Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1559/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı tələbinə dair iş üzrə (Açar sözlər: hesablanmış zərər məbləğinin silinməsi və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1440/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X4 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 26 fevral 2024-cü il tarixli təlabnamə (qərarın) ləğv edilməsi, həmin tələbnamə (qərar) əsasında onun **********00150 saylı abonent hesabına yazılmış 4898,88 manat məbləğində borcun silinməsi və ödədiyi 771 manat pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi ona və ailəsinə məxsusdur. Həmin evdə də səhətilə əlaqədar müalicədə olduğu üçün daimi yaşamırlar. Cavabdeh əməkdaşları 07 yanvar 2023-cü il tarixdə Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən evinə gələrək, istifadələrində olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, qaraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edərək əvəzetmə məqsədi ilə istifadələrində olan Zenner tipli, G4 markalı **********1 saylı sayğacı xəttən ayrılaraq əvəzində Zenner tipli, G4 markalı **********407 saylı sayğacı quraşdırmışlar. Cavabdeh ilə onun adına xəbəri olmadan əvəzinə başqasına imza atdıraraq (müqavilədən və imzadan xəbəri yoxdur) bağlanılmış olan xx.xx.2023-cü il tarixli, 32589602-2023 saylı qazın alqı-satqısı müqaviləsi tərtib edilmişdir. Həmin müqaviləyə əsasən yaşadığı Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən evdə guya abonent bazasından təqdim edilməyən əldə düzəldilmiş avadanlıqlardan istifadə etdiyi qeyd olunmuşdur. Lakin bir daha bildirmək istəyir ki, yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 325896 02-2023 saylı qazın alqı-satqısına müqavilədən onun məlumatı yoxdur və onu imzalamamışdır. Məsuliyyətli bir abonent olaraq evdə yaşayış olduğu zamanlar təbii qazdan istifadə edirlər və dəyərini də vaxtıvaxtında ödəyir. Fevral ayının sonunda Quba Xidmət Sahəsinin əməkdaşları ona planda geri olduqları üçün smart karta pul ödəmələrini xahiş etdilər. Onda onların xahişini yerə salamamaq üçün evdə olan 771 manat pulu samart karta yüklədi. Fevral ayının sonu Cavabdeh Xaçmaz X5 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları ona zəng edərək 26 fevral 2024-cü il tarixində yaşadığları ünvanda, küçədən keçən və aşkar şəkildə görsənən kiçik boru birləşməsini aşkar etdiklərini və ona 2 gün əvvəl, yəni 26 fevral 2024cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli, ******* saylı AKT tərbit etdiklərini bildirdilər. Qeyd edir ki, iddia edilən kiçik boru birləşməsi evin qarşısından keçən hər kəs tərəfindən gözlə görünməsi mümkün olan və həyət çəpərinin çöl hissəsindən keçən küçə hissəsində mövcud idi. Həmin boru birləşməsini X1 Xaçmaz X5 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları hər səfər onların küçəyə gəldiyində görürdülər. Bundan başqa “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü i tarixli, ******* saylı Akt tərtib edilərkən onun ümumiyyətlə məlumatı olmamış və AKT-ın imzalanmasında da o iştirak etməmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli, ******* saylı akt əsasında 26 fevral 2024-cü il tarixdə Dəymiş ziyanın bərpasına dair Tələbnamə (Qərar) qəbul edilmiş və ona 40824 kubmetr qazdan qanunsuz istifadəyə görə 4898.88 manat məbləğində borc hesablanmışdır. Aktda onun aktı imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Lakin akt tərtib olunarkən o orada olmamışdır. 771 manat ödənişdən sonra bəlli olmuşdur ki, ona 4898.88 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qararla və hesablanmış zərər məbləği ilə razılaşmır. Onun və ailə üzvlərinin ümumiyyətlə kənar xəttin mövcudluğundan xəbəri olmamış, həmin kənar xətti onlar çəkdirməmişlər, bu faktı təsdiq edən heç bir sənəd yoxdur. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və aşkar edilmiş kənar xətt çöldədir. Belə olduqda istənilən halda kənar şəxs belə oraya müdaxilə edə və kənar xətt çəkə bilər. O, bütün günü sayğacın və oradakı xəttlərin keşiyini çəkə bilməz. Kənar xətti kimin çəkdirməsinə dair heç bir məlumatı yoxdur. Çöldə quraşdırılmış onun təqsiri olmadan çəkilmiş kənar xəttə və ya sayğacda baş vermiş hər hansı bir hala görə məsuliyyət daşımır. O, sadəcə istehlakçı kimi istifadə etdiyi təbii qaza görə aylıq ödənişlərini edərək təbii qazdan istifadə edir. Həmçinin hər ay qaz idarəsinin işçiləri sayğaca və ətrafa baxış keçirir. Keçən müddət ərzində kənar xətt halını onlar müşahidə etməli idi. Hazırda ödəniş etdiyi məbləğin geri qaytarılmasını və əsassız hesablanmış borcun silinməsini tələb edir, ona görə də məhkəməyə müraciıt etməli olmuşdur. Hesab edir ki, o cavabdeh "xxxx" İB-yə zərər vurulmasına gətirib çıxara bilən təqsirli, hüquqa zidd əməl törətməmişdir.
3. İş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 26 fevral 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). İddiaçı fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” xx.xx.2024cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq İddiaçı üçün 40824 m3 və ya hər kübmetr qaz üçün 12 qəpik hesabı ilə 4898.88 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı akt tərtib olunan vaxt sayğacdan kənar, qanunsuz yolla təbii qazdan istifadə etdiyini etiraf etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Həmin vaxt İddiaçı iddia ərizəsində də sayğacdan kənar qaz xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf etmir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, "Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1440/2024 nömrəli qətnaməsi ilə (Vüqar Seyidov) iddia qismən təmin edilmiş, "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 26 fevral 2024cü il tarixli tələbnamənin ləğv edilməsi, həmin tələbnaməyə əsasən hesablanmış 4898,88 (dörd min səkkiz yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borcun 2669,76 (iki min altı yüz altmış doqquz manat yetmiş altı qəpik) manat məbləğində olan hissəsinin İddiaçı abonent hesabından silinməsi, 46,69 (qırx altı manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsini İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etdiyinin sübut olunduğunu, lakin iddiaçı tərəfindən mütəmadi və fasiləsiz olaraq qaz plitəsinin və kombinin evdə 24 saat istifadəsi real olmadığını, bundan başqa bir fərdi yaşayış evində (çox da böyük olmayan) 2 ədəd PQ-4 ün, 2 ədəd dəmir sobanın, axımlı su qızdırıcının və xərəyin olmasının real olmadığınl əsas gətirərək, sadəcə PQ-3 və Kombi- 32 kvt avadanlığı üzrə hesablamaların aparılmasını məqsədəmüvafiq hesab edərək, qaz sərfini aşağıdakı qaydada hesablamışdır. 1. Kombi-32 kvt avadanlığı üzrə 3,5 x 12 x 360 =15120 m3=1814,40 manat; 2. PQ-3 avadanlığ üzrə 08 x 12 x 360= 3456m3 =414,72 manat; Buna görə də məhkəmə iddiaçı tərəfindən cavabdehə cəmi olaraq 2229,12 manat məbləğində ziyan vurulması qənaətinə gələrək, iddianın 4898,88 manatdan 2669,76 manat məbləğində hissəsinu təmin etmişdir. Məhkəmə iddiaçının 771 manat məbləğində pul tələbinə dair iddiası üzrə həmin məbləğin nə məqsədlə ödəməsini və həmin ödənilimiş məbləğin geri qaytarılmasının əsasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməməsini əsas gətirərək iddianı həmin hissədə də rədd etmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(027)-1440/2024 saylı qətnaməsinin ləğv olunması, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd etdiyi kimi, Cavabdeh əməkdaşları 07 yanvar 2023-cü il tarixdə Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən evinə gələrək, istifadəsində olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edərək, əvəzetmə məqsədi ilə istifadəsində olan Zenner tipli, G4 markalı **********1 saylı sayğacı xəttən ayrılaraq əvəzində Zenner tipli, G4 markalı **********407 saylı sayğacı quraşdırmışlar. Cavabdeh ilə onun adına xəbəri olmadan əvəzinə başqasına imza atdıraraq (müqavilədən və imzadan xəbəri yoxdur) bağlanılmış olan xx.xx.2023-cü il tarixli, 325896 02-2023 saylı qazın alqı-satqısına müqaviləsi tərtib edilmişdir. Həmin müqaviləyə əsasən yaşadığı Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən evdə güya abonent bazasından təqdim edilməyən əldə düzəldilmiş avadanlıqlardan istifadə etdiyi qeyd olunmuşdur. Lakin bir daha bildirir ki, yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 325896 02-2023 saylı qazın alqı-satqısına müqavilədən məlumatı yoxdur və onu imzalamamışdır. Fevral ayının sonunda Quba Xidmət Sahəsinin əməkdaşları ona planda geri olduqları üçün smart karta pul ödəmələrini xahiş etdilər. Onların xahişini yerə salmamaq üçün evdə olan 771,0 manat pulu smartkarta yükləyib. Fevral ayının sonu Cavabdeh Xaçmaz X5 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları zəng edərək 26 fevral 2024-cü il tarixində yaşadığı ünvanda, küçədən keçən və aşkar şəkildə görsənən kiçik boru birləşməsini aşkar etdiklərini və ona 2 gün əvvəl, yəni 26 fevral 2024-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü i tarixli, ******* saylı Akt tərtib etdiklərini bildirdilər. İddia edilən kiçik boru birləşməsi evin qarşısından keçən hər kəs tərəfindən gözlə görünməsi mümkün olan və həyət çəpərinin çöl hissəsindən keçən küçə hissəsində mövcud idi. Həmin boru birləşməsini Cavabdeh Xaçmaz X6 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları hər səfər küçəyə gəldiyində görürdülər. Bundan başqa “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü i tarixli, ******* saylı akt tərtib edilərkən ümumiyyətlə məlumatı olmamış və AKT-ın imzalanmasında da iştirak etməmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü i tarixli, ******* saylı akt əsasında 26 fevral 2024-cü il tarixdə Dəymiş Ziyanın bərpasına dair tələbnamə (Qərar) qəbul edilmiş və ona 40824 kubmetr qazdan qanunsuz istifadəyə görə 4898.88 manat məbləğində borc hesablanmışdır. Aktda onun aktı imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Lakin akt tərtib olunarkən orada olmamışdır. 771 manat ödənişdən sonra bəlli olmuşdur ki, ona 4898.88 manat məbləğində borc hesablanmışdır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və aşkar edilmiş kənar xətt çöldədir. Belə olduqda istənilən halda kənar şəxs belə oraya müdəxilə edə və kənar xətt çəkə bilər. Bütün günü sayğacın və oradakı xəttlərin keşiyini çəkə bilməz. Kənar xətti kimin çəkdirməsinə dair heç bir məlumatı yoxdur. Çöldə quraşdırılmış təqsiri olmadan çəkilmiş kənar xəttə və ya sayğacda baş vermiş hər hansı bir hala görə o məsuliyyət daşımır. İstehlakçı kimi istifadə etdiyi təbii qaza görə aylıq ödənişlərimi edərək təbii qazdan istifadə edirəm. Həmçinin hər ay qaz idarəsinin işçiləri sayğaca və ətrafa baxış keçirir. Keçən müddət ərzində kənar xətt halını onlar müşahidə etməli idi. Ödəniş etdiyi məbləğin geri qaytarılması və əsassız hesablanmış borcun silinməsi barədə məhkəməyə müraciət etsə də, məhkəmə borcun hamısının deyil sadəcə bir qisminin silinməsi qeyd olunmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, abonent qanunsuz qaz xəttindən istifadə etmiş, bu fakt birinci isntansiya məhkəməsində də sübuta yetirilmişdir. Məhkəməyə təqdim olunmuş diskdə olan görüntülərə baxış keçirilmiş, həqiqətən rezin boru ilə qanunsuz qaz xəttinə qoşulma faktı müəyyən olunmuşdur. Eyni zamanda 3500 manatdan yuxarı debitor borcu olduğuna görə, mexaniki sayğac smart sayğacla əvəz olunmuş, bundan bir müddət sonra baxış keçriilmiş və qanunsuz qoşulma faktı aşkar olunmuşdur. Ona görə də müvafiq məbləğ hesablanmış, abonet saldosuna itirilmiş qazın bərpası üçün qeyd olunmuşdur. Qarşı tərəf 800 manatı cərimə borcuna görə ödəmişdir. Smart sayğac qoyulmazdan qabaq, mexaniki sayğac olan vaxtı borcu olub. Şəxsin borcu çox olduğu üçün abonentə smart sayğac quraşdırımışdır ki, borc məbləği oradan avtomatik çıxılsın. Borc məbləği 340 manat olsa idi, smart sayğac quraşdırılmazdı. Smart sayğac olduğu üçün şəxs balansı 800 manat artırdıqda, müəyyən məbləğ debitor borca çıxılmış və geriyə 771 manat qalmışdır. Smart sayğacda borc yarana bilməz. Smart sayğac olanda əgər abonentin kartında pul yoxdursa, qaz işləmir. İddiaçının köhnə borcları olduğuna görə balansdan müəyyən məbləğdə çıxılır, qalanı saxlanılır. Talama ilə bağlı polisə şikayət olunub-olunmaması barədə məlumatı yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul etməyinizi xahiş edir.
11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, 32589602-2023 saylı müqavilədən görünür ki, «Paylayıcı» Xaçmaz X5 İdarəsi ilə «İstehlakçı» İddiaçı arasında müqavilə bağlanmışdır. Bu müqavilə «Paylayıcı» ilə «İstehlakçı» arasında təbii qazın alqı-satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri tənzimləyir. Həmin müqavilənin 1-ci bəndinə əsasən «Paylayıcı» bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq «İstehlakçı»nı keyfiyyətli qazla təmin edir, «İstehlakçı» isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq» Paylayıc»ı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.10 manat məbləğində müəyyən edilir.
13. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, 31-ci məhəllə ünvanda yerləşən yaşayış evində **********1 nömrəli sayğac çıxarılmış və əvəzində **********407 nömrəli sayğac quraşdırılmışdır;
14. Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli aktından görünür ki, abonentin mənzilinə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur.
15. X1 26 fevral 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti- 2 ədəd PQ-4 ün maksimal saatlıq qaz sərfi 2 x 1.2=2.4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd dəmir sobasının maksimal saatlıq qaz sərfi 2 x 1.4=2.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2.25m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün xərəyi maksimal saatlıq qaz sərfi 2m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2.4 x 12 x 360=10368; 2.8 x 12 x 360=12096; 2.25 x 12 x 360=9720; 2 x 12 x 360=8640-cəmi 40824m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2024-cü il tarixli ******* saylı akt olmuşdur.
16. Azəriqaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli müayinə aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilərkən həmin mənzildə PQ-3 və Kombi-32 kvt avadanlığı aşkar olunmuşdur.
17. **********00150 kodlu abonentin saldosunun qalıq və aktlar bölməsindən görünür ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli aktı 40824 kubmetr həcmində 4898,88 manat dəyərində zərər məbləği 2024-cü ilin fevral ayı üzrı abonent İddiaçı borcu qismində hesabına daxil edilmiş, ödənilmiş 771 mant isə həmin məbləğdən silinmişdir.
18. **********00150 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı 2024-cü ilin fevral ayınadək qazdan istifadəyə görə 119,91 manat borcu olmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu
8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1440/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1440/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda istinad olunan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbindən göründüyü kimi, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Buna görə də cavabdeh təşkilatın zərər məbləğini iddiaçının abonent hesabına borc qismində dail edərək, ondan tələb etməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə mübahisəyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir ki, bununla da maddi hüquq normasının pozulması ilə nəticələnən və əsassız hesab olunan qətnamə çıxarmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 4898,88 manat məbləğində borcun silinməsi ilə bağlı iddia tələbi tam əsaslı olmuşdur.
25. Məhkəmə kollegiyası 771 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı barəsində qanunsuz qoşulma ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib olunduqdan bir gün sonra, yəni 27 fevral 2024-cü il tarixdə iddiaçı tərəfindən 800 manat pul ödənilmişdir ki, həmin məbləğ abonent saldosunda 771 manat ödəniş məbləği kimi daxil edilmiş və həmin məbləğ 4898,88 manat məbləğində hesablanmış zərər məbləğindən silinmişdir. İddiaçı həmin məbləği cavabdeh təşkilatın əməkdaşlarının ona planda geri olmaları səbəbindən ödəniş etməsi ilə bağlı xahişlərinə əsasən ödədiyini iddia etmişdir. Bununla yanaşı həmin məbləğin hesablanmış zərələ bağlı da ödənilməsi istisna edilməməkdədir. Bununla yanaşı qeyd olunur ki, iddiaçının qazın talanmasında təqsirli olmasının müəyyən edilməsi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə kollegiyasının səlahiyyətinə aid olmadığından həmin məsələyə hüquqi qiymət verilməmişdir. Lakin, iş materiallarında olan **********00150 saylı abonentin saldosundan göründüyü kimi xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 40824 kubmetr həcmində 4898,88 manat dəyərində zərər məbləği 2024cü ilin fevral ayı üzrə abonent İddiaçı borcu qismində hesabına daxil edilmiş, ödənilmiş 771 mant isə həmin məbləğdən silinmişdir. İddiaçının 4898,88 manat məbləğində borcun silinməsi ilə bağlı iddia tələbi tam əsaslı hesab edildiyindən iddiaçının 771 manat ödənişin geri qaytarılması ilə bağlı iddia tələbi də əsassız varlanma qaydalarına müvafiq olaraq qismən əsaslı olmuşdur. Belə ki, **********00150 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı 2024-cü ilin fevral ayınadək qazdan istifadəyə görə 119,91 manat borcu olmuşdur. Buna görə də həmin məbləğ ödənilmiş 771 manat pul məbləğindən çıxılmalı və cavabdehdən 651,09 manat tutualaraq, iddiaçıya ödənilməlidir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı əsassız hesablanmış zərər məbləğinin silinməsinə dair iddia tələbini irəli sürməklə yanaşı, o cümlədən Cavabdeh Xaçmaz X4 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 26 fevral 2024-cü il tarixli təlabnamə (qərarın) ləğv edilməsi tələblərini də irəli sürmüşdür ki, həmin sənədlər iddiaçının qaz xəttinə qanunsuz qoşulmasını və bu fakta görə itirilmiş təbbi qazın həcmini müəyyən edən aktlar olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hesablanmış zərər məbləğini mübahisələndirməsi onun iddia ilə əldə etmək istədiyi nəticə üçün kifayət etmişdir. Belə olan halda isə həmin aktların ayrıca mübahisələndirilməsi hər hansı bir əhəmiyyət kəsb etməməkdədir. İddiaçının marağı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran nəticəni mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edilməsindən ibarətdir. Yəni, borcun akta əsasən hesablanması halında iddiaçının tələbi aktın və ya qərarın ləğvinə yox, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir ki, iddiaçı həmin tələbi də irəli sürmüşdür. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı bundan sonra da “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbinə müvafiq olaraq qeyd olunan sənədləri inzibati xəta və ya cinayət işinin başlanması məsələsinin həlli ilə əlaqədar müvafiq orana göndərmək hüququna malikdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən tələblər hissəsində iddianın təmin edilməsinə əsaslar olmamışdır.
27. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1440/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1440/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə hesablanmış 4898,88 manat zərər məbləği iddiaçıya məxsus **********00150 saylı abonent hesabından silinməli və Cavabdeh İB 651,09 manat tutularaq, iddiaçıya ödənilməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən ödənilməli olan 76 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə köçürülməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1440/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1440/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 4898,88 manat (dörd min səkkiz yüz doxsan səkkiz manat, 88 qəpik) zərər məbləği iddiaçıya məxsus **********00150 saylı abonent hesabından silinsin. Cavabdeh İB-dən 651,09 manat (altı yüz əlli bir manat, 09 qəpik) tutularaq, İddiaçı ödənilsin. Məhkəmə xərci qismində 76 (yetmiş altı) manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.