Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1636/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, ilkin İddiaçı, ilkin iddiaçının vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılması və birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdehlər “Sumqayıt Asan Xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-504/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh4 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə dair iddia tələbinin təmin edilməsi, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində 22 noyabr 2019-cu il tarixdə, 2V-1698 № ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2126/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-504/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 10 may 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), V.T.Əhmədov və Ə.A.Əhmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2126/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, X10 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililərin sökülməsi, cavabdehlərin və onların ailə üzvlərinin həmin torpaq sahəsindən və onun üzərində yerləşən 109,4 kv.m sahəsi olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 nömrə ilə qeyd edilmiş (sahəsi 18.9 kv.m olan) “yaşayış otağı” və 6 nömrə ilə qeyd edilmiş (sahəsi 24,9 kv.m olan) “bağlı eyvan”dan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 109,4 kvadrat metr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən **********568-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin daşınmaz əmlak 22 noyabr 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X1 vərəsəsi olan 03 iyul 2014-cü il tarixdə ölmüş oğlu Xankişiyev Akif Əlikişi oğlunun vərəsəsi kimi onun adına rəsmiləşdirilmişdir. Əmisi arvadı Cavabdeh3 Əlibaba qızı, əmisinin övladları Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 baba yurdu adı ilə gəlib iddia edirlər ki, müvafiq daşınmaz əmlak onların da yurdu sayılır və s. Halbuki onlar mirası qəbul etməmiş və vərəsələr kimi qeydiyyata alınmamışlar (müvafiq daşınmaz əmlakla bağlı heç bir hüquqları yoxdur). Bu məqsədlə də cavabdeh ona məxsus torpaq sahəsini və onun üzərində yerləşən 109,4 kvadratmetr sahədən ibarət olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “yaşayış otağını” və 6 (sahəsi 24,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “bağlı eyvanı” özbaşına zəbt edərək, torpaq sahəsində qanunsuz tikintilər inşa etdiyindən o, öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reystr nömrəli çıxarışın ləğv edilməsi, mərhum babasına məxsus Sumqayıt şəhəri X10 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, üzərində tikilmiş 109,4 kv.m daşınmaz əmlaka vərəsə kimi pay hüququnun müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyini Sumqayıt “Asan xidmət” Mərkəzinin notariat ofisinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 22 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reystr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh4 iddia tələbini onunla əsaslandırmışdır ki, onların atası X3 15 iyun 2013-cü ildə, babaları X4 isə 09 yanvar 1998-ci ildə vəfat etmişlər. Onların ölüm faktını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Sumqayıt şəhəri, X10 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin Milli arxiv idarəsinin 28 dekabr 2019-cu il tarixli, 655 saylı məktubu ilə iddiaçıların babası X1 21 avqust 1959-cu il tarixli sənədlə mülkiyyətində olması öz təsdiqini tapmışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarışla İddiaçı tam mülkiyyətinə verilmişdir. İddiaçı babasına məxsus həmin əmlak İddiaçı tam mülkiyyətinə verilən zaman onların vərəsə kimi hüququ nəzərə alınmamış və 22 noyabr 2019-cu il tarixli X11 müqaviləsi ilə X5, X6, X7, İddiaçı xeyrinə əmlak pay hüququndan imtina etmişlər. 22 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən babası X1 vərəsəsi kimi X5, X6, X7, İddiaçı müəyyən edilmiş, onların vərəsəlik hüququ müəyyən edilməmiş və bütün bu proseslərdən yeni xəbərləri olmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin və digər sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Cavabdeh1 və Cavabdeh4 mərhum babalarının ölümündən sonra ona məxsus olan Sumqayıt şəhəri, X10 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 kektar torpaq sahəsi, üzərində tikilmiş 109.4 kv.m daşınmaz əmlak qalmışdır. Hazırda babası və atası vəfat etdiyindən qeyd olunan daşınmaz əmlaka digər vərəsələr kimi Cavabdeh1 və Cavabdeh4 da hüquqları nəzərə alınmalı idi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-504/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə dair 2(060)-637/2021 nömrəli mülki iş və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə dair 2(060)-504/2021 nömrəli mülki iş bir icraatda birləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, onun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin olunması və qarşı tərəfin verdiyi iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 23 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 1243.2, 1255, 1273-1-ci maddələrinin və prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh4 və Cavabdeh1 ona qarşı iddia qaldırmağa hüquqları yoxdur. Belə ki, mübahisələndirilən şəhadətnamə onun və digər vərəsələrin müraciəti əsasında verilmiş məzmunca birtərəfli əqddir. İddiaçılar həmin əqdin tərəfi deyillər. Vərəsəlik şəhadətnaməsinin verilməsi mülki qanunvericiliyin tələblərinə tam uyğun həyata keçirilmiş və iddiaçıların marağına toxunmur. Belə ki, vərəsəlik şəhadətnaməsində göstərilmiş daşınmaz əmlak mərhum babası X1 adına qeydiyyatda olmuşdur. O vəfat edən zaman 17 noyabr 1997-ci il tarixdə atası, Akif Xankişiyev sağ olmuşdur. Atası, o, bibisi və digər ailə üzvləri miras əmlaka daxil olan Sumqayıt şəhəri, X10 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yaşamışlar. Atası vəfat etdiyi günə qədər, 03 iyul 2014-cü ilədək sözügedən ünvanda yaşamışdır. Atası bununla da miras əmlakı faktiki olaraq qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, miras qoyan babası Xankişiyev Əlikişinin öldüyü vaxtdan sonrakı 6 ay müddətə hüquqi qiymət verilməli idi. Məhkəmədə bildirilmişdir ki, babası öldükdən uzun müddət sonra yaxın qohum olduqları üçün Cavabdeh4 və Cavabdeh1 mübahisələndirilən evə buraxmamışlar. Onların ataları X3 babası Əlikişi öldükdən sonra miras əmlak olan evdə yaşamamışlar. Bundan başqa, Cavabdeh1 və Cavabdeh4 miras əmlakına pay hüquqlarının olub-olmaması məsələsinə gəldikdə isə, miras açılan zaman yəni, 17 noyabr 1997-ci il tarixdə X3 miras açılan ünvanda yaşamamış və mirası qəbul etmək barədə müəyyən olunmuş 6 aylıq müddət ərzində nə mirası qəbul etməmiş, notariat kontoruna ərizə ilə müraciət etməmiş, nə də ki, miras əmlak üzərində sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamış, vəfat etdiyi tarixə qədər mirasın qəbulu ilə bağlı heç bir tədbir görməmişdir. Məhkəmələr onun iddiası ilə bağlı heç bir araşdırma aparmamış, cavabdehlər tərəfindən özbaşına tikilinin inşa edilib-edilməməsini yoxlamamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh4 nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçılar Cavabdeh1 və Cavabdeh4 vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlər və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edilməsini iddiaçının iddia tələbində göstərdiyi halları qismən sübut etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddiaçı tərəfindən mübahisələndirərək, apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bu nəticədən narazı qalan iddiaçının kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi mübahisəli evi və yerləşdiyi torpaq sahəsinin Əlikişi Xankişiyevdən miras qaldığını, sonuncunun 1997-ci ildə vəfat etdiyini, mirasa olan hüquqlara aid mübahisəyə həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin normalarını tətbiq edilməli olduğu halda, məhkəmələrin iddianın həllinə xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin müddəalarını tətbiq etdiyini, miras əmlakdan İddiaçılə yanaşı digər vərəsələr Ramin və Aidə Xankişiyevlərin də istifadə edir faktı ilə kifayətlənməməli, Əlikişi Xankişiyevin 1997-ci ildə vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə onun vərəsələrindən kim tərəfindən mirası qəbul etməsi müəyyən olunmalı, bundan asılı olaraq iddia tələblərinin həll edilməli olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə İddiaçı iddia tələbi özbaşına tikilinin sökülməklə torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılma, Ramin və Aidə Xankişiyevlərin iddia tələbi isə şəhadətnamənin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. Hazırki işin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109.4 ha olan fərdi yaşayış evi İddiaçı mərhum babası X1 mülkiyyətində olmuş, sonuncu xx.xx.1997-ci il tarixdə, oğlu İsmayıl Xankişiyev xx.xx.2013-cü il tarixdə, digər oğlu Akif Xankişiyev, yəni iddiaçının atası isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli, 3M-1189 reyestr nömrəsi ilə təsdiq edilmiş miras payın bağışlama müqaviləsi əsasında sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi-yaşayış evi İddiaçı adına dövlət reyestrində qeydə alınmışdır. İddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, məhkəmə kollegiyası hesab edir ki, Aidə və Cavabdeh4lərin iddia tələbləri İddiaçı iddia tələbini özündən asılı etdiyindən, ilkin olaraq Aidə və Cavabdeh4lərin iddia tələblərinə hüquqi qiymət verilməlidir. Qeyd etmək lazımdır ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Mülki Məcəllənin 552-ci maddəsi köhnə redaksiyası). Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. İşdən görünür ki, ünvan 5 ünvanında yerləşən 71 nömrəli mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, 13/252 nömrəli order və Sumqayıt şəhər İcra Hakimiyyətinin MTİİB 13 saylı MİS tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 2739 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında X2 adına qeydiyyata alınmış və xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2V-358 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə və xx.xx.2013-cü il tarixli 3M-377 reyestr nömrəli miras payı bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh3 adına qeydiyyata alınmış və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi iddiaçılar Ramin və Aidə Xankişiyevlərin ataları İsmayıl Xankişiyev atası Əlikişi Xankişiyevin sağlığında və onun ölümündən sonra da ünvan 4 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində yaşamamış, əksinə dövlət mənzil fonduna aid evdə ailə üzvləri, yəni indiki iddiaçılarla birlikdə yaşamış və özünün də ölümündən sonra onun qanun üzrə vərəsələri tərəfindən ondan miras qalmış həmin əmlakı qəbul etmişlər. İddiaçılar Ramin və Aidə Xankişiyevlərin atası İsmayıl Xankişiyevin hələ sağlığında belə mərhum atası Əlikişi Xankişiyevdən miras qalmış mübahisəli əmlakı qəbul etməmişdir. Başqa sözlə desək, subyektiv vərəsəlik hüququnu həyata keçirməmiş və bununla həmin hüququnu itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, miras əmlak iddiaçıların ataları İsmayıl Xankişiyev tərəfindən qəbul edilmədiyindən, babaları Əlikişi Xankişiyevdən miras qalan əmlaka iddiaçılar Ramin və Aidə Xankişiyevlərə keçəsi hüquq qalmamışdır. Belə olan halda iddiaçılar Ramin və Aidə Xankişiyevlərin hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüquqları mövcud deyil. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar Ramin və Aidə Xankişiyevlər hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddəti ötürmüşlər. Belə ki, mübahisələndirilən şəhadətnamə 26 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmış, iddiaçılar isə həmin şəhadətnaməni 2 ay müddətində mübahisələndirməli olduqları halda, bu (kəsici) müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. İddiaçıların həmin şəhadətnamənin mövcudluğundan gec xəbər tutması barədə iddia ərizəsində göstərdiyi dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində qeyd etdiyi bu halı müddətdən yayınmaq məqsədi daşıyır, Halbuki, iddiaçı mənzillə hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yaranan biləcək pozuntuların qarşısının alınmasına ağlabatan sayıqlıq, diqqət və sair göstərməli olduğu halda bunu etməmiş və həmin şəhadətnamənin qeydiyyata alınmasının hansı vaxtdan bəlli olmasını təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçıların ərizəsində göstərdikləri bu dəlilləri əsaslı hesab etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, şəhadətnamənin etibarsızlığı hissəsində Aidə və Cavabdeh4lərin iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası iddiaçılar Ramin və Aidə Xankişiyevlərin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində gəldikdə isə qeyd edir ki, həmin çıxarışın verilməsinə səbəb olan şəhadətnamə etibarsız hesab edilmədiyindən, onun əsasında verilmiş çıxarışın ləğvi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası İddiaçı iddia tələbinə gəldikdə isə qeyd edir ki, mübahisəli evə baxış keçirilərkən də həmin miras əmlakın iddiaçının mülkiyyətində olmaqla, torpaq sahəsində qırmızı kərpicdən tamamlanmamış tikililər inşa edildiyi müəyyən edilmişdir. Mülki Məcəllənin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə tələblərinə əsasən həmin tikililərin özbaşına tikili olması öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri X10 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində aparılmış özbaşına tikililər sökülməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mübahisəli torpaq sahəsindən və onun üzərində yerləşən 109,4 kv.m sahəsi olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18.9 kv.m. olan) nömrə ilə qeyd edilmiş “yaşayış otağı” və 6 (sahəsi 24,9 kv.m olan) nömrə ilə qeyd edilmiş “bağlı eyvan” ından çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2., 157.4. maddələri). İddia tələbinin cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsinə gəldikdə isə qeyd edir ki, iddia tələbi konkret olmaqla, tələbin yönəldiyi şəxslər aydın və anlaşılan formada (kimliyi) dəqiq göstərilməlidir. İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir (Mülki Prosessual Məcəllənin 149.2.2.,149.2.3. maddəsi). Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi iddiaçı cavabdehlərin ailə üzvlərinin çıxarılmasını xahiş etsə də, həmin şəxslərin kimliyinin (ad, soyad və ata adlarını) konkret göstərməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbi iddia tələbinin cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar Cavabdeh4 və Cavabdeh1 iddia tələbinin rədd olunmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, X10 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililər sökülsün, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin torpaq sahəsi və üzərində yerləşən 109,4 kv.m sahəsi olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 nömrə ilə qeyd edilmiş (sahəsi 18.9 kv.m olan) “yaşayış otağı” və 6 nömrə ilə qeyd edilmiş (sahəsi 24,9 kv.m olan) “bağlı eyvan”dan çıxarılsınlar. İddiaçı iddia tələbi cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində rədd edilsin. İddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdehlər “Sumqayıt Asan Xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1636/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1636/2022
07.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver