Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1683/2021 08.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nurməmmədova (Adilova) Emma Arif qızının və tərcüməçi X3 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(029)-184/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(029)-184/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı Cavabdehnə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən X10 adına verilmiş vərəsəlik hüququ haqqında 25 may 2012-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Qusar rayonu Hil kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması və həmin miras əmlaklara dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Qusar rayonu, Hil kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum anası X8 məxsus olmuşdur. X14 05 mart 2002-ci il tarixdə vəfat etmişdir. X14 vəfat etdikdən sonra vərəsələri kimi o, Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X27, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu, X20, X21 qalmışlar. X45 da bu yaxınlarda vəfat etmişdir. Cavabdehlər X36 və X37 mərhum X45un övladlarıdırlar. Anası vəfat etdiyi vaxtdan indiyədək həmin evə və torpaq sahəsinə o baxır və idarə edir. Bu yaxınlarda Qusar rayon notariat kontoruna müraciət edərək mərhum anasından qalmış miras kütləsinə daxil olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdi. Notariat kontoru tərəfindən ona bildirilmişdir ki, mərhum anasının SSRİ Əmanət Kassasında olan pul vəsaitinə dair qardaşı X10 adına 25.05.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da, həmin şəxs mirasın bir hissəsini qəbul etdiyindən mirası tamamilə qəbul etmiş sayılır və odur ki, ona həmin evə və torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Bu barədə notariat ofisi tərəfindən ona 04 dekabr 2019-cu il tarixli məktub və mərhum X45un adına verilmiş vərəsəlik şəhadətnaməsinin surəti təqdim edilmişdir. Həmin vaxta kimi nə onun, nə də digər vərəsələrin bu şəhadətnamənin mövcudluğundan məlumatı olmamışdır. Halbuki şəhadətnamə verilərkən bütün vərəsələrin razılığı olmalıdır. Çünki mərhum anası 05 mart 2002-ci il tarixdə vəfat etmiş, mərhum X45 isə 2012-ci ildə notariat ofisinə müraciət etmişdir. Bununla da qardaşı mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Belə olan halda, notariat ofisi tərəfindən digər vərəsələrin razılığı olmadan və məhkəmə tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadan vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. Bundan başqa, notariat ofisi tərəfindən ona təqdim edilən məktubda qeyd edilmişdir ki, X45un adına mərhum anasının bütün mirasına dair şəhadətnamə verilmişdir. Lakin vərəsəlik hüququ haqqında 25 may 2012-ci il tarixli şəhadətnamədə, şəhadətnamənin verildiyi miras əmlak kimi yalnız X32 qoyulmuş 0571001, 07900070, 07500044 nömrəli hesabdakı pul göstərilmişdir. Mərhum X45 notariat ofisinə mirasın qəbul edilməsi müddəti ötürüldükdən sonra ərizə versə də, yalnız mərhum anasının əmanət kassasında olan pul vəsaitini qəbul etməsinə dair ərizə vermişdir. Həmin ərizə müddət ötürülməklə və bununla da notariat ofisi tərəfindən Mülki Məcəllənin tələbləri pozulmaqla vərəsəlik şəhadətnaməsi verildiyindən həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Həmin pulla bağlı hər hansı tələb irəli sürmür. Bundan başqa, mərhum X45 mərhum anasının miras kütləsinə daxil olan evə və həyətyanı torpaq sahəsinin heç bir hissəsinə sahiblik etməyə faktiki başlamamış, bu barədə heç bir ərizə verməmişdir. Əksinə həmin evə və torpaq sahəsinə özü faktiki sahiblik etməyə başlamışdır. Ona görə də mərhum X45 mərhum anasının mirasını tamamilə qəbul etmiş sayıla bilməz. Çünki, mirasın tamamilə qəbul edilmiş sayılması yalnız mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda mümkündür. Ona görə də Cavabdeh tərəfindən Mülki Məcəllənin 1243.3-cü maddəsinə istinad etməklə onun adına vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə qənaəti qanunsuzdur. Mərhum anasının digər vərəsələri olan Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X27, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu və X20 miras əmlakla bağlı heç bir tələb irəli sürmürlər və həmin mirasın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər, buna razıdırlar. Bu barədə həmin şəxslər notarial qaydasında təsdiq olunmuş ərizələr vermişlər. Mərhum X45un övladları Emma Adilova və Osman Adilov isə həmin mirasla bağlı heç bir ərizə verməmişlər, həmin evin və torpaq sahəsinin onlara verilməli olduğunu bildirirlər. Emma Adilova və Osman Adilovun həmin evə və torpaq sahəsinə dair vərəsəlik hüquqları yoxdur, çünki ataları Arif Adilov evə və torpaq sahəsinə dair nə notariat kontoruna ərizə verməmiş, nə də miras əmlaka sahiblik etməyə faktiki başlamamış, mirası qəbul etmədən vəfat etmiş, əmanət kassasında olan pul vəsaitinə dair ərizə verdikdə isə mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Belə olan halda, mərhum qardaşının mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında övladları olan cavabdehlərə keçə bilməzdi. Bundan başqa, onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülsə də, o, mirası faktiki olaraq qəbul etmiş və mirası özü idarə edir. Lakin mərhum anasının vərəsələri həmin evin və torpaq sahəsinin ona verilməsini bildirdiklərindən bununla bağlı notariat kontoruna vaxtında ərizə verməli olduğunu bilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Qusar rayonu, Hil kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum anası X8 məxsus olmuşdur. X14 05 mart 2002-ci il tarixdə vəfat etmişdir. X14 vəfat etdikdən sonra vərəsələri kimi o, Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X27, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu, X20, X21 qalmışlar. X45 da bu yaxınlarda vəfat etmişdir. Cavabdehlər X36 və X37 mərhum X45un övladlarıdırlar. Anası vəfat etdiyi vaxtdan indiyədək həmin evə və torpaq sahəsinə o baxır və idarə edir. Bu yaxınlarda Qusar rayon notariat kontoruna müraciət edərək mərhum anasından qalmış miras kütləsinə daxil olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdi. Notariat kontoru tərəfindən ona bildirilmişdir ki, mərhum anasının SSRİ Əmanət Kassasında olan pul vəsaitinə dair qardaşı X10 adına 25.05.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da, həmin şəxs mirasın bir hissəsini qəbul etdiyindən mirası tamamilə qəbul etmiş sayılır və odur ki, ona həmin evə və torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Bu barədə notariat ofisi tərəfindən ona 04 dekabr 2019-cu il tarixli məktub və mərhum X45un adına verilmiş vərəsəlik şəhadətnaməsinin surəti təqdim edilmişdir. Həmin vaxta kimi nə onun, nə də digər vərəsələrin bu şəhadətnamənin mövcudluğundan məlumatı olmamışdır. Halbuki şəhadətnamə verilərkən bütün vərəsələrin razılığı olmalıdır. Çünki mərhum anası 05 mart 2002-ci il tarixdə vəfat etmiş, mərhum X45 isə 2012-ci ildə notariat ofisinə müraciət etmişdir. Bununla da qardaşı mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Belə olan halda, notariat ofisi tərəfindən digər vərəsələrin razılığı olmadan və məhkəmə tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadan vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. Bundan başqa, notariat ofisi tərəfindən ona təqdim edilən məktubda qeyd edilmişdir ki, X45un adına mərhum anasının bütün mirasına dair şəhadətnamə verilmişdir. Lakin vərəsəlik hüququ haqqında 25 may 2012-ci il tarixli şəhadətnamədə, şəhadətnamənin verildiyi miras əmlak kimi yalnız X32 qoyulmuş 0571001, 07900070, 07500044 nömrəli hesabdakı pul göstərilmişdir. Mərhum X45 notariat ofisinə mirasın qəbul edilməsi müddəti ötürüldükdən sonra ərizə versə də, yalnız mərhum anasının əmanət kassasında olan pul vəsaitini qəbul etməsinə dair ərizə vermişdir. Həmin ərizə müddət ötürülməklə və bununla da notariat ofisi tərəfindən Mülki Məcəllənin tələbləri pozulmaqla vərəsəlik şəhadətnaməsi verildiyindən həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Həmin pulla bağlı hər hansı tələb irəli sürmür. Bundan başqa, mərhum X45 mərhum anasının miras kütləsinə daxil olan evə və həyətyanı torpaq sahəsinin heç bir hissəsinə sahiblik etməyə faktiki başlamamış, bu barədə heç bir ərizə verməmişdir. Əksinə, həmin evə və torpaq sahəsinə özü faktiki sahiblik etməyə başlamışdır. Ona görə də mərhum X45 mərhum anasının mirasını tamamilə qəbul etmiş sayıla bilməz. Çünki, mirasın tamamilə qəbul edilmiş sayılması yalnız mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda mümkündür. Ona görə də Cavabdeh tərəfindən Mülki Məcəllənin 1243.3-cü maddəsinə istinad etməklə onun adına vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə qənaəti qanunsuzdur. Mərhum anasının digər vərəsələri olan Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X27, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu və X20 miras əmlakla bağlı heç bir tələb irəli sürmürlər və həmin mirasın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər, buna razıdırlar. Bu barədə həmin şəxslər notarial qaydasında təsdiq olunmuş ərizələr vermişlər. Mərhum X45un övladları Emma Adilova və Osman Adilov isə həmin mirasla bağlı heç bir ərizə verməmişlər, həmin evin və torpaq sahəsinin onlara verilməli olduğunu bildirirlər. Emma Adilova və Osman Adilovun həmin evə və torpaq sahəsinə dair vərəsəlik hüquqları yoxdur, çünki ataları Arif Adilov evə və torpaq sahəsinə dair nə notariat kontoruna ərizə verməmiş, nə də miras əmlaka sahiblik etməyə faktiki başlamamış, mirası qəbul etmədən vəfat etmiş, əmanət kassasında olan pul vəsaitinə dair ərizə verdikdə isə mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Belə olan halda, mərhum qardaşının mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında övladları olan cavabdehlərə keçə bilməzdi. Bundan başqa, onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülsə də, o, mirası faktiki olaraq qəbul etmiş və mirası özü idarə edir. Lakin, mərhum anasının vərəsələri həmin evin və torpaq sahəsinin ona verilməsini bildirdiklərindən bununla bağlı notariat kontoruna vaxtında ərizə verməli olduğunu bilməmişdir. Ona görə də mirasın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin səbəbləri üzürlü sayılaraq müddət uzadılmalı, həmin evə və torpaq sahəsinə dair vərəsəlik hüququ tanınmalıdır. O, mirası faktiki olaraq idarə etməsi və mirası faktiki olaraq qəbul etməsi barədə məhkəməyə arayış təqdim etmsə də, məhkəmə həmin arayışa, ümumiyyətlə, qiymət verməmişdir. Bundan başqa, məhkəmə mərhum X45un notariat ofisinə mirasın qəbul edilməsi müddəti ötürüldükdən və yalnız mərhum anasının əmanət kassasında olan pul vəsaitini qəbul etməsinə dair ərizə verməsini, həmin ərizənin müddət ötürülməklə verilməsini və bununla da notariat ofisi tərəfindən digər vərəsələrin fikirləri dinlənilmədən, Mülki Məcəllənin tələbləri pozulmaqla vərəsəlik şəhadətnaməsi verilməsini də nəzərə almamışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nurməmmədova (Adilova) Emma Arif qızı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X27, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu, X20 və X37 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2020-ci il tarixli, 131 nömrəli arayışdan görünür ki, X14 vəfat etdiyi günə kimi Qusar rayonunun Hil kəndində yaşamışdır və onun ölümündən sonra nümayəndəlikdə olan məlumatlara görə vərəsələri olaraq qızı X11, oğlu X19, qızı X22, qızı X15, oğlu X20, oğlu X23, oğlu X24 qalmışlar. İş materiallarında olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli, 1243 saylı arayışdan görünür ki, İddiaçı Qusar rayonunun Hil kənd sakini olmuş mərhum anası X4 miras qalmış əmlakı idarə edir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı Mülküxan qızına ünvanlanmış 04 dekabr 2019-cu il tarixli, X-1115 saylı məktubdan görünür ki, İddiaçı Mülküxan qızına 05 mart 2002-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakına tam olaraq X12 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi üçün mümkün deyildir, bununla bağlı hər hansı mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 may 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 05 mart 2002-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi oğlu Ədilov Arif Mülkixan oğludur, şəhadətnamənin verildiyi miras əmlak Qusar Əmanət Kassasına qoyulmuş 0571001, 07900070, 07500044 nömrəli hesablardakı pul vəsaitidir. İş materiallarında olan Mustafayeva Sima Mülkixan qızının imzası Cavabdehndə 14 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 05 mart 2002-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakların, ona çatası payı, məcburi payı nə faktiki, nə də ərizə ilə müraciət edərək qəbul etməmişdir, hal-hazırda qəbul etmir, 6 aylıq müddəti buraxmışdır, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan X18 imzası 4 dekabr 2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, anası X6 05 mart 2002-ci il tarixdə ölümündən sonra mirasın açılması ona məlumdur, onun tərəfindən mirasın qəbulu üzrə müddət buraxılmışdır, mirasın qəbulu üzrə buraxılmış müddətin bərpa edilməsi səbəbi ilə məhkəməyə müraciət etməyəcəkdir, faktiki olaraq miras əmlakın idarə edilməsinə başlamamışdır, mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Mülkixan qızı tərəfindən alınmasına etiraz etmir. İş materiallarında olan X5 imzası 4 dekabr 2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X6 05 mart 2002-ci il tarixdə ölümündən sonra mirasın açılması ona məlumdur, onun tərəfindən mirasın qəbulu üzrə müddət buraxılmışdır, mirasın qəbulu üzrə buraxılmış müddətin bərpa edilməsi səbəbi ilə məhkəməyə müraciət etməyəcəkdir, faktiki olaraq miras əmlakın idarə edilməsinə başlamamışdır, mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Mülkixan qızı tərəfindən alınmasına etiraz etmir. İş materiallarında olan X9 imzası 6 dekabr 2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X6 05 mart 2002-ci il tarixdə ölümündən sonra mirasın açılması ona məlumdur, onun tərəfindən mirasın qəbulu üzrə müddət buraxılmışdır, mirasın qəbulu üzrə buraxılmış müddətin bərpa edilməsi səbəbi ilə məhkəməyə müraciət etməyəcəkdir, faktiki olaraq miras əmlakın idarə edilməsinə başlamamışdır, mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Mülkixan qızı tərəfindən alınmasına etiraz etmir. İş materiallarında olan X13 imzası 6 dekabr 2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X6 05 mart 2002-ci il tarixdə ölümündən sonra mirasın açılması ona məlumdur, onun tərəfindən mirasın qəbulu üzrə müddət buraxılmışdır, mirasın qəbulu üzrə buraxılmış müddətin bərpa edilməsi səbəbi ilə məhkəməyə müraciət etməyəcəkdir, faktiki olaraq miras əmlakın idarə edilməsinə başlamamışdır, mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Mülkixan qızı tərəfindən alınmasına etiraz etmir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05 mart 2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Adilov Mülkixan Osman oğlu 01 dekabr 1974-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar rayon Dövlət Arxivi tərəfinən verilmiş 26 noyabr 2019-cu il tarixli, 416 nömrəli arxiv arayışının surətindən görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Hil kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Hil kəndi üzrə 9 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 807 olan X7 təsərrüfatının xüsusi mülkiyyətində 1959-cu ildə tikilmiş ümumi (yararlı) sahəsi 141 kv.metr, o cümlədən yaşayış sahəsi 67 kv.metr olan yaşayış evi və təsərrüfatının xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0,11 hektar torpağının olduğu qeyd edilmişdir. İş materiallarında olan 16 fevral 2002-ci il tarixdə Qusar RİHB-nın Hil kənd İƏ üzrə nümayəndəliyində təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, 20 mart 1927-ci il tarixdə anadan olmuş Qusar rayonunun Hil kəndində yaşayan X16 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Qusar rayonunun Hil kəndində yerləşən iki mərtəbəli yeddi otaq və balkondan ibarət fərdi yaşayış evini, torpağa mülkiyyət hüququna dair 14 dekabr 1999-cu il tarixdə JN- 1129 KOD 30111018 ilə qeydə alınmış 0,65 hektar özəlləşən torpaq sahəsini və X28 3435/09 saylı filialı üzrə əmanət kitabçası seriya Ş № 9503124, hesab № 07900070-də olan 3150 rubl, əmanət kitabçası seriya Ş № 9509644, hesab nömrəsi 0750004-də olan 700 rubl, hesab nömrəsi 0571001-də olan 980 rubl pul əmanətlərini 02 avqust 1950-ci il tarixdə anadan olmuş, Qusar şəhəri, Müqtədir küçəsi, ev 4-də yaşayan doğma oğlu Ədilov Arif Mülkixan oğluna vəsiyyət etmişdir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəlləsinin 1134.2-ci maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanını ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, 16 fevral 2002-ci il tarixdə Qusar rayonunun Hil kəndində tərtib olunmuş vəsiyyətnaməyə əsasən X16 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Qusar rayonunun Hil kəndində yerləşən iki mərtəbəli yeddi otaq və balkondan ibarət fərdi yaşayış evini, torpağa mülkiyyət hüququna dair 14 dekabr 1999-cu il tarixdə JN-1129 KOD 30111018 ilə qeydə alınmış 0,65 hektar özəlləşən torpaq sahəsini və X28 3435/09 saylı filialı üzrə əmanət kitabçası seriya Ş № ******* hesab № 07900070-də olan 3150 rubl, əmanət kitabçası seriya Ş № 9509644, hesab № 0750004-də olan 700 rubl, hesab № 0571001-də olan 980 rubl pul əmanətlərini oğlu Ədilov Arif Mülkixan oğluna vəsiyyət etmişdir. X16 05 mart 2002-ci il tarixdə, Ədilov Arif Mülkixan oğlu 05 avqust 2020ci il tarixdə vəfat etmişlər. X1 vərəsələri olaraq İddiaçı, Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X27, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu, X20, X21 qalmışlar. İddiaçı mərhum X16 vəfat etdiyi vaxtdan, yəni 02 mart 2002-ci il tarixdən ondan qalmış mirasın qəbul edilməsi ilə bağlı heç bir iradə ifadəsini bildirməmiş, bu barədə notariat ofisinə qanunla müəyyən edilmiş müddətdə müraciət etməmiş, həmçinin mirasın faktiki qəbul edilməsi istiqamətində heç bir hərəkətlər etməmişdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməldə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 25 may 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsində miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzürlü səbəbdən buraxdığına dair nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(029)-184/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1683/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1683/2021
08.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver