Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1585/2024 06.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışının etibarsız hesab edilməsi) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Zaur İkram oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil4, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “25 mart 2019cu il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın X7 etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 nömrəli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 25 mart 2019-cu il tarixdə Cavabdeh2 bağışlamasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 iyul 2019-cu il tarixli reyestr çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X15 ilə xx.xx.2008-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahlarından iki övladları-xx.xx.2013-cü il təvəllüdlü İbrahim və xx.xx.2016-cı il təvəllüdlü Nərmin doğulmuşlar. Laçın Şirinovla münasibətləri pozulduğundan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-348/2019 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, nikah pozularkən birgə nikahdan doğulmuş X8 və X4 onun yanında saxlanılması qət edilmişdir. Laçın Şirinovla birgə nikah dövründə Quba rayonu Vladimirovka kəndində 0.03997 ha digər təyinatlı torpaq sahəsi (seriya RX №1234795. ********** qeydiyyat nömrəli. xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0.05 ha həyətyanı torpaq sahəsi (Seriya RX №0098610. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”) və Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi (seriya RX № 0133201. ********** qeydiyyat nömrəli. xx.xx.2013-cü il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") əldə etmişlər. Bundan başqa, X15 ilə birgə nikah dövründə Laçın Şirinovun adına "Aqrolizinq” ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli 292- L/l 1 və xx.xx.2012-ci il tarixli 783-L/12 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd MTZ-82 markalı traktor. 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezi lizinq yolu ilə əldə etmişlər. Qeyd olunan torpaq sahələri onların birgə istifadələrində olmuşdur. Laçın Şirinov birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X1. Həmin pula Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini əldə etmişlər. Həmin həyətyanı torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişlər. Laçın Şirinov ona evi təmir etmək üçün kreditə pul götürmək istədiyini, lakin adına kredit olduğu üçün yeni kredit ala bilmədiyini deyərək Timiryazev kəndində yerləşən həyətyanı torpaq sahəsini və yaşayış evini, eləcə də, ünvan 1ində yerləşən digər təyinatlı torpaq sahəsini formal olaraq qardaşına bağışlamaq fikrində olduğunu bildirərək onu da evi və həyətyanı torpaq sahəsini, eləcə də, digər təyinatlı torpaq sahəsi bağışlamağına razılıq ərizəsi verməyə razı salmış, bağışlama baş tutduqdan 3 gün sonra Laçın onu döyərək evdən qovmuşdur. Laçın onu evdən qovduqdan sonra aldadıldığını anlayaraq Cavabdeh3nə ərizə ilə müraciət edərək, Cavabdeh3ndə əri X10 məxsus olan birgə nikah dövründə əldə etdikləri ünvan 1ində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 81-5504 reyestr nömrəli razılıq ərizəsini "Elektron notariat” informasiya sistemində ləğv edilməsini xahiş etmiş və qeyd olunan razılıq ərizələri "Elektron notariat” informasiya sistemində xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Aralarında olan nikah pozulduqdan bir ay sonra X3 rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini ona məlumat vermədən saxtakarlıq etməklə birgə inşa etdikləri iki mərtəbəli yaşayış evinin reyestr çıxarışını əldə etmədən özünü subay şəxs kimi təqdim etməklə, evin altında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qardaşının qayınatası Cavabdeh1 satmışdır. Cavabdeh1 da DƏDRX-dan adına Seriya RX № ******* saylı. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almışdır. İddia tələbi əsasında Quba Rayon Məhkəməsində işə baxılaraq, məhkəmənin 12 mart 2020-ci il tarixli 2(027)-189/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X6 Quba rayonu. Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, RX ******* saylı. ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsindən RX ******* saylı. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə X6 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh və qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi. S.Qafari və T.Məmmədov) xx.xx.2021-ci il tarixli 2(105)- 204/2021 saylı qətnaməsi ilə cavabdeh X6 apelyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X6 birgə nikah dövründə əldə etdikləri RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"a əsasən ünvan 1ində yerləşən 0.03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı 1/4 hissədə olmaqla naturada bölünərək ayrılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsindən verdiyi kassasiya şikayətinə baxılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6506/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən). Ə.Əliyev və A.Abbasov) İddiaçı kassasiya şikayətim qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)- 204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdiyimiz iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqların köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 105)-738/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş, cavabdeh X6 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı. ********** qeydiyyat nömrəli, 1 8.03.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilmiş, onun həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə inşa etdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış aldıqdan sonra 25 mart 2019- cu il tarixdə bu sahəni oğlu Cavabdeh2 notarial qaydada bağışlamışdır. Bağışlama müqaviləsindən sonra Cavabdeh2, bu torpaq sahəsinə və evə dair öz adına 11 iyul 2019-cu il tarixli reyestrdən çıxarış almışdır. X15, digər daşınar və daşınmaz əmlaklar kimi Quba rayonu. Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və yaşayış evini də birgə nikah dövründə əldə etdiklərindən, həmin torpaq sahəsi və yaşayış evindən ona ½ hissə pay düşməsini və onun uşaqları ilə birlikdə həmin evdə köçərək yaşamağını istəmədiyindən, görüntü üçün qeyd olunan yaşayış evini və torpaq sahəsini Cavabdeh1 satmış, öz adına Çıxarış alaraq qeyd olunan daşınmaz əmlakı oğlu Cavabdeh2 bağışlamışdır. Hansı ki, Laçın Şirinov nikahımız pozulduqdan sonra yeni ailə qurmuş, həyat yoldaşı və övladı ilə hal-hazırda da qeyd olunan mübahisəli yaşayış evində yaşayır. Lakin həmin evə və torpaq sahəsinə dair Cavabdeh2 adına 25 mart 2019-cu il tarixdə tərtib olunmuş bağışlama müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 iyul 2019-cu il tarixli reyestrdən çıxarışı ləğv olunmadığından o, uşaqları ilə birlikdə həmin evə və torpaq sahəsinə dair ½ hissədə payını müəyyən etdirə bilmir və qeyd olunan yaşayış evinə köçüb yaşaya bilmədiyindən uşaqları ilə birlikdə hal-hazıradək kirayədə yaşayır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.05 ha torpaq sahəsi, 278,7 kv.m fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir.
5. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0.05 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamışdır.
6. Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)- 189/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X6 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,03997 ha torpaq sahəsindən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə X6 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi, S.Qafari. və T.Məmmədov) xx.xx.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi ilə Cavabdeh X6 apelyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmuş; Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)- 189/2020 saylı qətnaməsi ləğv olunmuş; İş üzrə yeni qətnamə qəbul edilmiş; İddia qismən təmin edilmiş; İddiaçı ilə cavabdeh X6 birgə nikah dövründə əldə etdikləri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərək ayrılmş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6506/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 satmasına dair 22 fevral 2019- cu il tarixli Alqısatqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2019cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
9. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-738/2022 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 nömrəli qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 satmasına dair 22 fevral 2019- cu il tarixli alğısatqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən təmin edilmişdir. Cavabdeh X6 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilmişdir. İddiaçının həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddianın təmin edilməsi, Quba regional “ASAN” Xidmət Mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-696 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndləri, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 19, 149.2, 157.1, 157.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.5, 339, 405.1, 140, 144.1, 146.8, 149.2-cü maddələri, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1, 23.1 və 23.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyator şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir. Məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, işdə olan sübutlara, faktlara münasibət bildirmədən qanuna zidd qətnamə qəbul etmişdir. Qeyd edir ki, İddiaçı keçmiş əri X6 mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı. ********** qeydiyyat nömrəli, 1 8.03.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. Həmin torpaq sahəsində iki mərtəbəli yaşayış evi inşa edilmiş və Cavabdeh1 Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış aldıqdan sonra 25 mart 2019-cu il tarxində öz adına Çıxarış alaraq qeyd olunan daşınmaz əmlakı oğlu Cavabdeh2 bağışlamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən iddiaya cavab verilməli olan şəxsləri deyil, əsl iddiaya cavab verilməli olan X11 da məhkəmə icraatına cəlb etməklə ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdlərin bağlanması zamanı müvafiq razılığın alınmamasının nəticələri və vicdanlılıq baxımından qiymət verməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsionə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Birinci instansiya məhkəməsində işə baxılması zamanı aşağıdakı maddi hüquq normalarının tələbləri pozulmuşdur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinin tələbinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Lakin iddia ərizəsindən göründüyü kimi, iddiaçı etiraf edir ki, o, X15 ilə xx.xx.2008-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, Laçın Şirinovla birgə nikah dövründə Quba rayonu Vladimirovka kəndində 0.03997 ha digər təyinatlı torpaq sahəsi (seriya RX №1234795. ********** qeydiyyat nömrəli. xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0.05 ha həyətyanı torpaq sahəsi (Seriya RX № ******* ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”) və Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi (seriya RX№ 0133201. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") əldə etmişlər. Qeyd olunan torpaq sahələri onların birgə istifadələrində olmuşdur. Laçın Şirinov birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X1. Həmin pula Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini əldə etmişlər. Həmin torpaq sahəsini bağışlamağına razılıq ərizəsi vermiş və bağışlama baş tutduqdan 3 gün sonra guya Laçın onu döyərək evdən qovmuşdur. Laçın onu evdən qovduqdan sonra aldadıldığını anlayaraq Cavabdeh3nə ərizə ilə müraciət edərək, Cavabdeh3ndə əri X10 məxsus olan birgə nikah dövründə əldə etdikləri ünvan 1ində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 815503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 815504 reyestr nömrəli razılıq ərizəsini “Elektron notariat” informasiya sistemində ləğv edilməsini xahiş etmiş və qeyd olunan razılıq ərizələri “Elektron notariat” informasiya sistemində xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Aralarında olan nikah pozulduqdan bir ay sonra X3 rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini ona məlumat vermədən saxtakarlıq etməklə birgə inşa etdikləri iki mərtəbəli yaşayış evinin reyestr çıxarışını əldə etmədən özünü subay şəxs kimi təqdim etməklə, evin altında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qardaşının qayınatası Cavabdeh1 satmışdır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında göstərilir ki, ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllənin 357-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. Halbuki, iddiaçının etirafindan göründüyü kimi, ərizə verməklə öz iradəsini etiraf etməklə açıq-aşkar belə bir niyyəti olmaqla tərəflər arasında belə bir alqı-satqının baş tutmasına razılıq vermişdir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli cü 1/2024 Qərarında göstərilir ki, Mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. İddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin müvafiq razılığın alınmaması əsası ilə etibarsızlığı barədə iddia cavabdeh qismində əqdin hər iki tərəfi (həm əşyanın digər birgə mülkiyyətçisi olan ər və ya arvad, həm də əqd üzrə əşyanı əldə edən şəxs) cəlb edilmədiyi halda təmin oluna bilməz. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir. Hazırkı işdən də görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vicdanlı alıcıdırlar, öz vəsaitləri hesabına əmlak əldə etmişlər, üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh X5 tutulmalıdır. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Cavabdehlər vicdanlı-alıcıdırlar, həmin evdən başqa sığınacaq yerləri yoxdur, halal zəhmətləri ilə torpaq alıb və üzərində əmlak tikmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan mübahisəli əmlak qanunvericiliyində kobud qanun pozuntuları ilə bağlı faktiki hallar aydınlaşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. İddiaçı tərəfindən elektron kabinet vasitəli ilə xx.xx.2024-cü il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
15. Etiraz onunla əsaslandırılmışdır ki, X15, digər daşınar və daşınmaz əmlaklar kimi Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və yaşayış evini də birgə nikah dövründə əldə etdiklərindən, həmin torpaq sahəsi və yaşayış evindən ona ½ hissə pay düşməsini və onun uşaqları ilə birlikdə həmin evə köçərək yaşamasını istəmədiyindən, görüntü üçün qeyd olunan yaşayış evini və torpaq sahəsini Cavabdeh1 satmış, o da, öz adına Çıxarış alaraq qeyd olunan daşınmaz əmlakı oğlu Cavabdeh2 bağışlamışdır. Hansı ki, Laçın Şirinov nikah pozulduqdan sonra yeni ailə qurmuş, həyat yoldaşı və övladı ilə hal-hazırda da, qeyd olunan mübahisəli yaşayış evində yaşayır. Lakin 5 ildir ki, o, uşaqları ilə birlikdə həmin evə və torpaq sahəsinə dair ½ hissədə payını müəyyən etdirə bilmir və qeyd olunan yaşayış evinə köçüb yaşaya bilmədiyindən uşaqları ilə birlikdə hal-hazıradək kirayədə yaşayır. Cavabdeh1 və Cavabdeh2 həqiqətən də evi almış olsa idilər həmin evdə X15 ikinci dəfə ailə qurduğu həyat yoldaşı, uşaqları və valideynləri ilə yaşamazdı və həmin evdə 2020-ci ildən halhazıradək həyətdə yarımçıq qalmış tikililərdə (çardaq və s.) müxtəlif təmir bərpa işləri aparmazdı. Ona görə də, göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin rədd edilməsi, Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(027)-86/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Cavabdehlər Cavabdeh1 və Elşad Cəbrayıl oğlunun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İddiaçının vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)- 86/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 25 mart 2019-cu il tarixdə Cavabdeh2 bağışlamasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 iyul 2019-cu il tarixli reyestr çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.
26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun mübahisələndirilən əqdə dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, məhkəmə araşdırması zamanı sübuta yetirlmişdir ki, 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmçinin 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edildiyindən, həmin aktlar əsasında bağlanmış bütün mülki-hüquqi əqdlər etibarsız hesab edilməldir. Çünki, sonrakı əqdlər etibarsız hesab edilmiş müqavilələr əsasında bağlanmışdır. Yəni, sonradan bağlanmış müqavilənin əsası olan əqdlər məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
27. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
29. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
30. Belə ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri Cavabdeh2 vicdanlı alıcı olması ilə bağlıdır ki, məhkəmə kollegiyasa şikayətin dəlili ilə razılaşmır və bununla bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri bilir:
31. İşin müəyyən edilmiş hallarından göründüyü kimi araşdırılan iddia tələbi üzrə bağışlama müqaviləsinin predmeti olan əmlak iddiaçının keçmiş əri X15 tərəfindən Cavabdeh1 satılmış, məhkəmə çəkişmələri nəticəsində həmin 22 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesb edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir.
32. Məhkəmə qətnamələrindən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05ha həyətyanı torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak olduğu halda, həmin torpaq sahəsinə dair X15 ilə Cavabdeh1 arasında 22 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə bağlanarkən İddiaçı razılığı alınmamışdır. Halbuki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hala da aiddir.
33. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
34. Qeyd olunan konteksdən çıxış edərək, habelə Cavabdeh2 Cavabdeh1 oğlu olduğunu, bu şəxslərin Laçın Şirinovla qohum olduqlarını, X17 Şirinova arasında ailə münasibətlərinə xitam verilməsi və bundan irəli gələn mübahisələr barədə xəbərdar olmalarının real olmasını nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh2 vicdanlı alıcı olması barədə şikayətin dəlili qanuni və əsaslı hesab edilə bilməz.
35. Məhkəmə kollegiyası şikayətin torpaq sahəsini hədiyyə olaraq əldə etdikdən sonra Cavabdeh2 tərəfindən orada fərdi yaşayış evi tikilməsi və mülkiyyət hüquqlarının qeydə alınmasına dair dəlili ilə də razılaşmır.
36. Belə ki, istər iş materiallarından, istərsə də tərəflərin arasında olan məhkəmə çəkişmələri nəticəsində qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə aktlarından görünür ki, fərdi yaşayış evinin torpaq sahəsinn özgəninkiləşdirilməsindən sonra inşa edilməsinə dair sübutlar kifayət qədər şübhəlidir. Əksinə, iddiaçı tərəfin uzun müddət əvvəl torpaq sahəsini almaları, orada fərdi ev inşa etmələri, hazırkı mübahisəyədək orada işıq, qaz, sudan istifadə ilə bağlı müqavilələr bağlanması, ödənişlər edilməsi, tərəflər arasında sonradan baş vermiş mübahisələr, iddiaçının mənzildən qovulması, bununla bağlı polis idarəsində aparılmış araşdırmalar, tərəflərin izahatları və s. çoxaylı sübutlar həmin evin iddiaçı ilə keçmiş ərinin birgə nikahı dövründə inşa edilməsini ehtimal etməyə daha etibarlı əsaslar verirdi.
37. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
38. İş materiallarında olan Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 11 may 2019-cu il tarixli Qərardan görünür ki, araşdırma zamanı izahat vermiş Laçın Şirinovun anası Kamilə Şirinova oğluna məxsus Quba raonu Timiryazev qəbəsində ev olduğunu göstərmişdir.
39. Yenə də həmin qərardan görünür ki, X22 RPŞ-yə müraciət edərək 01 may 2019-cu il tarixdə keçmiş həyat yoldaşının tikdirdiyi Quba raonu Timiryazev qəbəsindəki evdə aralarında baş vermiş mübahisə zamanı ona xəsarət yetirildiyini bildirmişdir.
40. Bundan başqa, iş materiallarından görünür ki, kollegiya qeyd edir ki, cavabdeh tərəf həmin fərdi yaşayış evinin onlar tərəfindən inşa edilməsinin sübutu olaraq fərdi yaşayış evinə dair 01 iyul 2019-cu il tarixli Texniki pasport, kommunal xidmətlərlə bağlı abonent kartları məhkəməyə təqdim etmişlər.
41. Kollegiya qeyd edir ki, həmin sənədlər mübahisələndirilən faktın təsdiqi olaraq əsaslı şübhədən kənar mötəbər sübut olaraq qəbul edilə bilməz.
42. Belə ki, iş materiallarında olan kommunal xidmətlərlə bağlı Abonent kartlarından görünür ki, Quba raonu Timiryazev qəbəsində yerləşən evlə bağlı Laçın Şirinovun adına 2014-cü il tarixdən abonent kodları açılmışdır. Həmin ünvana dair Cavabdeh2 adına qeydə alınmış abonent kodları isə 2019-cu ilin aprel ayından qeydə alnmışdır.
43. Göründüyü kimi qeyd olunan ünvanda fərdi yaşayış evinin inşası cavabdeh tərəfin istinad etdiyi kimi 01 iyul 2019-cu il tarixli Texniki pasporta əsasən həmin dövrdən sonra inşa edilmişdirsə, bu halda aprel 2019-cu il tarixdən, fərdi yaşayış evi olmadığı halda Cavabdeh2 adına necə kommunal xidmətlərlə bağlı abonent kodları açıla bilərdi. Göstərilən bu fakt Quba rayonu Timiryazev qəbəsində Laçın Şirinov tərəfindən İddiaçı ilə birgə nikahda olduqları dövrdə fərdi yaşayış evinin tikilməsinə və iddiaçının ailəsi ilə birlikdə orada yaşamasına əsaslı qənaət yaradır.
44. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.