Məhkəmə qərarları › İş №2(105)-1696/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1696/2023

22.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1696/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2,Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(067)-1820/2023 nömrəli qərardadından İddiaçı oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-ci il tarixli qərardadı ilə (hakim V.Qasımova) İddiaçı cavabdehlər Cavabdeh2,Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilməsi və sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı prosessual müddətin bərpası barədə ərizə və qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1820/2023 nömrəli 19 may 2023-cü il tarixli qərardadından şikayəti verilməsi ilə əlaqədar iddiaçı tərəfindən buraxılmış prosessual müddət bərpa edilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-ci il tarixli 2(067)-1820/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı oğlu Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(067)- 1820/2023 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı iddia ərizəsinin icraata götürülərək baxılması, əks halda isə mülki işin qərardaddan şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə mövcud maddi və prosessual hüquq normalarının tələbini pozaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytararkən iddiaçının məhkəmə müdafiəsi və ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququnu pozmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-ci il tarixli və 24 iyul 2023-cü il tarixli qərardadları ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını iddiaçının tələbi inzibati hüquq münasibətlərinə aid mübahisə olması ilə əsaslandırmışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Əvvəla bu nəticəyə gələn məhkəmə tərəflər arasındakı mübahisənin xarakterini, cavabdehlərdən Şahin və Cavabdeh3lərin fiziki şəxs olaraq inzibati orqan olmadığını, o cümlədən mübahisə predmeti cavabdehlər arasında bağlanmış müqaviləyə (əqdə) əsaslanmasını nəzərə almamışdır. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. (MPM-nin 153.2.1. maddəsi). Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edərkən işin və mübahisənin qeyd olunan hallarına diqqət yetirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-ci il tarixli və 24 iyul 2023-cü il tarixli qərardadları ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı oğlunun şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-ci il tarixli və 24 iyul 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddia ərizəsi icraata qəbul edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar