Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1622/2023 21.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: sudan istifadəyə görə yaranmış borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1983/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən tərtib olunan hesab fakturalardan görünür ki, İddiaçı adına olan Sumqayıt, 1-ci məhəllə, ev-31 ünvanına xx.xx.2022-ci il tarixə 230.94 manat, xx.xx.2021-ci il tarixə 185.94 manat, xx.xx.2021-ci il tarixə 183.94 manat, xx.xx.2022-ci il tarixə 193.94 manat, xx.xx.2022-ci il tarixə 212.94 manat, xx.xx.2022-ci il tarixə 233.94 manat ödənişin olunması barədə məlumatlar əks olunmuşdur.
2. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X2 Nümayəndəsi tərəfindən verilmiş 155 nömrəli, 14 fevral 2023 –cü il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci ildə anadan olmuş vətəndaş, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
3. Azərbaycan Respublikası qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 95.76 kvadrat kilometr sahəsi olan 134.81 kvadrat kilometrdən ibarət olan 31 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Sumqayıt İcra Hakimiyyətinin 04 nömrəli, 27 fevral 1991-ci il tarixli əmri əsasında vətəndaş X3 verilmişdir.
4. Azərbaycan Respublikası Cavabdeh ASC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış müraciətə cavab olaraq bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair xx.xx.2003-ci il tarixdə 30692304 saylı müqavilə bağlanılaraq sözügedən ünvana **********000 saylı abonent kodu açılmışdır. Qeyd edilən ünvanın hesabatı xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 10156101 nömrəli sayğacın göstəricisinə əsasən, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 21019615 nömrəli smart kart tipli sayğacın balans yükləmələrinə əsasən aparılmışdır. 21019615 nömrəli smart kart tipli sayğacın elektron hissəsi sərfiyyatı qeydə almadığından sayğac xx.xx.2021-ci il tarixdə son göstəricisi 1202 kub metr olmaqla istismardan çıxarılaraq, yerində 21019615 nömrəli su sayğacı quraşdırılmışdır. Abonent tərəfindən smart kartın balansına 1057 kub metrədək yükləmə edildiyindən, sayğacın mexaniki göstəricisində müəyyən edilən 145 kub metr əlavə istifadə edilmiş su sərfiyyatının dəyəri (123.18 manat) abonentin cari hesabına borc olaraq əlavə edilmişdir. Hazırda sayğac göstəricisi 350 kub metr olmaqla, ünvanın hesabına 220.94 manat borc vardır. Qeyd edilən borc xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 123.18 manat 21019615 nömrəli sayğacın göstəricisinə əsasən, 97.76 manat isə faktiki sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Qeyd edilən digər **********000 saylı abonent kodu isə cəmiyyətin elektron bazasında mövcud deyildir.
5. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent kartı və arayışdan müəyyən edilir ki, ünvan 4 ünvanında xx.xx.2021-ci il tarixdə su sayğacı dəyişdirildikdən sonra, sayğac göstəricisinə əsasən abonentin 200.18 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanına quraşdırılmış **********0000 abonent koduna hesablanmış 250 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşayır. Evin su sayğacı onun adınadır. Abonent kodu **********0000dür. Ona məxsus ünvanın su sayğacı uzun müddət ərzində istifadə edildiyindən istismar müddəti başa çatmış və Cavabdeh ASC-nin əməkdaşları tərəfindən onun müraciətinə əsasən yenisi ilə əvəzləndirilmişdir. Sayğac yerində çıxarılmış və əməkdaşlar tərəfindən heç bir irad bildirilmədən aparılmışdır. Aradan bir müddət keçəndən sonra ünvana bildiriş gəlmiş və orada qeyd olunmuşdur ki, guya sayğacı onlar zədələdiklərinə görə əlavə borc tətbiq edilir. Sayğacın istismar müddəti bitmiş və yenisi ilə əvəzləşdirilmişdir. Bu məsələdə abonent olaraq onun heç bir təqsiri yoxdur. Məsuliyyəti qanunla nəzərdə tutulmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə onlara xəbərdarlıq gəlmişdir ki, yaranmış borcu 7 gün ərzində ödənilməsə su xətti ayrılacaqdır. Bu isə abonentin istehlak hüquqlarının kobud şəkildə pozulması deməkdir. Hesab edir ki, qarşı tərəf inhisar qurum kimi öz səlahiyyətlərindən sui istifadə edir. Bu isə qanunla qadağandır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1983/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1, 59.1, 59.3, 61, 62-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3, 6.4-bəndlərinə, Mülki Məcəllənin 425, 448.2, 385-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 77, 216, 220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
10. Məhkəmənin mövqeyi bu cür əsaslandırılmışdır ki, İddiaçı ünvan 6 ünvanında yerləşən su sayğacı mənzil daxilində yerləşir. Bu səbəbdən sayğacda nasazlıq, hər hansı bir problem aşkarlandığı zaman iddiaçı bu barədə cavabdehin nəzarətçilərinə bildirmək öhdəliyi (Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən) daşıyır. Nəticə olaraq cavabdehliyi iddiaçı daşıdığından cavabdehin məsuliyyəti müəyyən olunmur. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən İddiaçı məhkəmə iclasında iştirak edərkən saygacın işlək vəziyyətində olmadığını etiraf etmiş, yalnız Cavabdeh ASC-yə müraciət edilməsi öz təsdiqini tapmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1983/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin ziddinə gedərək, cavabdeh qurum tərəfindən əsassız hesablanmış borcu silməmişdir. İddiaçının cavabdehə heç bir borcu yoxdur, çünki sudan istifadə üzrə ödənişləri müntəzəm qaydada həyata keçirmişdir. Cavabdeh qurum sayğac nasazlığına görə iddiaçıya borc hesablayıb, bu isə qanunla qadağandır. Bundan başqa, cavabdeh qurum iddia edir ki, guya smartkart olan zaman iddiaçının borcu yaranıb. Məhkəmə nəzərə almayıb ki, smart kart tətbiq edilirsə, o zaman abonentə borc yarana bilməz. Sayğacın nasazlığına görə iddiaçının məsuliyyət daşıması absurd yanaşmadır. Sayğac dövlət hesabına dəyişdirilir. İki ay ərzində iddiaçı qeyd olunan məbləğdə su sərfiyyatı istifadə edə bilməz. Su sayğacı fərdi yaşayış evinin həyətində yerləşir və onun nasazlığına görə iddiaçı məsul deyil. Ona tətbiq edilən borcun əsası yoxdur və silinməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə etiraz edərək əlavə etdi ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçıya hesablanan borc məbləği su sayğacının yenisi ilə əvəz edildikdən sonra köhnə sayğacdakı göstəriciyə əsasən hesablanmışdır ki, həmin məbləğ ümumilikdə 305 manat 18 qəpik olmuşdur. Lakin iddiaçı həmin məbləğdən 105 manat ödəniş etmişdir. Hazırda abonentin borcu 200.18 manat təşkil edir. Həmin borc texniki cəhətdən nasaz olan sayğacın göstəricisinə əsasən istifadə edilmiş su sərfiyyatının dəyəri kimi hesablanmışdır. İddiaçı abonent kimi sudan istifadə üzrə aylıq ödənişlərini vaxtında icra edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, iddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kollegiya, iddiaçı tərəfin üzrlü səbəb barədə sənəd təqdim etməməsini nəzərə alaraq Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
18. AR Su Məcəlləsinin
97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.
19. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğvini xahiş etmişdir.
23. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdeh tərəfin nümayəndəsinin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli, iddiaçıya məxsus ünvan 5 ünvanına quraşdırılmış **********0000 abonent koduna hesablanmış 200 manat, 18 qəpik məbləğində borc silinməlidir.
25. Apellyasiya kollegiyası işin tədqiq olunan faktiki hallarından çıxış edərək qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək yaşadığı ünvanda ona məxsus abonent koduna hesablanmış 250 manat məbləğində borcun silinməsini xahiş etmişdir.
26. Kollegiya iş materiallarını tədqiq edərək qeyd edir ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair müqavilə imzalanmış və həmin müqavilənin tərəfləri kimi iddiaçı və cavabdeh qarşılıqlı hüquq və vəzifələrin daşıyıcısı olmuşlar. Müqavilə şərtlərinə əsasən iddiaçı abonent qismində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən yararlanmaq hüququnu əldə etmiş, eyni zamanda həmin xidmətlərə uyğun ödənişin icra edilməsi vəzifəsini daşımalı olmuşdur.
27. İddia ərizəsinin və eyni məzmunlu apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, iddiaçı qeyd olunan borc məbləğinin məhz ona məxsus ünvanda su sayğacının istismar müddətinin bitməsi və yenisi ilə əvəz edilməsi ilə yeni su sayğacının dəyəri kimi cavabdeh tərəfindən hesablandığını bildirmişdir. Cavabdehin bu hərəkətini qanunsuz hesab edən iddiaçı həmin məbləğin silinməsini məhkəmədən xahiş etmişdir.
28. İşin apellyasiya icraatı zamanı, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş abonent kartı və arayışdan, eləcə də sonuncunun izahatından müəyyən edildi ki, abonentə məxsus ünvan 4 ünvanında xx.xx.2021-ci il tarixdə su sayğacı dəyişdirildikdən sonra, həmin sayğacın göstəricisinə əsasən 332 kub su sərfiyyatının dəyəri olan 305 manat, 18 qəpik məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində borc həmin borcdan silinmiş, hazırda abonentin 200 manat 18 qəpik məbləğində əvvəlki sayğacın göstəricinə əsasən hesablanmış borcu vardır. Həmçinin nümayəndə izahatında bildirdi ki, labaratoriya rəyinə əsasən su sayğacına hər hansı kənar müdaxilə müəyyən edilməmiş, lakin sayğacin daxili mexanizmlərində problemlər yaranmaqla, texniki cəhətdən yararsız vəziyyətə düşmüşdür.
29. Məhkəmə kollegiyası işin araşdırılan hallarına qiymət verib bildirir ki, göründüyü kimi iddiaçı mübahisəli ünvanda uzunmüddətli yaşamaqla, sudan istifadə üzrə aylıq ödənişlərini müntəzəm şəkildə icra etmişdir. İşin bu halı cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. O, abonent hesabında qeyd olunan 250 manat məbləğində borcun silinməsini xahiş etmişdir ki, həmin məbləğin yaranma əsası kimi iddiaçı ona məxsus ünvanın su sayğacının istismara yararsız olduğunu, onun cavabdehə müraciəti əsasında sayğacın yeniləndiyini və həmin sayğacın dəyərinin ondan hazırda əsassız şəkildə tələb edildiyini bildirmişdir ki, onun bu barədə dəlilləri məhkəmə araşdırması zamanı qismən sübuta yetirilmişdir.
30. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi abonent kartı və arayışdan, eləcə də sonuncunun izahatından müəyyən edildi ki, iddiaçıya məxsus ünvan 4 ünvanında xx.xx.2021-ci il tarixdə su sayğacı dəyişdirildikdən sonra, həmin sayğacın göstəricisinə əsasən 332 kub su sərfiyyatının dəyəri olan 305 manat, 18 qəpik məbləğində borc abonentə hesablanmışdır ki, həmin borcun yaranma və hesablanma meyarı anlaşılan deyil, eyni zamanda həmin borcun yaranması iddiaçı tərəfin günahı ucbatından əmələ gəlməmişidir.
31. Sözügedən ünvanda su sayğacında yaranmış nasazlığın aradan qaldırılması məqsədi ilə iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Bundan sonra cavabdehin əməkdaşları ünvana baxış keçirmiş və su sayğacında texniki cəhətdən nasazlıq aşkar edildiyindən sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğac labaratoriyaya baxışa göndərilmişdir. Labaratoriyanın rəyində isə sayğaca hər hansı kənar müdaxilənin olmadığı müəyyən edilmişdir.
32. Apellyasiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, su sayğaclarının istismara yararlılıq vəziyyətinin mütəmadi yoxlanılması abonentin yox, həmin xidməti həyata keçirən cavabdeh müəssəisənin vəzifəsini təşkil edir. Cavabdehin əməkdaşları vaxtında mübahisəli ünvanda su sayğacına baxış keçirib, yaranmış qüsuru aradan qaldıra bilərdilər. Digər tərəfdən hazırkı formada sayğacdakı texniki nasazlıq səbəbindən onun mexaniki hesabat göstəricisinin işlək vəziyyətdə olub-olmaması, yaxud sağlam vəziyyətə su sərfiyyatını hansı tarixdən hesablanmasını dəqiq müəyyən etmək mümkün deyildir.
33. İşin mübahisəsiz halından aydın olur ki, abonent olan iddiaçı yaşadığı ünvanda müntəzəm şəkildə aylıq su borcunu tam həcmdə ödəmişdir. Belə olan halda onun abonent hesabına yuxarıda qeyd olunan formada cavabdeh müəssisə tərəfindən borcun hesablanması əsassız hesab edilməlidir.
34. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
35. Qeyd olunan maddənin tələbini hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən öz təstiqini tapdığından, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsasdır.
36. Məhkəmə kollegiyası sadalananların yekunu olaraq qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində borc ümumi borcdan silinmiş, hazırda abonentin 200 manat 18 qəpik məbləğində borcu qalmışdır ki, bu bocu məhkəmə kolllegiyası əsassız hesab edir və qeyd edir ki, iddia tələbi həmin məbləğə aid hissədə təmin edilməli, 200 manat 18 qəpik məbləğində borc abonentin hesabından silinməlidir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1983/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi qismən-“iddianın təmin olunmayan 200.18 manat hissəsinə münasibətdə” ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. ünvan 5 ünvanına quraşdırılmış **********0000 abonent koduna hesablanmış 200.18 manat (iki yüz manat on səkkiz qəpik) məbləğində borc silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən kasssiya şikayəti verilə bilməz