlara və X9 məxsus Qusar rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən 7.22 ha torpaq sahəsinin satılmasına etiraz etmirlər.
17. İşdə olan AZ-İ 946805 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 4/117 saylı 29 fevral 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X3 adından olan xx.xx.2005-ci il tarixli ərizıdə “İmza” qrafasındakı imza və “Məhərrəmova” yasızı X11 (Salam) qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Abdiyeva (Məhərrəmova) Validə Sabir qızının adından olan xx.xx.2005-ci il tarixli əezidə “İmza” qrafasındakı imza Abdiyeva (Məhərrəmova) Validə Sabir qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X13 adından olan xx.xx.2005-ci il tarixli ərzidə “İmza” qrafasındakı imza X22 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş X15 adından olan xx.xx.2005-ci il tarixli əezidə “İmza” qrafasındakı imza X25 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X10 adından olan xx.xx.2005-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və Məhərrəmov yazısı X20 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 4/117 saylı 29 fevral 2024-cüil tarixli məhkəmə-xətnüşaslıq ekspertizasının tədqiqat dəyəri 100 (yüz) manat müəyyən edilmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi
213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
21. Mülki Prosessual Məcəllə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-54/2024 nömrəli qətnaməsi qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-54/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, ümumi paylı mülkiyyətdən fərqli olaraq, yuxarıda qeyd olunan və mübahisəyə tətbiq olunan Mülki Məcəllənin 222-ci maddəsinin tələbi baxımından ümumi birgə mülkiyyətçilərdən birinin ümumi əşyaya dair sərəncam vermək hüququ qanunla tanınır ki, bu zaman digər mülkiyyətçinin və ya mülkiyyətçilərin yazılı razılığının olması əhəmiyyət kəsb etmir. Həmçinin, Mülki Məcəllənin həmin normasının daşınar və ya daşınmaz əmlaklara aid olması fərqləndirilməməkdədir.
25. Mülki Məcəllənin 222-ci maddəsinin tələbinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
26. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 218-ci maddəsindən də göründüyü kimi ümumi mülkiyyətdə olan əmlakın alınmasında üstünlük hüququ ümumi birgə mülkiyyətə deyil, ümumi paylı mülkiyyətə aid olan inistitutdur. Həmçinin, təsadüfi deyildir ki, ümumi birgə mülkiyyət üzərində sərəncam verilməsi ilə bağlı müvafiq qaydaları tənzimləyən Mülki Məcəllənin 222-ci maddəsində fərqli olaraq, yəni əmlaka dair sərəncam verilməsi haqqında əqdin mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq digər mülkiyyətçilərin razılığının ehtimal olunması qaydası ümumi paylı mülkiyyət üzərində sərəncam verilməsi ilə bağlı qaydalara aid deyildir. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirildiyi halda, paylı mülkiyyətçi öz payı üzərində sahiblik, istifadə, o cümlədən sərəncamçılığı Mülki Məcəllənin 215-ci maddəsində nəzərdə tutulmuş qaydalar çərçivəsində yalnız digər mülkiyyətçilərin razılığı, üstünlük hüququ və Mülki Məcəllədə nəzərədə tutulmuş digər qaydalara əməl etməklə həyata keçirmək imkanına malikdir.
27. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən birgə mülkiyyətçilərdən birinin və ya bir neçəsinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin və ya mülkiyyətçilərin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan digər mülkiyyətçinin və ya mülkiyyətçilərin tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Hazırkı işin hallarına görə isə iddiaçı qeyd edilən hala dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
28. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinin satılmasını atasının ölümündən sonra, yəni 2019-cu ilin aprel ayından sonra bildiyini iddia etsə də onun bu dəlili inandırıcı və ağılabatan olmamışdır. Belə ki, 2005-ci il tarixdən 2019-cu il tarixədək 14 il vaxt keçmişdir ki, qeyd olunan müddət ərzində iddiaçının torpaq sahəsinin ailə üzvlərinin sahibliyində olmamasını bilməməsi inandırıcı olmamaqla, atası tərəfindən torpağın satılmasında onun razılığının olmasını və ya atası tərəfindən bağlanmış əqdin sonradan bəyənilməsini təsdiq etməkdədir. Buna görə də məhkəmə kollegiyası iddiaçının hazırki davranışını öz hüquqlarından sui-istifadə etmə kimi qəbul edir və hesab edir ki, iddiaçının hazırki davaranışları cavabdehin qanuni qaydada əldə etmiş olduğu torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşdınlmasına yönəlmiş davranışdır.
26. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, mübahisəli torpağın alğısatqısı müqaviləsi üzrə satıcılardan K.Ağahüseynova və P.Ağahüseynov müqaviləni imzalamamışlar. Yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilmişdir. Bu da mübahisəyə Mülki Məcəllənin müqavilənin bağlandığı vaxt qüvvədə olan 335-ci maddəsinin tətbiq olunmasını istisna edir. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
27. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-54/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-54/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.