Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1605/2024 07.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı evin təmirinə xərclənmiş pulun qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (iddia ərizəsinin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina) X6 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadından X4 tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 manat kompensasiya ödənilməklə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 6000 manat kompensasiya ödənilməklə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh İddiaçı qarşı mübahisəli evin təmirinə xərclənmiş 30000 manat pulun, hüquqi yardıma görə verilmiş 320 manat pulun və dövlət rüsumu kimi verilmiş 182 manat vəsaitin qaytarılması barədə qarşılıqlı iddia qaldırmışdır.
4. Abşeron Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
5. Vəkil elektron kabinet vasitəsilə X1 adından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürərək, məhkəmədən Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələb bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 930/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmuş, Cavabdeh ünvan 1 ünvanına istifadə hüququ tanınmışdır. Hal-hazırda onun Cavabdehlə nikahı davam edir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə görə hal-hazırda ailə münasibətləri pozulur, çünki məhkəmə tərəfindən ərinin və uşaqlarının yaşayış yeri ünvan 1-də yerləşən fərdi yaşayış evi olaraq müəyyən edilmişdir. Lakin həmin vaxt o, istifadə hüququnun tanınması barədə iddia vermədiyi üçün əmlaka istifadə hüququ tanınmamışdır. Əri və uşaqlarıyla birlikdə yaşadığı zaman İddiaçı buna maneəçilik törətməkdədir. Əri Cavabdeh 2013-cü ildən etibarən ünvan 1-də yerləşən fərdi yaşayış evində yaşayır. Həmçinin həmin fərdi yaşayış evinin tikilmə xərclərində Cavabdeh iştirak etmişdir. Ailə büdcəsindən kifayət qədər xərclər çəkilmişdir. Buna görə də onun tələbi təmin edilməlidir.
7. Abşeron Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadı ilə (hakim H.Əhmədov) X1 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılması qərara alınmışdır.
8. Qərardaddan narazı qalan X4 məhkəməyə şikayətlə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı X7, Cavabdeh, X3 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiası qismən təmin olunmuş, X5 və X1 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmçinin Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunaraq, Cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanına istifadə hüuqunun tanınması qət edilmiş, X5 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir. Göründüyü kimi, bu qətnamə ilə X1 mübahisəli evdən istifadə hüququnun olmaması müəyyən edilmiş, məhz bu əsasla da onun həmin evdən çıxarılması qət olunmuşdur. Onun hazırki tələbi isə Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququnun tanınması barədədir. Məhkəmə hesab edib ki, X1 mübahisəli evdən istifadə hüququ daha əvvəlki məhkəmə aktı üzrə mübahisə predmetini təşkil etmişdir. Başqa sözlə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edib ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, X1 hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 114, 153.2.2-ci maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
12. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, X1 hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması tamamilə yanlışdır. Halbuki, əvvəllər X8 Zülfəliyevə qarşı istifadə hüququnun tanınmasına dair iddiası olmamışdır. Abşeron Rayon Məhkəməsində baxılmış e-2(012)-930/2023 saylı iş üzrə Müşərrəf Zülfəliyevanın iddiası olmamış, həmin iş üzrə Müşərrəf Zülfəliyeva cavabdeh olmuşdur. Məhkəmə iddia ərizəsini əsassız olaraq geri qaytararaq Müşərrəf Zülfəliyevanın prosessual hüquqlarından istifadə etməsinə maneəçilik törətmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
2.2-ci maddəsinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
17. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Araşdırılan işdən müəyyən edilir ki, X4 istinad olunan mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürərək, məhkəmədən Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya instansiyası bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl məhkəmələr iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalıdır.
21. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
22. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
24. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
25. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.
26. Qeyd edilməlidir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddiadan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina edilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
27. İşdən göründüyü kimi Abşeron Rayon Məhkəməsinin e-2(012)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı X7, Cavabdeh, X3 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiası qismən təmin olunmuş, X5 və X1 ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları təmin edilmişdir.
28. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsinə əsasən X9 Zülfəliyevin ailə üzvü, həmçinin onun Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil olmaması, eləcə də onun mübahisəli evə dair heç bir hüquqi bağlılığının olmaması müəyyən edilmişdir.
29. Göründüyü kimi bu qətnamə ilə artıq mübahisəli mənzilə dair hazırkı iddiaçının istifadə hüququna dair məsələ həll edilmişdir. Belə olan halda hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi yolverilməzdir və işə baxan məhkəmənin mövqeyi qanuni və işin faktiki hallarına uyğundur
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
31. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
32. Kollegiya sonda bildirir ki, iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. İzah olunur ki, eyni tərəflər arasında, eyni predmetə dair, eyni əsaslarla məhkəmənin aktı (qətnamə, qərardad) mövcud olarsa, ikinci icraatın başlanılması istisna edilir. Lakin iddiaçı başqa əsaslarla, tələblə məhkəmədə iddia qaldırmağa haqlıdır. Bu halda mütləqdir ki, yeni irəli sürülən əsas və yaxud tələb həmin xarakterli iddialar üçün alternativ (seçmə) əsas və predmet olmasın.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərardaddan verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.