Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1589/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "zaq̇ ırəzA" İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "zaq̇ ırəzA" İstehsalat Birliyinə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(012)-1129/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********25120 olan sayğaca qanunsuz olaraq hesablanmış 6982,68 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1i ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********25120 olan qaz sayğacından istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu **********25120 olan sayğaca 7 akt - xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt və xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş, ümumilikdə, 6982,68 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə və istifadə edildiyi aşkar olunması qeyd olunmuşdur. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir və sayğacın özündə problem olmuşdur. Onun sözügedən aktdan qaz pulunu ödəyəndə xəbəri olmuşdur. Həmçinin o, xəstəliyi ilə əlaqədar rayonda olmuşdur. Cavabdeh İB onun yaşadığı ünvan 1ində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. O, Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, təbii qazdan istifadəyə görə fevral və iyul aylarında 5 manat, dekabr ayında isə 10 manat ödəniş edilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur.
5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur.
6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 may 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 iyun 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.
8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.
9. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 avqust 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.
10. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2023cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış (abonent kodu: **********25120) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur.
11. 01 iyul 2024-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evə (abonent kodu: **********25120) xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 4872,96 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 954,84 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 406,08 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 233,28 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 164,16 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 146,88 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 164,16 manat olmaqla qeyd edilən aktlara görə cəmi 6942,36 manat məbləğində borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(012)-1129/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********25120) ünvan 1ində yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 6942,36 manat borcdan 883,5 manat saxlanılmaqla, qalan 6058,86 manat cərimənin silinməsi, Cavabdehndən 80,59 (səksən manat, əlli doqquz qəpik) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6, 4.7 və 4.8-ci bəndləri, “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(012)-1129/2025 nömrəli qətnaməsinin iddianın təmin olunan hisəsində ləğv olunması və iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azəriqaz İB tərəfindən onun abonent hesabına yazılmış 6982,68 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Həmin ümumi borcun yaranma əsasını iddiaçı tərəfin 2023-cü il tarixinin fevral, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında yaşadığı ünvanının yaxınlığından keçən küçə qaz xəttinə qanunsuz qoşulmaqla özünə məxsus fərdi yaşayış evinə özbaşına qaz xətti çəkməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı təşkil etmişdir. Həmin faktlarla əlaqədar iddiaçı barəsində cavabdeh tərəfindən 7 ədəd müvafiq akt tərtib edilmiş və iddiaçının yaşadığı ünvanda faktı təsdiq edəcək fotoşəkillər çəkilmişdir. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfin 2023-cü ilin fevral və aprel aylarında yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı təsdiq edilmişdir. İstinad: 2023-cü ilin fevral və aprel aylarında iddiaçı tərəfin yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulması faktı ilə bağlı cavabdeh Azəriqaz İB tərəfindən aparılan hesablama qaydası ilə məhkəmə razılaşmamış və məhkəmənin özü iddiaçı tərəfin 2023-cü ilin fevral və aprel aylarında yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı ilə bağlı mütəxəssis qismində hesablama aparmışdır (qətnamənin 3-cü vərəqəsinin 3-cü abzası). Məhkəmənin hesablama qaydası (müvafiq 2 akt üzrə): 1) xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə - 4872,96 manat : 360 gün = 13,536 manat; 13,536 manat x 30 gün = 406,08 manat. 2) xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə - 954,84 manat : 60 gün = 15,914 manat; 15,914 manat x 30 gün = 477,42 manat. Qeyd: 2023-cü ilin fevral və aprel aylarında iddiaçı tərəfin yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulması faktı ilə bağlı cavabdeh Azəriqaz İB tərəfindən aparılan hesablama qaydası ilə razılaşmamış məhkəmənin apardığı hesablama metodu səhvdir və tərəfindən yol verilmiş səhv hesablama qaydası heç bir normativ hüquqi aktla əsaslandırılmamışdır. Nəticə: istehlakçı tərəfin qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə Qazdan istifadə Qaydalarının 6.5-ci, 6.5-1-ci və 6.5-3cü bəndlərinə əsaslanaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aparılmalı idi və qanuni hesablamanın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyindən mütəxəssis rəyinin alınması qanunamüvafiq hesab edilə bilər. İddiaçı barəsində cavabdeh Azəriqaz İB tərəfindən tərtib edilmiş və məhkəmə qətnaməsinə əsasən təmin edilməyən 3 - 7-ci aktlara münasibətdə bildirmək istəyir ki, iddiaçı tərəfindən fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə edilməsi faktı iddiaçıya məxsus ünvanda çəkilmiş fotoşəkillərlə təsdiq edilmişdir. Qeyd: Fotoşəkillərin üzərində onların çəkilmə tarixi və iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunan fərdi yaşayış evinin ünvan koordinatları qeyd edilmişdir. Nəticə: İddiaçı cavabdeh Azəriqaz İB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə qanunsuz qoşulmaqla hüquqi şəxsə maddi zərər vurmuş olduğundan, vurulmuş zərərin əvəzi zərərvuran iddiaçı tərəfindən tam həcmdə ödənilməlidir. Bu səbəbdən iddiaçının abonent hesabından geridə qalan 6058,86 manat məbləğində borcun məhkəmə tərəfindən silinməsi qanuni və əsaslı deyildir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizamasalınır. İşə baxmış məhkəmələr tərəfindən mülki iş materiallarında olan fotoşəkillərə istinad olunmamış, həmin fotoşəkillərin hansı ünvana aid olması, nə vaxt və kim tərəfindən çəkilməsi araşdırılmamış, iş üzrə sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməmiş və qəbul edilməməsinin səbəbləri yekun məhkəmə aktında əsaslı şəkildə göstərilməmişdir. Məhkəmə tərəfindən aparılan hesablama metodu ilə cavabdeh qismində Azəriqaz İB hazırda razılaşmır və həmin 2 akta münasibətdə Azəriqaz İB-yə dəymiş maddi zərər həcminin daha böyük olduğunu hesab edir. Nəticə: İddiaçı tərəfin 02/2023 və 04/2023-cü il tarixində küçə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktına münasibətdə mütəxəssis qismində məhkəmənin hesablamış olduğu maddi zərərin həcmi tam qanuni və əsaslı deyildir. Belə ki, 02/2023 və 04/2023-cü illər tarixində iddiaçı barəsində cavabdeh Azəriqaz İB tərəfindən tərtib edilmiş həmin 2 akt üzrə cavabdeh Birliyə vurulmuş maddi zərərin həcmi müəyyən edilərkən mütəxəssisin səlahiyyətləri məhkəmə tərəfindən düzgün icra edilməyərək iddianın həllində səhv nəticəyə gəlinmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İş üzrə cavabdeh "zaq̇ ırəzA" İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 13.8-1. (2022-ci ilin may ayından qüvvədə 8-1-ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evdə abonent kodu **********25120 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023- cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4872,96 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 954,84 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 406,08 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 233,28 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 146,88 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində olmaqla, ümumilikdə 6942,36 manat cərimə hesablanmışdır.
25. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin edilərək məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat məbləğində və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində hesablanmanın əsasları ilə bağlı və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir.
26. Cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat məbləğində cərimənin hesabat müddətinin 360 gün, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində cərimənin hesabat müddətinin 60 gün qəbul edilməklə hesablanması əsasları ilə bağlı sübutlar təqdim edilmədiyini və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (1. xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə - 4872,96 manat : 360 gün = 13,536 manat; 13,536 manat x 30 gün = 406,08 manat; 2. xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə - 954,84 manat : 60 gün = 15,914 manat; 15,914 manat x 30 gün = 477,42 manat). Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1ində yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 6942,36 manat borcdan 883,5 manat saxlanılmaqla, qalan 6058,86 manat borc silinməlidir.
27. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator istinad olunan hallara dair qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməmiş, abonentin baş vermiş mülki hüquq pozuntusunda təqsiri iddia olunan həcmdə sübuta yetirilməmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(012)-1129/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(012)-1129/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.