Məhkəmə qərarları › İş №2(105)-1612/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1612/2025

19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1612/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-824/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 70 yaşından, yəni 1998-ci ildən 2014-cü ilədək onun tərəfindən qulluq edilməsi faktının müəyyən olunması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir (hakim Elmir Hüseynov). Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, müddətin bərpası barədə vəsatətlə müraciət edərək, buraxılmış prosessual müddətinin üzrlü hesab edilməsi və qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, 25 fevral 2025-ci il tarixli qərardadı ilə Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd edilmişdir. Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, 25 fevral 2025-ci il tarixli qərardadından verdiyi şikayət Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı, 10 mart 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-613/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 saylı iş üzrə 25 fevral 2025-ci il tarixli və 10 mart 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi (vəkili Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-613/2025 nömrəli iş üzrə 02 aprel 2025-ci il tarixli qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-613/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-824/2024 nömrəli qərardadının ləğv edilməsi, Ərizəçi müddətin bərpası barədə ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-824/2024 nömrəli qərardadından Ərizəçi şikayətinin verilməsi müddətinin bərpa edilməsi, mülki işin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-824/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-1612/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 824/2024 nömrəli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş və işə yazılı icraat qaydasında baxılması Sumqayıt Apellyasiya Məhkəməsinin binasına xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-824/2024 nömrəli qərardadından verilmiş şikayətə baxılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-1612/2025 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-824/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılaraq münasibət bildirilməli olduğundan iş apellaysiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-1612/2025 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-824/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə baxılması üçün iş apellyasiya baxışından çıxarılsın və Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar