Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1660/2023 17.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)- 1037/2023 nömrəli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Xaçmaz X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* №-li aktın etibarsız hesab edilməsi və həmin aktın əsasında hesablanmış, 1095.09 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li aktın və “itirilmiş qazın bərpası üzrə” xx.xx.2022-ci il tarixli komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 1095.09 manat məbləğində ziyanın silinməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qərardadı ilə Cavabdeh İB tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Sərxan Səmədzadə). Cavabdeh İB şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qərardadının ləğv edilməsini və Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qətnaməsindən xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə şikayəti nəzərdən keçirərkən müəyyən etmişdir ki, şikayətdə yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmış, yuxarıda göstərilən əlavədə göstərilməli olan digər məlumatlar (şikayət verən tərəf, şikayət verən tərəfin vəkili və nümayəndəsi barədə məlumatlar və s.) qeyd edilməmişdir. Qeyd olunan apelyasiya şikayətinə baxıldıqda görünür ki, “şikayət verən tərəf, şikayət verən tərəfin vəkili və nümayəndəsi” barədə məlumatlar qeyd olunmuş və tam şəkildə əks olunmuşdur. Cavabdeh İB “vəkil” ilə deyil “nümayəndə” vasitəsi ilə məhkəmələrdə təmsil olunur. Qərardadda qeyd olunmuşdur ki, yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmışdır. Lakin sistemə yüklənmiş apellyasiya şikayətində də, elektron məhkəmə sistemi tərəfindən düzənlənən elektron apellyasiya şikayətindən də görünür ki, “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafaları deyil bütün qrafalar tam doldurulmuşdur. Əlavə sənədlər hissəsinə dövlət rüsumu, apellyasiya şikayəti və digər sənədlər yüklənmişdir. Elektron ərizənin “ərizənin məzmunu” hissəsinə tərtib etdikləri apellyasiya şikayətininin mətnini yazdıqdan sonra imza prosesində elektron məhkəmə portalının özü tərəfindən və onlar tərəfindən tam doldurulmuş (bütün xanalar tam doldurulmuşdur) xanalara uyğun formanı sistem göstərir. Həmin formada da yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsi deyil, bütün hissələr doldurulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qərardadı ilə Cavabdeh İB tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüsalə Qasımova). Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti qeydə alınaraq icraata verilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şikayətdə yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmış, yuxarıda göstərilən əlavədə göstərilməli olan digər məlumatlar (şikayət verən tərəf, şikayət verən tərəfin vəkili və nümayəndəsi barədə məlumatlar və s.) qeyd edilməmişdir. Şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, Apellyasiya şikayətinin forması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir. Həmin əlavə 2-də apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe- mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətində “şikayət verən tərəf, şikayət verən tərəfin vəkili və nümayəndəsi” barədə məlumatlar qeyd olunmuş, eləcə də apellyasiya şikayətinin cədvəl forması və şikayətdə göstərilməli olan məlumatlar tam şəkildə əks olunmuşdur. Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun formada verildiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)- 1037/2023 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti qeydə alınaraq icraata verilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qərardadı ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(067)-1037/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qeydə alınaraq icraata verilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1660/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1660/2023
17.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver