Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1607/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən tikilmiş eyvanın sökülməsi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş eyvanın onun öz hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tikinti normalarına zidd tikilmiş eyvanın onun hesabına sökülməsi və həmçinin iddiaçının torpaq sahəsinə baxan pəncərələrin ləğv edilərək daşla hörülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Corat qəsəbəsi, 71-ci məhəllə 8 saylı ev onun atası X2 məxsus olmuşdur. Atası H.İ.Salayev xx.xx.2006-cı ildə ölmüşdür. Atasının ölümündən sonra miras qalmış Sumqayıt şəhəri, 71-ci məhəllə, 8 saylı evi faktiki miras kimi qəbul edərək orada yaşayır. Qonşusu olan cavabdeh ona verilmiş icazə sənədlərindən kənara çıxaraq qonşu ilə ara məsafəsini gözləmədən fərdi yaşayış evinin tikintisini aparır. Həmin hal Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2020-ci il tarixli arayışı ilə təsdiqini tapır. Hazırda cavabdehin tikdiyi yaşayış evinin eyvanı onun yaşadığı torpaq sahəsinə düşür. Dəfələrlə bu barədə cavabdehə müraciət etsə də, cavabdeh buna məhəl qoymayaraq, icazə sənədlərindən kənara çıxaraq, tikintinin inşasını davam etdirir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı məhkəməyə ərizə verərək bildirdi ki, cavabdehlə aralarında barışıq olduğu üçün, hazırda apellyasiya şikayətindən imtina edir və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh İddiaçı ilə bu məsələni məhkəmədən kənar həll etdiklərini bildirdi və apellyasiya şikayətinin icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin fikrini dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, İddiaçı şikayətdən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən tikilmiş eyvanın sökülməsi və s. tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1607/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1607/2022
25.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver