Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1632/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(027)-123/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(027)-123/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh1, Cavabdeh2na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı alğısatqı müqaviləsinin, etibarnamənin və çıxarışın etibarsızlığı tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(027)-123/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Hacı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 3 otaqlı, yaşayış sahəsi 48,1 kv.m, yardımçı sahəsi 23 kv.m, ümumi sahəsi 71,1 kv.m olan 11 saylı mənzilin alışına görə 19000 (on doqquz) min manat məbləğində pul satıcı X7 ödəyərək ondan faktiki olaraq mənzili alaraq alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün Cavabdeh2na müraciət etmişlər. Cavabdeh2 mənzilin alğı-satqısını rəsmiləşdirərək 25 iyul 2012-ci il tarixi, AN-l seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsini və onunla əlaqəli digər sənədləri tərtib edərək ona vermişdir. Notariusda sənədlər tərtib edilərkən mətnləri oxumamış, mənzilin alışına görə 19000 manat pulu özü ödəmiş, sənədləşməni oğlu Elçinə və notarius etibar etmişdir. Elçinin və notariusun sənədlərdə göstərdiyi yerlərdə imzalar etmişdir. Sonda mənzillə və alğı-satqı ilə bağlı sənədləri notarius ona təqdim etmişdir. Satın alınmış həmin mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsini və həmin qeyddən çıxarışın alınmasını cavabdeh, oğlu Cavabdeh1 həvalə etmişdir. Elçin mənzilin sənədlərini rəsmiləşdirərək ona təqdim edib. O, heç bir şübhə etmədən sənədləri alaraq yaşadığı evin ona mənsub otağında saxlamışdır. Cavabdehlər oğlu Cavabdeh1 və Cavabdeh2 onun etbarından sui istifadə edərək satın aldığı mənzilə mülkiyyət hüququnun onun adına yox, Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə sənədləşmə aparıblar. Nəticədə, cavabdehlərin günahları səbəbindən qanunla qorunan onun mülkiyyət hüququ pozulmuşdur. Faktla bağlı Cavabdeh1 soruşarkən o, həmin məsələdən xəbərsiz olduğunu və mənzilin onun yox, öz adına rəsmiləşdirildiyini bildirmişdir. Cavabdeh1 tərəfindən, Cavabdeh2, 25.07.2012-ci il tarixdə ona verilmiş 7E/076621 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməli, həmin etibarnamə ilə bağlı qeyd ləğv edilməli, həmin etibarnamə əsasında həmin notarius reyestrində 4Ə/02-5 1 7 nömrəli qeydi əsasında rəsmiləşdirilmiş 25 iyul 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi bağlandığı gündən etibarsız hesab edilməli, həmin müqavilə ilə əlaqəli 25 iyul 2012-ci il tarixli, 4Ə/02-517 reyestr nömrəli qeyd ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********6605101-093004 reyestr və********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının nömrəli vərəqində edilmiş qeyd ləğv edilməli, daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66- 05101-093004 reyestr və ********** nömrəli qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarış etibarsız hesab edilməlidir. Quba rayon notariusu tərəfindən 25.07.2012-ci ii tarixdə verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə və həmin etibarnamə əsasında Cavabdeh1 iştirak etdiyi 25 iyul 2012-ci il tarixi, AN- 1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi etibarsızdır. 25 iyul 2012-ci il tarixi, AN-l seriyalı, № ******* seriya nömrəli alğı- satqı müqaviləsinə əsasən Quba rayon notariusu tərəfindən 25.07.2012-ci il tarixdə verilmiş 7E/07-6621 nömrəli etibnamə Cavabdeh1 adından çıxış edən Quba şəhəri, Y.Qasımov p r .ev 44-də yaşayan İddiaçı (şəx.vəs.AZE № 0*******. Quba RPŞ 19.08.2009) “Alıcı” adlanan digər tərəf, həmin müqaviləni bağlayıblar. Həmin müqavilənin bağlanarkən Cavabdeh1 təqdim etdiyi, Quba RPŞ tərəfindən 23.08.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü kimi müqavilənin bağlandığı zaman Cavabdeh1 mənsub həmin şəxsiyyət vəsiqəsi ya olmamış, ya da ki, ona mənsub olmuş şəxsiyyət vəsiqəsi müddəti ötdüyündən etibarsız olmuşdur. Mövcud olmayan və ya etibarsız şəxsiyyət vəsiqəsi əsasında, şəxs əqd bağlaya bilməzdi və həmin şəxs adından bağlanmış əqdlər etibarsızdır. Cavabdeh1 ilə onun arasında olan ailə münasibətlərindən göründüyü kimi Elçin onun oğludur. Hazırki iddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 mənsub Quba RPŞ tərəfindən 23.08.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* nömrəli və ona mənsub Quba RPŞ Q və ŞV bölməsi tərəfindən 05.06.201 7-ci il tarixdə verilmiş AZE seriyalı, №16570170 nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü hazırki tələb üzrə mübahisələndirilmiş əqdlər bağlanarkən Elçin 35 yaşlı gənc sağlam, o, 56 yaşlı qoca qadındır. Həm, ailə münasibətlərinə görə, həm də yaş həddinə görə, şəxsi hüquqların həyata keçirilməsi üçün Elçinin ona yox, onun Elçinə etibarnamə verməyi ağlabatandır. Həm, ailə münasibətləri əsasında, həm də yaş həddinə görə, daşınmaz əmlakla bağlı oğlu Elçinlə o, notariat kontorunda birgə iştirak edərək, eyni vaxta, etibarnamə verib və həmin anda, həmin etibarnamə əsasında qoca ananın cavan oğlunun xeyrinə hüquqlar həyata keçirilməsi ağlabatan deyildir. Belə ki, tərəflər - satıcı və “alıcı” Elçinin birgə iştirak ilə eyni zamanda etibarnamə rəsmiləşdirərək həmin etibarnamə əsasında alğı-satqı müqaviləsi bağlamaqdansa notarius, elə həmin hərəkətlər zamanı onun iştirakı olmadan mənzili Elçinin adına rəsmiləşdirə bilərdi. Həmin hərəkətlərdə onun iştirakı və onun adına 25.07.2012-ci il tarixdə verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə gərək deyildir. Göründüyü kimi, cavabdehlər, Quba rayon notariusu və oğlu Elçin, onun etibarından sui istifadə edərək faktiki alğı-satqı yolu ilə onun əldə etdiyi ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 3 otaqlı, yaşayış sahəsi 48,1 kv.m., yardımçı sahəsi 23 kv.m.. ümumi sahəsi 71,1 kv.m. olan 11 saylı mənzili Cavabdeh1 adına rəsmiləşdiriblər. Ona görə də, Cavabdeh1 tərəfindən Cavabdeh2, 25.07.2012-ci il tarixdə ona verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməsi, həmin etibarnamə ilə bağlı qeydin ləğv edilməsi, Cavabdeh2 reyestrində 40/02-517 nömrəli qeyd əsasında rəsmiləşdirilmiş 25 iyul 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* nömrəli alğı-satqı müqaviləsi ilə əlaqəli 25 iyul 2012-ci il tarixli, 4Ə/025İ7 reyestr nömrəli qeydin ləğv edilməsi və bağlandığı gündən həmin müqavilənin etibarsız hesab edilməsi, 25 iyul 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66-05 101- 093001 reyestr və ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində edilmiş qeydin ləğv edilməsi, daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66-**********4 reyestr və ********** nömrəli qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 22 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 4.1, 9.3, 14.2, 76.1, 76.2, 76.3, 77.1, 77.2, 80, 81. 82.1, 88, 106.1, 106.3, 217.1, 217.3 və 217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın AN-İ ******* saylı, 25.07.2012ci il tarixli alğısatqı müqaviləsindən görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi, 51A ünvanında yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili Quba rayon notariusu tərəfindən verilmiş 25.07.2012-ci il tarixdə verilmiş 7E/07-6621 saylı etibarnamə əsasında Cavabdeh1 adından çıxış edən İddiaçı vasitəsi ilə Cavabdeh1 19.000 manata satmışdır. İş materiallarında olan 25.07.2012ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı 1 ay müddətinə onun adından sənədələşmə işlərini aparması üçün ona etibarnamə vermişdir. RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 də yerləşən 3 otaqlı mənzil Cavabdeh1 mülkiyyətindədir. MA seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 də yerləşən 3 otaqlı mənzil 27.03.2012-ci il tarixdə X6 mülkiyyətində olmuşdur. Daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin hüquq subyekti Cavabdeh1dur. Quba Regional “ASAN” xidmət mərkəzinin 06.11.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 tərəfindən verilmiş 25.07.2012-ci il tarixli, 7E-6621 reyestr nömrəli etibarnamənin verilməsinə əsas etibar edənin şəxsiyyət vəsiqəsi ilə notariat ofisinə bilavasitə müraciəti olmuşdur. Quba Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(027)-18/2017 saylı qətnaməsi ilə “xxxx” ASC və Cavabdeh1 arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 14008-293/188267 saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 18173,49 ABŞ dolları kredit borcu, 1429,77 ABŞ dolları faiz borcu və 80 ABŞ dolları cərimə olmaqla, cəmi 19683,26 (on doqquz min altı yüz səksən üç dollar iyirmi altı sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu alınaraq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb ipoteka predmeti olan, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 01 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilən Cavabdeh1 məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 71,1 kv.m, yaşayış sahəsi 48,4 kv.m, yardımçı sahəsi 22,7 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 11 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait Cavabdeh1 və X4 «xxxx» ASC-yə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğ cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 71,1 kv.m, yaşayış sahəsi 48,4 kv.m, yardımçı sahəsi 22,7 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 11 nömrəli mənzil ilkin satış qiyməti 31000 (otuz bir min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Hərrac Təşkilatının hərracın yekunları barədə 11.07.2018-ci il tarixli protokolundan görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-18/2017 saylı, 18.01.2017-ci il tarixli icra vərəqəsi əsasında ünvan 4 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı mənzilin 19125 manat məbləğində tələbkar əldə edərək cavabdehlərlə mübahisənin qarşılıqı həlli üçün məhsuliyyət daşıdığı müəyyən edilmişdir. 11.07.2018-ci il tarixli hərracın yerkunları üzrə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı mənzili “xxxx” ASC 19125 manata almışdır. RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 də yerləşən 3 otaqlı mənzil “xxxx” ASC-nin mülkiyyətindədir. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, mübahisə predmeti olan Quba şəhəri, H.Əliyev küçəsi 51A, mənzil 11 də yerləşən 3 otaqlı mənzil MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 27.03.2012-ci il tarixdə X6 mülkiyyətində olmuşdur. AN-İ ******* saylı, 25.07.2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X1 şəhəri, H.Əliyev küçəsi, 51A ünvanında yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili Quba rayon notariusu tərəfindən verilmiş 25.07.2012-ci il tarixdə verilmiş 7E/07-6621 saylı etibarnamə əsasında Cavabdeh1 adından çıxış edən İddiaçı vasitəsi ilə Cavabdeh1 19.000 manata satmışdır. Mənzilin alğı-satqısı zamanı Cavabdeh1 adından onun anası İddiaçı 25.07.2012-ci il tarixli, 7E-6621 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 mülkiyyət hüquqlarını müdafiə edərək, alğı-satqını həyata keçirmişdir. Həmin müqavilə əsasında ünvan 4 də yerləşən 3 otaqlı mənzil RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bundan başqa, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-18/2017 saylı, 18.01.2017-ci il tarixli qətnaməsi ilə «xxxx» ASC və Cavabdeh1 arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 14008-293/188267 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 28% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi «xxxx» ASC ilə Cavabdeh1 arasında 01 avqust 2014-cü il tarixli, 14008293/188267İ saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 71,1 kv.m, yaşayış sahəsi 48,4 kv.m, yardımçı sahəsi 22,7 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 11 nömrəli mənzil cavabdeh X4 razılıq ərizəsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, X8 ilə iddiaçı arasında bağlanmış 14008-293/462642Z saylı, 01 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyindən həmin tarixli qətnamə ilə, mübahisə predmetini təşkil edən ev hərrac yolu ilə 19125 manata “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. Hal-hazırda isə ünvan 4 də yerləşən 3 otaqlı mənzil RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı əsasında “xxxx” ASC-nin mülkiyyətindədir. Cavabdeh1 mülkiyyət hüququnu müdafiə edərək sözügedən mənzili 19.000 manata X5 alğısatqı müqaviləsi əsasında almışdır. Həmin ev Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Belə olan halda Cavabdeh1 tərəfindən Cavabdeh2, 25.07.2012-ci il tarixdə ona verilmiş 7E/076621 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməsi, həmin etibarnamə ilə bağlı qeydin ləğv edilməsi, Cavabdeh2 reyestrində 40/02-517 nömrəli qeyd əsasında rəsmiləşdirilmiş 25 iyul 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* nömrəli alğı-satqı müqaviləsi ilə əlaqəli 25 iyul 2012-ci il tarixli, 4Ə/02-5İ7 reyestr nömrəli qeydin ləğv edilməsi və bağlandığı gündən həmin müqavilənin etibarsız hesab edilməsi, 25 iyul 2012ci il tarixi, AN-1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66-05 101- 093001 reyestr və ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində edilmiş qeydin ləğv edilməsi, daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66-05101-093004 reyestr və ********** nömrəli qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 324-cü madddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya öç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389-cu maddəsinə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində birbaşa nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir. Bundan sonra şəxs həmin tərəfdaşa (tərəfdaşlara) öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir. Tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verditi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(027)-123/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1632/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1632/2021
21.04.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver