Məhkəmə qərarları › İş №2(105)-1698/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1698/2024

31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1698/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, X10 və X12 miras əmlakın qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələblərinə dair iddia tələbi və müstəqil tələb irəli sürən Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1, X3, Cavabdeh3, X7, X1 və X11 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi, miras əmlakın paylara uyğun vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(012)-710/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələblərinin qismən təmin edilməsi, mərhum X4 ölümündən sonra miras qalan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində vərəsələr Cavabdeh2 payı 4/6 hissə, İddiaçı payı 1/6 hissə və Cavabdeh1 payının 1/6 hissədə müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(012)-710/2020 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi Vəkil həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2024cü il tarixli, 2(012)-710/2020 nömrəli qərardadından Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, X7 və X11 qarşı miras əmlakın qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələblərinə dair iddia ilə məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(012)-710/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Apışov X5 Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyatı üzrə baxılmaq üçün göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ona heç bir vasitə ilə göndərilməmişdir, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Məhkəmə əvvəlcə qəbul olunmuş və qüvvədə olan məhkəmə qətnamələrinin mövcudluğuna əhəmiyyət verməmiş, artıq eyni tərəflər arasında və eyni predmet barədə həll olunmuş mübahisəyə yenidan baxıb tamamilə fərqli nəticə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi və prosessual normalar müxtəlif formada pozulmuşdur. Əvvəllər Abşeron Rayon Məhkəməsində Cavabdeh2 onun və digərlərinin iştirakı ilə baxılaraq qanuni yolla çıxarılmış qətnaməsi ilə qət edilmiş faktlar və hallar təkrarlaşdırılmağa məruz qalmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-28/2015 nömrəli qətnaməsində müəyyən edilmiş hallarla hazırda mübahisə predmeti olan qətnamədə göstərilənlər uyğunluq təşkil etmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını Cavabdeh1 tərəfindən apelyasiya şikayəti bir dəfə baxılıb həll olunduğundan geri qaytarılmalı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixdə məhkəmə xəbərnaməsinə imza etməklə qəbul etmişdir. xx.xx.2020ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2246/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(012)-710/2020 nömrəli qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlnılması qət edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Göründüyü kimi mübahisələndirilən məhkəmə aktı məhz Cavabdeh1 apellyasiya şikayəti əsasında xx.xx.2020-ci ildə apellyasiya qaydasında baxılmışdır. Bu mənada məhkəmə kollegiyası cavabdehin şikayətinin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli və onunla bağlı 07 oktyabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar