Məhkəmə qərarları › İş №2(105)-1580/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1580/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1580/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)- 2392/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1150.99 manat əsas borcun və 31.51 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1550 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq ilkin 123.01 manat ödəməklə hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və müqaviləyə əlavə olunan sazişə əsasən, cavabdehə qarşı olan 1426.99 manat tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Lakin İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ödəniş etməmiş və bu günə 1150.99 manat əsas borcu yaranmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2392/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1150.99 (min yüz əlli manat doxsan doqquz qəpik) manat əsas borc və 31.51 (otuz bir manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2392/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclaslarında onun iştirakını təmin etmədiyindən tərəfin qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini pozmuşdur. Bundan əlavə bildirmək istəyir ki, onun iştirakı məhkəmədə təmin olunmadığı üçün o, "xxxx" MMC tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə olan arayışları məhkəməyə təqdim edə bilməmişdir. Həmin arayışlar onun iddiaçıya borcunun olmadığını təsdiq edir. xx.xx.2023cü il tarixdə verilmiş arayışa əsasən o, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixində 40022353 saylı müqavilə üzrə mal əldə etmiş, sonradan müqavilə üzrə müştərinin sifariş etdiyi məhsullardan biri ləğv edilərək müqavilənin ümumi borc məbləği azaldılmışdır. Borcalan ödənişlərini vaxtında icra edir. Hazırda 40022353 saylı müqavilə üzrə borc 221,99 AZN təşkil edir. İddiaçıda 40022353 saylı müqavilə üzrə borcalanın adında olan artıq borc qalığı və gecikmə onlar tərəfindən yaranmış texniki səhv səbəbindəndir. Bundan əlavə xx.xx.2023-cü il tarixli arayışa əsasən onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində 40022353 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 2 ədəd məhsulun 1 ədədindən müəyyən olunduğu müddətdə təhvil ala bilmədiyindən 970 manat məbləğində (Samsung Galaxy A53 (A536)6GB/128GB Black) məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borc məbləği azaldılmışdır. Hazırda xx.xx.2022 tarixli 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc 23,99 AZN təşkil edir. İddiaçı da xx.xx.2022 tarixli 40013815 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 970 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən “Əlavə-1”də göstərilən malları satır, alıcı isə həmin malları qəbul edib bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan nisyə alqı-satqı müqaviləsinə “Əlavə-1”dən görünür ki, alıcı ödəniş cədvəlinə əsasən qiyməti 1550 manat olan əşyanı hər ay 119 manat, sonuncu ay isə 117.99 manat ödəniş etmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, alıcı müqaviləyə əsasən aldığı malı təhvil almışdır. İş materiallarında olan R-16/19 saylı, xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunan xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsinə və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən cavabdehə qarşı tələb hüququ İddiaçı MMC-yə keçmiş və buna dair alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, alıcının müqavilə üzrə 1150.99 manat əsas borcu vardır. İş materiallarında olan bildirişdən və poçt qəbzindən görünür ki, alıcıya müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı bu nəticəyə gəlinmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 1150.99 manat əsas borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və 1150.99 manat əsas borc məbləği tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində irəli sürdüyü, məhkəmə tərəfindən çəkişmə prinsipinə riayət edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, müvafiq məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, bildiriş “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddia tələbinə sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Belə olan halda apelyasiya şikayətinin bununla bağlı göstərilən dəlili əsassızdır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022ci il tarixində 40022353 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 2 ədəd məhsulun 1 ədədindən müəyyən olunduğu müddətdə təhvil ala bilmədiyindən 970 azn məbləğində (Samsung Galaxy A53 (A536)6GB/128GB Black) məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borc məbləği azaldılmışdır. Hazırda xx.xx.2022 tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc 23,99 AZN təşkil edir. “Ferrum Capital”da xx.xx.2022 tarixli, 40013815 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 970 AZN artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Göründüyü kimi Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 40022353 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2 ədəd məhsulun 1 ədədindən müəyyən olunduğu müddətdə təhvil ala bilmədiyindən (970 azn məbləğində Samsung Galaxy A53 (A536)6GB/128GB Black) imtina etmiş, nəticədə xx.xx.2022-ci il tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borc məbləği azaldılmış və hazırda cavabdehin xx.xx.2022 tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində 23,99 AZN məbləğində borcunun olduğunu müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2392/2023 nömrəli qətnaməsi əsas borc məbləği üzrə 1127 manat pulun və dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli, qətnamə Cavabdeh xx.xx.2022-ci il tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 23,99 (iyirmi üç manat doxsan doqquz qəpik) manat əsas borcun alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2392/2023 nömrəli qətnaməsi əsas borc məbləği üzrə 1127 manat pulun və 31.51 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin. Qətnamə Cavabdeh xx.xx.2022-ci il tarixli, 40022353 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 23,99 (iyirmi üç manat doxsan doqquz qəpik) manat əsas borcun alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar