Məhkəmə qərarları › İş №2(105)-161/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-161/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-161/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, müqavilələrə xitam verilməsi” tələbinə dair ilk və “müqavilənin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia) X15 Süleymanovanın sədrliyi və məruzəsi, X17 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Maraqlarına toxunan şəxs X6 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və müqavilələrə xitam verilməsi” barədə ilk iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və maraqlarına toxunan şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutulmanın ipoteka predmeti olan Cavabdeh məxsus, Quba rayonu, Timiryazev kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehin borcu həcmində ona ödənilməsi və bağlanmış müqavilələrə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat pulun onun xeyrinə tutulması, tutulmanın ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən 402,9 kv.m olan fərdi yaşayış evinə, həmin ünvanda yerləşən 0.0788 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehin borcu həcmində yəni, 255.000 manat məbləğində pulun ona ödənilməsi və bağlanmış müqavilələrə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə (bundan sonra cavabdeh adlanacaq) 17 aprel 2021-ci il tarixdə Bakı şəhəri, 11 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq ona 150.000 (bir yüz əlli) min ABŞ dolları 250.000 (iki yüz əlli min) ekvivalentində borc pul vermiş və cavabdeh həmin məbləği xx.xx.2021-ci il tarixinədək ona qaytarmasını öhdəsinə götürmüşdür. Borcun qaytarılmasının zəmanəti kimi həmçinin cavabdeh eyni tarixdə onunla mülkiyyətində olan fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlamışdır. Lakin cavabdeh bu günədək ondan götürdüyü pul vəsaitini qaytarmamışdır. Belə olan halda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, müqavilə bağlanmış 11 saylı Notariat Kontoru tərəfindən cavabdehə **********786 nömrəli bildiriş göndərilməsinə baxmayaraq bir nəticə əldə olunmamışdır. O, cavabdehdən pulunu istədikdə hər dəfəsində ona yalan vədlər verməklə ona vaxt verməsini və pulu qaytaracağını söz vermiş, lakin ödəməmişdir. Bu yaxınlarda ona bəlli olmuş ki, cavabdeh ipotekaya qoyduğu evini başqa şəxsə satmaq istəmişdir. Bundan xəbər tutan kimi dərhal DƏDRX-nin Xaçmaz ərazi İdarəsinə müraciət etmişdir. Həmin ərizəsində Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli 3M/506 reyestr nömrə ilə təsdiq olunmuş ipoteka müqaviləsinə əsasən Quba rayonu, Timiryazev kəndində yerləşən, ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0.0788 ha olan torpaq sahəsinin üzərində yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Müqavilədə ipoteka predmetinə tutmanın yönəldilməsini özündə ehtiva edən 9-cu bəndin müddəaları əks olunmuşdur. Daha sonra o, mediasiya xidməti ilə müqavilə bağlayaraq cavabdehə xəbərdarlıq etsə də, o bunun əvəzində evi başqa şəxsə sataraq onu aldatmaq qərarına gəlmişdir.

4. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, xx.xx.2021-ci il tarixli 3M/505 reyestr nömrəli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, kredit müqaviləsi bağlanan tarixə kimi Vüqarı tanımamış və ümumiyyətlə bu şəxslə arasında müqavilədə qeyd olunan və ya hər hansı başqa məbləğdə borc münasibəti olmamışdır. O, Vüqarın qardaşı Abbası tanıyır və bu günə kimi onunla da real borc münasibəti olmamışdır. Mübahisələndirdiyi kredit və ipoteka müqaviləsi Abbasla iş münasibəti quran şəxsi onun Abbasla tanış etdiyi üçün Abbasın xahişi ilə bağlamış və real nəticələrə əsaslanmır. Eyni zamanda Abbas ona bildirmişdir ki, bu müqavilələrin bağlanması formal xarakterlidir və gələcəkdə ona qarşı heç bir tələbi olmayacaqdır. Lakin xx.xx.2021-ci il tarixdə ünvanına **********786 saylı bildirişi gələndə başa düşmüşdür ki, Abbas onu aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, Abbasla tanış etdiyi şəxs arasında iş münasibəti alınmadığı üçün Abbasın şikayəti əsasında şəxs barəsində cinayət işi başlanılmış və o, həmin cinayət işi üzrə şahid qismində dindirilmişdir. Cinayət işi halhazırda Bakı Ağır cinayətlər məhkəməsinin icraatındadır. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında bağlanılmış kredit müqaviləsi müqavilədə nəzərdə tutulmuş nəticəyə, yəni reallıqda borcun verilməsi ilə nəticələnmir və hər iki müqavilə görüntü üçün bağlanmış əqdir. Bu səbəbdən də hesab edir ki, hər iki müqavilə etibarsız hesab edilməlidir.

6. İlk və qarşılıqlı iddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır.

7. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsinə əsasən borc verən borc alana 255.000 manat (150.000 ABŞ dolları ekvivalentində) borc verir, borc alan krediti xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürür.

8. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 255.000 manat pulu imza edərək 11 saylı notariat şöbəsinin depozitindən qəbul etmişdir.

9. xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət üzrə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsi İddiaçı qarşısında ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 300.000 manat məbləğində müəyyən edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmişdir.

10. xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat məbləğində borc pulun ona verilməsinə dair razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ona ödənilməsi xahiş edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir.

12. xx.xx.2021-ci il tarixli X7 etibarnamə üzrə nümayəndəsi Cavabdeh imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, X12 həyat yoldaşı Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin girov qoyulmasına razıdır.

13. AR-İİ 295053 saylı, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 etibarnamə üzrə Cavabdeh etibar etmişdir.

14. İş materiallarında olan bildirişlərdən görünür ki, Cavabdeh gecikdirdiyi borcunu xəbərdarlığı aldığı tarixdən 20 gün müddətindən gec olmayaraq iddiaçıya ödəməli olduğu barədə xəbərdar edilmişdir.

15. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

16. 8i-2510 saylı, xx.xx.2021-ci il tarixli Cavabdeh imzası ilə və notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış əsasında mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha torpaq sahəsini ipoteka müqaviləsi üzrə girov qoymaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub olmamasını və həbs qoyulub qoyulmaması barədə məlumat real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir.

17. İş üzrə təyin edilmiş və keçirilmiş “X22 və Ekspertiza Mərkəzi” MMC-nin 212 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu, Timirzayev kəndində yerləşən ümumi sahəsi 402.90 kv.m olan yaşayış evinin ilkin satış (likvid) qiyməti təqribən (250000*90%) 225000 (iki yüz iyirmi beş min manat), Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin ilkin satış (likvid) qiyməti təqribən (120000*90%) 108000 (bir yüz səkkiz min) manat təşkil etdiyi müəyyən edilmişdir.

18. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-113/2023 nömrəli Hökmündən görünür ki, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona AR CM-in 178.3.2-ci maddəsi ilə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 186.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 221.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmış və X13 qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, X9 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılması, X9 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs (mülki iddiaçı) X21 tərəfindən verilmiş mülki iddia tam təmin edilmiş, ümumilikdə 61476 (altmış bir min dörd yüz yetmiş altı) manat pulun təqsirləndirilən şəxs X8 tutularaq, zərərçəkmiş şəxs X16 ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Salyamova (Həsənli) Elvira Faridovna tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddianın tam təmin edilməsi, ümumilikdə 55256 (əlli beş min iki yüz əlli altı) manat pulun təqsirləndirilən şəxs X8 tutularaq, zərərçəkmiş şəxs Salyamova (Həsənli) Elvira Faridovnaya ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddianın tam təmin edilməsi, ümumilikdə 133943 (yüz otuz üç min doqquz yüz qırx üç) manat pulun təqsirləndirilən şəxs X8 tutularaq zərərçəkmiş şəxs X4 ödənilməsi, zərərçəkmiş şəxslər Raid Gafarova, X10, X20, Nümayəndə təqsirləndirilən şəxs X13 qarşı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqlarının izah edilməsi hökm edilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-161/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli 4/426 nömrəli ekspert rəyinin tədqiqatının nəticə hissəsində göstərilmişdir: - Ekspertizaya təqdim edilmiş, 17 aprel 2021-ci il tarixli “İpoteka müqaviləsi”nin 3-cü vərəqində “İpoteka qoyan-borc alan” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

21. Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) ilkin iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı xeyrinə 150.000 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutularaq ödənilməsi, borc ödənilmədikdə tutmanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 225.000 manat məbləğində, Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 108.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsinin təmin edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 448.1, 442, 443.1, 445.1, 445.2, 279, 295, 317.1, 319.1, 467, 181.4, 337.3, 337.4, 340.1, 340.2, 337 və 421.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 39.3.3, 41.1, 41.2, 59.3, 59.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətləri və onun dəlilləri

23. 21. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd və qarşılıqlı iddanın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. 22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəməyə verdiyi izahatında İddiaçı ümumiyyətlə tanımadığını və bu şəxslə arasında hər hansı məbləğdə borc olmadığını bildirməklə yanaşı, onun qardaşı Nümayəndə tanıdığını və onunla da arasında real borc münasibətinin olmadığını bildirmişdir. Eyni zamanda Cavabdeh müqavilə bağlamaq təklifinin Nümayəndə gəldiyini və bununda səbəbi kimi Abbasla onun tanış etdiyi şəxsin iş münasibətinin təminatı üçün olduğunu, sonradan Abbasla həmin şəxs arasında iş münasibətinin alınmadığı üçün Abbasın şikayəti əsasında həmin şəxs barəsində cinayət işinin başlanıldığını və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Cavabdeh da şahid qismində dindirildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Cavabdeh Bakı istintaq Təcridxanasından nümayəndəsi vasitəsi ilə məhkəməyə ünvanladığı vəsatətində müqavilələrdə olan imzaların ona məxsus olmadığını bildirməklə yanaşı iş üçün vacib əhəmiyyət kəsb edən bu halların müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş və işdə olan notarial qaydada təsdiq edilmiş formal müqavilələri nəzərə alıb ilkin iddia ərizəsinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə öz qulluq mövqeyindən istifadə edərək ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını və qanunvericiliyin tələbini pozub əsassız və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə normanın tələbini pozaraq hər iki tələbə sübutlar əsasında deyil, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və özünün əsaslandırılmamış izahatı və öz mülahizəsi əsasında qiymət vermişdir. İş materialından göründüyü kimi ilkin iddia tələbi üzrə istinad edilmiş hallar sübut edilməmiş, formal müqavilələrə əsaslanılmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan yekunda əsaslandırılmamış qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə müqavilələrdə olan imzaların Cavabdeh aid oluğunu müqavilələrdən müəyyən etsə də, Cavabdeh imzaların ona məxsus olmaması barədə vəsatətinə münasibət bildirməmiş və nəticədə iş üçün əhəmiyyətli olan bu halı araşdırmamışdır. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə yeni sübut təqdim etməsə də, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı müqavilələrdə olan imzaların ona məxsus olmaması və iş üçün vacib əhəmiyyət kəsb edən bu faktın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də məhkəmə vəsatəti təmin etməmiş və qəbul etdiyi qətnamədə buna münasibət bildirməmişdir.

25. Maraqlarına toxunan şəxs X12 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması yolu ilə qəbul edilmiş, onun və uşaqlarının maraqlarına toxunan bu qətnamə ləğv edilməli və ilkin iddia rədd edilməlidir. İlk növbədə bildirir ki, ipotekaya qoyulmuş fərdi yaşayış evi və torpaq sahəsi birgə nigah dövründə əldə edilmiş və o, uşaqları ilə birlikdə orada qeydiyyatda olmaqla yanaşı uzun müddət yaşamışlar. Buna görə də hazırkı qətnamə ilə onun və uşaqlarının qanuni məhafeləri pozulmuşdur. Məhkəmə isə qətnamə qəbul edən zaman bu əmlaklardan istifadə hüququ olan şəxs kimi qanuni mənafelərini nəzərə almamışdır. Hörmətli kollegiyanın nəzərinə onu da çatdırır ki, əri ilə aralarında olan söz-söhbətlərə görə 2 ildən artıqdır ki, Bakı şəhərində yaşayır və ərinin birgə nikah dövründə əldə etdikləri və ondan xəbərsiz əmlaklarını ipotekaya qoymasından məlumatı olmayıb və o, buna icazə verməmişdir. Məhkəmə isə mülki işə baxan zaman onu işə cəlb etməyib. Qətnamənin mövcudluğu barədə məlumatı bayram günlərində qaynatası Ənvər Seyidovla Bakı şəhərində görüşən zaman almış və bundan sonra 29 mart 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qətnamə ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bu hadisələrlə bağlı səhhətində yaranmış qəfil psixoloji problemlərə görə bu günə kimi qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Onu da qeyd edir ki, əri birgə nikah dövündə əldə etdikləri əmlakların bölünməsi məqsədilə ondan aldığı etibarnamə əsasında adından notariat kontorunda razılıq ərizəsi vermişdir. Əslində isə onun evi və torpaq sahəsini ipotekaya qoymaq niyyəti olmayıb. Fərdi yaşayış evi və torpaq sahəsinin mülkiyyətçisi olmasa da həmin əmlaklar üzərində qanunla qorunan hüquqları mövcuddur. İstifadə hüququnun pozulması yol verilməzdir. Lakin Quba Rayon Məhkəməsi maddi hüquq normasının tələbini pozmuşdur. Birgə nikah dövründə əldə etdiyikləri fərdi yaşayış evi və torpaq sahəsinn ipotekaya qoyulması barədə razılıq ərizəsi yoxdur. Birgə nikah dövründə əldə edilmiş əmlaklara istifadə hüququ olan şəxs kimi qəbul edilmiş qətnamə onun və uşaqlarının hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan yekunda əsaslandırılmamış qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə fərdi yaşayış evində və torpaq sahəsində onun və uşaqlarının istifadə hüququnun olduğunu müəyyən etsə də, iş üçün əhəmiyyətli olan bu halı araşdırmamışdır. Nəticələr işin hallarına uyğun deyildir. Məhkəmə onu işə cəlb etmədiyi üçün hər hansı sübut tədqim edə bilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

28. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, maraqlarına toxunan şəxs X7 apellyasiya şikayətini qəbul edərək, hər iki apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, kedit müqaviləsinin predmetini təşkil elən pul məbləği iddiaçıya məxsus deyildir, pulun sahibi İddiaçı qardaşı Nümayəndədir, sonuncu ilə Cavabdeh arasında şərikli iş birliyi olmuşdur, Cavabdeh həmin pul məbləğini borc almamışdır, kredit müqaviləsi formal olaraq İddiaçılə bağlanmışdır, həmin pul məbləği Abbasın göstərişi ilə iş birliyi ilə əlaqədar İqbal adlı şəxsə verilmişdir. Bu göstərdikləri Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-113/2023 nömrəli Hökmündə zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə ifadəsində göstərilən məlumatlarla öz təsdiqini tapır.

29. Nümayəndə həmçinin izahatında bildirdi ki, Cavabdeh pul məbləğinin Nümayəndə məxsus olduğunu bilsə də, həmin kredit müqaviləsinin İddiaçılə bağlanmasına etiraz etməmişdir.

30. İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, borc verilmiş pul məbləği ona məxsusdur, o, qardaşı Abbasın xahişi ilə həmin məbləğdə borcu kredit və ipoteka müqaviləsi bağlayaraq Cavabdeh vermişdir. O, qardaşı Abbasla Cavabdeh arasında olan iş birliyindən və bu barədə olan söhbətlərdən xəbərsizdir.

31. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə borc verilən pul məbləği qardaşı Vüqara məxsusdur. həmin pul vəsaitinin ona aidiyyəti yoxdur. O, özü də Cavabdeh birlikdə iş görmələri ilə bağlı pul vermişdir, lakin həmin pul məbləğinin bu pul məbləğinə aiddiyəti yoxdur. Eləcə də bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş hökmdə ona aid ifadə göstərilmiş məlumatları təsdiq etmir.

32. İddiaçının vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

33. Maraqlarına toxunan şəxs X12 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul edərək, hər iki apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı və maraqlarına toxunan tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

35. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; Maddə 1.0.7. İpoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir; Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Maddə 39.3.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 1.0.9. İlkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər;

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsi qismən - ilkin iddianın təmin edilən xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ilkin iddia qismən təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır.

39. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsi bağlanmış, 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat pul xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçı tərəfindən cavabdehə verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh xüsusi mülkiyyətdə olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin, Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 150.000 ABŞ dolları məbləğində pul öhdəliyi icrasız qalmışdır. İlkin iddia üzrə iddiaçı qeyd olunan əsaslardan çıxış edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit və ipoteka müqavilələrinin formal, görünüş üçün bağlandığını, həmin müqavilələrin etibarsız hesab edilməsini iddia etmişdir.

40. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

41. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 150.000 ABŞ dolları məbləğində pul öhdəliyi icrasız qalmışdır. Cavabdeh mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, lakin, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Çünki kredit və ipoteka müqaviləsi tərəflər arasında notariat orqanında bağlanmış, müqavilə bağlayan tərəflər fəaliyyət qabiliyyətli olmuş və müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Kredit müqaviləsi üzrə pulu cavabdeh qəbul etmişdir.

42. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd və qarşılıqlı iddanın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Maraqlarına toxunan şəxs X12 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd olunmasını xahiş etmişdir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Məhkəmə kollegiyası qeyd olunan huquq normalarının göstərişi, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə qismən razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı düzgün (ipoteka müqaviləsinə xitam verilməsi hissəsi istisna olmaqla) qətnamə qəbul edilmişdir.

48. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizəyə əsaslanmaqla, şikayətin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Kollegiyanın qənaətincə apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

49. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili kredit və ipoteka müqavilələrinin görünüş üçün bağlanması, tərəflər arasında real borc münasibətinin olmaması ilə bağlıdır.

50. Apellyasiya icraatı zamanı nümayəndə və Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, kedit müqaviləsinin predmetini təşkil elən pul məbləği iddiaçıya məxsus deyildir, pulun sahibi İddiaçı qardaşı Nümayəndədir, sonuncu ilə Cavabdeh arasında şərikli iş birliyi olmuşdur, Cavabdeh həmin pul məbləğini borc almamışdır, kredit müqaviləsi formal olaraq İddiaçılə bağlanmışdır, həmin pul məbləği Abbasın göstərişi ilə iş birliyi ilə əlaqədar İqbal adlı şəxsə verilmişdir. Nümayəndə qeyd olunanların Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-113/2023 nömrəli Hökmündə zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə ifadəsində göstərilən məlumatlarla öz təsdiqini tapdığını qeyd etmişdir.

51. Nümayəndə həmçinin izahatında bildirdi ki, Cavabdeh pul məbləğinin Nümayəndə məxsus olduğunu bilsə də, həmin kredit müqaviləsinin İddiaçılə bağlanmasına etiraz etməmişdir.

52. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-113/2023 nömrəli Hökmündən görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, “tanışı Cavabdeh artıq 4-5 ildir ki, qardaşı İddiaçı vasitəsi ilə tanımışdır. Kamalla Vüqar birlikdə işləmiş və Rusiya Federasiyasında meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşlar…..,. O, Bakı şəhərində olmadığı üçün Cavabdeh məxsus ev onun adına deyil, qardaşı İddiaçı adına girova qoyulmuş, Vüqar borc kimi Kamala 150000 ABŞ dolları borc vermiş, ev isə pulun zəmanəti kimi qeydə alınmışdır. Əslində isə pul Vüqara deyil, ona məxsus olmuş, o, 120000 ABŞ dollarını Bakı şəhərində yaşayan Firqət adlı dostundan, 100000 ABŞ dolları məbləğində pul vəsaitini isə əmisinin qaynı oğlu Bəhrəmdən borc kimi almışdır. Həmin pulları o, özü şəxsən deyil, qardaşı Vüqarın vasitəsi ilə borca almış, Sonradan Firqətdən aldığı 120000 ABŞ dolları borcu tamamilə qaytarmışdır. Bəhrəm adlı qohumuna olan borcundan isə 50000 ABŞ dolları ödəmiş, 50000 dollar isə borcu qalmışdır. Kamala verilən 150000 ABŞ dolları həmin iki şəxsdən borca götürdüyü pulların içərisindən verilmişdir. O, özü 17 aprel 2021-ci il tarixdə notariusda olmamış, lakin orada həmin gün sənədləşmə aparılıb kredit müqaviləsi bağlandıqdan sonra Kamal özü ona zəng edərək sənədləşdirilmənin yekunlaşdığını demişdir. Kamal həqiqətən də 150000 ABŞ dolları pulu aldıqdan sonra qardaşı Vüqara vermiş, lakin həmin pulu Vüqara notariusun içərisində və ya çölündə, ya da hansısa başqa yerdə verilməsini bilməmişdir. O, bu barədə nə Kamaldan, nə də ki, Vüqardan heç nə soruşmamış, əvvəlcədən Kamal da onunla birlikdə Dubaya getməli olduğundan aralarında razılaşma belə olmuşdur ki, lazım olan anda Vüqar Bakıda pulu İqbala verəcəkdir ki, sonuncu pulu Dubaya göndərsin. Onun qardaşı İddiaçılə Cavabdeh arasında ilk dəfə 50000 manatla bağlı borc müqaviləsi bağlanmış, Kamal öz meyvətərəvəz biznesi ilə əlaqədar həmin pulu borc kimi ondan istəmişdir. O, özü şəhərdə olmadığı üçün Bakı şəhərində olan qardaşı Vüqara demişdir ki, Kamala pul verib müqavilə bağlansın. Həmin pulun İqballa olan iş birliyinə heç bir aidiyyəti olmamış, Kamal həmin pulu şəxsən özünə istəmişdir. Bundan bir müddət sonra isə 150000 (yüz əlli min) ABŞ dollarının ekvalentində 255000 (iki yüz əlli beş min) manat pulla bağlı ikinci müqavilə bağlanmış, həmin pul da Vüqarın vasitəsi ilə İqbala verilmişdir”.

53. Həmin hökmün məzmunundan görünür ki, məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, “Abbas təklif eləmişdir ki, onunla şərikinə pul yatırımı etsin. O, isə Abbasa nağd pulu olsaydı sonuncuya heç nə demədən özü İqballa işə başlayacağını demişdir. Abbas bildirmişdir ki, onun yerinə 150000 (yüz əlli min) ABŞ dolları pul qoymağa razıdır, o da əvəzində zəmanət kimi nəyisə mülkiyyət versin. O da bu barədə fikirləşib şərik olmağa razılıq verərək özünə məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən iki mərtəbəli evini zəmanət kimi girova verə biləcəyini bildirmişdir. Mənzildə olan vaxt İqbal yenidən çoxlu sayda sənədləri Abbasa göstərərək biznesi ilə bağlı olan mövzuda müxtəlif söhbətlər etmişdir. O, həmin söhbətləri dəqiqliyi ilə xatırlamamış, həmin görüş zamanı nəticə olaraq iş birliyinin qurulması və əldə olunacaq qazancın 3 bərabər yerə bölünməsi qənaətinə gəlmişlər. Bundan sonra görüş bitmiş və o, Abbasla birgə İqbalın evindən çıxıb rayona getmiş, yolda olan vaxt Abbas təklif etmişdir ki, bir neçə gün sonra Bakıya gəlib notariusda onun evinin girov qismində qoyulub guya borca 150000 (yüz əlli min) ABŞ dolları pul verilməsi ilə bağlı sənədləşməni aparsınlar. 12 aprel 2021-ci il tarixdə o, Abbas, Namiq və İqbal birlikdə Bakı şəhərinin Nərimanov rayonu, “Montin” qəsəbəsi adlanan ərazidə yerləşən kafedə yenidən görüşmüşlər. Görüş zamanı ilkin olaraq Dubaya kimlərin getməsi müəyyən edilmiş, qərara alınmışdır ki, Dubaya Namiq, Abbas və İqbalın qızının nişanlısı Adəm adlı oğlan getsinlər. Həmin görüşdən bir neçə gün sonra o, rayonda olarkən Abbasla əlaqə saxladıqda sonuncu bildirmişdir ki, öz işləri olduğu üçün Bakıya gələ bilmir, qardaşı İddiaçılə görüşüb notariusla bağlı məsələni həll etsin. Belə ki, İqbalın Dubaydakı biznesi ilə əlaqədar həmin pul Dubaya göndərilməli olmuşdur. O da buna etiraz etməyib 17 aprel 2021-ci il tarixdə Bakı şəhərinə gələrək, saat 11-12 radələrində Binəqədi rayonu ərazisində yerləşən 11 saylı notariat ofisinə getmişdir. O, orada Vüqarla görüşmüş həmin vaxt Abbasın əmisi Firudin də orada olmuş, o özü ilə gətirdiyi Qubadakı evinin çıxarışını notariusa təqdim etmişdir. Bundan sonra orada onunla Vüqarın arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı kimi isə onun Qubadakı evi göstərilmişdir. Sənədləşmə aparıldıqdan sonra bank tərəfindən aparatla sayılaraq 150000 (yüz əlli min) ABŞ dollarının ekvivalentində 255000 (iki yüz əlli beş min) manat pul bank xidmətinin əməkdaşı tərəfindən ona verilmiş, eyni anda da o, həmin pulu yanında dayanan Abbasın qardaşı Vüqara vermişdir. Pul Vüqar və ya Firudin tərəfindən banka verilməmiş, bankın kimdən pulu alaraq hansı qaydada pulu qeydiyyata almaqla ona verməsindən xəbəri olmamışdır. Həmin müqaviləni Abbas sadəcə görüntü üçün tərtib etmiş, yəni öz yatırımını sığortalasın deyə bu addımı atmışdır. Yekunda isə o, şəxsən özünə məxsus hər-hansı məbləğdə pul yatırımı etməmişdir. Bundan sonra o, evinin sənədini də götürüb Bakıdan rayona qayıtmış, notarius məsələsinin həll edilməsi barədə Abbasa məlumat vermişdir”.

54. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə xx.xx.2023-cü il tarixdə ünvanladığı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 1(101)-113/2023 nömrəli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.

55. Göründüyü kimi şikayətin qeyd olunan dəlili kredit müqaviləsinin subyektiv tərəfinin mübahisələndirilməsi, borc verilmiş pul məbləğinin İddiaçı deyil, qardaşı Nümayəndə məxsus olması ilə bağlıdır.

56. Kollegiya şikayətin dəlilini əsaslı hesab etmir və bununla bağlı qeyd edir:

57. Məhkəmə araşdırıması zamanı dindirilən İddiaçı həmin pul məbləğinin ona məxsus olduğunu, qardaşı Abbasın xahişi ilə Cavabdeh borc verdiyini, Kamal və Abbas arasında iş birliyi və s. ilə bağlı razılaşmaları barədə məlumatsız olduğunu, bu məsələnin ona aidiyyətinin olmadığını bildirdi.

58. İddiaçının nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən Abbas Allahverdyev borc verilmiş pul məbləğinin İddiaçı məxsus olduğunu bildirdi. Adı çəkilən hökmdəki ifadəsində göstərilən məlumatları təsdiq etmədi. Həmçinin bildirdi ki, onun özü də Kamala ayrıca xeyli miqdarda pul borc vermişdir, lakin həmin borcun iddia olunan borc məbləğinə aidiyyəti yoxdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, borc verilmiş pul məbləğinin Nümayəndə məxsus olduğunu qəbul etsək belə, bu hal kredit müqaviləsinin subyektiv tərəfinin qüsurlu olması nəticəsinə gəlməyə əsas vermir.

60. Belə ki, Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur.

61. Məhkəmə kollegiyası hesab edir ki, borc verilmiş pul məbləğinin Nümayəndə məxsus olduğunu qəbul etsək, müəyyən olunur ki, kreditor (pul sahibi Nümayəndə) tələb hüququnu İddiaçı güzəşt etmiş, borclu bunu bilmiş, tələb hüququnun Vüqar Allverdiyevə keçməsinə etiraz etməmiş və tərəflər arasında mübahisələndirilən kredit müqaviləsi bağlanılmışdır.

62. Yuxarıda adı çəkilən Hökmun məzmunundan görünür ki, Cavabdeh ifadəsində göstərmişdir ki, «Abbasla əlaqə saxladıqda sonuncu bildirmişdir ki, öz işləri olduğu üçün Bakıya gələ bilmir, qardaşı İddiaçılə görüşüb notariusla bağlı məsələni həll etsin. Belə ki, İqbalın Dubaydakı biznesi ilə əlaqədar həmin pul Dubaya göndərilməli olmuşdur. O da buna etiraz etməyib 17 aprel 2021-ci il tarixdə Bakı şəhərinə gələrək saat 11-12 radələrində Binəqədi rayonu ərazisində yerləşən 11 saylı notariat ofisinə getmişdir».

63. Apellyatorun digər dəlili Cavabdeh tərəfindən kredit müqaviləsinin predmeti olan pul məbləğinin qəbul edilməməsi, real müqavilə olmaması ilə bağlıdır.

64. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan məsələnin qanuni həlli baxımından tərəflər arasında bağlanmış kredit müqavilələrinin real və ya mücərrəd müqavilə olması məsələsinə aydınlıq gətirilməsi böyük əhəmiyyət kəsb edir.

65. Mülki qanunvericiliyə görə real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir.

66. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

67. Müqavilə əsas etibarı ilə şəxslər arasında müəyyən bir hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Bu baxımdan demək olar ki, iki tərəfin müqavilə anlayışını əmələ gətirən meyar öhdəlikdir. Belə ki, əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə iki tərəfli müqavilə deyilir. Borc müqaviləsi iki tərəfli müqavilədir.

68. Borc müqaviləsi iki tərəfli müqavilə olmaqla müasir mülki hüquq sistemində olan yanaşmaya görə Borc alanın geri qaytarma öhdəliyinin yaranması üçün əvvəlcə borc verənin borc predmetini Borc alana verməsi lazımdır. Borc müqaviləsi bağlandığı andan yalnız Borc verən üçün öhdəlik yaranır. Qarşı tərəfin öhdəliyi müqavilənin bağlanması nəticəsində deyil, Borc verənin bu öhdəliyini yerinə yetirməsinin nəticəsi olaraq əmələ gəlir.

69. Oxşar hüquqi mövqeyə muasir Rusiya Federasiyasının hüquq sistemində də rast gəlmək olar. Belə ki, adıçəkilən mülki hüquq sistemində qeyd olunur ki, Borc (kredit) müqaviləsi onun bağlanması üçün əşyanın verilməsi (ötürülməsi) vacib olan real müqavilələr sırasına daxildir. Borc müqaviləsi adətən nağd pulun və ya əşyanın borcalanın, yaxud onun göstərdiyi şəxsin sahibliyinə qəbul olunması anından bağlanmış sayılır.

70. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırma zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi mübahisələndirilən müqavilə üzrə borc məbləğinin borcalana verilməsi, tərəflər arasında real kredit müqaviləsinin bağlanması və müqavilə öhdəliyinin yaranması öz təsdiqini tapır.

71. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Kredit müqaviləsində, mətndən kənar, Borc alan qrafasının aşağı hissəsində «pulu aldım», «borc müqaviləsi iradəmə uyğundur» qeydləri yazılmışdır. Həmin qeydlər cavabdeh tərəfindən məhkəmə araşdırmaları zamanı mübahisələndirilməmişdir.

72. Daha sonra qeyd olunmalıdır ki, məhkəmə sorğusu nəticəsində əldə edilmiş notariat işinin materiallarından, mədaxil qəbzindən görünür ki, iddia edilən məbləğ həmin kredit müqaviləsi üzrə borcalana verilməsi üçün notariusun depozit hesabına qoyulmuşdur.

73. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlmatdan görünür ki, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.

74. Göründüyü kimi yoxlanılan mübahisə üzrə borc məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülməklə kredit müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır.

75. Həmçinin qeyd olunmalıdır ki, adı çəkilən Hökmun məzmunundan görünür ki, Cavabdeh ifadəsində göstərmişdir ki, «Abbas bildirmişdir ki, onun yerinə 150000 (yüz əlli min) ABŞ dolları pul qoymağa razıdır, o da əvəzində zəmanət kimi nəyisə mülkiyyət versin. O da bu barədə fikirləşib şərik olmağa razılıq vermişdir…. Sənədləşmə aparıldıqdan sonra bank tərəfindən aparatla sayılaraq 150000 (yüz əlli min) ABŞ dollarının ekvivalentində 255000 (iki yüz əlli beş min) manat pul bank xidmətinin əməkdaşı tərəfindən ona verilmiş, eyni anda da o, həmin pulu yanında dayanan Abbasın qardaşı Vüqara vermişdir».

76. İşin mübahisələndirilən digər halı iddia edilən pul məbləğinin Cavabdeh və Nümayəndə şəriki iş birliyi ilə əlaqədar İqbal adlı şəxslə verilməsi ilə bağlıdır.

77. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh və Nümayəndə arasında hər hansı iş birliyinin olması, bu iş birliyi ilə əlaqədar Cavabdeh tərəfindən pul məbləğinin verilməsi araşdırılan iddia tələbinin əsassız olması, kredit müqaviləsinin etibarsız əqd olması nəticəsinə gəlməyə əsas vermir.

78. Tədqiq edilmiş sübutlardan da göründüyü kimi Cavabdeh cinayəti təqibi zamanı vermiş olduğu ifadəsidə göstərmişdir ki, «Abbas bildirmişdir ki, onun yerinə 150000 (yüz əlli min) ABŞ dolları pul qoymağa razıdır, o da əvəzində zəmanət kimi nəyisə mülkiyyət versin. O da bu barədə fikirləşib şərik olmağa razılıq verərək özünə məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən iki mərtəbəli evini zəmanət kimi girova verə biləcəyini bildirmişdir».

79. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları belə qeyd etməyə əsas verir ki, Cavabdeh şərikli iş birliyinə razılıq vermiş, sonuncunun pul vəsaiti olmadığı üçün Nümayəndə onun yerinə pul qoymağı təklif etmiş, başqa sözlə deyilsə borc pul verməyi təklif etmiş, Cavabdeh da bununla razılaşmış, nəticədə mübahisələndirilən kredit müqaviləsi bağlanılmış və həmin borc öhdəliyinin təminatı olaraq daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir.

80. Göstərilən halların məcmusu belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi real müqavilə olmaqla, borc pul məbləğinin cavabdehə verilməsi öz təsdiqini tapır.

81. Kollegiyanın qənatincə cavabdeh həmin pul məbləğini qəbul etdikdən sonra üzərində sərəncam hüququna malik olmaqla, iş birliyi ilə əlaqədar üçüncə şəxs verməsi halı tərəflər arasında borc münasibətlərinin yaranmasını istisna edən hal kimi qiymətləndirilə bilməz.

82. Şikayətin başqa bir dəlili iş üçün vacib əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xəttşnaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi və məhkəmə qətnaməsində həmin hala münasibət bildirilməməsi ilə bağlıdır.

83. Kollegiya araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət təqdim edərək məhkəmə-xəttşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.

84. İş üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədə ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli 4/426 nömrəli ekspert rəyi rəyi ilə aşağıda şərh olunanlar müəyyən edilmişdir:

85. Ekspertizaya təqdim edilmiş, 17 aprel 2021-ci il tarixli “İpoteka müqaviləsi”nin 3-cü vərəqində “İpoteka qoyan-borc alan” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.

86. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.

87. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, məhkəmə-xəttşünaslıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

88. Kollegiya həmçinin qeyd edir ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununa əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

89. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmiş, nə apellyasiya şikayətində, nə də apellyasiya icraatı zamanı ipoteka predmetinin ilkin satış qiyməti cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

90. Maraqlarına toxunan şəxs X7 apellyasiya şikayətinin dəlilləri isə mübahisə predmeti olan ipoteka müqaviləsindən məlumatsız olması, onun evi və torpaq sahəsini ipotekaya qoymaq niyyəti olmaması ilə bağlıdır.

91. Mülki iş materiallarından görünrü ki, AR-İİ 295053 saylı, xx.xx.2021-ci il tarixli etibarnamə ilə X3 Kamal Ənvər oğluna ipoteka müqaviləsinə dair əqdlər bağlamaq və s. dair səlahiyyətlər vermişdir.

92. xx.xx.2021-ci il tarixli X7 etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən verilmiş və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, X12 həyat yoldaşı Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin girov qoyulmasına razıdır.

93. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

94. İşin faktiki və mübahisəsiz hallarından göründüyü kimi mübahisələndirilən ipoteka müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır, həmin əqdin etibarsız hesab edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilmir. Eləcə də Nübar Həsənova tərəfindən notariat qaydada etibarnamə verilməklə onun adından sərəncam vermək və s. ilə bağlı səlahiyyətlər Cavabdeh etibar edilmişdir. Kollegiya qeyd edir ki, etibarnamə verən şəxs etibar edilən səlahiyyətlərin riskini daşıyır. Bu baxımdan verilmiş səlahiyyətlərə dair risk Maraqlı şəxs üzərində olmuşdur.

95. Kollegiya həmçinin qeyd edir ki, etibarnaməyə xitam verilməsinə dair Mülki Məcəllənin 365-cı maddəsində nəzərdə tutulmuş əsaslar da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

96. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi hissədə razılaşmır və mövqeyini aşağıda şərh olunanlarla əsaslandırır:

97. Qeyd olunmalıdrı ki, İpoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

98. Araşdırılan mübahisədən görünür ki, ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı olaraq bağlanılmış, iddiaçı əsas öhdəlik icra edilmədiyindən tələbin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.

99. Kollegiya qeyd edir ki, mülki iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək «bağlanmış müqavilələrə xitam verilməsini» xahiş etmişdir.

100. Kollegiya hesab etmişdir ki, müqavilələrə xitam verilməsi hissədə iddia tələbinin dəqiqləşməsinə zərurət vardır və bu baxımdan iddiaçı tərəflə qeyd olunan məsələ müzakirə edilmiş, iddiaçı tərəf ərizə təqdim edərək «müqavilələrə xitam verilməsi» tələbinin «kredit və ipoteka müqavilələrinə xitam verilməsi kimi» nəzərdə tutulmasını xahiş etmişdir.

101. Kollegiya qeyd edir ki, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyin təminatını aradan qaldırır. İpoteka müqaviləsinə xitam verilməsi iddianın tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsi ilə uzlaşmamaqla, həmin hissədə tələbin təmin edilməsini istisna etmiş olur. Bu baxımdan məhkəmə kollegiyası araşdırması zamanı iddiaçı tərəfin bununla bağlı fikirləri aydınlaşdırılmış, iddiaçının əsl niyyətinin əsas öhdəliyin təminat üsuluna xitam verilməsi ilə bağlı olmaması, ipoteka müqaviləsinə xitam vermək yolu ilə tələbin ipoteka predmetinə yönəldilməsini arzu etməsi ilə bağlı olduğu müəyyən edilmişdir.

102. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan hissədə əsl niyyətini və iradə ifadəsini aydınlaşdırmamış, tələbin ipoteka predmetinə yönəldilməsini qət etməklə yanaşı həm də ipoteka müqaviləsinə xitam verilməsini qət etmişdir ki, bu da maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir.

103. Kollegiya qanunvericiliyin göstərişlərini nəzərə alaraq hesab edir ki, həm ipoteka müqaviləsinə xitam verilməsi, həm də ipoteka predmetinə tələbin yönəldilməsi ilə bağlı tələblər bir-biri ilə uzlaşmadığından və qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə qətnaməsi «xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilsin» hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

104. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, tələb olunan borcun miqdarı hissədə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır.

105. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə təqdim edilən ərizənin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat pulun onun xeyrinə tutulmasnı xahiş edilmişdir.

106. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, « kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı xeyrinə 150.000 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutularaq ödənilməsi» qət edilmişdir.

107. İlkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə təqdim edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qət edilmiş 150.000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının ekvalentinə uyğun məzənnə ilə) məbləğində pul tutulması iddiaçının iradəsinə uyğundur. Həmin hissədə qətnamənin qanuniliyini mübahisələndirmir.

108. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 23 fevral 2023cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsi ilkin iddianın təmin edilən -xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, bu hissədə iddia rədd edilməli, məhkəmə qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

109. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı cinayət əlamətləri aşkar edilməmişdir. Odur ki, xüsusi qərardad çıxarılması barədə cavabdehin nümayəndəsinin xahişi təmin edilməməlidir.

110. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və maraqlarına toxunan şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsi qismən - ilkin iddianın təmin edilən xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” hissədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar