Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1579/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X24 Tağızadənin sədrliyi və məruzəsi, X14 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Məmmədkərim oğlunun sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) Ərizəçi Məmmədkərim oğlunun sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizənin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qeydiyyat kitabında 45 nömrə ilə 10 sentyabr 1999-cu ildə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-0047 saylı, 30225048 kodlu Dövlət Aktının ona S.M.Qaytagova və digər mülkiyyətçilər X4, X10, habelə X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 26 dekabr 1998-cı il tarixli 14 nömrəli qərarı ilə ailə başçısı o-X8 oglu olmaqla onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayonu, Ukur-oba kəndi ərazisindən 1,04 ha pay torpaq sahəsi verilmişdir. Hüquqların “Torpağa mülkiyyət hüququna dair” JN-0047 saylı, 30225048 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X27 adının və ata adının yazılışında səhvə yol verilmişdir. Belə ki, onun adı “Sevetulla” əvəzinə səhvən “Səfətullah” kimi, atasın adı “Məhəmmədkərim” əvəzinə səhvən “Məhəməd” kimi yazılmışdır. Həmin səhv qızları Leyla və Səbinənin ata adının yazılışında da edilərək adı yenə də “Sevetulla” əvəzinə “Səfətullah” kimi yazılmışdır. Yalnız həyat yoldaşı X1 ad, soyad və ata adının yazılışında səhvə yol verilməmişdir. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağlarına əhəmiyyət verməmişlər. Hazırda torpaq sahəsinə DƏDRXnın 5 saylı Xaçmaz Ərazi İdarəsindən çıxarış almaq istəyir X27 səhv yol verildiyinə görə çətinlik yaranmışdır. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********628 saylı məktubu ilə onlara bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Yaşayış yeri üzrə Xaçmaz İHB-nın Yalama kənd İƏD-də nümayəndəsinin xx.xx.2020-ci il tarixli 562 saylı arayışında da göstərilir ki, Dövlət Aktında səhvə yol verilmiş, sözlər yuxarıda göstərdiyim kimi oxunmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sırf formal mülahizə əsasında sənədlərə düzgün qiymət vermədən ərizəni təmin etməmişdir. Ona və ailə üzvlərinə Qanuna müvafiq olaraq yaşadığı ərazidən 1.04 ha pay torpaq sahəsi verilmiş torpaq sahəsi 1998-ci ildən ailəsinin faktiki istifadəsində və mülkiyyətindədir. Torpaqla bağlı hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ona və ailə üzvlərinə hər hansı irad bildirilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə çıxardığı qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ərizəsiyə və şikayətə uyğun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan JN-047 seriyalı 30225048 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə X2, X6, X7 və X3 Xaçmaz rayonunun Ukur-Oba kəndində cəmi 1,04 ha pay torpaq sahəsi ayrılıb. İşdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Xaçmaz rayonun, Ukur-Oba kəndində anadan olmuşdur. İşə əlavə olan AZE seriyalı 17560779 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonun, Ukur-Oba kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 17020887 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyası, Udmurtuyada anadan olmuşdur. İşdə olan AZE seriyalı 09072922 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 xx.xx.1960-cı il tarixdə Xaçmaz rayonun, Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdə olan sənədlərdən müəyyən olunur ki, ərizəçiyə Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 26 dekabr 1998-cı il tarixli 14 nömrəli qərarı ilə ailə başçısı o-X9 oglu olmaqla onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayonu, Ukur-oba kəndi ərazisindən 1,04 ha pay torpaq sahəsi verilmişdir. Hüquqların “Torpağa mülkiyyət hüququna dair” JN-0047 saylı, 30225048 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X27 adının və ata adının yazılışında səhvə yol verilmişdir. Belə ki, onun adı “Sevetulla” əvəzinə səhvən “Səfətullah” kimi, atasın adı “Məhəmmədkərim” əvəzinə səhvən “Məhəməd” kimi yazılmışdır. Həmin səhv qızları Leyla və Səbinənin ata adının yazılışında da edilərək adı yenə də “Sevetulla” əvəzinə “Səfətullah” kimi yazılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi həmin faktın müəyyən etmək üçün haqlı olaraq məhkəməyə müraciət etmişdir və həmin fakt müəyyən edilməsi üçün işdə olan sənədlər mövcuddur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 11 aprel 2022-ci il tarixli 2(067)-590/2022 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Məmmədkərim oğlunun sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Qeydiyyat kitabında 45 nömrə ilə 10 sentyabr 1999-cu il tarixdə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-0047 saylı 30225048 kodlu Dövlət Aktının Ərizəçi və digər mülkiyyətçilər X4, X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1579/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1579/2022
25.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver