Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1693/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi X9 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə mirasın qəbulu, miras əmlaka vərəsəlik hüququnun tanınması və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi barədə ilk iddiasına, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı vəsiyyətnamənin ləğv edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-208/2020 saylı qətnaməsindən tərəflərin verdikləri apelyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu, Hacıəhmədoba kəndində yerləşən mərhum X4 miras qalmış 2 mərtəbəli fərdi yaşayış evinə, 0,22 hektar həyətyanı torpaq sahəsinə və 0,51 hektar pay torpaq sahəsinə vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və ona mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunlaəsaslandırmışdır ki, o,1974-cü ildə X12 ilə rəsmi nikaha girmişdir. Bu nikahlarından 2 uşaqları vardır. Qaynanası X7 xx.xx.1948-ci ildən rəsmi nikahda olduğu həyat yoldaşı X2 xx.xx.1988-ci ildə vəfat etmişdir. Qaynanasının hazırda sağ-salamat yaşayan bir neçə övladı vardır. xx.xx.2018-ci ildə vəfat etmiş X16 ona çəkdiyi zəhməti və digər xidmətlərini nəzərə alaraq Sumqayıt şəhəri 1 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2017ci il tarixli vəsiyyətnaməyə əsasən ölən günə kimi özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Qaynanasından qalmış əmlaklar 1955-1960-cı illərdə Xaçmaz rayonu, Hacıəhmədoba kəndində tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi, 0,22 hektar həyətyanı torpaq sahəsi və 0,51 hektar pay torpaq sahəsindən ibarətdir. O, faktiki olaraq Sumqayıt şəhərində yaşasa da, qeydiyyatı Xaçmaz rayonu, Hacıəhmədoba kəndində yerləşən həmin yaşayış evinədir. Hal-hazırda mərhum qaynanasının vəfatından sonra, onun fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh Şahmurad oğlu və onun ailəsi qalır. O, mərhum qaynanasından miras qalmış fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və pay torpağını vəsiyyət üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün Xaçmaz Rayon Notariat Kontoruna müraciət etmişdir. Həmin notariat kontorunun ona ünvanladığı xx.xx.2018-ci il tarixli, 723 saylı məktubunda bildirilmişdir ki:“...vərəsəlik işinin aparılması ilə əlaqədar sizə təqdim olunmuş siyahıda göstərilən sənədlər tam təqdim edilmədiyindən, habelə vərəsəlik işi mübahisəli xarakter daşıdığına görə notariat hərəkətlərinin aparılması qeyri-mümkündür. Bununla əlaqədar məhkəməyə müraciət etməlisiniz”. X16 özünə məxsus bütün əmlakını, o cümlədən ev, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsini ona vəsiyyət etmişdir və o, bu mirası qəbul etmişdir. Lakin o notariusdan vəsiyyətnamə üzrə vərəsəlikhüququ haqqında şəhadətnamə ala bilmir. Bunun da əsas səbəblərindən biri cavabdeh olan qaynı Cavabdeh buna mane olmasıdır. Odur ki mübahisə yarandığından o, məcburiyyət qarşısında qalıb məhkəməyə hazırkı iddia ərizəsilə müraciət etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş, 1930-cu il təvəllüdlü mərhum anası X7 adından tərtib edilmiş xx.xx.2017-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras qoyan X4 miras qalmış əmlaklara münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, 1930-cu il təvəllüdlü anası X13 2017-ci ilin oktyabr ayının 14-nə qədər onun yanında, Hacıəhməd-Oba kəndində yaşamışdır. Anası qoca və xəstə olduğuna görə İddiaçı onu müalicə etdirmək adı ilə Sumqayıt şəhərinə aparmışdır. 87 yaşı olan anası demək olar ki, yaddaşını itirmiş, hətta ən yaxın adamları belə tanımamış, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmamışdır. İddiaçı onu apardıqdan təxminən iki ay sonra, onun Sumqayıt şəhərində ölməsini eşitmişlər. Vəfat etdikdən sonra, onu kəndə gətirərək dəfn etmişlər və bütün dəfn xərclərini də o çəkmişdir. Hazırda İddiaçı məhkəmədə ona qarşı iddia qaldırmış və məlum olmuşdur ki, anası X5 xx.xx.2017-ci il tarixdə bütün əmlakını İddiaçı vəsiyyət etməsi barədə vəsiyyətnamə vardır. Halbuki, qeyd etdiyi kimi anası 87 yaşında olmuş, öz hərəkətlərini sərbəst surətdə dərk etmək qabiliyyətinə olmamışdır. Onun Sumqayıta gedən kimi 28 gün ərzində vəsiyyətnamə tərtib etməsi ağlabatan deyildir. Çox güman ki, onun qoca və xəstə olmasından, öz hərəkətlərinin mənasını dərk etməməsindən istifadə edərək onu aldatmaqla vəsiyyətnamə tərtib etmişlər. Anasının şəxsiyyət vəsiqəsi onda, yəni evdə olduğu halda, Sumqayıta İddiaçı tərəfindən aparıldıqdan sonra, bir həftə ərzində ona yeni şəxsiyyət vəsiqəsi tərtib etdirilməsi və yaşının da aşağı göstərilməsi tam sübut edir ki, onun məqsədi anasının qocalığından və yaddaşsızlığından, öz hərəkətlərinin mənasını başa düşərək onlara rəhbərlik edə bilməməsindən istifadə edərək, vəsiyyətnamə yazdırmışdır. Ona görə də həmin sənəd qanuna uyğun hesab edilə bilməz və ləğv edilməlidir. İddiaçı iddia ərizəsindən də görünür ki, o, miras açıldığı vaxtdan qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu ilə əlaqədar Xaçmaz rayon notariat orqanına müraciət etməmiş, miras açıldıqdan 8 ay sonra müraciət etmişdir. Özünün iddia ərizəsindən də göründüyü kimi, miras əmlaklar mərhum anası X5 birinci növbəli vərəsəsi olaraq onun tərəfindən idarə olunmuşdur. Həmin mülkdə ailəsi ilə birlikdə o, yaşayır, miras qalmış torpaq sahəsini o,əkib-becərir. Miras faktiki olaraq onun tərəfindənqəbul edildiyindən bu fakt məhkəmə qaydasında təsdiqlənməlidir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-208/2020 saylı qətnaməsilə (hakim İ.Xəlilov)Cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, həmin tarixli qərardadla ilk iddia üzrə icraata xitam verilmişdir. Qətnamədən hər iki tərəf apelyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi X17 xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təmsil etdiyi şəxs tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-208/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir və həmin apellyasiya şikayətindən imtina edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X17 ərizəni müdafiə etdi və şikayət üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi X17 tərəfindən verilmiş onun apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, apellyasiya baxışı üzrə icraata İddiaçı hissəsində xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətindən imtina qəbul edilməli və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-208/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən onun vəkili və nümayəndəsi X9 verdiyi imtinaya dair ərizə qəbul edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-208/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1693/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1693/2020
18.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver