Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1656/2024 10.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) ərizəsi üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, sübutların qiymətləndirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Ərizəçi nümayəndəsi Nümayəndə1 maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 (sonuncu iclaslarda iştirak etmir) iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3695/2024 nömrəli qətnaməsindən maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-S-0049- 8/2023 saylı məktubundan görünür ki, müraciətin araşdırılması zamanı adına mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxsin adı ("Ərizəçi") ilə ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-926-2023 nömrəli arxiv çıxarışında qeyd olunan şəxsin adı ("X7") arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixində dünyaya gəlmişdir. X1, anası Nümayəndə1dır.
3. xx.xx.1991-ci il tarixli, 69/479 №-li orderin surətindən görünür ki, sahəyə ixtiyarı olub order üzrə evə keçən şəxslərin siyahısında iddiaçı ƏrizəçiO adı ilə qeyd edilmişdir.
4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-926- 2023 saylı məktubundan görünür ki, mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxslərin siyahısında Ərizəçi əvəzinə X7 qeyd edilmişdir.
5. Apellyasiya icraatı zamanı təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, aparılmış arxiv araşdırılması nəticəsində Sumqayıt şəhər İH Başçısının xx.xx.1992-ci il tarixli 398 saylı sərəncamı ilə ərizəçinin adına verilmiş xx.xx.1992-ci il tarixli, 69/479 saylı orderdə oğlu Ərizəçi adı və ata adının orderin adlar qrafasında Səfərov “E.O” kimi, sərəncam və sərəncamaltı digər sənədlərdə “Elman”, AR Dövlət Arxivinin Sumqayıt filalı tərəfindən verilmiş 3-48-DA-10F/2-926-2023 saylı, xx.xx.2023-cü il tarixli arxiv çıxarışında isə “Elşən” yazıldığı müəyyən edilmişdir. Yuxarıda göstərilən uyğunsuzluqlar nəzərə alınaraq, ərizədə qaldırılmış məsələnin müsbət həllinin mümkün olmadığı ona bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Arixivinin Sumqayıt Filialının 16 may 1992-ci il tarixli, 51 nömrəli protokoldan çıxarışından 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA- 10F/2- ***-**** saylı arxiv çıxarışının və 25 may 1992-ci il tarixli, 69/479 nömrəli orderin iddiaçı xx xxxxxx 1980-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Ərizəçi məxsus olması ilə bağlı qətnamə qət edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil “Sumqayıtəlvanmetal” İB-i tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı müvafiq olaraq 69/479 nömrəli order də verilmişdir. Həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxsin adı (Ərizəçi) ilə ərizəyə əlavə edilən 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-926-2023 nömrəli arxiv çıxarışında qeyd olunan şəxsin adı (X11) arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Etibarnamə üzrə nümayəndəsi olduğu Ərizəçi iddiaçının nümayəndəsinin oğlu olduğunu və iddiaçının nümayəndəsinə verilmiş və order ilə iddiaçının nümayəndəsinə məxsus olan mənzil üzərində oğlunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxsə müraciət etsə də yuxarıda qeyd olunan səbəbdən imtina edilmişdir. O bildirmişdir ki, oğlunun adı Elmandır və hazırda Rusiyada Federasiyasında yaşamaqla həmin ölkənin də vətəndaşlığın qəbul etmişdir. Ona məxsus olan sənədlərdə məhz adı Elman olaraq qeyd edilmişdir. Həmçinin evə dair orderdə qeyd olunan şəxslərin eləcə də oğlu Elmanın soyadı tam şəkildə qeyd edilmiş adın isə yalnız başlanğıc hərfi qeyd edilmişdir. Qeyd olunanlara əsaslanaraq faktın müəyyən edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3695/2024 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) ərizə təmin edilmişdir.
9. Məhkəmə qətnamə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil “Sumqayıtəlvanmetal” İB-i tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı müvafiq olaraq 69/479 nömrəli order də verilmişdir. Həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. Mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxsin adı (Ərizəçi) ilə ərizəyə əlavə edilən 24 oktyabr 2023- cü il tarixli, 3-48-DA-10F/2-926-2023 nömrəli arxiv çıxarışında qeyd olunan şəxsin adı (X11) arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalı olduğu qeyd edildiyindən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Araşdırmanın nəticəsində məhkəmə hesab edib ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd olan Azərbaycan Respublikası Dövlət Arixivinin Sumqayıt Filialının 16 may 1992-ci il tarixli, 51 nömrəli protokoldan çıxarışından 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA- 10F/2-926- 2023 saylı arxiv çıxarışının və 25 may 1992-ci il tarixli, 69/479 nömrəli orderin iddiaçı xx xxxxxx 1980-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 307.2.5, 307.2.11, 309.1, 311-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil “Sumqayıtəlvanmetal” İB-i tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı müvafiq olaraq 69/479 nömrəli order də verilmişdir. Həmçinin bildirmişdir ki, oğlunun adı Elmandır və hazırda Rusiyada Federasiyasında yaşamaqla həmin ölkənin də vətəndaşlığın qəbul etmişdir. Ona məxsus olan sənədlərdə məhz adı Elman olaraq qeyd edilmişdir. Həmçinin evə dair orderdə qeyd olunan şəxslərin eləcə də oğlu Elmanın soyadı tam şəkildə qeyd edilmiş adın isə yalnız başlanğıc hərfi qeyd edilmişdir. Əvvəla məhkəmə mülki işi üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəni mümkün sayılmamalıydı. Belə ki, ərizəçi xx.xx.1991-ci il tarixli, 69/479 №-li orderdə şəxsin adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı səlahiyyətli orqan olan Sumqayıt şəhər İcar Hakimiyyətinə müraciət etməli, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bununla bağlı müvafiq düzəliş edilməli idi. Qanunla belə səlahiyyətə malik olan inzibati orqana müraciət etmədən məhkəmə qaydasında işin həll olunmasını tələb etmək, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Müvafiq mənzilə dair lazımi sənədləri başqa qaydada almaq mümkündür, bununla bağlı səlahiyyətli inzibati orqan mövcuddur. Lakin ərizəçi tərəfindən bununla bağlı müvafiq inzibati orqana müraciət olunmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order və sərəncamlarda olan texniki səhvlərin düzəldilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə məhkəmə işlərinə həmin sənədləri vermiş inzibati orqanlar və ya onların hüquqi varisləri maraqlı şəxs qismində işə cəlb edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə vermiş və işə baxmış məhkəmə ərizənin təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, 2 saylı Sumqayıt Ərazi İdarəsi əsassız olaraq mənzil üzərində Ərizəçi hüququnun qeydə alınmasından imtina etmişdir. Onun Elşən adında oğlu yoxdur. Ümumiyyətlə onun bir oğlu var, adı da Elmandır. Onun bütün sənədlərində adı Elman kimi qeyd edilmişdir. Hazırda mübahisəli evi oğlu Elmanın adına özəlləşdirmək istəyir. Elmanın adının mənzilə dair arxiv sənədində “Elşən” kimi qeyd edilməsi yalnız texniki səhvin nəticəsi ola bilər. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, ərizəçi tərəfindən təqdim edilən orderdə onun adı tam yazılmasa da, arxiv çıxarışında adı X2 qeyd edilmişdir. Lakin sənədlərdən görünür ki, vətəndaşın adı Elşən yox Elmandır. Məhz bu uyğunsuzluğa görə 2 saylı Sumqayıt Ərazi İdarəsi daşınmaz əmlak üzrə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bundan başqa ərizəçinin nümayəndəsi qismində iştirak edən şəxsin adı orderdə tam şəkildə - Nümayəndə1 olaraq yazılmışdır. Nümayəndə1 özü idarəyə müraciət etsə, onun adına hüquqların qeydiyyatı haqqında çıxarış verilə bilər. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının sonuncu iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
17. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
19. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasınınadı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarı. 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bənd. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 6-cı bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-cİ bənd. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bənd. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator qətnaməsinin tamamilə ləğv olunmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Ərizənin mahiyyətindən göründüyü kimi tələb hüquqi əhəmiyyətli fakt kimi ərizəçinin Azərbaycan Respublikası Dövlət Arixivinin Sumqayıt Filialının 16 may 1992-ci il tarixli, 51 nömrəli protokoldan çıxarışından 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA- 10F/2- ***-**** saylı arxiv çıxarışının və 25 may 1992-ci il tarixli, 69/479 nömrəli orderin iddiaçı xx xxxxxx 1980-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsindən ibarətdir.
25. Qanunvericiliyin tələbinə görə də məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
27. Bundan əlavə qeyd edilməlidir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya, birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşaraq aşağıdakıları qeyd edir.
29. Belə ki, iş materiallarında olan hazırkı apellyatorun özünün xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-S-0049- 8/2023 saylı imtina məktubunda “müraciətin araşdırılması zamanı adına mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxsin adı ("Ərizəçi") ilə ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-926-2023 nömrəli arxiv çıxarışında qeyd olunan şəxsin adı ("X7") arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır” qeyd edilməklə, müraciətin həllindən imtina edilmişdir.
30. Habelə həmin məktubun məzmununda maraqlı şəxs özü AR MPM-in 307.2.5 maddəsinə istinad edərək (şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edildiyini vətəndaşın nəzərinə çatdırmışdır.
31. Kollegiya işin araşdırılan hallarında çıxış edərək mübahisəli mənzilin məhz hazırkı ərizəçinin sahiblik, istifadəsində olması faktının təkzibedilməz dəlillərlə sübut olunduğunu nəzərə alaraq, orderdə qeyd olunan “Elşən” yazısının texniki səhvin nəticəsi olması qənaətinə gəlir və hazırkı ərizənin təmin edilməsi barədə işə baxan məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir.
32. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, aparılmış arxiv araşdırılması nəticəsində Sumqayıt şəhər İH Başçısının xx.xx.1992-ci il tarixli 398 saylı sərəncamı ilə ərizəçinin adına verilmiş xx.xx.1992-ci il tarixli 69/479 saylı orderdə oğlu Ərizəçi adı və ata atdının arderin adlar qrafasında Səfərov “E.O” kimi, sərəncam və sərəncamalıtı digər sənədlərdə “Elman”, AR Dövlət Arxivinin Sumqayıt filalı tərəfindən verilmiş 3-48-DA-10F/2-926-2023 saylı, xx.xx.2023-cü il tarixli arxiv çıxaeışında isə “Elşən” yazıldığı müəyyən edilmişdir. Yuxarıda göstərilən uyğunsuzluqlar nəzərə alınaraq, ərizədə qaldırılmış məsələnin müsbət həllinin mümkün olmadığı ərizəçiyə bildirilmişdir.
33. Həmçinin sözügedən orderi vermiş təşkilat artıq ləğv edilmiş və hüquqi varisi də mövcud deyildir. Belə olan halda kollegiya hesab edir ki, ərizəçi istəsə də belə sənədi vermiş orqana müraciət etmək hüququndan məhrumdur.
34. Araşdırma zamanı iş materiallarında olan sənədlərdən, konkret halda iş materiallarının 7-ci səhifəsində olan DİN-in “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışının məzmunundan müəyyən edilmişdir ki, ünvan 3 ünvanda Nümayəndə1 ilə yanaşı onun ailə üzvləri, o cümlədən də oğlu xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi da qeydiyyatdadır.
35. Beləlilkə yuxarıda sadalanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilə bilməsi üçün "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 6-cı bəndində qeyd edilən hər üç hal işdə mövcuddur. Belə ki, ərizəçinin arxiv arayışının məzmunununda göstərilən “Elşən” adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir və onun şəxsiyyətini təsdiq edən sənəddə adı “Elman”dır. Arxiv arayışı hüquqmüəyyənedici sənəddir, orada qeyd olunan ad hüquqi nəticələr doğurmaqla, şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi üçün vacib əhəmiyyətə malikdir. Həmin hüquqmüəyyənedici sənədi verən təşkilat ləğv edilmişdir, ərizəçi tərəfindən həmin sənəddəki səhvin başqa qaydada aradan qaldırılması (düzəldilməsi) mümkün deyildir
36. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3695/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.