Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1662/2020 08.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X17 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, Kazımova (Ağayeva) Aida Vidadi qızının, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxslər Maraqlı şəxs1nə və Quba Regional ASAN Xidmət Mərkəzində notariat kontoruna qarşı alğı-satqı əqdlərinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2436/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-2436/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Xəqani Tağıyev) Qətnamədən iddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Kazımova (Ağayeva) Aida Vidadi qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, Quba Regional ASAN Xidmət Mərkəzində notariat kontoruna qarşı alqı-satğı əqdlərinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədən Quba rayonu Notariat kontorunda bağlanmış xx xxxx 2006-cı il tarixli, reyestrdə 4ə-514 və 4ə- 515 nömrə ilə qeyd edilmiş, alqı-satqı müqavilələrini və Cavabdeh1 adına tərtib edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı, ******* saylı xx.xx.2016-cı il qeydiyyat tarixli **********01 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qətnamə AR MPM-nin 9-cu maddəsinə zidd olaraq ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında qəbul edilməmişdir.Məhkəmə iddia ərizəsində göstərilən faktlara deyil, öz mübahisəsinə əsaslanaraq cavabdehlərin xeyrinə topladığı yalançı izahatlara, saxta sənədlərə əsaslanmışdır. Qətnamə qəbul edilərkən AR MPM-nin 14-cü maddəsinə zidd olaraq həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv tədqiq edilməmiş və bunun üçün lazımı şərait yaradılmamışdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən saxta müqavilələrdə olan imzaların həqiqiliyini yoxlamamış cavabdehlərin və onların yalançı şahidlərinin izahatlarına inanmış bununla da barabərlik prinsipini və obyektivlik prinsipini pozmuşdur. İddia ərizəsində göstərılmışdır ki, alqısatqı müqavilələri tərtib edilən tarixlərdə Azərbaycanda olmamışlar və müqavilələrdə olan imzalar onlara məxsus deyildir. Məhkəmə baxışında cavabdehlərin verdiyi izahatların bir-birinə zidd olduğu, həmin izahatların həqiqətə uyğun olmadığı nəzərdən qaçmış, onlara obyektiv qiymət verilməmiş, bununla da hakim AR MPM-nin 88-ci maddəsinin tələblərini pozulmuşdur. Məhkəmənin qətnaməsində göstərilir ki, Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, 2002-ci il tarixdə bağ salmaq məqsədi ilə Quba rayonu, İ Nügədi kənd sakinləri İddiaçı1 1.37 ha torpaq və X7 0,45 ha, cəmi 1,82 ha torpaq sahəsini 5 milyon manata satın almış, sonra həmin torpağı alqısatqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Sözü gedən torpaq sahələrinin İddiaçı1 və X13 tərəfindən 2002-ci ildə ona satılmasına dair kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş Akt mövcuddur. Həmin torpaq sahəsi ilə İddiaçı1 yaşayış evi arasında 500 metr məsafə var. Odur ki, İddiaçı1 sözügedən torpaq bağ salınmasından və sonra ev tikilməsindən bu illər ərzində xəbərsiz ola bilməzdi. Məhkəmədə digər Cavabdeh1 nümayəndəsi X19 bildirdi ki, iddia tələbi ilə razılaşmır. Belə ki, Cavabdeh1 2006-cı ildə pul verib Cavabdeh2 torpaq almışdır. Aydın məsələdir ki, əgər o, torpaq sahəsini Cavabdeh2 satmışdırsa o da həmin torpağı Cavabdeh1 satıb. Onda niyə görə 2006-cı il tarixli alqı-satqı müqavilələrində mübahisəli torpağın Cavabdeh1 onlar tərəfindən satılması göstərilir. Cavabdehlər öz izahatları ilə özlərini ifşa etdiklərinə və alqısatqı müqavilələrinin saxta olmasını yanakı təsdiq etmələrinə baxmayaraq məhkəmə bunlara əhəmiyyət verməmişdir. Qətnamənin 3-cü vərəqinin 9- cu abzasında yazılmışdır ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixli alqı- satqı müqavilələrindən görünür ki, Quba rayonu 1ci Nügədi kəndində yerləşən 1.37 ha torpaq sahəsi İddiaçı1, Ağayeva, Nailə Veysəlqara qızı, X20, İddiaçı4, İddiaçı5, İddiaçı6 tərəfindən Cavabdeh1 qızma satılmışdır. Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,45 ha torpaq sahəsi İddiaçı1 tərəfindən Cavabdeh1 satılmışdır. Həmin tarixlərdə onlar Quba rayonunda deyil, xarici ölkədə olmuşlar. Onlar bunu iddia ərizəsində də göstərmişlər. İddia ərizəsində göstərilmişdir ki, alqı-satqı müqavilələrində olan imzalar onlara məxsus deyildir. Məhkəmə baxışı zamanı vəsatət vermişdir ki, müqavilələrdə olan imzaların onlara məxsus olub-olmamasını yoxlamaq üçün ekspertiza təyin edilsin. Əvvəlcədən onlara qarşı qeyri obyektiv olan hakim vəsatətə əməl etməmiş və bu barədə qətnamədə xahişi öz əksini tapmamışdır. Məhkəmə cavabdehlərin yalan ifadələrinə notarius tərəfindən təsdiq olunmuş saxta müqavilələrə inanmaqla yanaşı, nəzərə almamışdır ki, saxta müqavilələri təsdiq edən notarius Azərbycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 46, 47 və 48-ci bəndlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010cu il tarixli qərarında göstərir ki, sərəncam vermək hüququ Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Onlara və anasına Quba rayon X11 xx xxxx 1999-cu il tarixli 7 saylı qərarı ilə Quba rayonu 1-ci Nügədi kənd ərazisindən 1,37 ha və 0,45 ha torpaq sahəsi verilmişdir. Hər bir torpaq sahəşi üçün, torpağın mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Onlar həmin torpağa mülkiyyət hüququna dair aktları dövlət qeydiyyatından keçirmədiklərinə görə həmin torpaq üçün çıxarış almamışlar. Çıxarış almadıqlarına görə sərəncam vermək hüququna malik olmamışlar. Məhkəmənin əsaslandığı xx xxxx 2006-cı il tarixli 4ə-514 nömrəli saxta alqı- satqı müqaviləsindən belə görünür ki, o, Quba rayonu X11 xx.xx.1999-cu il tarixli 7 saylı qərarı ilə verilmiş JN 20xx xxx 30319018 dövlət aktına əsasən Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,45 ha torpaq sahəsini Cavabdeh1 satmış və ondan 25000 manat pul almışdır. O, həmin torpaq sahəsini sata bilməzdi. Çünki həmin torpaq sahəsi xx.xx.2002-ci ildə ölmüş anası X4 məxsusdur. Anasının ölümündən sonra o, vərəsəlik haqqında şəhadətnamə almamış və həmin torpağı sata da bilməzdi. Məhkəmə notariusun təsdiq etdiyi saxta müqaviləyə qanuni don geydirmək üçün Asan Xidməti tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 1227 saylı məktubuna əsaslanmışdır. Həmin məktubda deyilir ki, İddiaçı1 xx.xx.2002-ci il vəfat etmiş X1 üzrə vərəsəsidir. Onun anasının vərəsəsi olmaq o demək deyildir ki, o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almadan anasının torpaq sahəsini sata bilər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 2436/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 apelyasiya şikayətinin dəlillərini müdafiə edib. Dəlillərə uyğun izahat verərək onun təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-2436/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə tiraz edərək göstərdi ki, 2002-ci il tarixdə bağ salmaq məqsədi ilə Quba rayonu, İ Nügədi kənd sakinləri İddiaçı1 1,37 ha torpaq və X7 0,45 ha, cəmi 1,82 ha torpaq sahəsini 5 milyon manata satın almış, sonra həmin torpağı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Sözü gedən torpaq sahələrinin İddiaçı1 və X13 tərəfindən 2002-ci ildə ona satılmasına dair kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş akt mövcuddur. Həmin torpaq sahəsi ilə İddiaçı1 yaşayış evi arasında 500 metr məsafə var. Odur ki, İddiaçı1 sözügedən torpaq bağ salınmasından və sonra ev tikilməsindən bu illər ərzində xəbərsiz ola bilməzdi. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Quba Regional ASAN Xidmət Mərkəzində notariat kontorunun xx.xx.2020-ci il tarixli, 780 saylı məktubla məhkəməyə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə Cavabdeh1, və maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-2072 saylı Dövlət Aktından görünür ki, Quba rayon X11 xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X14, İddiaçı4, İddiaçı5, İddiaçı6 Quba rayonu, İ Nügədi kəndi ərazisindən 1,37 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-2073 saylı Dövlət Aktından görünür ki, Quba rayon X11 xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə X8 Quba rayonu, İ Nügədi kəndi ərazisindan 0,45 hektar kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə Quba rayonu, İ Nügədi kənd sakinləri Cavabdeh2, İddiaçı1, İddiaçı2, Dadaşov Oktay Mövsüm oğlu, Bayramov Böyükağa Əhmədağa oğlu, X13 və X10 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh2 İddiaçı1 1,37 ha torpaq sahəsini və X7 0,45 ha, cəmi 1,82 ha torpaq sahəsini satın alaraq onlara 5 milyon manat vermişdir. Həmçinin aktda gələcəkdə İddiaçı1 və X15 Kərimovdan torpaq sahəsini tələb edərsə ona aldıqları puldan iki dəfə çox, yəni 10 milyon manat qaytaracaqları qeyd edillmişdir. Aktın sonunda tərtib edən şəxslər imzalamış və akt Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2002-ci ildə vəfat etmişdir. İş materiallarında olan Quba Regional ASAN xidmət X16 tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 1227 saylı məktubundan görünür ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X2 üzrə vərəsəsidir. İş materiallarında olan RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,8201 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli alqı-satqı müqavilələrindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,37 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, X20, İddiaçı4, İddiaçı5, İddiaçı6 tərəfindən Cavabdeh1 satılmışdır. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,45 ha torpaq sahəsi İddiaçı1 tərəfindən Cavabdeh1 satılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X21 bildirmişdir ki, həmin kənddə əvvəllər 2002- 2003-cü illərdə icra nümayəndəsi, 2005-2010-cu illərdə isə Bələdiyyə sədri işləmişdir. Həmin illərdə paylı torpaq sahələri verilərkən Dövlət aktları torpaq sahiblərinin şəxsən özlərinə təqdim edilirdi. İddiaçı1 ona yaxınlaşaraq guya ona məxsus Dövlət aktını Cavabdeh2 verdiyini bildirmişdir, lakin bu doğru deyildir. Təxminən 2002-2003-cü illərdə İddiaçı1 və ailə üzvləri özlərinə məxsus 1,82 ha torpaq sahəsini Cavabdeh2 satmışlar. Buna dair aralarında akt tərtib olunmuşdur. O da həmin aktı möhürlə təsdiqləmişdir. Həmin torpaq sahəsinin vergilərini Cavabdeh2 ödəmişdir. Sonradan öyrənmişdir ki, Abdulla həmin torpaq sahəsini Rüfər Kazımova satmışdır. Sözügedən torpaq sahəsində 10 ildir ki, ev inşa edilib. O vaxtlar torpaq sahələri ucuz qiymətə satılırdı. Hazırda qiymətlər qalxdığı üçün belə hallar olur. İş materiallarında olan Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, alqı-satqı müqaviləsi xx.xx.2006-cı ildə bağlandığına görə iddia müddətinin tətbiqi xahiş edilir. Müəyyən edilmişdir ki, iddiaçılar xx.xx.2006-cı il tarixli reyestrdə 4ə-514 və 4ə-515 saylı alqı-satqi müqavilələrinin və Cavabdeh1 adına tərtib edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, xx xxxxxxxx 2016-cı il qeydiyyat tarixli **********01 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini tələb etsələr də iş materiallarına əlavə olunmuş xx.xx.2002-ci il tarixli aktdan, şahid və cavabdehlərin izahatlarından göründüyü kimi, iddiaçılar öz razılıqları əsasında İddiaçı1 Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,37 ha və X7 0,45 ha, cəmi 1,82 ha torpaq sahəsini Cavabdeh2 satmışlar. Bundan başqa iş materiallarında olan xx.xx.2006-cı il tarixli 4ə-514 və 4ə-515 saylı alqı-satqı müqavilələrində göstərildiyi kimi, İddiaçı1, İddiaçı2, X20, İddiaçı4, İddiaçı5, İddiaçı6 mülkiyyətlərində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,37 ha torpaq sahəsini və İddiaçı1 anasından ona miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,45 ha torpaq sahəsini Cavabdeh1 satmış, hər iki müqavilə tərəflərin imzaları ilə təsdiq edilmiş və notarius tərəfindən təsdiqlənmişdir. Bununla yanaşı Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi iş materiallarına əlavə edilmişdir. İddiaçı1 öz izahatlarında təsdiq edir ki, Rusiya Federasiyasında yaşamış və Azərbaycana gəlib-getmiş, Azərbaycana 2010-cu ildə qayıtmış, 2011-ci ildə özlərinə məxsus torpaqların Cavabdeh1 satılması barədə məlumat almışdır. Lakin hazırkı iddianı qaldırana qədər, yəni 8 il ərzində heç bir orqana, o cümlədən məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə müvafiq olaraq hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,37 ha və 0,45 ha torpaq sahələrinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair sənədlərin etibarsızlığı barədə istinad etdiyi hallar məhkəmədə sübuta yetirilmədiyi, həmin torpaq sahələrinin Cavabdeh1 tərəfindən qanuni əsaslarla alındığı və qanuni qaydada mülkiyyət hüququ üzrə adına rəsmiləşdirildiyi məhkəmədə öz təsdiqini tapdığından, həmçinin qanunla əqdlərin etibarsızlığı və daşınmaz əşyalarla bağlı tələblər üzrə müəyyən olunmuş iddia müddəti keçdikdən sonra verildiyi üçün iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra, buna dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa apelyasiya şikayətində qeyd edilən dəlillərə məhkəm qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-2436/2020 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1662/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1662/2020
08.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver