Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1627/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılma tələbinə dair ilk, iddiaçı X2 cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2886/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 241C saylı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 Ceyhunə Nizam qızından 20000 manat pulun alınıb ona verilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dayandırılması hissəsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2886/2024 saylı qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətin Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2886/2024 saylı qərardadından narazı qalan İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2886/2024 saylı qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Vəfa Şirəliyeva) ilə hazırki mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsi və iş üzrə icraatın ekspertin rəyinin məhkəməyə daxil olanadək dayandırılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Şikayətin geri qaytarılmasına səbəb şikayətin elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verməməyi olmuşdur. Hal-hazırda məhkəmənin irad bildirdiyi formaya əməl edərək yenidən məhkəməyə müraciət edir və hesab edir ki, məhkəmənin xx.xx.20204-cü il tarixli qərardadı ləğv edilərək xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət mahiyyəti üzrə baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2886/2024 saylı qərardadı ilə (hakim Vəfa Şirəliyeva) şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2886/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.1-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmçinin, apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Bundan başqa Həmin Məcəllənin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formada tərtib edilməmiş, həmçinin şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qərardadda qeyd edilən halları aradan qaldıraraq yenidən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verdiyini qeyd etsə də şikayətin məzmunundan göründüyü kimi, iddiaçı şikayətin geri qaytarılmasına dair qərardadı mübahisələndirmiş, sadəcə yekunda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Yəni, iddiaçı əslində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra iddiaçı birbaşa olaraq xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verməlidir. Həmin şikayətin geri qaytarılması barədə qərardaddan razılaşdıqda isə həmin qərardaddan şikayət verilməsinə zərurət olmamaqla yanaşı, şəxsin razılaşdığı qərardaddan şikayət verməsi də anlaşılan olmur. Buna görə də məhkəmə kollegiyası cavabdehin şikayəti əsassız hesab etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2886/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2886/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1627/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1627/2024
16.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver