Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1622/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt “Asan Xidmət” Mərkəzi notariat ofisi tərəfindən X3 miras qalmış əmlaka dair X4 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, X3 miras qalmış əmlaka (Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57-nin 1/4 hissəsinə, “Opel Astra minik” markalı, **-FP- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və ExpresbankASC-nin 14.11.2017-ci il tarixli 200/200/0855/2017 nömrəli arayışa hesab üzrə qalığı 1252,70 manat pul məbləğinə) dair iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək uzadılması qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən üçüncü şəxs X9 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 (bundan sonra - iddiaçılar) Sumqayıt “Asan Xidmət” Mərkəzinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (X5 üçüncü şəxs kimi göstərməklə) cavabdeh tərəfindən 10.11.2018-ci il tarixdə üçüncü şəxsin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçılar tərəfindən miras əmlakın qəbulu üçün müddətin buraxılmasının üzürlü sayılması, bu müddətin uzadılması, mirasın qəbulu faktının tanınması və miras əmlak, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57-nin 1/4 hissəsinə, “Opel Astra minik” markalı, **-FP- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və ExpresbankASC-nin 14.11.2017-ci il tarixli 200/200/0855/2017 nömrəli arayışa hesab üzrə qalığı 1252,70 manat pul məbləğinə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X9 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, o, miras qalmış əmlaka mülkiyyət hüququnun tanınması barədə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırki iş üzrə iddiaçılar eyni tələblə məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-465/2017-ci saylı, 31.01.2017-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1644/2017 saylı, 25.04.2017-ci il tanxli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək onun miras əmlaka vərəsəlik hüququ tanınmış, hazırkı iş üzrə iddiaçıların apelyasiya şikayəti təmin edilməmişdir, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. X1 ilə ölənədək rəsmi nigah münasibətlərində olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə vərəsə hesab edilirlər. Digər tərəfdən iddianın mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsi hissəsi təmin edilə bilməz. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2017-ci il tarixli, 2(060)- 7778/2017 saylı, 22.12.2017-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıların mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə ərizəsi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2925/2018 saylı, 29.10.2018-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı4 ərizəsi baxılmamış saxlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7778/2017 saylı, 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ərizədə göstərilən tələbin təmin edilməsi, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən 1 saylı evin, 2 otaqlı 57-ci mənzilinin və “Opel Astra” markalı, 1998-ci il buraxılışı, gümüşü metalik rəngli, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakı kimi İddiaçı4 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.Tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2925/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7778/2017 saylı, 22 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunması, ərizəçi İddiaçı4 ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Eyni zamanda bildirir ki, mübahisəli ev mərhum ərinin bacıları tərəfindən 2021-ci ilin yanvar ayında satılıb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 apellyasiya şikayətini qəbul etməyib göstərdi ki, atası X11 03.02.2016-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57-nin 1/4 hissəsi, “Opel Astra minik” markalı, **-FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Expresbank ASC-nin 14.11.2017-ci il tarixli 200/200/0855/2017 nömrəli arayışa hesab üzrə qalığı 1252,70 manat pul məbləği miras qalmışdır. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57 İddiaçı4 Xanbala qızının adına 3/4 hissə, X7 adına 1/4 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiууata alınmışdır. “Opel Astra minik” markalı, **-FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə iddiaçılardan İddiaçı3 bu günə kimi faktiki istifadəsindədir. Expresbank ASC-nin hesab üzrə qalığı 1252,70 manat pul məbləği Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2338/2018ci il saylı, 28 fevral 2018-ci tarixli qətnaməsinə əsasən Sumqayıt Regional ” Asan xidmət”' Mərkəzi 10.11.2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə üçüncü şəxsin istifadəsinə verilmişdir. Atasının vəfatından sonra 2016-cı ildə 6 saylı Dövlət Notariat Orqanına və daha sonra Sumqayıt Regional ”Asan xidmət” Mərkəzinə notariat qaydasında ərizə ilə müraciət edərək miras əmlakı qəbul etmək istəyidiyini bildirmiş, lakin, notariat orqanı əmlakın mülkiyyət sənədlərini təqdim etməli olduğunu bildirərək vərəsəlik hüququnu rəsmiləşdirməmişdir. Bu səbəbdən mirasın 6 aylıq müddətdə qəbulu üzürlü olaraq ötürülmüşdür. Sonradan isə cavabdeh vərəsəlik şəhadətnaməsi verməyərək, müddətin uzadılması üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Məhkəmələrdə işə baxılarkən hüquqi savadsızlığından, mülki işləri düzgün apara bilməmişdir. Bununla əlaqədar ərizə baxılmamış saxlanmışdır. Miras əmlakın qəbulu ilə bağlı müddətin uzadılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə onun mirası qəbul etmək üçün müddətin uzadılması barədə iddia ərizəsi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Cavabdeh məhkəmə mübahisələrinin bitmədiyini nəzərə almayaraq vərəsələrin dairəsini müəyyənləşdirmədən və miras payları müəyyən etmədən bütün miras əmlaklara Sədaqət Əliyevanın adına qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Cavabdeh belə bir şəhadətnaməni verərkən Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsinə əsaslanmışdır. Lakin belə bir məhkəmə prosesindən xəbərsiz olmuşdur. 28 fevral 2018-ci il tarixli qətnamə çıxarılarkən iştirakı təmin edilməmişdir. Bundan əlavə hər bir halda notariat orqanı digər vərəsələrin olub-olmadığını aydınlaşdırmalıdır. Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə üçüncü şəxsə tam hissə vərəsəlik pay vermişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı5 apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı3, cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarından olan ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X12 03.02.2016-cı ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrə əsasən iddiaçıların Yəhya Zəkiyevin övladları olması müəyyən edilir. İşə əlavə edilmiş ərizələrdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 atalarından qalan miras əmlaka dair pay hüquqlarından İddiaçı4 xeyrinə imtina etmişlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə üçüncü şəxs Yəhya Zəkiyevlə 01.08.2006-cı il tarixində nikaha daxil olmuşlar. Hazırkı iş üzrə üçüncü şəxs 07.11.2016-cı ildə İddiaçı2, İddiaçı1 və İddiaçı4 qarşı Yəhyə Zəkiyevdən miras qalmış əmlaka mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işin materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57 ¾ hissədə İddiaçı4 Xanbala qızının, ¼ hissədə isə Yəhyə Zəkiyevin mülkiyyətində olmuşdur. “Opel Astra minik” markalı, **-FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə 04.10.2014-cü il tarixdən Yəhyə Zəkiyevin mülkiyyətində olmuşdur. Həmin iş üzrə cavabdehlər miras əmlaka dair mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-465/2017 saylı, 31.01.2017-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1644/2017 saylı, 25.04.2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31.01.2017-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş Sədaqət Əliyevanın vərəsəlik hüququ tanınmışdır. İddiaçı4 mirasın qəbulu üçün müddətin uzadılması haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Yəhyə Zəkiyevdən miras qalmış əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2017-ci il tarixli, 2(060)7778/2017 saylı, 22.12.2017-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2925/2018 saylı, 29.101.2018-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı4 ərizəsi baxılmamış saxlanmışdır. Sədaqət Əliyeva iddia ərizəsi ilə Sumqayıt “Asan Xidmət” Mərkəzinin xüsusi notariusu X10 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Yəhyə Zəkiyevdən miras qalmış əmlakın qəbulu üçün Sədaqət Əliyeva tərəfindən buraxılmış müddət uzadılmışdır. Həmin qətnaməyə əsasən X17 Zəkiyevdən miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almışdır. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmasına baxmayaraq notariat orqanının Yəhyə Zəkiyevdən miras qalmış bütün əmlaka dair Sədaqət Əliyevaya vərəsəlik şəhadətnaməsi verməsini, iddiaçıların isə həmin vaxt miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etməsini, lakin, ərizənin müvafiq prosessual qanunvericiliyin tələbinə uyğun tərtib edilmədiyindən baxılmamış saxlanılmasını, iddiaçıların mirasın qəbulu üçün müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxmalarını müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Əliyeva Sədaqət İbrahim qızı iddia ərizə ilə məhkəmə müraciət edərək miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atalarından qalan miras əmlaka mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-465/2017 saylı, 31.01.2017-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1644/2017 saylı, 25.04.2017-ci il tarixli qətnaməsi ilə Sədaqət Əliyevanın apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31.01.2017-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş Sədaqət Əliyevanın vərəsəlik hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2018-ci il tarixli, 2(060)2338/2018 saylı qətnaməsindən görünür ki, X9 ərizə ilə müraciət edərək mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etmiş, iddia təmin edilmiş, 03.02.2016-cı ildə ölmüş Yəhya Ələsgər oğlu Zəkiyevdən miras qalmış əmlaka X8 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması qət edilmişdir. Göründüyü kimi daha əvvəl hər iki tərəf miras əmlaka mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırki iş üzrə iddiaçıların iddiası təmin edilməmiş, hazırki iş üzrə üçüncü şəxs Sədaqət Əliyevanın iddiası qismən təmin edilərək onun vərəsəlik hüququ tanınmış, daha sonra X9 ərizə ilə müraciət edərək mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2018-ci il tarixli, 2(060)2338/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 03.02.2016-cı ildə ölmüş Yəhya Ələsgər oğlu Zəkiyevdən miras qalmış əmlaka X8 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması qət edilmişdir. Göründüyü kimi, Sədaqət Əliyevanın miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması və miras əmlaka vərəsəlik hüququ qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə iddiaçılar daha əvvələr də mirasın əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması barədə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2017-ci il tarixli, 2(060)7778/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən üçüncü şəxs Sədaqət Əliyeva apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(105)2925/2018 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2017-ci il tarixli, 2(060)7778/2017 saylı qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı Zəkiyeva Zeynəb Yəhya qızı ərizə ilə məhkəməyə müraciət edərək miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılaraq uzadılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2(060)4502/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə iddiaçılar miras əmlakla bağlı aparılan proseslərdən məlumatlı olmuşlar. Bununla da mötəbər və müstəsna sübutlar təqdim etmədiklərindən mirasın qəbulu müddətinin üzrlü səbəbdən ötürülməsi barədə iddia tələbi təmin edilə bilməz. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamış, qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin İddiaçı1 və qeyrilərinin cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və digər tələblərinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1622/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1622/2021
06.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver