Məhkəmə qərarları › İş №2(105)-162/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-162/2024

03.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-162/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və ”FERİD-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, vindikasiya iddiası, subyektiv hüquq ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X17 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə1, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və ”FERİD-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(060)- 1848/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2022-ci il tarixli, 02 №-li əmrin surətindən görünür ki, qanuni təmsilçi X13 tərəfindən nağd qaydada bazardan alınmış 6 ədəd elektriklə işləyən, 10x20 məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 manat təşkil edən toqquşan maşınlar İddiaçı2 MMC-nin balansına qəbul olunmuşdur. (Ünvan: Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Nəsimi parkı, 1-ci mikroraron, diş poliklinikası ilə üzbəüz)

2. xx.xx.2023-cü il tarixli, T-23/106-04 №li müqavilədən görünür ki, icraçı sifarişçiyə məxsus 1 ədəd attraksionun texniki pasportunun Azərbaycan Dövlət Dilində bərpa edilməsini, “Sifarişçi” isə göstəriləcək xidmətin dəyərini ödəməyi öhdəsinə götürür.

3. xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, fiziki şəxs Cavabdeh1 ilə Azərbaycan Respublikası FHN X7 Görülməsi və X12 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X5-Tədqiqat İnstitut arasında bağlanmış xx.xx.2023-cü il tarixli, T-23/106-04 nömrəli müqavilə üzrə Sifarişçi tərəfindən təqdim olunmuş materiallar, məlumatlar əsasında 1 ədəd attraksionun (inventar nömrəsi 001) pasportu Azərbaycan Respublikası Prezidentinin 506 nömrəli 18 iyun 2001-ci il tarixli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət dilində bərpa edilmişdir.

4. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Nəsimi adına Sumqayıt şəhər Mədəniyyət və İstirahət Parkı tərəfindən verilmiş 5-6-7-6/2- 13/2023 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Özsüt” restoranı yaxınlığında yerləşən “Avtodrom” toqquşan maşınlar attraksionu Cavabdeh2 tərəfindən işlədilmişdir.

5. xx.xx.2023-cü il tarixli, 01 №-li əmrdən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 MMC-yə direktor vəzifəsinə təyin olunmuşdur.

6. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, qurumun adı-İddiaçı2 MMC; Dövlət qeydiyyat № (VÖEN)-**********; qanuni təmsilçi (hazırki)- İddiaçı1; Çıxarışın verildiyi tarix və №-xx.xx.2023, **********412700.

7. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, qurumun adı -İddiaçı2 MMC; qeydiyyata alındığı tarix- xx.xx.2022; Dövlət qeydiyyat № (VÖEN)- **********; Təşkilati-hüquqi forması- Məhdud məsuliyyətli cəmiyyət; Maliyyə ili- 1 yanvar31 dekabr; Hüquqi ünvanı-AZ5003, ünvan 1lan edilmiş)-10.00 manat, Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki)-X13-100 %; Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki)- İddiaçı1-100%; qanuni təmsilçi (əvvəlki)-X13; Çıxarışın verildiyi tarix və №-xx.xx.2023, **********412700.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********555800 saylı müraciətin cavablandırılması haqqında məlumat məktubundan görünür ki, İddiaçı2 MMC (VÖEN:**********) xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2022- ci il tarixdə fəaliyyətini xx.xx.2023-cü il tarixədək dayandırmışdır. Bundan başqa, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 25, ev 2/5a, mənzil 1 olan İddiaçı2 MMC-nin ləğv olunması barədə heç bir məlumat aşkar edilməmişdir.

9. xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqı müqaviləsindən görünür ki, X13 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixində, qeydiyyat № (VÖEN)-**********, reyestr nömrəsi-**********945600, hüquqi ünvanıAZ5003, Sumqayıt şəhəri, məhəllə 25, ev 2/5A, mənzil 1, (VÖEN)-**********-İddiaçı2 MMC-də nizamnamə kapitalındakı payı- 1 pay, nizamnamə kapitalındakı faizi-100 % olan paydan 10 manat məbləği, 100 %-i İddiaçı1 mülkiyyətinə verir. Tərəflər həmin müəssisənin satıcıya məxsus olan payını 500 manat dəyərində qiymətləndirmişdir.

10. Məhkəmə kollegiyasının sübutların təmin edilməsinə dair qərardadı əsasında əldə edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Verdi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 mart 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı2 MMC tərəfindən təqdim edilmiş 2023-cü ilin əmlak vergisi bəyannaməsinə əsasən cəmiyyətin xx.xx.2024-cü il tarixə qalıq dəyəri 25.818,00 manat məbləğində maşın və avadanlıqlar mövcud olduğu, 2022-ci ilin əmlak vergisi bəyannaməsinə əsasən həmin maşın və avadanlıqların 2022-ci il ərizndə alındığı müəyyən edilmişdir. Qeyd edilən maşın və avadanlıqların əmlak balansına daxil edilməsi ilə bağlı hər hansı sənəd (elektron qaimə faktura, yük gömrük bəyannaməsi, alqı-satqı müqavilələri və sair) müəyyən edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı1 Cavabdeh1 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərər” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, Səməd Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yerləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30.000 (otuz min) manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunun cavabdehin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sumqayıt Şəhər birinci mikrorayon Səməd Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30.000 manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tairxan oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 geri qaytarılması və vurulmuş zərərə görə 10.000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərində birinci mikrorayon Səməd Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yeləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10 x 20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30.000 (otuz) min manat olan olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunu avtodrom İddiaçı1 qohumu olan Vüqar adlı şəxs ona bağışlamışdır ki, oradan gələn gəlirlə iddiaçının ailəsinə köməklik və dəstək olsun. Bu yaxınlarda həmin yeri işlətməyə köməklik edən qohumu tərəfindən iddiaçıya bildirilmişdir ki, Zaur adlı şəxs iddiaçının ailəsinə məxsus həmin yeri zəbt etmişdir. Bildirir ki, həmin əmlak İddiaçı2 MMC-nin balansındadır və iddiaçıya məxsusdur, həmin əmlaka görə iddiaçı tərəfindən vergi ödənilir. Bu hadisə ilə əlaqədar iddiaçı Cavabdeh1lə əlaqə saxlamışdır və onda Zaur adlı şəxsin onun adını hallandıraraq iddiaçıya məxsus MMC-nin balansında olan əmlakın sahibinin İlham olduğunu, nümayəndəsini hədələdiyini söyləmiş, cavabında o bildirmişdir ki, həmin yer guya onun bacısının qudası olan Zaur adlı şəxsə məxsusdur və həmin avtomobilləri də o, öz pulu ilə alıb, hansı ki, həmin avtomobilləri Vüqar öz pulu ilə alaraq həmin parkda fəaliyyət göstərmişdir. Bu mübahisə bir neçə müddət davam etdiyindən və iddiaçıya məxsus əmlakı həmin şəxslər qanunsuz olaraq işlətdiyindən iddiaçının nümayəndəsi olan və hal hazırda MMC-nin hüquqşünası Nümayəndə1 həmin ünvana gəlmiş və Zaur adlı şəxsdən MMC-yə məxsus əmlakları qanunsuz işlətdiklərini bildirərək həmin avtomobilləri ona təhvil verərək ərazini boşaltmalarını tələb etmişdir. Cavabdeh1 qohumu olan Zaur adlı şəxs isə tələbi icra etmək əvəzinə Nümayəndə1 təhqir edərək hədələməyə başlamışdır. Bu səbəbdən də əraziyə dəvət edilən polis əməkdaşları Nümayəndə1 izahatını almağa başlayanda Cavabdeh1 də həmin yerə gəlmiş və polis əməkdaşları ona bu hadisə ilə bağlı sual verəndə Cavabdeh1 etiraf etmişdir ki, həmin avtomobillər həqiqətən də Vüqarın vəsaiti hesabına alınıb. Göründüyü kimi cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalıdır.

14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1848/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı2 MMC-nin mülki iş üzrə iddiaçı qismində, Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi qərara alınmışdır.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X15 bildirdi ki, 2019-cu ildə şəriki Nadirlə iş qurmaq istəmişdir. Nadir uzun illər attraksion işlətmişdir və həmin işdən anlayışı vardır. Öncə attraksionu doğulduğu Balakən şəhərində qurmaq istəsələrdə, yolun uzaq olmasına və gəlirin o qədərdə olmayacağını nəzərə alaraq attraksionu Sumqayıt şəhərində qurmaq qənaətinə gəlmişlər. Bununla əlaqədar Nadirin tanışı olan Cavabdeh2 müraciət etmişlər, belə ki, Zaur Sumqayıt şəhərində Nəsimi parkında müəyyən attraksionlar işlətmişdir. Zaurla belə razılığa gəlmişlər ki, hər mövsüm 4000 manat müqabilində Zaurun köhnə attraksionun yerində təzə avtodrom qurub işlədəcəklər. Bunun müqabilində Zaurun köhnə attraksionunun əvəzinə Zaura 3000 manat verərək həmin attraksionun söküb yerində türkiyəli mütəxəssisin köməyi ilə yeni avtodrom inşa edərək 6 ədəd elektriklə işləyən avtomobili, Sədərək bazarından alıb avtodroma gətirib işlətməyə başlamışlar. Avtodromun işləməsi ilə sırf Nadir məşğul olmuşdur. 2022-ci il mövsümündə Zaur icarə haqqı kimi onlardan 10000 manat tələb etdikdə bununla razılaşmamışlar və aralarında zidiyyətlər başlamışdır. Bundan sonra Zaur ümumiyyətlə onları avtodromdan kənarlaşdırmış və özü işlətməyə başlamışdır. Zaurla yaranmış mübahisə zamanı Zaur ümumiyyətlə onlara avtodromu qaytarmayacağını demiş, bunu da onunla izah etmişdir ki, artıq onlar, yəni Vüqar və Nadir sərf etdikləri vəsaiti artıqlaması ilə qazanıblar. Zaurla müəyyən danışıqlar apardıqda Zaur onlara bildirmişdir ki, ümumiyyətlə onunla danışmaq yox, Cavabdeh1lə danışılmalıdır, ona görə ki ərazidə olan attraksionlar və yer ona məxsusdur. Bundan sonra Cavabdeh1lə danışmış, sonuncu avtodromu halallaşaraq onlara verilməsini istəmiş, müqabilində isə 7000 manat pul təklif etmişdir. Onlar Cavabdeh1 bu tələbini qəbul etməmişlər, ona görə ki avtodromun dəyəri təklif edilən məbləğdən bir neçə dəfə artıq olmuşdur. Avtordromu işlətdikləri zaman bir neçə şəhid ailəsinə, o cümlədəndə İddiaçı1 maddi yardımçı olmuşlar. Onlara məxsus əmlakın cavabdehlər tərəfindən ələ keçiriləcəyini başa düşərək, Nadir ”FERİD-L” MMC adlı şirkət təsis edərək onun razılığı ilə avtodromdakı əmlakları həmin MMC-nin balansına keçirmiş, sonra isə MMC-ni simvolik qiymətə İddiaçı1 satmışlar.

16. Bundan başqa, qeyd etmişdir ki, attraksionu 2021-ci ilin avqust ayının 17-də işlətməyə başlamış, 2022-ci ildə də işlətmişlər. Əmlakı bazardan almışdır, platformanı isə Haşim adlı türkiyə vətəndaşı quraşdırmışdır. Avtomobilləri Sədərək bazarından Tahir adlı şəxsdən 2019- cu ilin avqust ayının 15-də almışdır. Qurğu tikəndə tikilən qurğunun yerində hündürlüyü 1 metr olan reşotka və şveller olmuşdur Zaur onu Vüqarla Nadirə satmışdır. Vüqar 6 ədəd avtomobil üçün Tahirə 20000, sonradan əlavə 1900 manat vermişdir. Avtomobillərə 21900 manat, qurğuya 23000-24000 manat xərc çəkilmişdir. Ümumilikdə 44000 manat xərc çəkilmişdir. Nadir on minə yaxın vəsait, Vüqar otuz dörd min vəsait qoymuşdur. Əmlakı Məryəm xanıma satanda Nadir Vüqardan icazə almışdır. Nadir Vüqardan icazəni 2022-ci ilin dekabr ayı – 2023-cü ilin yanvar ayında almışdır. Nadir Məryəm xanıma şirkəti balansı ilə birlikdə notarial qaydada satmışdır. Şirkət Nadirin adına olmuş, əmlak şirkətin adında olmuşdur. Vüqar şirkətdə təsisçi olmamış, Nadirlə şərikliyi isə sözdə olmuşdur. Nadir şirkəti keçən il təsis etmişdir, Vüqar Nadirə inandığı üçün təsisçi olmamışdır. Nadir 2022-ci ilin yay aylarında əmlakı şirkətin adına keçirmişdir. Mübahisəli əmlaklar MMC-nin əmlakıdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilən X13 şahid X8 ifadəsinə uyğun ifadə vermişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, Cavabdeh2 tanıyır. Özü (Axundov Əlövsət) 2016-2017-ci ildən attraksionlarda gözətçi işləyir. Nadir Əliyevi attraksionun işçisi kimi tanıyır, Nadir Əliyev Cavabdeh2 işçisi olmuşdur, neçənci ildən işçisi olduğunu bilmir. Vüqar Şabanovu isə tanımır. Əliyev Nadirin nə işlə məşğul olduğunu bilmir. Hər gecə 11-in yarısı, yay aylarında isə 12-nin yarısı gəlib növbəni Cavabdeh2 təhvil almış, səhərə kimi növbədə qalmışdır. Gözətçi kimi işlədiyi yer Səməd Vurğun küçəsi, Göyərçin tərəfdə yerləşir. Cavabdeh2 avtodrom, yelləncək işlətmişdir. Gözətçi kimi işləməyə gələndə avtodrom orada mövcud olmuşdur. Avtodromda neçə avtomobil olduğunu xatırlamır. Avtodromun xüsusi ərazisi var, həmin ərazidə tək gözətçi özüdür. Fotoşəkildəki avtodrom indiki avtodromdur. Avtodromun əvvəllər döşəmə örtüyü olmamış, avtodroma örtüyü nə vaxt vurduqlarını bilmir. Fotoşəkildəki oğlan Cavabdeh2 oğlu Orxan, fotoşəkildəki yer isə həmin yerdir. Bundan başqa ona verilən suallara cavab verərək bildirdi ki, avtodromu indiki vəziyyətə Cavabdeh2 gətirmişdir. Avtodromda usta işləyəndə görmüşdür. 2016-2017-ci illərdə həmin ərazidə gözətçi kimi işləməyə gəldikdə sözü gedən ərazidə avtodromun olub-olmadığını xatırlamır. Lakin uzun müddətdir ki, orada avtodrom var, avtodroma avtomobillərin nə vaxt gətirildiyini xatırlamır. Avtodromun üstünü bağlayıb getdikləri üçün avtomobilləri görmür, amma təxmini avtodromda 6 avtomobil olduğu qənaətindədir. Cavabdeh2 avtodromu təmir etdirərkən orada olan ustanın adı Nərimandır, əslən Şəkilidir. Həmin usta şifer ustasıdır. Ustanın təmir işlərini 3-4 il qabaq edib-etmədiyini dəqiq bilmir. Başqa usta görməmişdir, orada türk milliyyətdən usta görməmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, qaynaqçıdır, elektrik ustasıdır. Cavabdeh2 tanıyır. Təxmini 2014- 2015-ci ildən usta kimi işləyir. Cavabdeh2 ona qaynaq işləri görmək lazım olduğunu bildirmiş, usta kimi bulvara gəlmişdir. Orada olan avtodrom dəmirdən olmuşdur, ölçüsü isə təxmini 20x10 olar. Bütün qaynaq işlərini 2018-ci ildə görmüş, amma 2014-cü ildən də bəzi işləri görmək lazım olanda ora gəlib-getmişdir. Avtodromu sıfırdan 2018-2019-cu ildən 1500 manata yığmışdır. Ondan başqa, 1 fəhlə də işləmişdir. Usta kimi gələndə avtodrom olmuş, lakin avtodrom köhnə vəziyyətdə və üstü də açıq olmuşdur. Avtodromun üstünə şifer vurmuş, reşotka çəkmiş, qarışıq rənglə boyamışdır. Usta kimi avtodromu təmir etmək üçün getdikdə avtodromun döşəməsi dəmirdən olmuşdur. Avtodromun döşəməsini dəmirdən özü hazırlamamışdır, qeyd edir ki, bunu bacarmır. Usta kimi çalışdığı zaman əmək haqqını Cavabdeh2 vermişdir. Əlavə işlər görülən zaman da onu Cavabdeh2 dəvət etmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək bildirdi ki, Cavabdeh2 də Cavabdeh1 tanıyır. Cavabdeh2 karusellərinin yanında popkorn satır. 26 ildir ki, parkda işləyir, 2016-cı ildə Cavabdeh2 karusellərinin yanında işləməyə gəlmişdir və gələndə avtodrom olmuş, avtrodromda 6 ədəd avtomobil mövcud olmuşdur. Avtodromu Cavabdeh2 və onun oğlu Allahverdiyev Orxan işlətmişdir. Avtodromu bu günə kimi Cavabdeh2 işlədir. Əliyev Nadiri Cavabdeh2 yanında görmüşdür, Əliyev Nadirin təxmini 55-60 yaşı olar, Vüqar Şabanovu isə görməmişdir. Atraskionda yenilənmə olmuşdur. Attraksionda yenilənmə işlərinin aparılmasında Cavabdeh2, bir də Nəriman ustanı görmüşdür. Attraksion əvvəl müasir standartlara uyğun olmamış, sonradan təmir olunaraq müasirləşdirilmişdir. Nəriman usta qaynaq işləri görmüş, döşəmə və şifer vurmuşdur. İşi olmayan vaxtlarda da fəhlə kimi kömək edtmiş və gördüyü işin pulunu almışdır. Əvvəl avtodromun döşəməsi daşdan, yəni park yerinin daşından ibarət olmuşdur. Avtodromda olan avtomobillər akkumulyatorla işləmişdir. Avtodromun döşəməsinə dəmirin nə vaxt vurulduğunu bilmir, təxmini 3-4 il olar deyə zənn edir. Dəmir döşəməni Nəriman usta vurmuşdur. Belə xatırlayır ki, deyəsən, avtrodromun üstü əvvəl açıq olmuş, sonra Nəriman usta avtodroma şifer vurmuşdur. Cavabdeh2 avtomobilləri kimdən aldığını bilmir.

21. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, Cavabdeh2 onun atasıdır. 2014-2015-ci ildən bəri sözügedən ərazidə olan bütün attraksionların hamısını atası işlətmiş, özü də onun yanında olmuşdur. Attraksionu atası ilə özü quraşdırmışdır. 2018-ci ildə isə köhnə olduğundan avtodromu müasirləşdirmiş, döşəməsini, şiferi təzələmişlər. Hazırda avtodromda 6 ədəd avtomobil mövcuddur. Əvvəlki avtomobilləri bağda saxlayırlar. Əvvəlki avtomobillər akkumulyatorla işləmiş, standartlara cavab verməmişdir. Atası, dostu Tahir Çindən ehtiyyat hissələri gətirdiyindən, xahiş etmişdir ki, ona avtomobillər üçün ehtiyat hissələri gətirsin. Avtomobillərin ehtiyat hissələrinin neçəyə alındığını dəqiq bilmir, amma həmin ehtiyat hissələri parkda gözünün qabağında yığılmışdır. Hər gün həmin attraksionda olur. Əliyev Nadir pandemiya dövründə gəlmiş və işçi kimi attraksionda işləmiş, avtodroma nəzarət etmişdir. Əliyev Nadirdən başqa, özü də avtodroma nəzarət etmişdir. Avtodromun ödənişini yığmış, avtodromu özü yandırıb-söndürmüşdür. Nadir Əliyev tekniki cəhətdən kömək etmişdir. Əliyev Nadir atasının tanışı olmuş, ona ayda təxmini 500 manat pul vermişlər. Atası ilə Əliyev Nadirin heç bir ziddiyəti olmamış, sonradan 2023-cü ilin qış aylarında Əliyev Nadir pul oğurladığına görə ziddiyyət yaranmışdır. Özünün (Orxan Allahverdiyevin) başqa işləri olanda Əliyev Nadir də avtodromun ödənişini yığmışdır. Avtodrom hava yaxşı olanda işləyir. Aralarında mübahisə yaranandan sonra Əliyev Nadir işə gəlməmişdir, sonra məlum olmuşdur ki, məhkəməyə müraciət olunmuşdur. Vüqar Şabanovu tanımır, Əliyev Nadir işləyən dövdrə Vüqar Şabanov onun yanına dostu kimi gəlib-getmişdir. X24 Nadirə işçi kimi kömək etməmişdir. Cavabdeh1lə qohumluq münasibətləri var, Cavabdeh1 onun arvadının əmisidir. Cavabdeh1 hazırkı attraksiona sahibkar kimi aidiyyəti vardır. 2015-ci ildə attraksion işlətməyə başlayanda Cavabdeh1 öz şəxsi vəsaiti ilə maddi cəhətdən kömək etmiş, avtodroma və avtomobillərin alınmasına vəsait qoymuşdur. Cavabdeh1 də attraksionun işlədilməsindən gəlir əldə edir. Cavabdeh1 və atasından başqa attraksiondan gəlir əldə edən yoxdur. Bundan əlavə ona verilən suallara cavab verərək bildirdi ki, Fotoşəkillərdən biri 2019-cu ildə çəkilmişdir, digəri isə köhnədir, 2018-ci ildə çəkilmişdir. Fotoşəkildəki özüdür, fotoşəkil attraksionda mallar yığılanda çəkilmişdir. Fotoşəkildəki üstü bağlı olan hazırkı attraksiondur. Tikinti materiallarının bir hissəsini Daş bazarından, bir hissəsini Dərnəgüldən almışlar. Tikinti materialları harada ucuz satılırsa, oradan almışlar. Attraksionun işlədilməsində, quraşdırılmasında atası iştirak edib, özü də atasına kömək etmişdir. Köhnə ilə yeni avtomobillər arasında fərq bundan ibarətdir ki, köhnə avtomobillər akkumulyatorla işləmiş, yeni avtomobillər isə elektriklə işləyir. Köhnə avtomobillər bağdadır, işlək vəziyyətdə deyil. Köhnə avtomobillərin elə ehtiyat hissələri var ki, onları yeni avtomobillərə də quraşdırmaq olar, məsələn, təkərləri əvəzləşdirmək olar. Köhnə ilə yeni avtomobillərin ölçüsü təxmini eyni olar. Ehtiyat hissələri almış və avtomobilləri həmin ehtiyat hissələrindən yığmışlar.

22. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1848/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhəri, birinci mikrorayon, Səməd Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü ümumi dəyəri 30.000 manat olan) İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionu Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı2 MMC-yə geri qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq İddiaçı2 MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 64.1, 64.3, 87.1, 89, 90, 152.1, 157.2, 157.4, 1096-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1848/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri:

25. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə AR Konstitusiyasının 13 və 29-cu maddələrinə, AR Mülki Məcəlləsinin 152, 157, 159-cu maddələrinə və İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının 1 saylı Protokolunun tələblərinə zidd olaraq qəbul edilmiş qətnamədir. Qətnamədə iddiaçının iddia etdiyi əmlakların Cavabdeh2 alınması və iddiacıya qaytarılması qeyd olunsa da, Cavabdeh2 istifadəsində olan əmlakların faktiki sahibi Cavabdeh1 olduğu üçün qətnamə onun maraqlarını pozur və əmlakdan məhrum olmasına xidmət edir, belə ki, o 2019-cu ildə həmin atraksionun yenilənməsi zamanı digər Cavabdeh2 pul vəsaiti vermiş və sonradan da obyektə avadanlıq və materialların alınması onun vəsaiti ilə olmuş və atraksion hazırda da (artıq 8-ci ildir) cavabdehlərin istifadəsində və sahibliyindədir, belə ki, atraksionun 2016cı ildə hazır vəziyyətə gətirilməsi və istifadəsi Cavabdeh2 bankdan götürdüyü vəsait hesabına olsa da ,2019-cu ildən sonra bütün yeniləmə və elektrikli avadanlıqların alınması xərcləri Cavabdeh1 tərəfindən qarşılanmış və bu səbəbdən də hazırki qətnamə Cavabdeh1 də hüquqlarını pozduğu və sahiblik hüququ ilə ona məxsus olan əmlakdan məhrum olunmasına xidmət etdiyi üçün apellyasiya şikayəti vermişdir. İşə baxan məhkəmə İddiaçı1 hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığını araşdırmadan və iddia olunan əmlakla bağlı hər hansı bir sübut təqdim edilmədən iddianı icraata qəbul etmişdir. İşdə olan sənədlərdən göründüyü kimi "xxxx" MMC 2022-ci ilin avqust ayında təsis olunur, İddiaçı1 isə 2023-cü ilin fevralında bu müəssisəyə direktor təyin olunur, lakin iddia olunan atraksion 2016-cı ildən fəaliyyət göstərməklə orada yeniləmə işləri 2018- 2019-cu illərdə Cavabdeh1 şəxsi vəsaiti hesabına aparılmışdır. Lakin bu əmlakın illər öncə mövcud olmasına baxmayaraq, 2022-ci ildə təsis edilmiş bir müəssisənin və 2023-cü ilin fevralında həmin müəssisəyə direktor təyin olunmuş 1 şəxsin bu atraksionun geri qaytarılması barədə iddia qaldırması iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olması qənaətinə gəlməyə əsas verir. Məhkəməyə cavabdehlərin istifadəsində olan atraksion ilə bağlı təqdim edilən sübutlarla bu faktlar təsdiq olunmuş və bundan başqa məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadələri ilə də bu atraksionun 2016cı ildən Cavabdeh2 tərəfindən inşa edilməsi və istifadə olunması, həmin atraksionun quraşdırıldığı Park rəhbərliyi tərəfindən verilmiş rəsmi arayışla da təsdiq olunmuşdur, həmin arayışda parka yeni müdirin 2019-cu ildən təyin olunması səbəbindən o yalnız həmin vaxtdan hazırkı vaxta kimi atraksionun Cavabdeh2 tərəfindən idarə edildiyini arayışda qeyd etmişdir. Bu faktı iddiaçı tərəf də etiraf etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iş məhkəmədə olan vaxt dəfələrlə həmin park rəhbərliyinə müraciət edərək guya atraksionun 2019-cu ildən N.Əliyevin istifadəsində olması barədə arayış vermələrini tələb etmiş, lakin həmin arayışın onlara verilməməsi səbəbindən belə bir həqiqətə uyğun olmayan versiya ilə çıxış etmişdir ki, guya bu yeri Cavabdeh2 N.Əliyevə icarəyə vermiş və ondan icarə haqqı almışdır və son vaxtlar icarə haqqının artırılması səbəbindən aralarında narazılıq yaranmışdır, əvvəla belə bir hal baş verməmişdir, iddiaçı bu faktı təsdiqləyən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilən atraksionu 2016-cı ildən bəri Cavabdeh2 işlətmişdir, digər tərəfdən həmin ərazi dövlətin mülkiyyətində olduğu halda Cavabdeh2 oranı necə icarəyə verə bilərdi, bundan başqa bu atraksion doğrudan da N.Əliyevin olmuşsa, müəyyən bir vəsait ödəməklə almışsa, onda nə üçün o Cavabdeh2 icarə haqqı ödəməli idi? Bütün bu suallar artıq məsələnin əsl mahiyyətindən xəbər verir və iddiaçının irəli sürdüyü versiyanın həqiqətə və reallığa uyğun olmadığını bir daha təsdiqləyir. Həmin atraksionun Cavabdeh2 tərəfindən tikilməsi və 2016-cı ildən onun istifadəsində olması həmin atraksionda ilk dövrlərdə mexaniki toqquşan maşınlardan istifadə edilməsi və sonradan yeni standartlara uyğun maşınlarla əvəzləşdirilməsi işin mübahisə olunmayan halıdır, bunu iddiaçının nümayəndəsi də onlar tərəfindən təqdim edilmiş və müxtəlif illəri ehtiva edən fotoşəkillərdən sonra etiraf etmişdir (həmin fotolar iş materiallarına əlavə edilmişdir). Atraksionun tikilməsi və quraşdırılması məqsədi ilə Cavabdeh2 2014-cü ilin dekabr ayında bankdan 20000 ABŞ dolları məbləğində kredit götürmüş və bu vəsaitlər hesabına quraşdırma və maşınların alınmasını həyata keçirmiş, 2016-cı ildən atraksion fəaliyyətə başlamışdır. Hətta müvafiq dövlət qeydiyyatının aparılmaması ilə bağlı Cavabdeh2 barəsində AR FHN tərəfindən protokollar tərtib olunmuş, 2 ədəd protokolların surəti digər sənədlərlə birlikdə məhkəməyə təqdim edilmişdir. 2018-ci ilin axırları və 2019-cu ilin əvvəllərində həmin atraksionun yeni üslubda qurulması və mexaniki toqquşan maşınların elektriklə işləyən maşınlarla əvəzləşdirilməsi məqsədi ilə Cavabdeh2 yaxın qohumu digər Cavabdeh1 müraciət etmiş və onun maddi dəstəyi ilə yenilənmə işləri aparılmış və həmin vəsaitlər hesabına bu atraksiona yeni maşınlar alınmışdır. Bu işlər əvvəlki atraksion sökülmədən, onun üzərində işləməklə və bəzi əlavələr edilməklə aparılmış, atraksion elektriklə işləməli olan toqquşan maşınların hərəkəti üçün normal bir vəziyyətə gətirilərək istifadəyə verilmişdir. Qeyd edilən atraksion hər hansı bir MMC-nin balansında yaradılmamış, bu atrakson yarandıqdan təxminən 6 il sonra MMC təsis edilmişdir və hazırkı iddia tələbi üzrə iddiaçıların bu atraksiona hər hansı aidiyyəti və bağlılığı yoxdur. Bu əmlakın 2015-ci ildən quraşdırılmasına başlayan və daimi, fasiləsiz olaraq istifadə edən, 2019-cu ildə isə Cavabdeh1 maddi dəstəyi sayəsində həmin atraksionda maşınları yeniləyən və bu məqsədlər üçün pərakəndə satış obyektlərindən mal-avadanlıqlar alaraq bu işləri təşkil edən nə Cavabdeh2, nə də Cavabdeh1 həmin maşınların və atraksionun hər hansı bir MMC-nin balansına verilməsinə razılıq verməmiş və bu əmlaklar hər hansı bir şirkətin balansında da deyildir. Lakin işdən də göründüyü kimi bir müddət həmin obyektdə işləmiş və Cavabdeh2 ilə aralarında yaranmış narazılıq səbəbindən həmin obyektdən getmiş N.Əliyev adlı şəxs (hazırkı işdə iddiaçı tərəfdən qeyri-prosessual şəkildə məhkəmə dindirməsinə şahid qismində cəlb edilmiş, əslində bu iddia tələbinin verilməsinin təşkilatçısı) nizamnamə kapitalı 10 manat olan İddiaçı2 MMC şirkətini 2022-ci ilin avqust ayında təsis edir və özünü həmin şirkətə direktor təyin edir və akt tərtib edərək qeyd edilən ünvanda Cavabdeh2 istifadəsində olan atraksionu guya balansa daxil edir, sonra da MMC-nin balansına daxil edilməsi görünüşünü yaradaraq 6 ay sonra öz hesablaması əsasında müəssisənin balansında 30000 manat dəyərində əmlakın olması barədə illik bəyannaməni Sumqayıt şəhər 2 saylı ərazi Vergilər İdarəsinə təqdim edir. Əsassız iddia tələbini təmin edən məhkəmə belə bir nəticəyə gəlmişdir ki, Nadir Əliyev İddiaçı2 yaratmış və tək təsisçi olaraq Vüqarla Nadirin ümumi əmlakı sayılan avtomobilləri yaratdığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsi barədə qərar qəbul edir (halbuki iş materiallarına imzası və möhürü olmayan bir nəfər tərəfindən imzalan akt adlandırılan və məhkəmənin də “mötəbər sübut” kimi istinad etdiyi bir sənəd əlavə olunmuşdur.). Bundan sonra Nadir Əliyev yaratdığı şirkəti əvvəlcədən tanıdığı, attraksionda işləyərkən əldə edilmiş qazancdan ailələrinə mütəmadi yardım göstərdiyini bildirdiyi İddiaçı1 simvolik qiymətə satmaq barədə razılığa gəlmiş və işdə olan təsis payının alqı-satqı müqaviləsindən də görünüyü kimi mübahisəli əmlak İddiaçı1 500 manat dəyərində satılmışdır. Sonradan həmin daşınar əmlakın İddiaçı2 balansında qeydiyyata alınması ilə bağlı 2 saylı ərazi Vergilər Baş İdarəsinə müraciət edilmişdir. 2 saylı ərazi Vergilər Baş İdarəsi belə bir prosedurun nəzərdə tutulmadığını, Maliyyə Nazirliyinə müraciət edilməli olduğunu bildirmişdir. Bundan sonra Maliyyə Nazirliyində də belə bir prosedurun nəzərdə tutulmadığı məlum olmuşdur. Yəni, tək təsisçi kimi Nadir Əliyevin tərtib etdiyi akt həmin əmlakın MMC-nin balansında qeydiyyata alınması üçün kifayət hesab olunmuş və mübahisəli əmlak İddiaçı2 MMC-nin əmlakı olduğundan həmin əmlak MMC tərəfindən tələb edilsə də əmlakı Cavabdeh2 geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda, Cavabdeh2 əmlak mübahisəsini onunla deyil, Cavabdeh1 ilə həll edilməsini təklif etmiş, bundan sonra Vüqar Şabanov və Nadir Əliyev yenə də mübahisənin məhkəmədən kənar qaydada həllini tapa bilməsi üçün Cavabdeh1lə telefon vasitəsilə əlaqə saxlayırlar. Cavabdeh1 özü də etiraf etdiyi kimi telefon danışığında Vüqar və Nadirə 4000 manat verəcəyini, daha sonra 3000 manat verəcəyini bildirərək, halallaşmalarını, mübahisənin məhkəmədən kənar həllini tapmasını təklif etmişdir. Məhkəmə bununla belə hesab etmişdir ki, cavabdeh tərəf ilk öncə Nadir Əliyevin attraksionda işçi kimi çalışdığını, ona 500 manat əmək haqqı verdiyini söyləmiş, lakin nə kimi işlə məşğul olduğunu bildirmir. Həmçinin qeyd edir ki, Nadir Əliyevin attraskionun gəlirindən əldə edilən vəsaiti mənimsədiyindən Nadiri işdən kənarlaşdırmışdır. Buna görə də Nadir Əliyev bu oyunu qurmuş və onları İddiaçı1lə üz-üzə qoymuşdur. Məhkəmə bu hissədə Cavabdeh1 izahatına tənqidi yanaşır. Ona görə ki, Nadir 500 manat əmək haqqına işləyirdisə və Zaur onu təqsirinə görə işdən kənarlaşdırmışdırsa, Cavabdeh1 hansı səbəbdən Vüqar Şabanov və Nadir Əliyevə 7000 manat təklif etmişdir ki, onlar bu mübahisədən əl çəksinlər? Qeyd edilən sualada da cavabdeh tərəf ağlabatan cavab verə bilmir. Buna görə də məhkəmə hesab edir ki, mübahisəli əmlakın sahibi 2019-cu ildən bəri Vüqar Şabanov və Əliyev Nadir olmuşdur. Əliyev Nadir də digərinin, yəni Vüqar Şabanovun şifahi razılığı əsasında onlara məxsus ümumi əmlakı MMC yaradaraq, həmin İddiaçı2 MMC-nin balansına vermişdir. İddiaçı2 MMC sonradan İddiaçı1 satılmışdır. Məhkəmə hesab edir ki, mübahisəli əmlak balansında olduğu İddiaçı2 MMC-nə məxsusdur. İddiaçı1 qanuni təmsilçi və direktor kimi İddiaçı2 MMC-ni təmsil edir. Lakin əmlak İddiaçı2 MMC-yə məxsus olduğu üçün İddiaçı1 cavabdehlərə qarşı iddia hüququ yaranmır. İddia hüququ yalnız İddiaçı2 MMC-yə məxsusdur. Məhkəmənin sübutlara bu qaydada yanaşması və bütün dəlilləri qarşı tərəfin xeyrinə təhrif etməsi, qiymətləndirməsi, təqdim olunan sübutları və şahid ifadələrini bir kənara qoyaraq qarşı tərəfin əsassız, heç bir mötəbər sübuta söykənməyən versiyalarını, yalanlarını mötəbər sqübut kimi qəbul edərək hazırkı mübahisəyə qiymət verməsi və 6 ay davam edən məhkəmə prosesində iddiaçı tərəfin qeyd olunan atraksiona hüququnu təsdiqləyən 1 dənə olsun sübut təqdim etmədiyi halda bu əsassız iddianı təmin etməsi onun qeyri-oöyektiv mövqedə durmasının sübutudur. Hər bir əmlakın, o cümlədən də daşınar və daşınmaz əmlakların müəssisənin balansına daxil edilməsi qaydaları, şərtləri “Mühasibat uçotu” haqqında AR Qanunu və həmin qanundan irəli gələn Təlimatlar əsasında tənzimlənir və həmin Qanunun 2-ci maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş ermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbədən daxil olması ilə əlaqədar olaraq müvafiq mühasibat yazılışı aparılır və bununla bağlı təlimatlar mövcuddur ki, həmin təlimatlar əmlakın balansa daxil olması qaydasını tənzimləyir. Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal dedikdə hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su nəzərdə tutulur. 13.2.17-ci maddədə isə göstərilib ki, əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Deməli, alınmış əsas vəsaitlər ilk olaraq ümumi mal kateqoriyasına aid olmaqla sonradan həmin mal istismara verilərək amortizasiya hesablanarkən əsas vəsait kateqoriyasına aid edilir. Yəni hər iki halda alınmış mallar maddi əmlak, yaxud maddi aktiv sayılır. X9 X1 və digər BMUS, BMHS-da xərc anlayışının açılışı belə verilib: Xərclər – mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan, lakin kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır. Əsas vəsaitlərin sintektik uçotu aktiv hesab olan əsas vəsaitlər hesabında aparılır. Əsas vəsaitlər hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (uzun-müddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Əsas vəsaitlər hesabının debetində əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi, kreditində isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya salınması əməliyyatları əks olunur. Əsas vəsaitlərin köhnəlməsi əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) hesabında uçota alınmalıdır. Azərbaycan Respublikası Maliyyə Naztirliyinin 20 oktyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da müəyyən olunduğu kimi əsas vəsaitlər hesabında əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli əmri ilə təsdiq olunmuş və 01 yanvar 1996-cı ildən qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»a müvafiq olaraq, əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbəədən daxil olması ilə əlaqədar olaraq müvafiq mühasibat yazılışı aparılır. Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay kimi qoyulan əsas vəsaitlər mədaxil edildikdə əsas vəsaitlər hesabının debetində və təsisçilərlə hesablaşmalar hesabının nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar subhesabının kreditində əks etdirilir. Hər hansı bir alınmış əmlakın müəssisənin balansınnda əsas vəsait kimi göstərilməsi üçün həmin əmlakın alınmasına dair qaima-fatrura və alış qəbzi-kassa çeki olmalıdır. Lakin konkter halda cavabdehlərin istifadəsində və sahibliyində olan və iddiaçının guya balansına daxil edildiyi bildirilən mübahisə predmetinin – atraksionun istər MMC-nin əvvəlki təsisçisi olmuş N.Əliyevə, istərsə də İddiaçı2 MMC-yə məxsus olması ilə bağlı qarşı tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət edilən vaxtda illik əmlak bəyannaməsində 30000 manat əmlakının olmasını qeyd etməsi həmin vəsaitlərin müəssisənin balansında olmasına demək deyildir. Məhkəmənin bu yanaşması o deməkdir ki, istənilən MMC istənilən fiziki və ya hüquqi şəxsin daşınar əmlakının öz balansına daxil edilməsi barədə akt tərtib etməklə, vergi bəyannaməsində hər hansı bir məbləğ göstərməklə həmin əmlaka dair iddia qaldırmaqda haqlıdır, bu vəziyyət isə qanunsuzluğun baş almasına və istənilən hüquqi və ya fiziki şəxsin əsassız iddialarla çıxış etmələrinə və digər şəxslərin əmlakı üzərində hüquqlarını ələ keçirmələrinə imkan yaradardı ki, bu da yolverilməz və absurd olmaqla yanaşı, cinayət xarakterli əməl hesab olunur. Bu əsassız nəticəyə gəlməmişdən qabaq məhkəmə qeyd edilən əmlakların həqiqətən də iddiaçıya məxsus olub-olmadığını, eyni zamanda özünün yazdığı birnəfərli akt əsasında onu balansa daxil etmək istəyən şəxsin həmin əmlaka hər hansı hüququnun olub olmadığını araşdırmalı idi, bundan başqa əmlaka dair təqdim etdikləri sənədlərdə göstərilən göstəricilərlə hazırda cavabdehlərin istifadələrində və sahibliklərində olan əmlakların eyni olub-olmadığı yoxlanılmalı idi, lakin məhkəmə bunu etməmiş və əlində heç bir sübutu olmayan, ziddiyyətli iddia ərizəsi ilə məhkəməyə müraciət edən, iddia etdiyi əmlak üzərində qanuni hüquqları qeydə alınmayan bir iddiaçının tələbinə haqq qazandırmışdır. Hətta məhkəmə bu halda iş üzrə məhkəmə mühasibatlıq ekspertizası da təyin etməklə və mühasibatlıq sahəsində biliyi olan mütəxəssis rəyi almaqla bu məsələyə aydınlıq gətirə bilərdi, lakin məhkəmə bunu etməmiş və qanunsuz bir qətnamə qəbul etmişdir. Məhkəmədə iddia olunan əmlakların 2022-ci ilin avqust ayından iddiaçıya məxsusluğu sübut olunmadı, əksinə sorğu əsasında Sumqayıt şəhər 4 saylı notariat kontorundan alınmış alqı-satqı sənədləri ilə müəyyən olunmuşdur ki, bu işdə şahid kimi dindirilmiş, lakin əslində bu iddianın əsas təşəbbüskarı olan N.Əliyev avqust 2022-ci ildə təkbaşına tərtib etdiyi akt əsasında təsisçisi olduğu müəssisənin balansına guya 30000 manatlıq əmlakı daxil etdiyini bəyan etdiyi müəssisəni 500 manata İddiaçı1 satmış və lakin həmin vaxt müəssisənin reyestr məlumatlarında da onun balansında 30000 manat dəyərində əmlakın olması barədə qeyd aparılmamışdır. Bu məsələyə aydınlıq gətirən iddiaçının nümayəndəsi qeyd edilən məbləğin - 500 manatın “simvolik” məbləğ olduğunu bildirmişdir, məhkəmə də bu halı qəbul edərək həmin məbləğin “simvolik” olmasını əsaslı saymışdır, halbuki bu termin ədalətli məhkəmə araşdırmasının prinsiplərinə ziddir. Balansında 30000 manat əmlakı olan müəssisənin 500 manata-dəyərindən 60 dəfə ucuz qiymətə satılması və həmin vaxt bu məbləğin hüquqi şəxsin reyestr məlumatında göstərilməməsi əslində 30000 manat dəyərində əmlakın reallıqda həmin müəssisənin balansında mövcud olmadığını sübuta yetirir, bundan başqa 2022-ci ilin avqust ayında təsis edilmiş bir müəssisə yaranan kimi əgər akt əsasında bu əmlakı balansa daxil edirsə və məhkəmə də bu bir nəfərin (malı təhvil verən və təhvil alan eyni şəxsdir ) tərtib etdiyi aktı qanuni hesab edərək bunu təsisçinin hüququ kimi qeyd edirsə, onda nə üçün bu hüquqi sənəd əsasında balansa alınma dövlət qurumunda baş tutmamışdır? Belə ki, əmlakın balansda olmaması iddiaçının vergi orqanına əmlakın balansa daxil edilməsi barədə ünvanladığı xx.xx.2023cü il tarixli ərizəsi ilə də təsdiq olunmuşdur, işdə olan sənədlərdən də göründüyü kimi iddiaçı həmin ərizəsində vergi orqanından əmlakı balansa salınması ilə baglı sorğu edir, ona izah olunur ki, sənədləşmə ilə bağlı Maliyyə Naziliyinə müraciət etməlidir. Bundan sonra isə əmlakın balansda olması barədə qarşı tərəf hər hansı bir sənəd təqdim etmir, bu isə son nəticədə müəssisənin balansında iddia etdiyi dəyərdə əmlakların olmaması deməkdir. Belə olan halda həmin əmlak necə "xxxx" MMC-nin əmlakı sayıla bilər, əmlak balansda deyilsə, iddiaçının cavabdehlərə qarşı belə bir iddianı qaldırmağa da subyektiv hüququ yoxdur. Cavabdehlərin 2016-cı ildən istifadələrində olan bu atraksionun bu illər ərzində müvafiq qeydiyyatdan kecirilmədən istifadəsi ilə bağlı Cavabdeh2 2 dəfə AR FHNnin nümayəndələri tərəfindən cərimə olunmuş və barəsində protokollar tərtib edilmişdir. Ona izah olunmuşdur ki, bu daşınar əmlaklar dövlət qeydiyyatına alınmalıdır. Məhz bundan sonra həmin əmlakların dövlət qeydiyyatına alınması prosesinə başlanılmış və AR FHN-nin X7 X26 X6 X2 tərəfindən Cavabdeh1 tərəfindən təqdim olunmuş sənədlər və müvafiq araşdırmalar nəticəsində Texniki pasport verilmiş və həmin akraksionun ixtisaslı mütəxəssis tərəfindən istismarına göstəriş verilmiş, Cavabdeh2 oğlu Orxan Allahverdiyev bu göstərişə əsasən ixtisaslı işçi kimi işləməsi ilə bağlı həmin dövlət qurumu ilə müqavilə bağlamış və 3 aylıq tədris kursunu keçmişdir, dövlət rüsumlarını ödəmişlər. AR X16 cənablarının xx.xx.2007-ci il tarixli Fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrlərinin tərtib edilməsi və aparılması” Qaydası təsdiq olunmuş və həmin qaydalara əsasən Texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin AR Fövqəladə Hallar Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınması nəzərdə tutulmuşdur. Cavabdehlərdən Cavabdeh1 öz şəxsi vəsaiti ilə alınan bu daşınar əmlakların dövlət reyestrində qeydə alınması ilə bağlı həmin quruma müraciət etmiş və əmlaklara baxış keçirilmiş, araşdırma aparılmış və həmin araşdırma əsasında qeyd edilən daşınar əmlakların texniki pasportu hazırlanaraq təqdim olunmuşdur. Lakin iddiaçı "xxxx" MMC-nin iddia etdiyi və cavabdehlərə məxsus olan bu əmlaklar üzərində hər hansı bir hüququ mövcud deyil və belə bir hüquq hər hansı bir dövlət qurumunda qeydə alınmamış, bu müəssisənin adına iddia etdiyi əmlaklarla bağlı hər hansı bir texniki pasport da yoxdur. Həmin obyektə dair texniki pasportun surəti, əmlakın qiymətləndirmə hesabatı, müqavilə, atraksionun Cavabdeh2 istifadəsində olması barədə Park rəhbərliyi tərəfindən verilmiş arayış təqdim olunsa da, məhkəmə bu sənədləri mötəbər sübut kimi saymamış, adi kağız parçasını xatırladan, möhürsüz, vizasız versiyada iş materiallarına tikilmiş, necə deyərlər təisiçinin “özü özü ilə” təhvil-təslim etdiyi bir aktı “ən mötəbər sənəd” kimi qəbul edərək iddia olunan əmlakın N.Əliyev tərəfindən müəssisənin balansına verilmiş əmlak kimi qiymətləndirmişdir. Gəldiyi bu nəticəni əsaslandırmağa çalışan məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 şahid Vüqar Şabanov ilə telefon danışığında ona halallaşmaq, məsələni məhkəmədənkənar həll etmək üçün üçün 4000 manat pul təklif etmiş və 3000 manat da verəcəyini bildirmişdir. Məhkəmənin bu yanaşması da tam əsasızdır, belə ki, əvvəla bu danışıq hazırkı iş üzrə çıxış edən tərəflər (iddiaçı və cavabdeh) arasında olmamış və bu danışıqda iştirak edən Vüqarı Cavabdeh1 bu danışığa qədər tanımamışdır. Həmin şəxs danışıqda Cavabdeh2 maşın almaq üçün pul verdiyini bildirmiş və bunun üçün müəyyən məbləğdə pul tələb etmişdir. Artıq bu danışıqlar olan vaxt iddiaçının nümayəndəsi Nümayəndə1 cavabdehlərin istifadəsində olan obyektə hücumlar təşkil etmiş, obyektin fəaliyyətinə ciddi əngəllər yaradaraq fəaliyyət göstərmələrinə imkan verməmiş və KİV-i və jurnalistləri həmin əraziyə gətirərək Respublikada hörmətlə tanınan Cavabdeh1 adını informasiya məlumatlarında paylaşacağını bildirmişlər. Bütün bu şantaj və təhdidlərdən təngə gələn və işgüzar nüfuzunu qoruyan Cavabdeh1 N.Əliyevin bir müddət həmin obyektdə işləməsini də nəzərə alaraq Vüqarın dediyi yüksək məbləğ qarşılığında ona 4000 manat verməyi və bununla da bu məhkəmə çəkişmələrinə son qoymağı təklif etmişdir. İstənilən məhkəmə işində tərəflərə barışıqla məsələnin həll olunması təklif olunur və məsələnin sülh yolu ilə həlli zamanı tərəflər barışığa gəlmək üçün müəyyən bir ziyana getməyi də göz önünə alırlar. Lakin məhkəmə V.Şabanovu tanımayan, ondan pul almayan Cavabdeh1 4000 manat pul təklifinə də bu cür qeyri-obyektiv yanaşmış və bu addımı qarşı tərəfin xeyrinə bir sübut kimi qiymətləndirmişdir. Bu səs danışığı Cavabdeh1 razılığı alınmadan və gizlin qaydada yazılmış, məhkəmə bu hala da qiymət verməmişdir, əksinə onlar tərəfdən səsləndirilən arqumenti inandırıcı saymamışdır. Şahid qismində dindirilmiş V.Şabanov daha sonra bildirmişdir ki, guya o bu obyektə 40000 manatdan artıq vəsait qoymuş və həmin pulu da çıxartdığı üçün onu hazırkı iş üzrə iddiaçıya hədiyyə etmişdir. Şahidin burada da yalan və məqsədli izahat verməsi onunla izah olunur ki, əvvəla onun qeyd etdiyi dövrün (2019- 2022) 2 ili pandemiya vaxtına düşür və bu müddətdə ildə 3-4 ay işləyən bir obyektin 40000 manatdan artıq gəlir verməsi absurddur. Digər tərəfdən onun əmlakı İddiaçı1 hədiyyə etməsi ilə bağlı heç bir sübut yoxdur, bundan başqa V.Şabanovn bu obyektdə işləməyib (özü də etiraf edir) və pul qoyması öz təsdiqini tapmır, o böyük məbləğdə pul qoyduğunu iddia etdiyi əmlakın hansı səbəbdən başqasına verilməsinə razı olmasına dair sualı belə cavablandırmış və bununla da əsl məqsədlərini ortaya qoymuş və son anda bu addımını imtiyazlı şəxsin onların yerinə məhkəmədə iddia qaldırması üçün etdiklərini etiraf etmişdir. Yəni hazırkı iddia faktiki olaraq N.Əliyev və V.Şabanov tərəfindən qaldırılmış iddiadır və onlar da bunu məhkəmədə etiraf etmişlər. Həmin obyekti işlətdiyini deyən N.Əliyev malların onun tərəfindən alınması, atraksionun tikilməsi, atraksionun illik gəliri, xərci ilə bağlı məhkəməyə 1 dənə də olsun sübut təqdim etməmiş və məhkəmə prosesində ifadəsində həmin atraksionda olan hər bir maşının 5000 manata alındığını və 6 ədəd maşının dəyərinin isə 30000 manat təşkil etdiyini bildirmişdir. Qaldırılmış iddia tələbi isə həmin 6 ədəd maşınla bağlı yox, atraksionla bağlı olmuşdur. Məhkəmə tərəfindən belə sübutların təqdim olunması üçün qarşı tərəfə hər cür şərait yaradılmasına, dəfələrlə məhkəmə prosesinin məhz qarşı tərəfin iddia tələbini dəqiqləşdirməsi, şahidlərinin dəvət olunması, nümayəndə kimi məhkəmə proseslərində Nümayəndə1 məhkəmədə çıxış etmək hüququnun verilməsi üçün adının sistemə salınması ilə bağlı təxirə salınmasına baxmayaraq iddiaçı tərəfdən hər hansı bir sübut təqdim olunmadı. Əksinə məhkəmə qarşı tərəfin şahidlərinin ifadələrindəki ziddiyyətlərə (N.Əliyevin və V.Şabanovun çəkilən xərc məbləği ilə bağlı ziddiyyətli ifadələrinə) belə göz yumaraq hazırkı iddianı təmin etmişdir. Məhkəmə qətnamədə daha bir mötəbər sübut kimi iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qeyd etmiş və göstərmişdir ki, «Orxan Allahverdiyev ona məxsus əmlakın Nümayəndə1 tərəfindən oğurlandığını bildirmiş, Nümayəndə1 isə izahatında bildirmişdir ki, həmin əmlak Cavabdeh2 deyil, FERİD-L” MMC-nindir. Nümayəndə1 İddiaçı2 MMC-nin nümayəndəsi olaraq özlərinə məxsus əmlakı götürmüşdür. Araşdırma nəticəsində qüvvədə olan qərara görə guya müəyyən olunmuşdur ki, əmlakın Cavabdeh2 məxsus olması sübuta yetirilmir. Ona görə də əməldə cinayət tərkibi yoxdur. Çünki Nümayəndə1 nümayəndəsi olduğu İddiaçı2 MMC-yə məxsus əmlakı götürmüşdür.» Bildirmək istəyirəm ki, əvvəla həmin hadisə artıq iş məhkəmənin icraatında olan vaxt baş vermiş və Nümayəndə1 barəsində şikayət O.Allahverdiyev tərəfindən olmuşdur. Həmin faktla bağlı Nümayəndə1 əməlində AR CM-nin 177-ci maddəsi ilə cinayət tərkibinin olması müəyyən olunduğu üçün iş Sumqayıt şəhər Pİ-nin İŞ-yə göndərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda məhkəmənin qeyd etdiyi sözlər yazılmamış və müstəntiq həmin qərarla cinayət işinin başlanılmasını rədd etsə də bunu Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işinin başlanılmaması ilə əlaqələndirmişdir. Əksinə həmin materialda Nümayəndə1 obyektdən çıxardığı transformatorun onun sahibinə -Orxan Allahverdiyevə təhvil verilməsi barədə iltizam vardır ki, bu iltizam da o qənaətə gəlməyə əsas verir ki, istintaq orqanı da bu əmlakın sahibi kimi cavabdehləri tanımış və əmlakı sahibinə qaytarmışdır. Lakin məhkəmə hətta bu qərarı da qarşı tərəfin xeyrinə təhrif edərək qətnaməyə daxil etmiş və bununla da birtərəfli, qeyriobyektiv mövqeyini nümayiş etdirmişdir. İstintaq orqanı özü qəbul etdiyi qərarında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarına istinad etmiş və həmin qərarlar da Nümayəndə1 bu hadisəni törətdikdən sonra,yəni xx.xx.2023-cü il tarixdən hüquqşünas kimi qəbul olunduğu "xxxx" MMC şirkətinin bu obyektdə olan avadanlıqlardan cavabdehlərin istifadə etməsinə qadağanın qoyulması barədə ərizələrinin rədd edilməsi haqqındadır. Yəni istər hadisədən qabaq, istərsə də bu hadisədən sonra "xxxx" MMC tərəfindən məhkəməyə müvəqqəti təminat tədbir barədə verilmiş ərizələr rədd olunmuş, həmin qərarlarla da bu avadanlıqların iddiaçıya məxsus olmasının sübuta yetmədiyi qeyd edilmişdir. Maraqlısı budur ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi və bir nəfərin tərtib etdiyi “özü özünə təhvil-təslim aktı” bu qərardadlar qəbul olunan vaxt da iş materiallarında var idi, lakin məhkəmə 3 dəfə ard-arda qəbul etdiyi qərardadlarında həmin aktı mötəbər sübut kimi qəbul etmir, yalnız hazırkı qətnamə qəbul olunanda həmin aktı və sonradan hazırlanmış və məhkəmədə təqdim olunmayan, yalnız qətnamədə mövcud olduğunu bildikləri 30.08.23-cü il tarixli əmri əmlakın müəssisənin balansında olmasını təsdiqləyən sübut kimi qəbul etmiş və dəyərləndirmişdir, dəvət olunan və dindirilən şahid ifadələrini, təqdim olunmuş sənədləri “bu mötəbər akt”ın yanında kölgədə qoyaraq bütün sübutları, şahid ifadələrini təhrif etməklə tamamilə qanunsuz bir qətnamə çıxarmışdır. Əslində təqdim olunan akt özgənin əmlakını ələ keçirmək niyyəti ilə tərtib olunmuş saxta bir sənəddir ki, məhkəmə həmin sənədə hüquqi qiymət verilməsi ilə bağlı tədbir görməli və aktı tərtib etmiş N.Əliyev barəsində Xüsusi qərardad qəbul etməklə Prokurorluğa göndərməli idi, lakin məhkəmə bunu etməmiş və nəticədə əsassız və saxta bir sənədə söykənən qanunsuz qətnamə qəbul olunmuşdur.

26. İddia tələbini əsaslandırmağa çalışan məhkəmə AR MM-nin 64, 87.1, 89, 47.2, 90.1-ci maddələrinə istinad etmişdir. Sadalanan bu normaların hazırkı mübahisəyə tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Bu normalarda MMC-nin təsnifatı, yaradılması əsası və öhdəlikləri, bir müəssisənin nizamnaməsinə hansı məlumatların daxil edilməsi qeyd olunmuşdur. Lakin məhkəmədə mübahisə predmeti hansısa bir MMC-nin yaradılması yox, yaradılmış və artıq nizamnaməsi hazırlanmış bir hüquqi şəxsin iddiasından gedir və burada müəyyən edilməli hal iddia olunan əmlakın həmin müəssisənin əmlakı olub-olmaması təşkil etmişdir ki, məhkəmədə də iddiaçının iddia etdiyi əmlakın ona məxsus olmadığı sübuta yetmişdir.

27. Prosessual normaların pozulmasına iddia ərizəsi məhkəməyə təqdim olunan vaxtdan yol verilmişdir. Belə ki, AR MPM-nin 152-ci maddəsində iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması əsasları göstərilmiş və həmin əsaslara iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi, iddia ərizəsinin imzalanmaması və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması da qeyd olunmuşdur. Bu hallar mövcud olduğu halda məhkəmə iddia ərizəsini geri qaytarmalı olduğu halda bunu etməmişdir. Bundan başqa, iddia tələbi 30000 manatlıq əmlakın tələbi ilə bağlı olduğu halda tərəf 100 manat ödəmiş, halbuki müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə də məhkəmə iddia ərizəsini geri qaytarmalı idi, lakin məhkəmə buna da göz yumaraq iddia ərizəsini icraata qəbul etməklə işə baxmışdır. Yalnız 4-5-ci iclasda dövlət rüsumu ilə bağlı irad bildirildikdən sonra iddiaçı tərəf çatmayan məbləği ödəmişdir. İddiaçı1 adından verilmiş iddia tələbində və həmin iddia tələbinə sonradan verilmiş dəqiqləşmələrdə “Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yerləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 (otuz min) manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunun” cavabdehlərdən alınaraq ona verilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının öz ərizəsində hüquqi şəxsə məxsus olduğunu bildirdiyi əmlakın ona verilməsi barədə iddia qaldırması səbəbindən də iddia ərizəsini geri qaytarmalı idi. Belə ki, iddia tələbi bu iddianı vermək hüququ olmayan şəxs tərəfindən qaldırıldıqda da ərizəni geri qaytarmalı idi. İddiaçı iddia tələbində “Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yerləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 (otuz min) manat olan əyləncə attraksionunun” cavabdehlərdən tələb edir, lakin bu ərazidə belə bir atraksion yoxdur, burada fəaliyyət göstərən və cavabdehlərə məxsus əmlak “bamperli toqquşan maşınlar” karuselidir və iddianın məzmunundan isə 6 ədəd elektriklə işləyən metal konstruksiyadan yığılmış dam örtüklü atraksiondan bəhs edilir, yəni iddiaçı 6 ədəd atraksionun ona verilməsini iddia edir ki, bu ərazidə belə atraksion mövcud deyildir. Məhkəmə eyni zamanda AR MPM-nin 8, 9, 14-cü maddələrinin tələblərini pozmuş, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə təqdim edilmiş sübutların (həmin atraksionun daima cavabdehlərin istifadəsində olduğunu təsdiqləyən rəsmi arayışları, əmlaka dair texniki pasportu, həmin əmlakı idarə edən şəxslə dövlət qurumu arasında bağlanmış müqaviləni, atraksionun cavabdehlər tərəfindən tikilməsi və yenilənməsi ilə bağlı dəvət olunmuş şahid ifadələrini, istintaq araşdırması zamanı atraksiondan Nümayəndə1 tərəfindən çıxarılmış 1 ədəd transformatorun istintaqın gəldiyi nəticəyə əsasən onu idarə edən cavabdehin oğlu O.Allahverdiyevə təhvil verilməsini, guya balansında 30000 manatlıq əmlak olmasının iddia olunduğu bir müəssisənin 500 manata hazırki İddiaçı1 satılmasına dair alqı-satqı müqaviləsini və notariat sənədlərini nəzərə almamış, qarşı tərəfin cavabdehlərdən tələb etdikləri əmlakların onlara məxsusluğu ilə bağlı bir dənə də olsun sübut təqdim etməmələrinə baxmayaraq qanunsuz, ədalətsiz bir qətnamə çıxarmışdır, məhkəmə bununla da AR MPM-nin 77-88-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir.

28. Məhkəmə iddianın obyektiv araşdırılması üçün 2 məsələyə aydınlıq gətirməli idi:

1. "xxxx" MMC-nin balansında əmlak varmı, varsa həmin əmlaklar balansa qanunauyğunmu daxil edilmişdir? 2. Müəssisənin balansına qanuni formada, təlimata uyğun olaraq əmlaklarla daxil edilmişsə, həmin əmlaklar cavabdehlərin istifadə etdikləri əmlaklar eyni əmlaklardırmı? Lakin məhkəmə bu halları aydınlaşdırmaq üçün heç bir addım atmamış, 6 ay davam edən 9 məhkəmə prosesinin 5-i hazırlıq iclası olmuş, bu iclaslar iddiaçı tərəfin iddia tələbini dəqiqləşdirməsinə, Nümayəndə1 məhkəmədə iştirakını təmin etmək üçün adının MMC-nin nümayəndəsi kimi sistemə salınmasına həsr olunmuş və nəhayət 4 məhkəmə baxışı iclasından sonra (6 aydan sonra) məhkəmə bu qanunsuz qətnaməni elan etmişdir. Hətta məhkəmə bir qədər də irəli gedərək qarşı tərəfin iddia ərizəsinə verdiyi dəqiqləşmə ilə razılaşmayaraq qəbul etdiyi qərardadla həmin dəqiqləşmənin hansı məzmunda olmasını da sonuncu məhkəmə hazırlıq iclasında, xx.xx.2023-cü ildə elan etmişdir. (bu xx.xx.2023-cü il tarixli məhkəmə prosesinin audiovideo yazısında qeydə alınmışdır) Məhkəmə tərəfindən hazırkı iş üzrə 9 dəfə məhkəmə prosesi təyin olunmuş, lakin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarının qərardadları elektron kabinetə qoyulmamışdır. Məhkəmə hazırlıq iclaslarında məhkəmə qarşı tərəfə hüquqi yardımlar edərək iddia tələbini dəqiqləşdirmələrini, Nümayəndə1 adının hüquqi şəxsin nümayəndəsi kimi elektron sistemə daxil edilməsini və son nəticədə vəkil tutmalarını və düzgün formada məhkəməyə ərizə və dəqiqləşmə vermələrini, iddianın "xxxx" MMC tərəfindən verilməsini və onun da iddiaçı kimi prosesə cəlb olunmasını demişdir. Məhkəmə gedişatına iradları da olmuşdur və bu hallar demək olar ki, məhkəmə prosesinin keçirildiyi hazırlıq iclaslarında da həmin tarixlərə dair audio-video yazılarda qeydə alınmışdır. Məhkəmənin sonuncu hazırlıq iclası xx.xx.2023-cü ildə olmuş, həmin vaxta qədər tərəflərindən sübutlar təqdim edilmiş və dindirilməli olan şahidlərin də siyahısı verilmişdir. Qarşı tərəf isə yalnız 1 nəfər ata adını, soyadını və ünvanını demədiyi Həşim adlı türk vətəndaşının şahid kimi dindiriləcəyi barədə vəsatət vermiş, başqa şahidinin olmadığını bildirmiş, Vüqar Şabanovun və Nadir Əliyevin şahid kimi dindirilmələri barədə vəsatət verilməmişdir. Lakin məhkəmədə qarşı tərəf Həşim adlı şahidi dəvət etməmiş və bundan sonra şahid kimi dindirilməsi məhkəmə hazırlıq iclasında müzakirə edilməyən və hazırkı iddianı faktiki qaldıran şəxsləri - Vüqar Şabanovu və Nadir Əliyevi dindirmiş, hətta şahid N.Əliyevə görə məhkəmə prosesini də təxirə salmışdır. Halbuki, onlar bu şəxslərin qərəzli və bu iddianı faktik qaldıran şəxslər olması, onların dindirilməsinin məhkəmə hazırlıq iclasında müzakirə olunmamasını və qarşı tərəfin bu şəxslərin dindirilməsini məhkəmə baxışına kimi təklif etməmələrini əsas tutaraq onların dindirilmələrinə etiraz etmişlər. MPM-in 167-ci maddəsində məhkəmənin hazırlıq iclasında həll edilməli olan məsələlər sadalanmış və onlardan biri də dəvət edilməli olan şahidlərin siyahısının təqdim olunmasıdır, lakin qarşı tərəf bu 2 şəxsin dindirilmələri barədə hazırlıq iclasında vəsatət verməmiş və onların dindirilmələrinə ehtiyac məhkəmə baxışı zamanı yaranmamışdır, lakin əvvəldən bu işə ciddi prosessual pozuntularla başlayan məhkəmə bu şəxslərin dindirilməsi məsələsini müzakirə etmədən onları şahid qismində dindirmişdir.

29. Cavabdehlərin istifadəsində və sahibliyində olan və iddiaçının guya balansına daxil edildiyi bildirilən mübahisə predmetinin – atraksionun istər MMC-nin əvvəlki təsisçisi olmuş N.Əliyevə, istərsə də "xxxx" MMC-yə məxsus olması ilə bağlı qarşı tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət edilən vaxtda illik əmlak bəyannaməsində 30000 manat əmlakının olmasını qeyd etməsi həmin vəsaitlərin müəssisənin balansında olması demək deyildir. Məhkəmənin bu yanaşması o deməkdir ki, istənilən MMC istənilən fiziki və ya hüquqi şəxsin daşınar əmlakının öz balansına daxil edilməsi barədə akt tərtib etməklə, vergi bəyannaməsində hər hansı bir məbləğ göstərməklə həmin əmlaka dair iddia qaldırmaqda haqlıdır, bu vəziyyət isə qanunsuzluğun baş almasına və istənilən hüquqi və ya fiziki şəxsin əsassız iddialarla çıxış etmələrinə və digər şəxslərin əmlakı üzərində hüquqlarını ələ keçirmələrinə imkan yaradardı ki, bu da yolverilməz və absurd olmaqla yanaşı, citnayət xarakterli əməl hesab olunur. Bu əsassız nəticəyə gəlməmişdən qabaq məhkəmə qeyd edilən əmlakların həqiqətən də iddiaçıya məxsus olub-olmadığını, eyni zamanda özünün yazdığı birnəfərli akt əsasında onu balansa daxil etmək istəyən şəxsin həmin əmlaka hər hansı hüququnun olub-olmadığını araşdırmalı idi, bundan başqa əmlaka dair təqdim etdikləri sənədlərdə göstərilən göstəricilərlə hazırda cavabdehlərin istifadələrində və sahibliklərində olan əmlakların eyni olub-olmadığı yoxlanılmalı idi, lakin məhkəmə bunu etməmiş və əlində heç bir sübutu olmayan, ziddiyyətli iddia ərizəsi ilə məhkəməyə müraciət edən, iddia etdiyi əmlak üzərində qanuni hüquqları qeydə alınmayan bir iddiaçının tələbinə haqq qazandırmışdır. Hətta məhkəmə bu halda iş üzrə məhkəmə mühasibatlıq ekspertizası da təyin etməklə və mühasibatlıq sahəsində biliyi olan mütəxəssis rəyi almaqla bu məsələyə aydınlıq gətirə bilərdi, lakin məhkəmə bunu etməmiş və qanunsuz bir qətnamə qəbul etmişdir.

30. Cavabdeh2 da apellyasiya şikayəti verib apellyasiya şikayəti verərək Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1848/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri:

31. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1848/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə hazırkı işin bütün faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırmamış, iş üzrə əldə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş , nəticədə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Belə ki, o (Cavabdeh2) 10 ildən artıq müddətdir ki, qeyd olunan ərazidə işləyir, həmin ərazidə başqa attraksionları da mövcuddur. Sözügedən attraksionları isə özü yığdırmış və onlar 2016-cı ildən fəaliyyət göstərir. Attraksionda 6 ədəd avtomobil olmuşdur, lakin həmin avtomobillər köhnə olduğundan işlədilmir və onları hal-hazırda bağ evində saxlayır. Avtomobillər köhnə olduğundan 2018-2019-cu ildə avtomobilləri müasirləşdirərək yenilərindən istifadə etməyə başlamışlar. Həmin vaxt qurğular 2018-2019-cu ildən onun vəsaiti hesabına ustası tərəfindən yenilənmişdir. Həmçinin həmin attraksionun fəaliyyət göstərməsi üçün parkın rəhbərliyindən onun tərəfindən razılıq alınmışdır. Bağ evində olan avtomobillər 6 ədəddir, hazırda attraksionda istifadə olunan avtomobillər də 6 ədəddir. Yəni ümumilikdə 12 ədəd avtomobil mövcuddur. Həmin 12 avtomobil onun şəxsi vəsaiti hesabına alınmışdır, yəni ona məxsusdur. Lakin hakim mübahisə predmeti olan 6 ədəd avtomobillərin onun bağ evində olan avtomobillərmi, yoxsa hal-hazırda attraksionda olan avtomobillər olmasını dəqiqləşdirməmiş, yalnız qarşı tərəfin ifadələrinə əsaslanaraq hazırda attraksionda olan avtomobillərin qarşı tərəfə məxsus olmasını bildirmişdir. Halbuki hakim ilk öncə müvafiq dəqiqləşdirmələr aparmaqla ziddiyətli məqamları aydınlaşdırmalı, mübahisə predmeti olan avtomobillərin əslində hansı avtomobillər olmasını müəyyən etməli idi. Lakin məhkəmə bu ziddiyətli məqamlara hüquqi qiymət verməmişdir. Əvvəlki avtomobillər akkumulyatorla işlədiyinə görə müasir standartlara cavab verməmişdir. Buna görə də onları yeni attraksionlarla əvəz etmişlər. Tahir adlı dostu Çindən ehtiyyat hissələri gətirdiyindən ondan avtomobil üçün ehtiyat hissələrini gətirməsini xahiş etmişdir. Həmin ehtiyat hissələri də parkda gözünün qabağında yığılmışdır. Əliyev Nadir isə pandemiya dövründə gəlmiş və işçi kimi attraksionda işləmiş, avtodroma nəzarət etmişdir. Avtodromun ödənişini oğlu Orxan Allahverdiyev yığmışdır. Nadir Əliyev isə yalnız tekniki cəhətdən onlara kömək etmişdir. Həmçinin qeyd edir ki, AR İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən oğlu Orxan Allahverdiyevə göndərilmiş bildirişdən görünür ki, oğlunun bank idarəsində hesabın açılmasına dair ərizəsi Dövlət Vergi Xidmətində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən isə oğlu Orxan Allahverdiyevin vergi ödəyicisi olması açıq-aşkar görünür. Bundan başqa o kredit götürərək həmin pulu attraksionda yerləşən avtomobillərin alınması üçün xərcləmişdir. Qeyd etdiyi halı təsdiq edən xx.xx.2014-cü il tarixliİpoteka Müqaviləsini də hazırkı şikayətə əlavə edir. Lakin birinci instansiya məhkəməsi qeyd etdiyi xüsusata düzgün hüquqi qiymət verməmişdir. Həmçinin hazırkı mübahisə aidiyyəttı üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Bundan başqa, iş materiallarında alqı-satqı müqaviləsi var ki, həmin alqı-satqı müqaviləsi tarixdə bağlanılmışdır və həmin müqavilədə təsisçinin təsis payının 500 manat olduğu qeyd olunur. Əgər, doğrudan da, 2022-ci ilin avqust ayında 30000 manat dəyərində əmlak balansa daxil edilmişdirsə, onda müqavilədə 30500 manat dəyərində əmlak yazılmalı olardı. Həmçinin alqı-satqı müqaviləsi bağlanan zaman notariat ofisi hüquqi şəxsin reyestrindən çıxarış tələb edir ki, alqı-satqı müqaviləsinin predmeti olan əmlakın balansında hansı əmlak var. Belə ki, həmin 30000 manat dəyərində əmlakın olması isə qeyd edilməmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, müqavilə formal olaraq bağlanılmışdır ki, İddiaçı2 MMC İddiaçı1 adına keçsin. Məhkəmə bu xüsusata da düzgün hüquqi qiymət verməmişdir. Nadir Əliyev öz ifadəsində 6 ədəd avtomobil və qurğuya 20000 (iyimi min) manat verməsini göstərmişdir. Halbuki İddiaçı2 MMC tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, 1 ədədi 5 (beş) min manat olmaqla, 6(altı) ədəd elektriklə işləyən, 10x20 məsafədə hərəkət edən ümumi dəyəri 30000 (otuz min) göstərilmişdir. Göründüyü kimi Nadir Əliyevin ifadəsi ilə İddiaçı2 MMC tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixliəmrdə göstərilmiş hallar ziddiyyət mövcuddur. Qarşı tərəf sübut kimi Cavabdeh1 səs yazısına istinad etmiş, həmin səs yazısı məhkəmə tərəfindən sübut növü kimi nəzərə alınmışdır. AR Konstitusiyasının 63-cü maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: – sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; – sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; – qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi.

32. Məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, T23/106-04 saylı müqavilənin məzmunu barəsində sadəcə 1 cümlə qeyd etməklə kifayətlənmişdir. Halbuki həmin müqavilə sifarişçi Cavabdeh1lə icraçı FHN X7 Görülməsi və Dağ-Mədən X6 Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X5-Tədqiqat İnstitutu arasında bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən icraçı bir ədəd attraksionun texniki pasportunun Azərbaycan Dövlət Dilində bərpa edilməsini, sifarişçi isə göstəriləcək xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə 6 bənddən ibarət olmasına baxmayaraq, müqavilənin tərəfləri barəsində heç bir məlumat verməmiş və qətnamədə yalnız 1 cümlə yazmaqla kifayətlənmişdir. Cavabdeh1 hazırkı attraksiona sahibkar kimi aidiyyəti vardır. 2015-ci ildə attraksion işlətməyə başlayanda Cavabdeh1 öz şəxsi vəsaiti ilə maddi cəhətdən kömək etmiş, avtodroma və avtomobillərin alınmasına vəsait qoymuşdur. Cavabdeh1 də attraksionun işlədilməsindən gəlir əldə edir. Cavabdeh1 və ondan başqa attraksiondan gəlir əldə edən yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən biri 2019-cu ildə çəkilmişdir, digəri isə köhnədir, 2018-ci ildə çəkilmişdir. Fotoşəkildəki oğlu Orxan Allahverdiyevdir, həmin fotoşəkil attraksionda mallar yığılanda çəkilmişdir. Fotoşəkildəki üstübağlı olan hazırkı attraksiondur. Tikinti materiallarının bir hissəsini Daş bazarından, bir hissəsini Dərnəgüldən almışlar. Tikinti materialları harada ucuz satılırsa, oradan almışlar. Attraksionun işlədilməsində, quraşdırılmasında o özü şəxsən iştirak etmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən qəbul edilmiş xx.xx.2022-ci iltarixli əmrdən görünür ki, 6 (altı) ədəd elektriklə işləyən, 10x20 məsafədə hərəkət edən ümumi dəyəti 30000 (otuz min) manat təşkil edən toqquşan maşınlar "xxxx" MMC-nin balansına qəbul edilmişdir. Lakin həmin əmri qəbul edərkən qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara əməl olunmamış ümumiyyətlə qaydalara riayət edilməmişdir. "xxxx" MMC tərəfindən 2 saylı Ərazi Baş İdarəsinə yazılmış xx.xx.2023-cü il tarixli məktubda isə həmin avadanlıqların MMC-nin balansına daxil etmək vergilər idarəsindən xahiş edilmişdir. Həmin məktuba 2 saylı Ərazi Vergilər Baş İdarəsindən verilmiş cavab məktubunda isə həmin prosedurla bağlı Maliyyə Nazirliyinə müraciət etmələri onlara tövsiyyə edilmişdir. Lakin "xxxx" MMC bununla bağlı Maliyyə Nazirliyinə müraciət etməmiş, qanunvericiliyin tələblərinə zidd şəkildə formal bir əmr qəbul etməklə həmin avtomobilləri MMC-nin balansına daxil etmişdir. Lakin məhkəmə bu xüsusatlara da düzgün hüquqi qiymət verməmişdir. Belə çıxır ki, onlar da MMC yaratdıqdan sonra istənilən onlaraq məxsus olmayan əmlakı əmr qəbul etməklə öz balanslarına daxil edə bilərlər. Hazırkı iş üzrə 12 may 2023-cü il tarixli iclas protokoluna nəzər saldıqda görünür ki, iddiaçının nümayəndəsi həmin avtomobillərin birinin 3000 (üç min) manata alınmasını, digər şahidlər isə avtomobilin birinin 5000 (beş min) manata alınmasını bildirmişdir. Lakin hakim qarşı tərəfin xeyrinə olduğu üçün bu ziddiyətli məqamlara nəinki hüquqi qiymət vermiş, ümumiyyətlə araşdırmamışdır. Həmçinin məhkəmə öz qətnaməsində Sumqayıt istintaq şöbəsinin müstəntiqi, polis kapitanı, X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 may 2023-cü il tarixli qərarına istinad etmişdir. Həmin qərarda göstərilmişdir ki, guya sözügedən avtomobillər ona məxsus olması sübuta yetirilmədiyindən Nümayəndə1 barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsi barədə müraciət olunmuşdur. Həmin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı isə hakim özünə sərf edən şəkildə təhrif etmişdir. Belə ki, sözügedən qərarda “Əmlakın Zaur Abdullayevə məxsus olması sübuta yetirilmir, çünki Nümayəndə1 nümayəndəsi olduğu MMC-yə məxsus olan əmlakı götürmüşdür” məzmunda əsaslandırma mövcud deyildir. Bu cür əsaslandırmanın həmin qərarda öz əksini tapmamasına baxmayaraq hakim özü qərarı təhrif edərək qəbul etdiyi qərarı istədiyi formada əsaslandırmışdır. Məhkəmə bu xüsusatı da düzgün qiymətləndirməmiş, öz qətnaməsində dəfələrlə həmin qərara istinad etmişdir. Məhkəmə işin bütün faktiki hallarını düzgün araşdırmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verməmiş bununla da tamamilə ədalətsiz bir qətnamə qəbul etmişdir.

