Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1617/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, Ərizəçi şəxsin himayədə qalma faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1621/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1621/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim Ə.Ələkbərov) Qətnamədən Ərizəçi apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1621/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı-29.11.1999-cu il təvvəllüdlü X1 onun himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla X4 arasındakı nikah 17.08.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 29.11.1999-cu ildə X5 adlı övladları olmuşdur. X8 nikahları pozulduqdan sonra, onun himayəsində qalmışdır. Halhazırda qızı həddi-büluğa çatdığından atasından aliment alınması dayandırılmışdır. X12 Azərbaycan X7 və İdman Akademiyasının "Məşq və fiziki hazırlıq“ fakültəsinin əyanı şöbəsinin üçüncü kurs tələbəsidir. Təhsil ödənişlidir. Hər il qızının təhsil haqqı üçün 2200 manat ödəməlidir. Maddi imkanı olmadığı üçün qızının təhsil haqqını ödəyə bilmir, 2-ci qrup əlildir, hər ay 232,29 manat pensiya alır. Himayəsində 2 nəfər vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli, 138 saylı Qərarına əsasən Azərbaycan Respublikasının təhsil müəssələrində normativ təhsil müddətində -ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən (ünvanlı sosial yardımı alanlar, hər iki valideyni (tək valideyn olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri bu kateqoriyaların hər hansı birinə aid olanlar, İ və İİ qrup əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları, yaşa görə sosial müavinat alanlar) ailələrin üzvü olan tələbələrin 2020ci ildə tədris semestrləri (yarım illikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu kateqoriyadan olan yardımdan istifadə edilməsi üçün onun ərizəsi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Ərizəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə üzrə qəbul edilmiş qətnamə əsassızdır. Qətnamə qəbul edilən zaman maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli faktiki hallar tam araşdırılmamışdır. Maddi imkansızlıq səbəbindən məcburiyyət qarşısında qalıb hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hesab etmişdir ki, AR Ali Məhkəməsinin Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndinə əsasən bu əzirə təmin edilə bilməz. Maddi imkansızlıq səbəbindən qızının təhsil haqqının ödənilməməsi onun təhsili yarımçıq qoyması, ali məktəbdən xaric olması ilə nəticələnəcəkdir. Beləliklə də qızının onun himayəsində olması hüquqi nəticə yaradır. Digər tərəfdən, mübahisəyə humanizm nöqteyinəzərindən yanaşmaq lazımdır. Təhsil haqqının ödənilməməsinin hüquqi nəticələri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, ərizənin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və ya onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İ-AZ 028978 saylı, 08.12.1999-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi birgə nikahlarından 29.11.1999-cu ildə X5 adlı övladları olmuşdur. Yenə iş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 152989 saylı şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında olan nikah 25 noyabr 2010cu ildə pozulmuşdur. Yenə də iş materiallarında olan 23.10.2020-ci il tarixli aktdan görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 10-cu mkr., 25 saylı evin 23 saylı mənzilində övladları X5 və X6 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş 056 saylı, 18.10.2020-ci il tarixli arayışdan görünür ki, X3 Azərbaycan X7 və İdman Akademiyasının "Məşq və fiziki hazırlıq“ fakültəsinin əyanı şöbəsinin üçüncü kurs tələbəsidir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1621/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi ilə X2b irgə nikahlarından 29.11.1999-cu il təvvəllüdlü X5 adlı övladları vardır. Nailə Əlizadə valideyinlərinin nikahları pozulduqdan sonra anasının himayəsində qalmışdır. Hal-hazırda Nailə Əlizadə yetkinlik yaşına çatdığından atasından aliment alınması dayandırılmışdır. Nailə Əlizadə Azərbaycan X7 və İdman Akademiyasının "Məşq və fiziki hazırlıq“ fakültəsinin əyanı şöbəsinin üçüncü kurs tələbəsidir. Təhsil ödənişli olduğundan və ərizəçinin maddi imkanı olmadığı üçün qızının təhsil haqqını ödəyə bilmir, bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 3-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman, məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik şəxsin öhdədə olma faktının müəyyən edilməsi dedikdə, digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olmasını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda isə, Ərizəçi özünün hər hansı şəxsin öhdəsində olması faktının deyil, övladının onun öhdəsində olması faktının müəyyən edilməsini tələb etdiyindən, onun bu ərizəsi təmin edilə bilməz və bu barədə işə baxan məhkəmə qanuni qərar qəbul etmişdir. Mübahisələndirilən qətnamə işin faktiki hallarına və qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1621/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1617/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1617/2021
18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver