Məhkəmə qərarları › İş №2(105)-1679/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1679/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1679/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-2900/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Altun - Yataq - Çarpayı, Altun - Yataq - Dolab, 2 ədəd Altun - Yataq - Tumba, Altun - Yataq - Termo və Matras üçün 1.123,35 manat ödənilməmiş hissə, 112,65 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV və YUPİTER asqı üçün 689,86 manat ödənilməmiş hissə, 68,14 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS MAX qulaqlıq üçün 386,29 manat ödənilməmiş hissə, 38,71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən KİESLECT qol saatı üçün 262,08 manat ödənilməmiş hissə, 26,92 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE AİRTAG və POWERBANK üçün 112,04 manat ödənilməmiş hissə, 11,96 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE ADAPTER üçün 25,91 manat ödənilməmiş hissə, 2,09 manat cərimə borcu olmaqla, ümumilikdə 2.860 manat borc və iş üzrə ödənilmiş 48,60 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023- cü il tarixli müqavilələrə əsasən Altun - Yataq - Çarpayı, Altun - Yataq - Dolab, 2 ədəd Altun - Yataq - Tumba, Altun - Yataq - Termo, Matras, SAMSUNG LED TV, YUPİTER asqı, APPLE AİRPODS MAX qulaqlıq, KİESLECT qol saatı, APPLE AİRTAG, POWERBANK və APPLE ADAPTER almış və nəticədə 2.860 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.797,36 manat (yəni 24 ay x 74,89 manat + 0 manat ilkin ödəniş) olan Altun - Yataq - Çarpayı, Altun - Yataq - Dolab, 2 ədəd Altun - Yataq - Tumba, Altun - Yataq - Termo, Matras üçün ümumilikdə 1.236 manat olmaqla, ondan 1.123,35 manat ödənilməmiş hissə, 112,65 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.379,88 manat (yəni 18 ay x 76,66 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV, YUPİTER asqı üçün ümumilikdə 758 manat olmaqla, ondan 689,86 manat ödənilməmiş hissə, 68,14 manat cərimə borcu, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.627,90 manat (yəni 12 ay x 129,20 manat + 77,50 manat ilkin ödəniş) olan APPLE AİRPODS MAX qulaqlıq üçün ümumilikdə 425 manat olmaqla, ondan 386,29 manat ödənilməmiş hissə, 38,71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 312,48 manat (yəni 18 ay x 17,36 manat + 0 manat ilkin ödəniş) olan KİESLECT qol saatı üçün ümumilikdə 289 manat olmaqla, ondan 262,08 ödənilməmiş hissə, 26,92 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 150 manat (yəni 12 ay x 12,50 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRTAG və POWERBANK üçün ümumilikdə 124 manat olmaqla, ondan 112,04 manat ödənilməmiş hissə, 11,96 manat cərimə borcu, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 63,96 manat (yəni 12 ay x 5,33 manat + 0 manat ilkin ödəniş) olan APPLE ADAPTER üçün ümumilikdə 28 manat olmaqla, ondan 25,91 manat ödənilməmiş hissə, 2,09 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.732,05 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Altun - Yataq - Çarpayı, Altun - Yataq - Dolab, 2 ədəd Altun - Yataq - Tumba, Altun - Yataq - Termo və Matras üçün 1.123,35 manat ödənilməmiş hissə, 112,65 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV və YUPİTER asqı üçün 689,86 manat ödənilməmiş hissə, 68,14 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS MAX qulaqlıq üçün 386,29 manat ödənilməmiş hissə, 38,71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən KİESLECT qol saatı üçün 262,08 manat ödənilməmiş hissə, 26,92 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE AİRTAG və POWERBANK üçün 112,04 manat ödənilməmiş hissə, 11,96 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE ADAPTER üçün 25,91 manat ödənilməmiş hissə, 2,09 manat cərimə borcu olmaqla, ümumilikdə 2.860 manat borc və iş üzrə ödənilmiş 48,60 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-2900/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 21 dekabr 2022-ci il tarixli, 03903378 saylı müqaviləyə əsasən APPLE AİRPODS MAX qulaqlıq üçün 386,29 (üç yüz səksən altı manat, iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, 25 dekabr 2022-ci il tarixli, 03903433 saylı müqaviləyə əsasən Altun - Yataq - Çarpayı, Altun - Yataq - Dolab, 2 ədəd Altun - Yataq - Tumba, Altun - Yataq - Termo və Matras üçün 1.123,35 (min yüz iyirmi üç manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, 25 dekabr 2022-ci il tarixli, 03903434 saylı müqaviləyə əsasən SAMSUNG LED TV və YUPİTER asqı üçün 689,86 (altı yüz səksən doqquz manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, 14 fevral 2023-cü il tarixli, 10773394 saylı müqaviləyə əsasən APPLE ADAPTER üçün 25,91 (iyirmi beş manat, doxsan bir qəpik) manat ödənilməmiş hissə, 2,09 (iki manat, doqquz qəpik) manat cərimə borcu, 04 iyun 2023-cü il tarixli, 10774328 saylı müqaviləyə əsasən APPLE AİRTAG və POWERBANK üçün 112,04 (yüz on iki manat, dörd qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, 14 iyun 2023-cü il tarixli, 03904568 saylı müqaviləyə əsasən KİESLECT qol saatı üçün 262,08 (iki yüz altmış iki manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 2.646,62 (iki min altı yüz qırx altı manat, altmış iki qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 48,60 (qırx səkkiz manat, altmış qəpik) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-2900/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tutulmalı olan pulun məbləği hissəsində qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borcunun müəyyən hissəsini ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşməsindən ödəniş apara bilməmişdir. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. Borcunun bir hissəsini ödəmişdir, qalan hissəsini də ödəməkdən boyun qaçırmır. O, İddiaçı MMC-yə aldığı əşyaları qaytarmağı təklif etsə də, qəbul etməmişlər. Eyni zamanda SAMSUNG LED TV televizor üçün daha çox pul ödəsə də, məbləğ az göstərilmişdir. Həyat yoldaşı X2 Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil idi.xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Abşeron Rayon Məhkəməsi işə baxarkən cavabdeh kimi həmin məhkəmə barədə onun məlumatı olmamış və məhkəmə iclasında iştirak etməmişdir. Qeyd olunan qətnaməni o, 16 avqust 2024-cü il tarixdə məhkəmədən imza edərək götürmüşdür. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 389.1-ci, 405.1-ci , 467 və 439.3-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 88-ci, 77-ci, 97-ci və 217.3-cü maddələrinə istinad etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 394-1.3-cü və 394-1.4-cü maddələrinə əsasən işə baxılmasını məhkəmə iclasına təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə teleqram ünvanlayaraq iştirak edə bilməyəcəyini, buna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03903378 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən APPLE AİRPODS MAX qulaqlığı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03903433 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Altun - Yataq - Çarpayı, Altun - Yataq - Dolab, 2 ədəd Altun - Yataq - Tumba, Altun - Yataq - Termo və Matrası qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03903434 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən SAMSUNG LED TV və YUPİTER asqı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10773394 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən APPLE ADAPTER qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10774328 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən APPLE AİRTAG və POWERBANK qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03904568 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən KİESLECT qol saatı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini yerinə yetirməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE AİRPODS MAX qulaqlıq üçün 386,29 manat ödənilməmiş hissə və 38,71 manat cərimə borcu olmaqla, ümumilikdə 425 manat borcu vardır. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 03903434 saylı müqavilə üzrə Cavabdeh 1379.88 manat ödəməli olduğu məbləğ var və onun 690.02 manatını ödədiyindən həmin tarixə 689.86 manat borcu vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, buna görə də borc məbləği cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmədə iştirakının təmin edilməməsini qeyd etsə də, işə sadələşdirilmiş icraat qaydasında baxılmış və iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu barədə cavabdehin ünvanına “xəbərnamə”-li zərflə bildiriş göndərilmiş və “xəbərnamə”-yə imza edilməklə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir (i/v 48). Eləcə də, cavabdeh apellyasiya şikayətində ödədiyi ödənişlərin miqdarının tam nəzərə alınmamasını, ödənişlərin miqdarının iddiaçı tərəfindən az göstərildiyini bildirsə də, işə apellyasiya qaydasında baxılan zaman da məhkəmə proseslərində iştirak etməmiş, iş üzrə əhəmiyyətli olan hər hansı sübutu elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh maddi vəziyyətinin aşağı olduğunu bildirsə də, bu onu öhdəliklərinin yerinə yetirməsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-2900/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar