Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1617/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və X36 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X35 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 (sonuncu məhkəmə iclasında iştirak etməmişdir) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X36 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)-1329/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-854/2010 nömrəli qətnaməsindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X4 payına düşən 1/2 hissəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 4/6-nə X6 mülkiyyət hüquqlarının tanınması, Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X4 payına düşən 1/2 hisssəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə Cavabdeh2 və Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0.84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X4 payına düşən 1/2 hisssəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə X2 mülkiyyət hüquqları tanınması, Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X4 payına düşən 1/2 hissəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 4/6-nə X6, Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0.84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X4 payına düşən 1/2 hisssəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə Cavabdeh2 və Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN- 539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X4 payına düşən 1/2 hisssəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınıb adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.
2. AZ-İ seriyalı 373933 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.
3. AZ-İİ seriyalı 461000 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
4. Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 099 №li arayışından görünür ki, X15 vəfat etdikdən sonra vərəsələri X11, İddiaçı, X16, X17, Cavabdeh2, X7 və X9r.
5. 01.06.2011-ci il tarixli vəsiyyətnamədən görünür ki, X15 ona ölən günədək ona məxsus olan ünvan 1i ünvanında mülkiyyətində olan iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evini, 0,23 ha həyətyanı torpaq sahəsindən və 0,84 ha pay torpaq sahəsindən ona düşən hissəni oğlu ünvan 1ində yaşayan İddiaçı vəsiyyət edir.
6. xx.xx.2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, X15 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 2i ünvanında yaşayan Cavabdeh2 vəsiyyət edir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və X36 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə mərhum X3nun adından tərtib edilmiş və X36 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 2V-1346 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və həmin kənddə yerləşən 0,84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi X3na və anası X8 məxsus olmuşdur. Valideynlərinin cəmi 6 övladı olmuşdur. X34 28 aprel 2009-cu il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlaklara sahiblənmək məqsədilə qardaşı Cavabdeh2 atası Canmirzə Həmzəyevə qarşı əsassız tələblər irəli sürmüş və nəticədə atası Canmirzə Həmzəyevlə qardaşı, iş üzrə Cavabdeh2 arasında mübahisə yaranmışdır. Atası Quba Rayon Məhkəməsində iddia qaldırararaq mərhum anasının miras əmlakları üzərində onun mülkiyyət hüqquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qardaşı Cavabdeh2 atasına qarşı qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək mərhum anasının miras əmlaklarına dair özlərinin mülkiyyət paylarının müəyyən edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsi həmin mübahisəyə baxmış və məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(027)-854/2010 saylı qətnaməsi ilə atası Canmirzə Həmzəyevin iddiası qismən, həmçinin qarşılıqlı iddia təmin edilməklə Torpağın mülkiyyətə verilməsinə dair JN406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa mülkiyyət hüququna dair JN-539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X4 payına düşən ½ hissəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 4/6-nə X5, həmin əmlakların ümumi hissəsinin 1/6 hissəsinə Cavabdeh2, 1/6 hissəsinə X2 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bununla da məhkəmə qətnaməsinə əsasən yuxarıda sadalanan əmlakların 4/6 hissəsi atası Canmirzə Həmzəyevə məxsus olmuşdur. İstər məhkəmə prosesləri zamanı, istərsə də, məhkəmədən sonra qardaşı Cavabdeh2 ilə X3nun münasibətləri gərgin vəziyyətdə olmuş, qardaşı Cavabdeh2 özünün başqa yaşayış evi və digər daşınmaz əmlakları olmasına baxmayaraq valideynlərinə məxsus əmlakların hamısına sahiblənmək istəmişdir. Bununla bağlı dəfələrlə onlar arasında gərgin mübahisələr olmuş, qardaşı Cavabdeh2 atasına qarşı əsassız tələblər irəli sürmüş, hətta atasına hədə-qorxu gəlib, onu ölümlə hədələmişdir. Qardaşı Cavabdeh2 atası ilə maraqlanmamış, ona qayğı göstərməmişdir. Atasının müalicə xərclərini İddiaçı və digər bacı-qardaşı çəkmişlər. Maddi ehtiyaclarının ödənilməsi xaricdə yaşayan qardaşları Mahir Həmzəyev və Elfan Həmzəyev tərəfindən göndərilən pul vəsaitləri hesabına həyata keçirilmişdir. Eyni zamanda, valideynlərinə məxsus fərdi yaşayış evi onların çəkdiyi xərclər hesabına təmir olunmuş, lakin qardaşı Cavabdeh2 həmin işlərin görülməsində heç bir şəkildə iştirak etməmişdir. X3 01 iyun 2011ci il tarixdə vəsiyyətnamə tərtib etməklə özünə məxsus olan həmin əmlakları ona, yəni İddiaçı vəsiyyət etmişdir. 02 noyabr 2024-cü il tarixdə atası Canmirzə Həmzəyev 93 yaşında vəfat etmişdir. Vəfat etməmişdən təxminən 1 il əvvəldən atası artıq yaddaşını itirməyə başlamış, onun daimi kənar qulluğa ehtiyacı olmuş, eyni zamanda onların nəzarətləri altında olmuşdur. Belə ki, atası artıq yaddaşını itirdiyindən bir neçə dəfə evi özbaşına tərk edib naməlum istiqamətə getmiş, haraya getmək istədiyini tam dərk edə bilməmişdir. Vəfatına təxminən 1 il qalmış o, kənar qulluq olmadan sərbəst qidalana, o cümlədən digər təbii ehtiyaclarını ödəmək iqtidarında olmamışdır. Atası vəfat etdikdən sonra o vəsiyyət üzrə vərəsəlik qaydasında atasına məxsus əmlakları öz adına rəsmiləşdirmək üçün X36 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin oradan bildirilmişdir ki, mərhum atası Canmirzə Həmzəyev xx.xx.2024-cü il tarixdə 2V-1346 reyestr nömrəli vəsiyyətnamə tərtib etmiş, ona görə də özünə məxsus əmlakları ona vəsiyyət etməsinə dair vəsiyyətnamə qüvvədən düşmüş hesab edildiyindən ona vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. O, 2024-cü ilin sentyabr ayının 23-də Naftalana müalicəyə getmiş, həmçinin bacısı Qızxanım Həmzəyevə həmin ərəfədə müalicəsi ilə əlaqdəar Milli Onkologiya Mərkəzində olmuşdur. Onların evdə olmamasından istifadə edən qardaşı Cavabdeh2 evdə tək qalan atası Canmirzə Həmzəyevə hədə-qorxu gələrək və digər təzyiqlər göstərərək onu öz maşını ilə X36 Xidmət Mərkəzinə aparmış və orada özünün soyadını bilmədiyi Raziyyə adlı baldızının və qayını arvadı Yaraşıq Xanbabayevanın şahidliyi ilə atası Canmirzə Həmzəyevin vəsiyyətnamə tərtib etməsinə nail olmuşdur. Yuxarıda qeyd etdiyi kimi mərhum atası Canmirzə Həmzəyev vəfat etməsinə 1 il qalmış artıq demək olar ki, yaddaşını itirmiş, özünü idarə etmək, hərəkətlərinin mənasını tam dərk etmək qabiliyyətini itirmişdir. Ona görə də, mərhum atası vəfat etməsinə iki aydan az müddət qalmış həmin vəsiyyətnaməni şüurlu şəkildə tərtib edə, ümumiyyətlə öz əmlakı barəsində sərəncam səlahiyyətli hər hansı əqd bağlaya bilməzdi. Buna baxmayaraq, X36 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu mərhum atasının fəaliyyət qabiliyyətini tam yoxlamadan onun adından vəsiyyətnamə tərtib edərək onu təsdiq etmişdir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 19-ci bəndinə əsasən Notarius tərəfindən Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Mərhum atası Canmirzə Həmzəyev 23 sentyabr 2024-cü il tarixdə yaşı və xəstəliyi ilə əlaqədar yaddaşını itirdiyindən, özünü sərbəst şəkildə idarə edə bilmədiyindən, öz hərəkətlərinin mənasını tam dərk etmədiyindən o, hər hansı məzmunda vəsiyyətnamə tərtib etmək vəziyyətində olmamışdır. Onun vəsiyyətnamə tərtib etmək vəziyyətində olmamasını, yəni öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə olmasını bütün qohumlar, qonşular, tanışlar, bacı-qardaşları təsdiq edirlər və hamı onun həmin vəziyyətdə olmasının şahidi olmuşlar. Qardaşı Cavabdeh2 isə onun bu vəziyyətindən sui-istifadə edərək mərhum atasını şəxsən özü idarə etdiyi avtomoibili ilə notariat ofisinə aparmaqla və özünün baldızı və qaynı arvadının şahidliyi ilə özünün xeyrinə saxta vəsiyyətnamənin tərtib edilməsinə nail olmuşdur.
9. Cavabdeh2 xx.xx.2025-ci il tarixli iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən hallar yalan və böhtan xarakterlidir. Atası ilə onun arasında həmişə mehriban ata-oğul münasibəti olmuşdur və iddiaçının mal-mülkə görə uydurduğu bu yalanlar ikrah hissi oyadır.
10. Məhkəmə iclasında iştirak etmiş İddiaçı oğlu izahatında Telmanın atasını Notariusa məcburi qaydada apardığını bildirmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçının dedikləri yalan və iftiradır. Asan Xidmət Mərkəzində görüntü vardır, atası vəsiyyətnamə verərkən öz ağlında olmuşdur. Elfan 1988-ci ildə ölkədən çıxmışdır. Mahir isə 51 ildir ki, Litvada yaşayır. Onun atası ilə heç bir mübahisəsi olmamışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdimişdir ki, sonuncu vəsiyyətnamədən xəbəri olmamışdır. Telmanı atasına baxmadığı üçün atası evdən çıxarmışdır, atasına ölənə kimi o baxmışdır.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdimişdir ki, Canmirzəyə ölənə kimi qızı Qızxanım baxmışdır, vəsiyyətnamədən xəbəri yoxdur.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında bildirdimişdir ki, iddiaçı həyat yoldaşının əmisi oğludur, Canmirzəyə Qızxanım baxmışdır, Elfanın ona pul göndərdiyini demişdir. Son vaxtlarda çox yaşlı olduğundan yaddaşını itirmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirdimişdir ki, Canmirzə onun qardaşıdır, qardaşının övladları ilə aralarında mübahisənin olmasını bilmir, Canmirzəyə Qızaxanım və Elmar baxmışdır. Telman da oğlu kimi ona baxmışdır.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında bildirdimişdir ki, Canmirzə qonşusu olub, özü tək qalırdı, ona Qızxanım və Telman baxmışdır, övladları ilə mübahisəsi olmasını bilmir.
17. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)-1329/2025 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia tələbi rədd edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbi üzrə hər hansı sübütlar təqdim edilməmişdir. Vəsiyyət edən şəxsin yaşının çox olması və buna bağlı olaraq fəaliyyət qabiliyyətli olmadığını iddia etməsi ilə bağlı məhkəmə hesab edir ki, vəsiyyət qoyanın yaşlı olması onun fəaliyyət qabiliyyətsiz sayılması və psixi durumunun dəyişməsi üçün özlüyündə yetərli əsas deyil. Təsadüfi deyil ki, belə bir hal qanunvericilikdə fəaliyyət qabiliyyətini məhdudlaşdıran və ya fəaliyyət qabiliyyətsiz edən hal kimi göstərilməmişdir. Hansı ki, qanunvericilik fəaliyyət qabiliyyətinin yaranmasını müəyyən yaş həddinə bağlayır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 28.1, 28.2, 28.8, 1133.1, 1133.2, 1166, 1167, 1220, 1225-ci, Azərbaycan Respublikası Notariat haqqında Qanununun 40, 47-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiada yalnız mərhum atasının 90 yaşının olması halına istinad etməmiş, bununla yanaşı qeyd etmişdir ki, atası özünü idarə etmək iqtidarında olmamış, hətta onun təbii ehtiyaclarını belə müstəqil şəkildə təmin etmək imkanı olmamışdır. Atasının yaşı ilə birlikdə xəstəliyi də onun kənar qulluğa ehtiyacı olmasını zəruri etmişdir. Vəsatəti əsasında məhkəməyə şahid qismində dəvət olunaraq dindirilən şahidlər X7, X12, X19 və X14 öz izahatlarında atası Canmirzə Həmzəyevin vəfat etməsinə 1 il qalmış artıq demək olar ki, yaddaşını itirdiyini, özünü idarə etmək və hərəkətlərinin mənasını tam dərk etmək qabiliyyətinin olamadığını, həmçinin Cavabdeh2lə normal münasibətinin olmadığını bildirmişlər. Bütün bunlar isə onu təsdiq edir ki, mərhum atasının ikinci dəfə vəsiyyətnamə tərtib etmək imkanı olmamış, özünü idarə etdiyi vaxtlarda isə belə bir niyyəti olmamışdır. Buna baxmayaraq işə baxan məhkəmə şahid izahatlarına heç bir əhəmiyyət verməmiş, hətta qətnamədə şahid ifadələrini təhrif etməklə iş üçün xüsusi əhəmiyyət kəsb edən geniş şahid izahatlarını iki-üç cümlə ilə qeyd etməklə kifayətlənmişdir. Beləliklə, mərhum atası Canmirzə Həmzəyev xx.xx.2024-cü il tarixdə yaşı və xəstəliyi ilə əlaqədar yaddaşını itirdiyindən, özünü sərbəst şəkildə idarə edə bilmədiyindən, öz hərəkətlərinin mənasını tam dərk etmədiyindən o, hər hansı məzmunda vəsiyyətnamə tərtib etmək vəziyyətində olmamışdır. Bu, isə qeyd edilən vəsiyyətnamənin etibarlı olmasını aradan qaldırır və belə olan halda həmin vəsiyyətnamə Mülki Məcəllənin 1225.3-cü maddəsinin, o cümlədən Mülki Məcəllənin əqdlərın etibarsızlığı ilə bağlı halları tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən etibarsız hesab olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X36 Xidmət Mərkəzində Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. (...) 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
27. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (...)
28. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
30. Maddə 1167. Vəsiyyət edə bilən şəxs Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
31. Maddə 1168. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
32. Maddə 1179. Notariat forması 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
33. Maddə 1180. Vəsiyyətnamənin notarius tərəfindən yazılması 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
34. Maddə 1182. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
35. Maddə 1184. Vəsiyyətin şahidləri Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.
36. Maddə 1220. Vəsiyyətnamənin dəyişdirilməsi imkanları 1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
37. Maddə 1225. Vəsiyyətnamənin etibarsızlığı 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
38. Maddə 1230. Vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edilməsi Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
40. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
41. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
44. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh2 X6 övladlarıdırlar. X15 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
48. İddiaçı tələbi X36 Xidmət Mərkəzində Notariat Ofisində vəfat etmiş X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-1346 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsidir.
49. Kollegiya apellyasiya şikayətinin vəsiyyət edən şəxsin yaşının çox olması, həmçinin xəstə olması və buna bağlı olaraq fəaliyyət qabiliyyətli olmadığını iddia etməsi ilə bağlı dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər nə şahid ifadələri, nə də ki, hər hansı sübutlarla təsdiqini tapmamışdır. Bu hal yalnız müvafiq sənədlərlə (ekspertiza rəyi, məhkəmə qərarı və s.) təsdiqlənə bilər ki, belə sübut məhkəməyə təqdim edilməmişdir.
50. Digər tərəfdən, xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh2 məxsus mobil telefon cihazında saxlanılan X6 ölməmişdən bir neçə ay əvvəlki videogörüntülərinə baxış keçirilmiş və şəxsin yaddaşını itirdiyi, özünü idarə etmək və hərəkətlərinin mənasını tam dərk etmək qabiliyyətinin olmaması müəyyən edilməmişdir.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının 57-ci bəndinə əsas vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
52. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-1346 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, qanunvericiliyin tələblərinə əsasən notarius özü vəsiyyət edənin şəxsiyyətini müəyyən edib, fəaliyyət qabiliyyətini yoxladıqdan sonra vəsiyyətnaməni təsdiq etmişdir. Bu barədə qeyd vəsiyyətnamənin özündə göstərilmişdir.
53. Kollegiya birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X36 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 23 sentyabr 2024-cü il tarixdə vəsiyyətnamə verilərkən qanun pozuntularına yol verilməmişdir.
54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığı üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən və iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(027)-1329/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)-1329/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.