Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1697/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(027)-743/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(027)-743/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik məbləğində pul vəsaitinin 817 (səkkiz yüz on yeddi) manat 46 qəpik məbləğdə hissəsinin abonent bazasından silinməsi edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(027)-743/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 avqust 2021-ci il tarixli, ******* saylı Akt və həmin 31 avqust 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik borcun 817 (səkkiz yüz on yeddi) manat 46 qəpik məbləğdə hissəsinin abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. “Azəriqaz:” İB-nin Xaçmaz RQİİ-nin Quba XS- nin işçiləri sayğaca müdaxilə etməklə qazdan istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tətbiq etməmişdir.Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında payiayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011 -ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın son üç ay üçün hesabatını apararaq abonentin XS-nə 8208 m3 və ya 820,80 manat məbləğində ziyan vurduğunu müəyyən edilmişdir. Qaydalarda ziyan vurma müddəti sonuncu texniki baxışdan sonrakı dövr üçün və ya iddia müddəti dövründə nəzərdə tutulmuşdur. Hazırki qanunvericilikdə texniki baxışın hər üç ayda bir dəfə keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı sayğaca müdaxilə etdiyini etiraf etməyinə, hesablanmış ziyan məbləğinin 300 manat hissəsinin ödəməyinə və qalan hissəsini tədricən ödəyəcəyi barədə iltizam verməsinə baxmayaraq Məhkəmə abonentin sayğacının 20.08. 2021-ci il tarixdə dəyişdirildiyini, müdaxilə halının isə xx.xx.2021- ci il tarixdə aşkarlandığını əsas gətirərək abonent üçün hesablanmış ziyanın 817,46 manatının silinməsini qət etmişdir. Halbuki, abonentin dəyişilən sayğacın müdaxilə edilməklə, yad cisim, dəmir mıx (mismar) qoymaqla istifadə etmədiyinə heç kim zəmanət verə bilməz. Birinci instansiya məhkəməsi cavabdeh tərəf kimi məhkəmə baxışı mərhələsində təşkilatın iştirakını təmin etməmiş, buna görə də iş üzrə sübutları təqdim edə bilməmişlər. Məhkəmə iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddia ərizəsində iddiaçı sayğaca müdaxilə nəticəsində altı gün ərzində dəymiş ziyanı qəbul etmiş, hesablanmış ziyanın qalan hissəsinin silnməsini xahiş etmişdir. Deməli abonent sayğaca müdaxilənin özü tərəfindən edildiyini etiraf etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının sayğaca müdaxilə etməsini etiraf etməsinə düzgün qiymət verməmişdir. Abonent saldosundan da görünür ki, müdaxilə aşkar olunandan əvvəlki aylarda yeddi ay ərzində abonent cəmi 37,10 manat məbləğində qaz istehlak etmiş, müdaxilə halı aşkar edildikdən sonra isə dörd ay ərzində 111,76 manat məbləğində qaz istehlak etmişdir. Bildirir ki, iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Müdaxilə edilmiş sayğac ilə təbii qazdan istifadə edilməsi barədə tərtib edilmiş akta qarşı tərəf heç bir irad bildirmədən imza etmiş, bununla da o öz təqsırını etiraf etmişdir. Quba Rayon Məhkəməsinin 20 may 2022ci il tarixli, 2(027)-743/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təlabnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktda abonentin mənzilinə baxış keçirirkən sayğacın kənar dəmir mismarın aşkar olunması və bununla da abonentin qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 8208 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba şəhəri, G.Əsədov küçəsi, ev 23 nömrəli fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8208 m3 həcmində qaz itkisi, 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik borc hesablanmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır və Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Həmçinin Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəsi ilə razılşaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik məbləğində pul vəsaitinin 817 (səkkiz yüz on yeddi) manat 46 qəpik məbləğdə hissəsinin abonent bazasından silinməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borcun silinməsinə dair düzgün nəticəyə gəlsə də aktın və tələbnamənin etibarsız hesab edilməsinə dair gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 26 avqust 2021-ci il tarixli, ******* saylı Akt və həmin 31 avqust 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacda kənar dəmir mismarın aşkar olunması nəticəsində sayğaca müdaxilə edildiyi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia akt və tələbnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, akt və tələbnamənin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(027)-743/2022 nömrəli qətnaməsi qismən, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin xx.xx.2021-ci il tarixli təlabnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1697/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1697/2022
06.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver