Məhkəmə qərarları › İş №2(105)-169/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-169/2024

21.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-169/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sevləddin oğluna, Cavabdeh2, Cavabdeh3 və Qusar rayon notariat ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X40 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi (eyni zamanda cavabdeh) Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sevləddin oğluna, Cavabdeh2, Cavabdeh3 və Qusar rayon notariat ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-107/2023 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə ünvan 1ində yerləşən 2.4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ (ümumi birgə) İddiaçı2, X23, X5, İddiaçı1 və Cavabdeh1 Sevləddin oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışa əsasən isə ünvan 1ində yerləşən 1.3448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ (ümumi birgə) İddiaçı2, X23, X5, İddiaçı1 və Cavabdeh1 Sevləddin oğlunun adlarına qeydiyyata alınmışdır.

3. AZ-İ 000780 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 18 avqust 2011-ci il tarixdə X17 adını “Viktoriya” adına dəyişmişdir.

4. AZ-İİ 689581 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1974-cü il tarixdə Qusar rayonu Qələcuq kəndində anadan olmuşdur. X3, anası X29r.

5. AZ-İİİ 651601 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1977-ci il tarixdə ünvan 1ində anadan olmuşdur. X3, anası X29r.

6. Qusar rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X34 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

7. Qusar rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

8. Qusar RİHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 15 noyabr 2011-ci il tarixli 490 nömrəli arayışdan görünür ki, mərhum X13 vəfat etdiyi günə kimi, ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: X15, Cavabdeh2, Cavabdeh3 Sevləddin oğlu, Cavabdeh1 Sevləddin oğlu, X22, İddiaçı1, İddiaçı2, X19.

9. Qusar RİHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 15 noyabr 2011-ci il tarixli 491 nömrəli arayışdan görünür ki, mərhum X34 vəfat etdiyi günə kimi, ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. X15, Cavabdeh2, Cavabdeh3 Sevləddin oğlu, Cavabdeh1 Sevləddin oğlu, X22, İddiaçı1, İddiaçı2, X19.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sevləddin qızı cavabdehlər Cavabdeh1 Sevləddin oğluna, Cavabdeh2, Cavabdeh3 Sevləddin oğluna və Qusar rayon notariat ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən kənd təssərüfatı təyinatlı torpaqlar olan 2.4139 və 1.3448 hektar torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və mərhumlar X5 və X23 ümumi birgə mülkiyyətlərindən hər birinin 1/5 hissədə paylarının müəyyən olunması, ünvan 1ində yerləşən təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar olan 2.4139 və 1.3448 hektar torpaq sahələrindən mərhumlar X5 və X23 hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri olan iddiaçıların, yəni İddiaçı2 və İddiaçı1 hər birinin vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilərək ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

11. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 2.4139 və 1.3448 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və iddiaçıların valideynləri X5 və X23 adlarına qeydiyyata alınmışdır. İddiaçıların anaları X34 xx.xx.2018-ci il tarixdə, ataları X14 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Zina Hacımuradovanın və Sövləddin Hacımuradovun aşağıdakı vərəsələri qalmışdır: İddiaçı1; İddiaçı2; Cavabdeh1; X15; Cavabdeh2; Cavabdeh3 Sevləddin oğlu; X22. İddiaçıların mərhum valideynləri Zina Hacımuradova və Sövləddin Hacımuradov vəfat etdikdən sonra yuxarıda göstərilən 2.4139 və 1.3448 ha torpaq sahələrinin həmin şəxslərə məxsus olan hissələri, həm torpaq sahəsinin birgə mülkiyyətçiləri, həm də mərhumların qanun üzrə vərəsələri olaraq onlar tərəfindən faktiki qəbul edilərək idarə olunmağa başlamışdır. Belə ki, torpaq sahəsini təyinatına uyğun olaraq onlar istifadə etmişlər. ünvan 1ində yerləşən 2.4139 və 1.3448 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri yuxarıda qeyd edildiyi kimi 5 nəfərin, yəni İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və iddiaçıların valideynləri X5 və X23 ümumi birgə mülkiyyətindədir və mülkiyyət paylarına dair mülkiyyətçilərin hər hansı razılaşmaları olmamışdır. Bu səbəbdən də, hesab edirlər ki, həmin torpaq sahələrinin hər bir mülkiyyətçisinin mülkiyyət payı bərabər olmaqla 1/5 hissədə müəyyən olunmalıdır. Bundan başqa, iddiaçılar mərhumlar X34 və X14 ilə birlikdə ünvan 1ində yerləşən 2.4139 və 1.3448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin birgə mülkiyyətçiləri olmaqla mərhum şəxslər vəfat etdikdən sonra onların paylarını onlar qəbul etmişlər, həmin mirasa sahiblənməklə öz hərəkətləri ilə mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişlər. Hesab edirlər ki, mərhum şəxslər Zina Hacımuradovanın və Sövləddin Hacımuradovun yuxarıda göstərilən məlum torpaq sahələrinə dair hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların hər birinin vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılmalıdır.

12. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-107/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilərək, ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və mərhumlar X5 və X23 həmin torpaq sahələrinə dair hər birinin mülkiyyət paylarının 1/5 hissə müəyyən olunması, ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin mərhumlar X7 məxsus 1/5 hissəsinə və X30 məxsus 1/5 hissəsinə dair onların qanun üzrə birinci dərəcəli vərəsələri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və Cavabdeh2 vərəsəlik hüquqları tanınaraq hər birinin miras paylarının 1/4 hissə müəyyən edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********68 reyestr nömrəli çıxarış əsasında 2.4139 ha və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********69 reyestr nömrəli çıxarış əsasında isə 1.3448 ha torpaq sahələri 5 nəfərin-yəni İddiaçı2, mərhumlar Hacımuradova ZinaƏskər qızının və X5, həmçinin İddiaçı1 və Cavabdeh1 Sevləddin oğlunun ümumi birgə mülkiyyətlərindədir və mülkiyyət paylarına dair mülkiyyətçilərin hər hansı razılaşmaları olmamışdır. Bu səbəbdən də, həmin torpaq sahələrinin hər bir mülkiyyətçisinin mülkiyyət payı bərabər olmaqla 1/5 hissə müəyyən olunmalıdır.

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 2.4139 ha və 1.3448 ha torpaq sahələrinin mərhumlar X34 və X14 ilə birlikdə birgə mülkiyyətçiləri olmaqla mərhum şəxslər vəfat etdikdən sonra onların qanuni sahibliklərində və istifadələrində olmuş, bununla da, həmin şəxslər mərhum valideynlərinin mirasına dair müvafiq notariat orqanına vaxtında mirasın qəbulu ilə bağlı ərizə verməsələr də, həmin mirasa sahiblənməklə öz hərəkətləri ilə mirası faktiki qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Bundan başqa, mərhum şəxslərin mirasını torpaq sahələrinin birgə mülkiyyətçilərindən olan Cavabdeh1 da iddiaçılarla eyni qaydada mirasa sahiblənmiş və mirasın qəbul edilməsinin faktiki üsulu ilə miras qoyanların mirasını qəbul etmişdir. Həmçinin, Cavabdeh2 da, miras qoyanların qanun üzrə birinci dərəcəli vərəsəsi kimi onların mirasına yiyələnmiş, iddiaçıların da qeyd etdikləri kimi miras qoyanlara məxsus evdə yaşayır, həmçinin torpaq sahələrinin idarə olunmasında iştirak edir. Miras qoyanların qeyd olunan vərəsələrindən başqa digər vərəsələr isə həmin mirasları nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişlər, mirası faktiki qəbul etdiklərini nümayiş etdirən hərəkətlər etməmişlər, torpaq sahələrinə sahiblənməmişlər, onların idarə olunmasında hər hansı şəkildə iştirak etməmişlər, mirasa dair xeyli müddət susmuşlar. Ona görə də, mərhum şəxslərin vərəsələri olan həmin şəxslərin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, mərhum şəxslər Zina Hacımuradovanın və Sövləddin Hacımuradovun yuxarıda göstərilən məlum torpaq sahələrinə dair hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 hər birinin ¼ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilməlidir. X27 və Sövləddin Hacımuradovun digər vərəsələrinin vərəsəlik hüquqları isə yuxarıda sadalanan əsaslara görə itirildiyindən tanınmamalıdır.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 213, 214.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1255, 1262, 1263, 1268.1, 1273-1, 1291, 1302-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən Cavabdeh3 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, mirası qalmış əmlakda payının müəyyən edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən müvafiq olaraq 2,4139 ha və 1.3448 ha torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında mərhum atası X8, mərhum anası X30, bacıları İddiaçı2 Sevləddin qızına, İddiaçı1 və qardaşı Cavabdeh1 Sevləddin oğluna məxsus olmuşdur. Yəni, hər birinin həmin torpaq sahələrindəki payları 1/5 hissədə olmuşdur. Anası xx.xx.2018-ci il tarixdə, atası isə xx.xx.2019-cu il tarixdə ölmüşlər. Həm anasının, həm də atasının vəfatından sonra o birinci növbəli vərəsə kimi qanunla müəyyən edilmiş 3 ay müddətində onlardan miras qalmış digər əmlaklarını faktiki olaraq əldə edib onlara yiyələnməklə miras əmlakı qəbul etmişdir (anasından miras qalmış örpək, atasından miras qalmış cib bıçağı və s.). Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən isə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1243.3-cü maddənin mənasına görə o anası və atasından miras qalmış hətta ev əşyalarını qəbul etdiyi halda hesab olunur ki, onlardan miras qalmış bütün əmlakı, o cümlədən də mübahisəli torpaq sahələrindəki mirasa da yiyələnmişdir. Lakin, Qusar Rayon Məhkəməsi birinci növbəli vərəsələr arasında onun və digər birinci növbəli vərəsələr olan qardaşları Rufəddinlə İlhamın, eləcə də mərhum bacısı Səyarənin uşağı Alvinanın da olmalarına baxmayaraq, onun və ya qardaşlarının, anasından, onların və Alvinanın isə atasından miras qalmış əmlakın qəbul edilib-edilmədiyini araşdırmadan anası və atasından miras qalmış torpaq sahələrindəki hər birinin 1/5 hissəsindəki paylarının həmin torpaq sahələrinin birgə mülkiyyətçiləri və bacısı Cavabdeh2 arasında hər birinin payı 1/4 hissədə olmaqla müəyyən etmişdir. Halbuki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, miras qoyanın atasının ölümündən sonra o da içərilərində olmaqla aşağıdakı vərəsələri qalmışdır (lakin anasının vəfatından sonra vərəsələrin dairəsi barədə sənəd alıb onu araşdırmamışdır): 1. X15; 2. Cavabdeh2; 3. X19 4. Cavabdeh3; 5. Cavabdeh1 Sevləddin oğlu; 6. X22; 7. İddiaçı1; 8. İddiaçı2. Vərəsələrdən bacısı Səyarə xx.xx.2019-cu il tarixdə, yəni atasından əvvəl vəfat etmişdir. Belə olan halda vərəsə qismində Səyarənin 36 yaşlı qızı Alvina çıxış etməlidir. Çünki Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən isə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Lakin məhkəmə bu məsələni araşdırmamış, onu, qardaşı İlhamı və Rufəddini üçüncü şəxs qismində məhkəməyə cəlb etməklə miras əmlakdakı payları müəyyən etməli idi. Bunu etməməklə məhkəmə səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, digər vərəsələr, o cümlədən o, torpaqlarla bağlı mirası nə faktiki, nə də ki, notariat orqanına ərizə verməklə qəbul etməmişlər. Məhkəmə onu və qeyd etdiyi digər vərəsələri üçüncü şəxs qismində işə cəlb etmədiyi halda hardan onlar tərəfindən mirası qəbul etmədiyi qənaətinə gəldiyini qətnamədən müəyyən etmək olmur. Mirası qəbul etmək üçün yalnız onlardan miras qalmış torpaq sahələrinə yiyələnmək kifayət deyildir. Əgər vərəsə miras qoyanın hər hansi bir xırda əmlakına belə yiyələnmişsə, hesab olunur ki, o, miras qoyanın bütün əmlakına yiyələnmişdir. O, faktiki olaraq mirası qəbul etdiyindən, hesab edir ki, qeyd olunan qətnamə ləğv edilməli, mərhumların bütün vərəsələri işə cəlb edilməli, onlar tərəfindən ilk əvvəl analarının vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilib-edilməməsi, daha sonra atalarının vəfatından sonra sonuncudan miras qalmış əmlakın qəbul edilibedilməməsi aydınlaşdırılmalı, yalnız bundan sonra mirasdakı paylar müəyyən edilməlidir. Məhkəmə Mülki Məcəllənin 1273-1-ci maddəsinə istinad etsə də, yanlışlığa yol vermişdir. Belə ki, həmin maddəyə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Qeyd olunan maddədə mirasın qəbul edilməməsindən bəhs edir. Bu zaman mirasın qəbul edilməməsi dedikdə onun həm faktiki, həm də notariat orqanına ərizə verməməklə qəbul edilməməsindən söhbət gedir. Lakin, yuxarıda qeyd etmişdir ki, mərhumların digər miras əmlaklarına yiyələnərək onları qəbul etmişdir. Həmin andan miras əmlak onun mülkiyyətidir. Vərəsəlik haqqında şəhadətnamə almaq onun vəzifəsi deyil, hüququdur. Onu istədiyi vaxt ala bilər. Çünki Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə Mülki Məcəllənin 1273-1-ci maddəsini yanlış təsfir etmişdir. Atasının vəfatından sonra, ondan miras qalmış bəzi əmlakları özü ilə götürərək 2019-cu ilin noyabr ayında Rusiya Federasiyasına getmişdir. COVİD-19-la bağlı sərhədlər bağlı olduğundan üzrlü səbəblərdən Azərbaycana qayıda bilməmişdir. Ardınca Rusiya ilə Ukrayna arasında baş verən iqtişaşla bağlı təyyarə ilə də Azərbaycana qayıtmağa imkanı olmamışdır. Məhkəmə iclasında nümayəndəsi Təyyarə onun Rusiyada yaşadığı ünvanı məhkəməyə bildirsə də, məhkəmə onun məhkəmə iclasında iştirakı üçün şərait yaratmamışdır. Bununla da MPM-in 9.2-ci maddəsinin tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (eyni zamanda cavabdeh) Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 29. Mülkiyyət hüququ (...) Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. (...)

24. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. (...)

25. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)

27. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

28. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (...)

29. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

30. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

31. Maddə 1273-1 . Vərəsənin susması Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

32. Maddə 1301. Vərəsənin gəlməməsinin nəticələri 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

35. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

36. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

38. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin mərhumlar X7 məxsus 1/5 hissəsinə və X30 məxsus 1/5 hissəsinə dair onların qanun üzrə birinci dərəcəli vərəsələri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və Cavabdeh2 vərəsəlik hüquqları tanınaraq hər birinin miras paylarının 1/4 hissə müəyyən edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. İşdən görünür ki, iddia tələbi iki hissədən ibarətdir: 1) ünvan 1ində yerləşən kənd təssərüfatı təyinatlı torpaqlar olan 2.4139 və 1.3448 hektar torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və mərhumlar X5 və X23 ümumi birgə mülkiyyətlərindən hər birinin 1/5 hissədə paylarının müəyyən olunması; 2) ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar olan 2.4139 və 1.3448 hektar torpaq sahələrindən mərhumlar X5 və X23 hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri olan iddiaçıların, yəni İddiaçı2 və İddiaçı1 hər birinin vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilərək ayrılması.

45. İddia tələbinin birinci hissəsi ilə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, xx.xx.2021-ci il tarixli, **********68 reyestr nömrəli çıxarışa və xx.xx.2021-ci il tarixli, **********69 reyestr nömrəli çıxarışa əsasən müvafiq olaraq ünvan 1ində yerləşən 2.4139 ha və 1.3448 ha torpaq sahələri üzərində İddiaçı2, X23, X5, İddiaçı1 və Cavabdeh1 Sevləddin oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, qeyd edilən torpaq sahələri ümumi birgə mülkiyyətdədir.

46. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

47. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

48. İşdən görünür ki, mülkiyyətçilər arasında onların paylarının müəyyən edilməsi barədə razılaşma olmamışdır. Bu səbəbdən, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisəli torpaq sahələrinin hər bir mülkiyyətçisinin mülkiyyət payı bərabər olmaqla 1/5 hissə müəyyən olunmalıdır.

49. İddia tələbinin ikinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

50. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

51. Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, X15, Cavabdeh3 Sevləddin oğlu, X22 və X9 vərəsəsi X20 miras əmlakdan imtina etməsi müəyyən olunmadığından mirası qəbul etmiş vərəsə hesab edilməlidirlər və vərəsə olaraq onlara çatacaq miras əmlaka pay hüququna malikdirlər.

52. Alvina İbrahimlinin vərəsə qismində çıxış etməsinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə hesab edilirlər.

53. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

54. 2.4139 hektar və 1.3448 hektar torpaq sahələrinin X30 məxsus 1/5 hissəsinə miras payının həcmi ilə bağlı kollegiya qeyd edir ki, X23 əri və uşaqları daxil olmaqla 9 vərəsəsi olmuşdur. Həmin vərəsələrin Z.Hacımuradovaya məxsus torpaq sahələrində hər birinin 1/45 (1/5:9) hissəsinə pay hüququ var.

55. X23 vərəsələrindən biri - X19 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və onun vərəsələri X14 və İbragimli Alvina olmuşdur.

56. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 anası X10, atası X1r. X19 xx.xx.1988-ci ildə X2 ilə nikaha girmiş və ona “Məmmədhüseynova” soyadı verilmişdir.

57. İşə əlavə edilmiş soyadın dəyişdirilməsi barədə şəhadətnamədən görünür ki, X12 xx.xx.2016-cı ildə soyadını “İbragimli” soyadına dəyişdirmişdir.

58. Odur ki, X9 1/45 miras əmlakda olan payı vərəsələri arasında bölünməli və onların hər birinə 1/90 (1/45:2) pay düşməlidir.

59. X5 2.4139 hektar və 1.3448 hektar torpaq sahələrinin ona məxsus hissəsinə miras payının həcmi ilə bağlı isə kollegiya qeyd edir ki, onun 7 vərəsəsi olmuşdur: X15, Cavabdeh2, Cavabdeh3 Sevləddin oğlu, Cavabdeh1 Sevləddin oğlu, X22, İddiaçı1, İddiaçı2.

60. Sövləddin Hacımuradovun ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 1/5 hissəsi və qızı S.Hacımuradovadan qalmış miras əmlakın 1/90 hissəsinə görə həmin mirasdan onun vərəsələrinin hər biri 19/630 ((1/5+1/90):7) hissədə pay almalıdırlar.

61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, miras qalmış torpaq sahələrində vərəsələr-İddiaçı2 53/210 (1/5+1/90+19/630), İddiaçı1 53/210 (1/5+1/90+19/630), Cavabdeh1 Sevləddin oğlunun 53/210 (1/5+1/90+19/630), X6 11/210 (1/45+19/630), X16 11/210 (1/45+19/630), Cavabdeh2 11/210 (1/45+19/630), Cavabdeh3 Sevləddin oğlunun 11/210 (1/45+19/630), X20 isə miras əmlakda 7/210 hissədə payı müəyyən olunmalıdır.

62. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

63. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış hallarına, iş üzrə təqdim və tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-107/2023 nömrəli qətnaməsi qismən - ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin mərhumlar X7 məxsus 1/5 hissəsinə və X30 məxsus 1/5 hissəsinə dair onların qanun üzrə birinci dərəcəli vərəsələri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və Cavabdeh2 vərəsəlik hüquqları tanınaraq hər birinin miras paylarının 1/4 hissə müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin mərhumlar X7 məxsus 1/5 hissəsinə və X30 məxsus 1/5 hissəsinə dair vərəsələr-İddiaçı2 53/210, İddiaçı1 53/210, Cavabdeh1 Sevləddin oğlunun 53/210, X6 11/210, X16 11/210, Cavabdeh2 11/210, Cavabdeh3 Sevləddin oğlunun 11/210, X20 7/210 hissədə payları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-107/2023 nömrəli qətnaməsi qismən - ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin mərhumlar X7 məxsus 1/5 hissəsinə və X30 məxsus 1/5 hissəsinə dair onların qanun üzrə birinci dərəcəli vərəsələri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 Sevləddin oğlunun və Cavabdeh2 vərəsəlik hüquqları tanınaraq hər birinin miras paylarının 1/4 hissə müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. ünvan 1ində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarış əsasında 2.4139 hektar və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış əsasında 1.3448 hektar torpaq sahələrinin mərhumlar X7 məxsus 1/5 hissəsinə və X30 məxsus 1/5 hissəsinə dair vərəsələr-İddiaçı2 53/210, İddiaçı1 53/210, Cavabdeh1 Sevləddin oğlunun 53/210, X6 11/210, X16 11/210, Cavabdeh2 11/210, Cavabdeh3 Sevləddin oğlunun 11/210, X20 7/210 hissədə payları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar