Məhkəmə qərarları › İş №2(105)-1560/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1560/2023

31.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1560/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızına qarşı “əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilk iddia tələbinə, cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızının İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqlarının bərpa edilməsi” barədə qarşılıqlı iddia tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızına qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” barədə iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(012)-100/2019 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızına qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Məcidova Nəsibə Bəbir qızı arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızı İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, hərrac protokolunun etibarsızlığı, onun əsasında İddiaçı verilən çıxarışın, İddiaçı ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsinin, ona əsasən X4 adına olan çıxarışın etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddiaçı iddia tələbini dəqiqləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən İddiaçı və X4 adına verilmiş çıxarışların ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3166/2018 saylı qərardadına əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinin DƏDRX-də qeydə alınmasına dair hər hansı hərəkətlərin edilməsi cavabdehlər Cavabdeh1, Məcidova Nəsibə Bəbir qızı və Sumqayıt “ASAN Xidmət” mərkəzində Notariat Kontoruna, habelə mübahisəli torpaq sahəsinin DƏDRX-də Məcidova Nəsibə Bəbir qızının adına, Cavabdeh1 hər hansı şəxslə bağladığı hər hansı əqd əsasında şəxsin adına qeydə alınması ilə bağlı hər hansı hərəkətlərin edilməsi DƏDRXnın 4 saylı Ərazi İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3166/2018 saylı qərardadına əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərə satılmasının, sənədləşdirilməsinin qarşısının alınması məqsədi ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-100/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə Məcidova Nəsibə Bəbir qızı arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbinin təmin edilməsi, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızı tərəfindən boşaldılıb ona təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızının qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızı tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(105)-2507/2019 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-100/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən cavabdehlər Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(102)-182/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(105)-2507/2019 saylı qətnaməsi ilkin iddianın Cavabdeh1 ilə Məcidova Nəsibə qızı arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(105)-1486/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Məcidova Nəsibə Bəbir qızı tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)- 100/2019 saylı qətnaməsi ilkin iddianın – «Cavabdeh1 ilə Məcidova Nəsibə Bəbir qızı arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi» hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ilə Məcidova Nəsibə Bəbir qızı arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış 17 iyul 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Müstəqil tələblər irəli sürən İİİ şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinin DƏDRX-də qeydə alınmasına dair hər hansı hərəkətlərin edilməsinin cavabdehlər Cavabdeh1, Məcidova Nəsibə Bəbir qızına və üçüncü şəxs Sumqayıt «Asan Xidmət» Mərkəzində Notariat Kontoruna, habelə mübahisəli torpaq sahəsinin DƏDRX-də Məcidova Nəsibə Bəbir qızının adına, Cavabdeh1 hər hansı şəxslə bağladığı hər hansı əqd əsasında hər hansı şəxsin adına qeydə alınması ilə bağlı hər hansı hərəkətlərin edilməsinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qadağan edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)- 3166/2018 saylı, 03 may 2018-ci il tarixli qərardadının və Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərə satılmasının, sənədləşdirilməsinin qarşısının alınması məqsədilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Abşeron Rayon Məhkəməsinin 2(012)-3166/2018 saylı, 04 iyun 2018-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019, 27 mart 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)- 3166/2018 saylı və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3166/2018 saylı qərardadları ləğv edilmiş, həmin qərardadlar ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinin DƏDRX-də qeydə alınmasına dair hər hansı hərəkətlərin edilməsinin cavabdehlər Cavabdeh1, Məcidova Nəsibə Bəbir qızı və Sumqayıt “ASAN Xidmət” mərkəzində Notariat Kontoruna, habelə mübahisəli torpaq sahəsinin DƏDRX-də Məcidova Nəsibə Bəbir qızının adına, Cavabdeh1 hər hansı şəxslə bağladığı hər hansı əqd əsasında şəxsin adına qeydə alınması ilə bağlı hər hansı hərəkətlərin edilməsinin DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə edilmiş qadağanın götürülməsi və Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərə satılmasının, sənədləşdirilməsinin qarşısının alınması məqsədi ilə həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(012)-100/2019 qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(012)-100/2019 qərardadı ilə iş üzrə Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(012)- 100/2019 saylı qərardadından verdiyi şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə Cavabdeh1 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, 25 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(012)-100/2019 qərardadı ilə iş üzrə Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(012)- 100/2019 saylı qərardadından verdiyi şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə Cavabdeh1 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, 25 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(012)-100/2019 qərardadı ilə iş üzrə Cavabdeh1 Abşeron rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(012)- 100/2019 saylı qərardadından verdiyi şikayəti geri qaytarılmışdır. Hazırda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən yenidən həmin qərardaddan şikayət və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(012)-100/2019 qərardadı ilə ərizə təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, 18 may 2023-cü il tarixli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, 18 may 2023-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019, 27 mart 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3166/2018 saylı və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3166/2018 saylı qərardadları ilə görülmüş iddianın təmin etmə tədbirləri ləğv edilmiş, həmin qərardaddan narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərməli olduğu halda, şikayətini poçt vasitəsilə göndərmiş, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi səbəbindən geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-in 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019, 27 mart 2023-cü il tarixli qərardadından şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməli olduğu halda, şikayət poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(012)-100/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar