Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-163/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, iclas katibi X7, iddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı və vəkili X10, Cavabdeh2 nümayəndəsi X11 və vəkili X5, Cavabdeh3 nümayəndəsi və vəkili X12 iştirakı ilə Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il il tarixli, 2(027)-197/2020 saylı qətnaməsindən iddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il il tarixli, 2(027)-197/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) iddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alğısatqı müqaviləsinin və dövlət aktının etibarsız hesab edilməsi, torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il il tarixli, 2(027)-197/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair 01.05.2003-cü il tarixdə verilmiş JN638 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 0,40 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh3 adına verilmiş 21.07.2003-cü il tarixli, JN-0639 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında 0,81 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh4 adına verilmiş 21.07.2003-cü il tarixli, JN 0640 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi, hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı S.Z.İsmayılov apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)-782/2020 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin təmin edilməklə hər ay 250 manat kirayə haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və digər şəxslərin müraciəti əsasında keçmiş Quba rayon N.Nərimanov adına sovxozun AİK-nın 14 iyun 1996-cı il tarixli qərarı ilə “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatı yaradılıb. Yaradılmış müəssisənin fəaliyyəti üçün Quba Rayon İcra Hakimiyyəti başçısının 07.10.1997-ci il tarixli, 835 saylı sərəncamı ilə “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının mülkiyyətinə cəmi 101,76 ha torpaq sahəsi, o cümlədən kənd təsərrüfatına 65,70 ha torpaq sahəsi verilib. 27.03.1998-ci il tarixdə “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının adına onun da adı göstərilməklə kənd təsərrüfatı məhsulları istehsalı üçün 65,18 ha torpaq sahəsinə Quba rayon Torpaq Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən “Torpaqdan daimi istifadə hüququna dair” JN- 161 seriyalı, KOD 30317018 saylı Dövlət aktı verilib. Beləliklə, rəhbəri olduğu “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının qanuni istifadəsinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 65,18 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi tərəflərindən təyinatı üzrə istifadə edilib. 2018-ci ilin sonlarında ona məlum olub ki, qanuni istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1,21 ha torpaq sahəsi digər şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunub hasara alınıb. Məsələ ilə bağlı o, rəsmi ərizə ilə Quba RPŞ-nə müraciət edib və ərizəsi əsasında araşdırma aparılaraq qanuni istifadəsində olan 1,21 ha torpaq sahəsini ilk əvvəl Cavabdeh2 Qəçrəş bələdiyyəsi ilə aralarında bağlanmış müqavilə əsasında alıb və öz adına dövlət aktı əldə edib, sonradan həmin torpaq sahəsinin 0,40 ha hissəsini cavabdeh Xalidə Baxşəliyevaya, yerdə qalan 0,81 ha torpaq sahəsini isə digər Cavabdeh4 alğı-satqı yolu ilə özgəninkiləşdirmiş, sonuncular alğı-satqı müqavilələri əsasında öz adlarına dövlət aktları əldə etmişlər. Əldə olunmuş sənədlərdən müəyyən olunur ki, rəhbəri olduğu “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının qanuni istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1,20 ha torpaq sahəsi Qəçrəş bələdiyyəsi tərəfindən həmin bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2003-cü il tarixli, 02 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, sonuncu həmin alğı-satqı müqaviləsinə əsasən 1,20 ha torpaq sahəsinə 01.05.2003cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0638 seriyalı, KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əldə etmişdir. Cavabdeh2 həmin 1,20 ha torpaq sahəsinin 0,40 ha hissəsini Quba şəhər Notariat Kontorunda 15.05.2003-cü il tarixdə təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən digər Cavabdeh3 satmış, sonuncu həmin alğı-satqı müqaviləsinə əsasən 0,40 ha torpaq sahəsinə 21.07.2003cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0639 seriyalı, KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əldə etmişdir. Cavabdeh2 1,20 ha torpaq sahəsinin 0,81 ha torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmış, sonuncu da həmin alğı-satqı müqaviləsinə əsasən 0,81 ha torpaq sahəsinə 21.07.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0640 seriyalı, KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əldə etmişdir. Hesab edir ki, “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının qanuni istifadəsində olan torpaq sahəsinin 1,20 ha hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması tamamilə qanunsuzdur, ona görə də, həmin müqavilə əsasında 1,20 ha torpaq sahəsinin 0,40 ha və 0,81 ha hissələrinə aid Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqavilələri, həmin müqavilələr əsasında sonuncuların adına verilmiş dövlət aktları etibarsız edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 27 yanvar 2020-ci il il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı və onun vəkili X10 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X11 və vəkili X5, Cavabdeh3 nümayəndəsi və vəkili X20 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş “Torpadan daimi istifadəyə dair” JN-161 seriyalı, kod 30317018 nömrəli Dövlət aktının surətindən görünür ki, Quba Rayon İcra Hakimiyyəti başçısının 07.10.1997-ci il tarixli, 835 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Quba rayonu, Qəçrəş kəndi ərazisindən 65,18 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Quba Rayon İcra Hakimiyyəti başçısının 07.10.1997-ci il tarixli, 835 saylı qərarı ilə “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının mülkiyyətinə cəmi 101,76 ha torpaq sahəsi, o cümlədən kənd təsərrüfatına yararlı 65,76 ha torpaq sahəsi verilmişdir. Quba RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15.02.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əlamətləri olmadığından material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0638 seriyalı, kod 30317018 nömrəli Dövlət aktının surətindən görünür ki, Cavabdeh2 Quba rayonu Qəçrəş bələdiyyəsinin 26.02.2003-cü il tarixli, 02 saylı müqaviləsi ilə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-0639 seriyalı, kod 30317018 nömrəli Dövlət aktının surətindən görünür ki, Cavabdeh3 Quba şəhər Dövlət Notariat Kontorunun 15.05.2003-cü il tarixli, 4-ə-168 saylı müqaviləsi ilə 0,40 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-640 seriyalı, kod 30317018 nömrəli Dövlət aktının surətindən görünür ki, Cavabdeh4 Quba şəhər Dövlət Notariat Kontorunun 15.05.2003-cü il tarixli, 4-169 saylı müqaviləsi ilə 0,81 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır. 15.05.2003-cü il tarixli torpaq alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 Quba rayonu Qəçrəş kəndində yerləşən 0,40 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. 15.05.2003-cü il tarixli torpaq alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 Quba rayonu Qəçrəş kəndində yerləşən 0,80 ha torpaq sahəsini Cavabdeh4 satmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06.12.2019-cu il tarixli, **********14 nömrəli məktubundan görünür ki, “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının adına olan JN-161 seriyalı, KOD 30317018 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim olunmuş “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının ümumi yığıncağının 22 yanvar 2021-ci il tarixli protokolundan görünür ki, gündəlikdə duran məsələ “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının yeni tərkibinin təsdiqi və kəndli (fermer) təsərrüfatının fəaliyyətinin bərpa olunması və onun rəhbərinin seçilməsi olmuş, sadalanan təliflər səsə qoyulmaqla “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının 8 nəfərdən ibarət tərkibi, “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının yenidən fəaliyyətə başlaması və İddiaçı onun rəhbəri təyin edilməsi qərara alınmışdır. “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının ümumi yığıncağının 10 fevral 2021-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz şöbəsi tərəfindən 05 may 1998-ci il tarixdə 44 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının vergi uçotuna alınması və “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının nizamnamə kapitalının 8 manat müəyyən edilməsi qərara alınmış və təsisçilərin nizamnamə katitalında payları:
1. İddiaçı - 1 manat, 12,5 faiz pul şəkilində,
2. X15 - 1 manat, 12,5 faiz pul şəkilində,
3. X13 - 1 manat, 12,5 faiz pul şəkilində,
4. X1 - 1 manat, 12,5 faiz pul şəkilində,
5. X2 - 1 manat, 12,5 faiz pul şəkilində,
6. X14 - 1 manat, 12,5 faiz pul şəkilində,
7. X3 - 1 manat, 12,5 faiz pul şəkilində,
8. X6 - 1 manat, 12,5 faiz pul şəkilində təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun 3 saylı Ərazi Vergilər İdarəsinin Dövlət Reyesterindən verilmiş 17.02.2021-ci il tarixli çıxarışdan görünür ki, “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatı vergi ödəyicisi kimi 16 fevral 2021-ci il tarixdə təşkilati-hüquqi forması “Tam ortaqlıq” olmaqla qeydiyyata alınmış və qanuni təmsilçisi İddiaçıdur. Statistika orqanları ilə sahibkarlıq subyekti arasında əməkdaşlıq sazişdən görünür ki, Quba rayon Statistika İdarəsi və “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatı 03 mart 2022ci il tarixdə razılaşdırılmış mövqeylərini və birgə fəaliyyətlərini müəyyən edən əməkdaşlıq sazişi bağlamışlar. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh2 Cavabdeh1 26.02.2003-cü il tarixli, 02 saylı müqaviləsi ilə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmış və bunun əsasında Torpağa mülkiyyət hüququna dair JN-0638 seriyalı, kod 30317018 nömrəli dövlət aktı verilmişdir. O, həmin torpaq sahəsindən 0,04 hektarını 15.05.2003-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3, 0,81 hektar hissəsini isə Cavabdeh4 satmışdır. Bununla əlaqədar qeyd olunan şəxslərə dövlət aktları verilmişdir. İddiaçı isə qeyd etmişdir ki, onun rəhbəri olduğu “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatına Quba Rayon İcra Hakimiyyəti başçısının 07.10.1997-ci il tarixli, 835 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən 101,76 ha torpaq sahəsi, o cümlədən kənd təsərrüfatına yararlı 65,76 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1,20 ha hissəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və hazırda cavabdehlərin qeyri-qanuni istifadəsindədir. Lakin DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən bildirilmişdir ki, iddiaçının əsaslandığı JN-161 seriyalı, KOD 30317018 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığına və iddia etdiyi pozulmuş hüquqlarını təsdiq edəcək hüquqi sənədlər mövcud olmadığına görə iddiaçının cavabdehlərə qarşı belə bir iddia irəli sürmək hüququ yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Formal həqiqət prinsipinə əsasən işdə olan sübutlar əsasında məhkəmənin gəldiyi nəticə bundan ibarətdir ki, iddiaçının tələbini əsaslandırdığı hallar şəxsi fikir və fərziyyələrdən ibarət olmuş, torpaq sahəsinin onun və ya qeyd etdiyi təsərrüfatın mülkiyyətində olması sübuta yetirilməmiş, cavabdehlərin onun mülkiyyət hüquqlarını pozması öz təsdiqini tapmamışdır. Cavabdehlər hazırda onlara mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququndan istifadə edir. Onların bu hüquqlarından sui-istifadə etdiyi, digər şəxslərin hüquqlarını pozduğu məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il il tarixli, 2(027)-197/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.