Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1578/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X20 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Quba Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(027)-94/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X2 və X3ndan miras qalmış ünvan 4indəki 0,15 ha torpaq sahəsi (bağ), ünvan 4indəki 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 kv.m olan fərdi yaşayış evi və ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılmış 1,61 ha torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və miras əmlaklara tam payın müəyyən edilməsi və vərəsəlik hüququ haqda şəhədətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3, X2 olmuşdur. Müvafiq olaraq AZ-İ seriyalı 507822 nömrəli və AZ-İ seriyalı 556431 nömrəli ölüm haqqında şəhadətnamələrə əsasən X2 xx.xx.2012-ci il tarixdə, X3 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhum valideynlərindən ünvan 4indəki 0,15 ha torpaq sahəsi (bağ), ünvan 4indəki 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 kv.m olan fərdi yaşayış evi və ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılmış 1,61 ha torpaq sahəsi miras qalmışdır. X2 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra ünvan 4indəki 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 kv.m olan fərdi yaşayış evin X7 düşən hissəsi vərəsəlik hüququ üzrə atası və onun tərəfindən faktiki qəbul edilmişdir. X3 da xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra ondan qalan miras əmlak vərəsə kimi istərsə rəsmi, istərsə faktiki olaraq tərəfindən qəbul edilmişdir. Belə ki, X3 da xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra atasının adına depozitdə olan pul məbləğləri ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciəti əsasında Quba rayon notariusu tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamə verilmişdir. Beləliklə, tərəfindən qanunla müəyyən olunmuş qaydada miras əmlak kütləsinə daxil olan əmlakların bir hissəsi ilə bağlı rəsmi qaydada notariat orqanına müraciət edilmiş və müraciətin əsasında ona şəhadətnamələr verilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə digər əmlaklarla bağlı Quba regional “Asan xidmət” mərkəzindəki notariat ofisinə ərizə ünvanlasa da Cavabdeh sözügedən məsələ üzrə ünvanladığı ərizəni təmin etməyərək, məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyini məqsədə uyğun saymışdır. Cavabdeh tərəfindən, ünvanladığı ərizənin təmin olunmaması ilə bağlı yuxarıda göstərilən məzmunda əsaslandırmaları kifayət qədər əsassızdır. Belə ki, valideynləri vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi kimi xx.xx.2012-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə faktiki yeganə vərəsə kimi onun adı qeyd edilmişdir. Bu hal onu təsdiq edir ki, o mirası qəbul etmiş, yalnız digər əmlaklarla bağlı rəsmiləşdirmə işləri aparmamışdır. Bundan əlavə olaraq valideynləri vəfat etdikdən sonra onlardan miras qalan ünvan 4ində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 151.5 kv.m olan evdə valideynləri vəfat etməmişdən əvvəl də yaşamış, o cümlədən, onlar vəfat etdikdən sonra keçirilmişdir. Vərəslər arasında mübahisə məsələsinə gəldikdə isə hər hansı digər vərəsə tərəfindən mirasın qəbul olunması ilə bağlı heç bir notariat orqanına müraciət edilməmiş, habelə miras əmlak hər hansı digər şəxs tərəfindən faktiki də qəbul olunmamışdır.
3. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-94/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin edilmiş, X6 və X5 miras qalmış ünvan 4indəki 0,15 ha torpaq sahəsinə (bağ) və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 kv.m, yaşayış sahəsi 61 kv.m olan fərdi yaşayış evinə 4/5 hissədə İddiaçı və 1/5 hissədə X9 payı müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınması, X4 və X5 miras qalmış ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 1,61 ha torpaq sahəsinə İddiaçı 24/45 hissəsində payı və X9 6/45 hissəsində payı müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 4ində yerləşən fərdi ev tikintisi məqsədilə 0.15 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.61 ha torpaq sahəsi əmlakın mülkiyyətçisi X13 və X11 vəfat etdikdən sonra miras aktivinin bir hissəsinə İddiaçı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, digər miras əmlak vərəsələr tərəfindən faktiki qəbul edilməklə müvafiq şəhadətnamə alınmamış, vərəsələr İddiaçı və X14 arasında miras əmlakın bölgüsü ilə bağlı mübahisə mövcuddur. Hazırda vərəsələr Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı, X16 və X17 miras əmlakdan onlara düşən paydan qardaşları İddiaçı xeyrinə imtina etmişdir. Miras aktivinin ünvan 4indəki 0,15 ha torpaq sahəsi (bağ), həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 kv.m, yaşayış sahəsi 61 kv.m olan fərdi yaşayış evi və ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılmış 1,61 ha torpaq sahəsindən ibarət olması mübahisələndirilməmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1134.1, 1151.1, 1159.1, 1252, 1261-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Müstəqil tələb irəli sürməyən şəxs X15 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-94/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək, X11 və X5 miras qalmış əmlaklardakı miras payın digər vərəsə olan İddiaçı xeyrinə imtinasının müəyyən olunması, İddiaçı miras payının 5/6 hissədə, digər vərəsə X9 miras payının isə 1/6 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilir ki, məhkəməyə ünvanlanmış ərizədə 08 dekabr 1969-cu il təvəllüdlü Rusiya Federasiyası, Saratov vilayəti, Engels şəhəri, Voskresenka kəndi, Tsentralnaya küçəsi, ev 61 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X15 göstərib ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3nun və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2nın ölümündən sonra vərəsəliyi qəbul etməyib. Azərbaycan Respublikası ünvan 4i ünvanında yerləşən bütün təsərrüfat və məişət tikintiləri və tikililəri olan yaşayış binası və torpaq sahəsi üçün vərəsəlik haqqında şəhadətnamələrin X8 və X6 digər vərəsələri tərəfindən alınmasına etiraz etmir. Mirasın nə olmasından, harada yerləşməsindən asılı olmayaraq ona iddia etmir və öz vərəsəlik hüquqlarını rəsmləşdirmək, məhkəməyə müraciət etmək fikirində deyil. Halbuki, onun mövqeyi miras əmlakın X8 və X6 digər vərəsələri tərəfindən deyil, yalnız vərəsələrdən biri olan İddiaçı adına rəsmiləşdirilməsini istəyir. İddiaçı iddia tələbi ilə bağlı onun mövqeyi düzgün müəyyən olunmadığından, bu səbəbdən onun payının digər vərəsələrə verilməsini tamamilə qanunsuz və əsassız hesab edir. Qənaətinə görə məhkəmə Cabir Babayevin payı ilə bağlı düzgün qənaətə gəlmədiyi üçün Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinə vərəsələrin bir neçəsi valideynlərindən onlara çatacaq miras əmlakdan İddiaçı xeyrinə imtina etmələrinə dair ərizə ünvanlamışlar. Təmsil etdiyi şəxs də özünə çatacaq miras əmlakını iddiaçının xeyrinə imtina etmişdir. Bununla bağlı Rusiya Federasiyasında da imtina etməsi ilə bağlı ərizə ilə yazmışdır. Birinci instansiya məhkəməsi iddiaçının xeyrinə imtina etməsinin görünməməsi əsası ilə onun əmlakını ümumi miras əmlaka aid etmiş və vərəsələr arasında bölünməsi barədə qərar qəbul etmişdir. Təmsil etdiyi şəxs iddiaçının vasitəsi ilə öz mövqeyini məhkəməyə bildirmiş, mümkündürsə iclasın təxirə salınaraq nümayəndə vasitəsilə təmsil olunmasını xahiş etmişdir. Lakin məhkəmə yekun qərar çıxararaq, Babayev Cabirin mövqeyini nəzərə almamış və ona düşən miras payını ümumi miras əmlaka daxil edərək vərəsələr arasında bölünməsi barədə qərar çıxarmışdır. Qətnamədəki imtina təmsil etdiyi şəxsin mövqeyini əks etdirmir. O iddiaçının xeyrinə imtina etmişdir. Sadəcə olaraq notariusda yanlış anlaşılma olub. Apellyasiya şikayətinin “xahiş” hissəsində texniki səhv nəticəsində X10 xeyrinə imtina etməsinin müəyyən edilməsi xahiş olunmuşdur. Belə ki, iki dəfə Babayev Cabir yazılmışdır. Halbuki ikinci hissədə İddiaçı yazılmalı idi. Bununla bağlı dəqiqləşmə ərizəsini məhkəməyə təqdim edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətini qəbul edərək bildirdi ki, miras əmlak üzrə altı vərəsə mövcuddur. O, qardaşları Babayev Tahir, Babayev Qadir, Babayev Cabir və Babayev Məhsum, bacısı Yarəhmədova Qəribədir. Onlardan 4-ü miras əmlakdan onlara düşən paydan onun xeyrinə imtina etmişlər. Bu barədə yazılı ərizələrini təqdim ediblər. Notariusda valideynlərinin ölümündən çox keçib deyə, onun xeyrinə imtina etməsini qeyd edə bilmədiklərini bildiriblər. Amma cəzaçəkmə müəssisəsində isə imtina mümkün olub. Qeyd olunanlara əsasən apellyasiya şikayətini qəbul edir.
11. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X14 qeyd etdi ki, 5/6 payın iddiaçıya verilərək, həm evdən, həm torpaq sahəsindən 1/6 payın ona verilməsinə razıdır. Əgər qardaşı Cabir öz payından iddiaçının xeyrinə imtina edirsə, o zaman buna etiraz etmir. Lakin, öz payını almaq istəyir. Apellyasiya şikayətini qəbul edir, bu barədə ərizəni məhkəməyə təqdim edir.
12. İş üzrə cavabdeh X29 Xidmət Mərkəzində notariat ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə müraciət edərək iş rejmi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclaslarında nümayəndənin iştirakının mümkün olmayacağını, məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə digər müstəqil tələb sürməyən üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə digər müstəqil tələb sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
14. Torpağın Mülkiyyətə verilməsinə dair JN-143F KOD 30310038 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 03 saylı qərarı ilə ünvan 4i ərazisindən fərdi ev tikintisi məqsədilə 0.15 ha torpaq sahəsi ünvan 4 sakini X13 və X6 mülkiyyətinə verilmişdir.
15. Torpağa Mülkiyyət Hüququna dair JN-286 KOD 30310038 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 03 saylı qərarı ilə ünvan 4i ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.61 ha torpaq sahəsi ünvan 4 sakini X13 və X6 və X10 mülkiyyətinə verilmişdir.
16. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4i ərazisində yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evi, (ümumi sahəsi 151 kv.m, o cümlədən yaşayış sahəsi 46.3 kv.m) Vəl-Vələ İƏV-nin təsərrüfat başı kitabına əsasən X8 adına 09 noyabr 2001-ci il tarixdə 2 nömrəli reyestr kitabının 453 reyestr nömrəsi ilə qeydiyyata alınıb.
17. AZ-İ seriyalı 507822 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 01 nömrə ilə qeyd edilmişdir.
18. AZ-İ seriyalı 556431 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 23 nömrə ilə qeyd edilmişdir.
19. Quba Rayon Notariusu tərəfindən İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, 2V/04-3578 və 2V/04-3579 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərinin surətindən göründüyü kümi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X8 vərəsələri oğlu- İddiaçı Vəl-Vələ 025 nömrəli filalda 0576 saylı hesab üzrə qoyulmuş əmanət pulundan və Sumqayıt filalında 2798 saylı hesab üzrə qoyulmuş əmanət pulundan ibarətdir.
20. Quba Regional “Asan xidmət” mərkəzi notariat ofisinin 16 may 2023-cü il tarixli imtinasından görünür ki, mirasın qəbulu müddətinin ötürülməsi, mirsın faktiki qəbulu ilə bağlı sübutların təqdim edilməməsi, eyni zamanda vərəsələr arasında mübahisənin olması səbəbindən miras qalmış əmlaklar üzrə iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.
21. Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı və X16 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar valideynlərinin miras əmlakından özlərinə düşən paydan qardaşları İddiaçı xeyrinə imtina etmişlər.
22. Quba Regional “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-22336 reyestr nömrəli Azərbaycan dilinə tərcümə olunmuş ərizədən görünür ki, 12 mart 1968-ci il təvəllüdlü Rusiya Federasiyası, Saratov vilayəti, Engels şəhəri, Voskresenka k, Zareçnaya küçəsi, ev 37 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X17 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3nun və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2nın ölümündən sonra vərəsəliyin açılması haqqında xəbərdardır. Hər iki valideynləriin ölümündən sonra mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyəcək. Faktiki olaraq miras əmlakı vəfat etmiş valideynlərdən sonra xx xxxxxxx 1972ci il təvəllüdlü İddiaçı vərəsəlik işlərində qalan istənilən əmlaka vərəsəlik haqqında şəhadətnamənin alınmasına etiraz etmir.
23. Quba Regional “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-22338 reyestr nömrəli Azərbaycan dilinə tərcümə olunmuş ərizədən görünür ki, 08 dekabr 1969-cu il təvəllüdlü Rusiya Federasiyası, Saratov vilayəti, Engels şəhəri, Voskresenka k, Tsentralnaya küçəsi, ev 61 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X15 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3nun və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2nın ölümündən sonra vərəsəliyi qəbul etməyib. Azərbaycan Respublikası ünvan 4i ünvanında yerləşən bütün təsərrüfat və məişət tikintiləri və tikililəri olan yaşayış binası və torpaq sahəsi üçün vərəsəlik haqqında şəhadətnamələrin X8 və X6 digər vərəsələri tərəfindən alınmasına etiraz etmir. Mirasın nə olmasından, harada yerləşməsindən asılı olmayaraq ona iddia etmr və öz vərəsəlik hüquqlarını rəsmləşdirmək, məhkəməyə müraciət etmək fikirində deyil.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1264.Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
26. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-94/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hssədə, yəni müstəqil tələb sürməyən üçüncü şəxsin mirasdan payının digər vərəsəllərin xeyrinə imtinası hisssəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)- 298/2024 nömrəli qətnaməsi dəyişdirilməlidir.
28. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X13 və X6 vəfatından sonra onların əmlaklarına miras açılmış, vərəsələrdən Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı, X16 və X17 miras əmlakdan onlara düşən paylarından qardaşları olan vərəsə İddiaçı xeyrinə imtina etmişlər. X1 isə mirasda payının müəyyən edilməsini tələb etmişdir. Digər vərəsə X15 isə məhkəməyə təqdim etdiyi imtinada payından digər vərəsələrin xeyrinə imtina etdiyini qeyd etsə də həmin imtinanın yalnış anlaşılma nəticəsində tərtib olunduğunu, imtinasının əslində vərəsə İddiaçı xeyrinə olduğunu qeyd etməklə, qətnaməni həmin hissədə mübahisələndirmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini qəbul edərək, X10 öz payından onun xeyrinə imtina etməsinin nəzərə alınaraq payının müəyyən edilməsini xahiş etmişdir. Müstəqil tələb sürməyən üçüncü şəxs olan vərəsə X14 da vərəsə X10 öz payından digər vərəsə İddiaçı xeyrinə imtina etməsinə etirazının olmadığını bildirib payların qeyd olunan imtina nəzərə alınmaqla bölünməsini xahiş etmişdir ki, bununla da vərəsələr arasında payın bölünməsi ilə bağlı mübahisə razılaşma əldə olunmuşdur.
30. İş materiallarından görünür ki, miras qalmış əmlaklar X11 və X5 miras qalmış ümumibirgə mülkiyyətdə olan ünvan 4indəki 0,15 ha torpaq sahəsindən, ümumi sahəsi 151.5 kv.m, yaşayış sahəsi 61 kv.m olan fərdi yaşayış evindən, ünvan 4ində yerləşən X6, X8 və X10 birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 1,61 ha torpaq sahəsindən ibarət olmuşdur. Vərəsələrdən dördünün mirasdakı paylarından digər vərəsə İddiaçı xeyrinə imtina etməsi, digər vərəsə X9 isə payını tələb etməsi nəzərə aındıqda, X6 və X5 miras qalmış əmlaklar üzərində 5/6 hissədə İddiaçı,1/6 hissədə isə X9 payı müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı 1,61 ha torpaq sahəsi üzərində X10 Mülki Məcəllənin 214.1-ci maddəsinin tələbinə əsasən 1/3 hissədə payının müəyyən olunması nəzərə alındıqda isə, həmin əmlak üzərində 5/9 hissədə İddiaçı, 3/9 hissədə X10, 1/9 hissədə isə X9 payı müəyyən olunur. 31.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(027)-94/2024 nömrəli qətnaməsi dəyişdirilməli, X11 və X5 miras qalmış ünvan 4indəki 0,15 ha torpaq sahəsi və ümumi sahəsi 151.5 kv.m, yaşayış sahəsi 61 kv.m olan fərdi yaşayış evi üzərində 5/6 hissədə İddiaçı, 1/6 hissədə X9, miras qalmış ünvan 4i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,61 ha torpaq sahəsi üzərində isə 5/9 hissədə İddiaçı, 3/9 hissədə X10, 1/9 hissədə isə X9 payı müəyyən olunmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ
Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(027)-94/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. JN-143F KOD 30310038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X11 və X5 miras qalmış ünvan 4indəki 0,15 ha torpaq sahəsinin və 09 noyabr 2001-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ümumi sahəsi 151.5 kv.m, yaşayış sahəsi 46,3 kv.m olan fərdi yaşayış evinin 5/6 (altıda beş) hissəsi üzərində İddiaçı, 1/6 (altıda bir) hissə üzərində isə X9 payı müəyyən edilsin. JN -286 KOD 30310038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ünvan 4i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,61 ha torpaq sahəsinin 5/9 (doqquzda beş) hissəsi üzərində İddiaçı, 3/9 (doqquzda üç) hissəsi üzərində X10, 1/9 (doqquzda bir) hissəsi üzərində isə X9 payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.