Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1586/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi Ç.N.Dibirov tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(012)-3472/2021 saylı qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müracit edərək, X4 tərəfindən qanunsuz olaraq Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca görə qanunsuz olaraq ona hesablanmış 172.80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(012)-3472/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, X4 tərəfindən əsassız olaraq hesablanmış 172.80 manat borcun abonent kodu **********00242 olan İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmişdir. Cavabdeh X4 həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmin şikayəti 12 oktyabr 2021-ci il tarixdə məhkəmənin dəftərxanaya təqdim etmiş, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(105)-3995/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(012)-3472/2021 saylı qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi Ç.N.Dibirovun verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(012)-3472/2021 saylı qərardadı ilə cavabdeh Azəriqaz İB-nin Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(012)-3472/2021 saylı qətnaməsindən vermiş oldugu apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Azəriqaz İB-i Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(012)-3472/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdehin nümayəndəsi Ç.N.Dibirov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırdıqdan sonra yenidən müddətin bərpasına dair ərizə əlavə edilməklə apellyasiya şikayəti ilə müraciət edilə bilər kimi izah olunması bu Məhkəmənin 25 yanvar 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur. Məhkəmə qərəzli mövqe göstərək hər kəsin ədalətli məhkəmə qaldırılması hüququnun olmasını nəzərə almamış, bu hüququ qəbul etdiyi qərardadla məhdudlaşdırmış, qanunsuz hesab etmiş qətnamənin apellyasiya instansiya məhkəməsində mübahisələndirilməsindən çəkinərək apellyasiya şikayəti vermə müddətinin bərpasından əsassız yerə imtina etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(012)-3472/2021 nömrəli müddətin bərpasından imtina edilməsinə dair qərardadın ləğv edilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan AZ1025 saylı post xəbərnaməsinin surətinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3472/2021 saylı qətnaməsi ilə iddiaçı Azəriqaz İB-nin «Təhməzova» soyadlı nümayəndəsi tərəfindən 20 sentyabr 2021-ci il tarixdə rəsmi şəkildə qəbul edildiyi halda, iddiaçı tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti 12 oktyabr 2021-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(105)-3995/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Hazırda, cavabdeh qətnamədən apellyasiya şikayətinin tərtibatı zamanı qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilərək mövcud qüsurların aradan qaldırıldıgını və bu halın məhkəmə tərəfindən üzrlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etsə də, məhkəmə mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin hər kəsə bəlli oldugunu və eyni zamanda cavabdehin nümayəndəsinin hüquqşünas oldugunu, qanunu bilməməyin məsuliyyətdən azad edən həl olmadıgını nəzərə alaraq, ərizədə göstərilən xüsusatların müddətin bərpa edilməsinə əsas olmadıgı qənaətinə gəlir, ona görə də ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi X3 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 05 may 2022-ci il tarixli 2(012)-3472/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1586/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1586/2022
04.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver