Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1635/2023 29.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(031)-359/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəmədə iddia qaldıraraq “Azərişıq ASC” tərəfindən 01 mart 2023-cü il tarixli, 031082 nömrəli akta əsasən ona əsassız olaraq hesablanmış 1193.84 (bir min yüz doxsan üç manat səksən dörd qəpik) manat məbləğində borcun **********01236 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərişıq ASC”-nin əməkdaşları H.Kazımov və R.Osmanov tərəfindən 01 mart 2023-cü il tarixli, 031082 nömrəli akt tərtib edilərək həmin aktda göstərilmişdir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum olmuşdu ki, elektrik sayğacının «A» dövlət ştamp möhüründə müdaxilə izləri var. Sayğacın alt qapaq möhürü yoxdur. Sayğacın üzərində komputer məlumat bazasına daxil edilməyən 4785 kvt/saat elektrik sərfiyyatı vardır. Həmin akta əsasən ona 1193.84 manat borc hesablanmışdır. “Azərişıq ASC”-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 mart 2023-cü il tarixli, 031082 nömrəli aktda göstərilən və həmin akt əsasında ona hesablanmış borc əsassızdır. O, həmin aktın tərtib edilməsində belə iştirak etməmişdir. Həmin aktın surətini təzəliklə əldə etmişdir. Onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsiri müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Sual olunur əgər o, sayğaca müdaxilə etmişdirsə onda qarşı tərəfin əməkdaşları nəyə görə vaxtında tədbir görməmişdirlər. Belə ki, hər ay evinin sayğacına baxılaraq işıq pulu yazılmış və ona bu barədə bildirişlər verilmişdir. O, da hər ay işıq pulunu vaxtı-vaxtında ödəmişdir. Elektrik sayğacı evdən çöldə kənarda yerləşir. Ev sakinləri tərəfindən sayğacın kənar müdaxilələrdən güdülməsi isə qeyri-mümkündür. Elektrik sayğacı 10-15 ildir yaşadığı evə quraşdırılmışdır. Həmin sayğacın istismar müddəti belə bitmişdir. Ona görə ona hesablanmış həmin borc əsassız olduğundan silinməlidir. Xahiş edir, “Azərişıq ASC” tərəfindən 01 mart 2023-cü il tarixli, 031082 nömrəli akta əsasən ona əsassız olaraq hesablanmış 1193.84 (bir min yüz doxsan üç manat səksən dörd qəpik) manat məbləğində borcun **********01236 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılsın.
3. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki. xx.xx.2023-ci il tarixdə enerji təchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus, fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, sayğacın «A» dövlət ştamp möhüründə müdaxilə izləri var, sayğacın alt qapaq möhürünün simi kəsik vəziyvətdədir. Sayğac üzərində komyuter məlumat bazasına daxil edilməmiş 4785kvt saat elektrik sərfiyyatı olması halı aşkar edilmiş və Azərbavcan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cı il tarixli, 031082 saylı akt tərtib edilərək 603.38 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və video çəkilişlə qeydə alınmışdır. Bununla əlaqədar abonentə qarşı Azərbavcan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci ıl tarixli. 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qavdalarının (EEİQ) 8.17 İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndunə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə sayını nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşıulmaqla elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində üz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı isə ona məxsus mənziilə 1193.84 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsimi məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Xahiş edir ki, İddiaçı X1 qaydalarım pozduğuna görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031082 saylı akta əsasən hesablanmış 1193,84 manat məbləğində borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılsın.
4. Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(031)-359/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Azərişıq ASC” tərəfindən 01 mart 2023-cü il tarixli, 031082 nömrəli akta əsasən İddiaçı əsassız olaraq hesablanmış 1165.28 (bir min yüz altımış beş manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun **********01236 saylı abonent kodundan silinməsi, iddia tələbinin 28.56 manat məbləğində olan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov).
5. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 031082 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinin 150 gün nəzərə almaqla hesablanması halı qanunvericiliyin tələbinə ziddir. Belə ki, cavabdeh tərəfindən həmin müddətin hansı tələbə əsasən müəyyən edildiyi aşkar olunmamışdır. Eləcə də sayğacın evdən kənarda yerləşdirilməsini, sayğaca abonent tərəfindən müdaxilə edilməsinin iddiaçı tərəfdən sübut edilməməsini, sayğacın uzun illərdir ki, quraşdırıldığını (istismar müddətini), abonent haqqında olan cədvəldəki aylıq ödənişləri nəzərə alaraq hesab edir ki, sayğaca müdaxilə izlərinin aşkarlanması ilə itirilmiş elektrik sərfiyyatının hesablanmasını bir gün hesabı ilə ümumilikdə 13.08 kvt x 0.7 =9.156 x 24 saat =219.74 kvt x 1 gün = 219.74 kvts x 0.13 = 28.56 manat məbləğində müəyyən edilməli, iddiaçıya hesablanmış cərimə borcunun 28.56 manat məbləğində olan hissəsi əsaslı hesablandığından iddia tələbi həmin məbləğdə aid hissədə təmin edilməməli, qalan 1165.28 manat məbləğində olan hissədə hesablanmış pul vəsaiti silinməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”na ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(031)-359/2023 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Şikayətin dəlilləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə nəzərdən qaçırmışdır ki, “Azərişıq ASC”-nin əməkdaşları tərəfindən 01 mart 2023-cü il tarixli, 031082 nömrəli akt tərtib edilərkən iddiaçıya 1193,84 manat məbləğində deyil, 603.38 manat dəyərində hesablaşma aparılmışdır. İddiaçı isə sui-istfadə halına yol vermiş, 01 mart 2023-cü il tarixli, 031082 nömrəli aktda 603.38 manat göstərilməsinə baxmayaraq, iddiaçı iddia tələbində 01 mart 2023-cü il tarixli, 031082 nömrəli aktda guya 1193.84 manat olduğunu göstərmiş və ümumilikdə 1193,84 manatın silinməsini tələb etmişdir. Halbuki, həmin məbləğ iddiaçının istifadə edib lakin istifadə etdiyi elektrik enerjisinin haqqını ödəmədiyi borcudur. xx.xx.2023-cı il tarixli, 031082 saylı akt tərtib edilərək 603.38 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və video çəkilişlə qeydə alınmışdır Məhkəmə qətnaməsi qeyri-mötəbər sübutlara əsaslanaraq qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməni təqdim edilmiş və video çəkilişlə əsaslandırılan sübutlar əsasında deyil, iddiaçının əsassız iddiasına əsaslanaraq qət etmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna baxmayaraq məhkəməyə sübut kimi işin halları ilə bağlı 01 mart 2023-cü il tarixli, 031082 nömrəli akt, DVD diskə köçürülmüş video görüntü təqdim edilsə də məhkəmə qətnamə qət edərkən təqdim edilən sübuta münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərdən qaçırmışdır ki, “Azərişıq ASC”-nin əməkdaşları tərəfindən 01 mart 2023-cü il tarixli, 031082 nömrəli akt tərtib edilərkən iddiaçıya 1193,84 manat məbləğində deyil, 603.38 manat dəyərində cərimə müəyyən edilmişdir. İddiaçı isə sui-istfadə halına yol vermiş, 01 mart 2023-cü il tarixli, 031082 nömrəli aktda 603.38 manat göstərilməsinə baxmayaraq, iddiaçı iddia tələbində 01 mart 2023-cü il tarixli, 031082 nömrəli aktda guya 1193.84 manat olduğunu göstərmiş və ümumilikdə 1193,84 manatın silinməsini tələb etmişdir. Halbuki, həmin məbləğ iddiaçının istifadə edib lakin istifadə etdiyi elektrik enerjisinin haqqını ödəmədiyi borcudur. xx.xx.2023-cı il tarixli, 031082 saylı akt tərtib edilərək 603.38 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və video çəkilişlə qeydə alınmışdır. Göründüyü kimi məhkəmə iddia tələbinə dair təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, "xxxx" ASC –nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 mart 2023-cü il tarixli, 031082 nömrəli aktda nəzərdə tutulan borcu deyil, iddianın tələbindən kənara çıxaraq, iddiaçının ümumi borcun silinməsi barədə qətnamə çıxarmış, qətnamə çıxararkən isə qeyd olunanlara nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıyla akta əsasən 603 manat 38 qəpik məbləğə münasibətdə hesablaşma aparılmışdır. Məhkəmə istə artıq məbləğ silməklə iddianı qismən təmin etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(031)-359/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(031)- 359/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.2, 7.9, 7.10, 7.11, 8.2, 8.32, 8.33-cü bəndləri.
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbini təmin edilən hissəsində müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıır.
19. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, İddiaçı onun qonşuluğunda yaşayır. xx.xx.2023-cü il tarixdə onların işıqları sönmüşdür. Küçəyə çıxmış, həmin vaxt görmüşdür ki, işıq idarəsindən gəlib sayğacı çıxardıb aparmışlar. Sayğac köhnə olduğundan dəyişdirib başqası ilə əvəz etmişlər. Eyni vəziyyət qonşusu Bədirxangildə də baş vermişdir.
20. İşə əlavə edilmiş Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli 15 mart 2023-cü il tarixli 562384 saylı müqavilədən görünür ki, "xxxx" ASC-ti ilə İddiaçı arasında məişət abonenti arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır.
21. İşə əlavə edilmiş "xxxx" ASC-ti tərəfindən verilmiş bildiriş məktubundan görünür ki, İddiaçı 1193.84 manat məbləğində borcunun ödənilməsi barədə "xxxx" ASC tərəfindən bildiriş göndərilmişdir.
22. İşə əlavə edilmiş "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli 031082 saylı aktda göstərilmişdir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacının «A» dövlət ştamp möhüründə müdaxilə izləri var. Sayğacın alt qapağ möhürünün simi kəsik vəziyyətdədir. Sayğacın üzərində komputer məlumat bazasına daxil edilməyən 4785 kvt/saat elektrik sərfiyyatı vardır. Aktın doğruluğunu H.Kazımov və R.Osmanov öz imzaları ilə təsdiq etmişlər. Lakin, abonent həmin aktın tərtib edilməsində iştirak etməmişdir.
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 031082 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinin 150 gün nəzərə almaqla hesablanması halı qanunvericiliyin tələbinə ziddir. Belə ki, cavabdeh tərəfindən həmin müddətin hansı tələbə əsasən müəyyən edildiyi aşkar olunmamışdır. Eləcə də, sayğacın evdən kənarda yerləşdirilməsini, sayğaca abonent tərəfindən müdaxilə edilməsinin iddiaçı tərəfdən sübut edilməməsini, sayğacın uzun illərdir ki, quraşdırıldığını (istismar müddətini), abonent haqqında olan cədvəldəki aylıq ödənişləri nəzərə alaraq, hesab edir ki, sayğaca müdaxilə izlərinin aşkarlanması ilə itirilmiş elektrik sərfiyyatının hesablanmasını bir gün hesabı ilə ümumilikdə 13.08 kvt x 0.7 =9.156 x 24 saat =219.74 kvt x 1 gün = 219.74 kvts x 0.13 = 28.56 manat məbləğində müəyyən edilməli, iddiaçıya hesablanmış cərimə borcunun 28.56 manat məbləğində olan hissəsi əsaslı hesablandığından iddia tələbi həmin məbləğdə aid hissədə təmin edilməməli, qalan 1165.28 manat məbləğində olan hissədə hesablanmış pul vəsaiti silinməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki brinci instansiya məhkəməsi qeyd edilən hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.
25. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları” maddə 8.2. elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. maddə 8.32. məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. maddə 7.2. dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. maddə 7.9. məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. maddə 7.10. istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. maddə 7.11. yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. maddə 8.33. məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır.
26. Hazırki işdən görünür ki, iddiaçının yaşadığı evin elektrik təchizatını təmin edən sayğac evdən kənarda quraşdırılıb. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməlidir.
27. Həmçinin cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 031082 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinin 150 gün nəzərə almaqla hesablanması halı qanunvericiliyin tələbinə ziddir.
28. Birinci instansiya məhkəməsi silinməsi tələb edilən borcdan 28,56 manat hissəsinin iddiaçının sərfiyyatı olmasını müəyyən etmiş, bundan sonra həmin sərfiyyat cərimə borcundan çıxılmaqla qalan 1165,28 manat cərimə borcunun silinməsi qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir.
29. Hazırki işdə isə evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir.
30. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
31. Hazırki işdə isə iddiaçının sayğaca müdaxilə etməsi, bu müdaxilə nəticəsində mübahisələndirilən borcun yaranması sübuta yetirilmir.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.
33. Bu səbəbdən məhkəmə kollegiyasiya cavabdehin apellyasiya şikayətində görstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(031)-359/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(031)-359/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.