33. İş üzrə şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, özü (Axundov Əlövsət) 2016-2017-ci ildən attraksionlarda gözətçi işləyir. Nadir Əliyevi attraksionun işçisi kimi tanıyır, Nadir Əliyev Cavabdeh2 işçisi olmuşdur, neçənci ildən işçisi olduğunu bilmir. Vüqar Şabanovu isə tanımır. Əliyev Nadirin nə işlə məşğul olduğunu bilmir. Hər gecə 11-in yarısı, yay aylarında isə 12-nin yarısı gəlib növbəni Cavabdeh2 təhvil almış, səhərə kimi növbədə qalmışdır. Gözətçi kimi işlədiyi yer Səməd Vurğun küçəsi, Göyərçin tərəfdə yerləşir. Cavabdeh2 avtodrom, yelləncək işlətmişdir. Gözətçi kimi işləməyə gələndə avtodrom orada mövcud olmuşdur. Avtodromda neçə avtomobil olduğunu xatırlamır. Avtodromun xüsusi ərazisi var, həmin ərazidə tək gözətçi özüdür. Fotoşəkildəki avtodrom indiki avtodromdur. Avtodromun əvvəllər döşəmə örtüyü olmamış, avtodroma örtüyü nə vaxt vurduqlarını bilmir. Fotoşəkildəki oğlan Cavabdeh2 oğluOrxan, fotoşəkildəki yer isə həmin yerdir. Bundan başqa ona verilən suallara cavab verərək bildirmişdir ki, avtodromu indiki vəziyyətə Cavabdeh2 gətirmişdir. Avtodromda usta işləyəndə görmüşdür. 2016- 2017-ci illərdə həmin ərazidə gözətçi kimi işləməyə gəldikdə sözü gedən ərazidə avtodromun olub-olmadığını xatırlamır. Lakin uzun müddətdir ki, orada avtodrom var, avtodroma avtomobillərin nə vaxt gətirildiyini xatırlamır. Avtodromun üstünü bağlayıb getdikləri üçün avtomobilləri görmür, amma təxmini avtodromda 6 avtomobil olduğu qənaətindədir. Cavabdeh2 avtodromu təmir etdirərkən orada olan ustanın adı Nərimandır, əslən Şəkilidir. Həmin usta şifer ustasıdır. Ustanın təmir işlərini 3-4 il qabaq edib-etmədiyini dəqiq bilmir. Başqa usta görməmişdir, orada türk milliyyətdən usta görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, qaynaqçıdır, elektrik ustasıdır. Təxmini 2014-2015-ciildən usta kimi işləyir. Cavabdeh2 ona qaynaq işləri görmək lazım olduğunu bildirmiş, usta kimi bulvara gəlmişdir. Orada olan avtodrom dəmirdən olmuşdur, ölçüsü isə təxmini 20x10 olar. Bütün qaynaq işlərini 2018-ci ildə görmüş, amma 2014-cü ildən də bəzi işləri görmək lazım olanda ora gəlib-getmişdir. Avtodromu sıfırdan 2018- 2019-cu ildən 1500 manata yığmışdır. Ondan başqa, 1 fəhlə də işləmişdir. Usta kimi gələndə avtodrom olmuş, lakin avtodrom köhnə vəziyyətdə və üstü açıq olmuşdur. Avtodromun üstünə şifer vurmuş, reşotka çəkmiş, qarışıq rənglə boyamışdır. Usta kimi avtodromu təmir etmək üçün getdikdə avtodromun döşəməsi dəmirdən olmuşdur. Avtodromun döşəməsini dəmirdən özü hazırlamamışdır, qeyd edir ki, bunu bacarmır. Usta kimi çalışdığı zaman əmək haqqını Cavabdeh2 vermişdir. Əlavə işlər görülən zaman da onu Cavabdeh2 dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadə verərək bildirmişdir ki, Cavabdeh2 karusellərinin yanında popkorn satır. 26 ildir ki, parkda işləyir, 2016-cı ildə Cavabdeh2 karusellərinin yanında işləməyə gəlmişdir və gələndə avtodrom olmuş, avtrodromda 6 ədəd avtomobil mövcud olmuşdur. Avtodromu Cavabdeh2 və onun oğlu Allahverdiyev Orxan işlətmişdir. Avtodromu bu günə kimi Cavabdeh2 işlədir. Əliyev Nadiri Cavabdeh2 yanında görmüşdür, Əliyev Nadirin təxmini 55-60 yaşı olar, Vüqar Şabanovu isə görməmişdir. Atraskionda yenilənmə olmuşdur. Attraksionda yenilənmə işlərinin aparılmasında Cavabdeh2, bir də Nəriman ustanı görmüşdür. Attraksion əvvəl müasir standartlara uyğun olmamış, sonradan təmir olunaraq müasirləşdirilmişdir. Nəriman usta qaynaq işləri görmüş, döşəmə və şifer vurmuşdur. İşi olmayan vaxtlarda da fəhlə kimi kömək edtmiş və gördüyü işin pulunu almışdır. Əvvəl avtodromun döşəməsi daşdan, yəni park yerinin daşından ibarət olmuşdur. Avtodromda olan avtomobillər akkumulyatorla işləmişdir. Avtodromun döşəməsinə dəmirin nə vaxt vurulduğunu bilmir, təxmini 3-4 il olar deyə zənn edir. Dəmir döşəməni Nəriman usta vurmuşdur. Belə xatırlayır ki, deyəsən, avtrodromun üstü əvvəl açıq olmuş, sonra Nəriman usta avtodroma şifer vurmuşdur. Cavabdeh2 avtomobilləri kimdən aldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, 2014-2015ci ildən bəri sözügedən ərazidə olan bütün attraksionların hamısını atası işlətmiş, özü də onun yanında olmuşdur. Attraksionu atası ilə özü quraşdırmışdır. 2018-ci ildə isə köhnə olduğundan avtodromu müasirləşdirmiş, döşəməsini, şiferi təzələmişlər. Hazırda avtodromda 6 ədəd avtomobil mövcuddur. Əvvəlki avtomobilləri bağda saxlayırlar. Əvvəlki avtomobillər akkumulyatorla işləmiş, standartlara cavab verməmişdir. Atası, dostu Tahir Çindən ehtiyyat hissələri gətirdiyindən, xahiş etmişdir ki, ona avtomobillər üçün ehtiyat hissələri gətirsin. Avtomobillərin ehtiyat hissələrinin neçəyə alındığını dəqiq bilmir, amma həmin ehtiyat hissələri parkda gözünün qabağında yığılmışdır. Hər gün həmin attraksionda olur. Əliyev Nadir pandemiya dövründə gəlmiş və işçi kimi attraksionda işləmiş, avtodroma nəzarət etmişdir. Əliyev Nadirdən başqa, özü də avtodroma nəzarət etmişdir. Avtodromun ödənişini yığmış, avtodromu özü yandırıb-söndürmüşdür. Nadir Əliyev tekniki cəhətdən kömək etmişdir. Əliyev Nadir atasının tanışı olmuş, ona ayda təxmini 500 manat pul vermişlər. Atası ilə Əliyev Nadirin heç bir ziddiyəti olmamış, sonradan 2023-cü ilin qış aylarında Əliyev Nadir pul oğurladığına görə ziddiyyət yaranmışdır. Özünün (Orxan Allahverdiyevin) başqa işləri olanda Əliyev Nadir də avtodromun ödənişini yığmışdır. Avtodrom hava yaxşı olanda işləyir. Aralarında mübahisə yaranandan sonra Əliyev Nadir işə gəlməmişdir, sonra məlum olmuşdur ki, məhkəməyə müraciət olunmuşdur. Vüqar Şabanovu tanımır, Əliyev Nadir işləyən dövdrə Vüqar Şabanov onun yanına dostu kimi gəlib getmişdir. X24 Nadirə işçi kimi kömək etməmişdir. Bundan əlavə ona verilən suallara cavab verərək bildirmişdir ki, fotoşəkillərdən biri 2019-cu ildə çəkilmişdir, digəri isə köhnədir, 2018-ci ildə çəkilmişdir. Fotoşəkildəki özüdür, fotoşəkil attraksionda mallar yığılanda çəkilmişdir. Fotoşəkildəki üstü bağlı olan hazırkı attraksiondur. Tikinti materiallarının bir hissəsini Daş bazarından, bir hissəsini Dərnəgüldən almışlar. Attraksionun işlədilməsində, quraşdırılmasında atası iştirak edib, özü də atasına kömək etmişdir. Köhnə ilə yeni avtomobillər arasında fərq bundan ibarətdir ki, köhnə avtomobillər akkumulyatorla işləmiş, yeni avtomobillər isə elektriklə işləyir. Köhnə avtomobillər bağdadır, işlək vəziyyətdə deyil. Köhnə avtomobillərin elə ehtiyat hissələri var ki, onları yeni avtomobillərə də quraşdırmaq olar, məsələn, təkərləri əvəzləşdirmək olar. Köhnə ilə yeni avtomobillərin ölçüsü təxmini eyni olar. Ehtiyat hissələri almış və avtomobilləri həmin ehtiyat hissələrindən yığmışlar.

34. Göründüyü kimi məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslər ifadə verərək onun həmin attraksionların sahibi olmağını və onları işlətdiyini, Nadirin onun işçisi olmasını bildirmişlər. Lakin məhkəmə şahid ifadələrinə ümumiyyətlə diqqət yetirməmiş, onların ifadələrini heç bir əsaslandırma olmadan sübut kimi qiymətləndirməmişdir. Halbuki şahid ifadələri sübut növü kimi nəzərə alınmalı idi. Hələ bu azmış kimi digər tərəfin məhkəməyə gətirdiyi saxta şahidlərinin ifadələrini isə də ali hüquqi qüvvəyə məxsus sübut hesab etmişdir. Bu isə hakimin hazırkı qətnaməsinin qərəzli və qanunsuz olmasının ən bariz sübutudur. Həmçinin onun konstitusion hüquqlarımın kobud şəkildə pozulmasıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdilər.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

40. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

42. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Mülki Prosessual Məcəllə

46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

58. Apellyasiya şikayətlərindən görünür ki, cavabdehlər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1848/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər, iddiaçılar isə apellyasiya şikayəti verməmişlər.

59. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

61. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

62. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

63. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

64. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

65. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

66. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

67. Kollegiya əlavə olaraq qeyd edir ki, vindikasiya iddiasının digər əlamətləri də nəzərə alınmalıdır. Belə ki, özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı, geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı, əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır.

68. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli əmlakın (6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış əyləncə attraksionu) İddiaçı2 MMC-yə məxsus olmasını sübuta yetirə bilməmişdir.

69. Belə ki, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alan kollegiya işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmini üçün sübutların təmin edilməsinə dair qərardad çıxarmış, həmin qərardad əsasında əldə edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Verdi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 mart 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı2 MMC tərəfindən təqdim edilmiş 2023-cü ilin əmlak vergisi bəyannaməsinə əsasən cəmiyyətin xx.xx.2024-cü il tarixə qalıq dəyəri 25.818,00 manat məbləğində maşın və avadanlıqlar mövcud olduğu, 2022-ci ilin əmlak vergisi bəyannaməsinə əsasən həmin maşın və avadanlıqların 2022-ci il ərizndə alındığı müəyyən edilmişdir. Qeyd edilən maşın və avadanlıqların əmlak balansına daxil edilməsi ilə bağlı hər hansı sənəd (elektron qaimə faktura, yük gömrük bəyannaməsi, alqı-satqı müqavilələri və sair) müəyyən edilməmişdir.

70. Göründüyü kimi, hazırkı mülki işdə İddiaçı2 MMC mübahisəli əmlakın mülkiyyətçisi olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədən, mülkiyyətin müdafiəsi ilə bağlı vindikasiya iddiasını irəli sürmüşdür.

71. Kollegiya qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

72. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

73. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

74. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq, iddianın qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

76. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1848/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1848/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar