Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1700/2025 15.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X5 (sədrlik edən və məruzəçi), X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-2146/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent X2 adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən aydın olmuşdur ki, təbii qazdan sayğacdan kənar, rezin boru ilə qeyri-qanuni istifadə edilmişdir.
2. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2022-ci il tarixli təlabnamənin surətindən görünür ki, Quba şəhəri, 223-cü atıcı diviziya küçəsində yerləşən fərdi yaşayış evinə X2 **********00110 saylı abonent kodu üzrə 34560 m3 həcmində qaz itkisi hesablanmışdır.
3. Abonent saldosundan göründüyü kimi, Quba şəhəri, 223-cü atıcı diviziya küçəsində yerləşən X3 məxsus evə aid **********00110 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 4147,20 (dörd min bir yüz qırx yeddi manat iyirmi qəpik) manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları əsassız hesablanmış 4742,50 (dörd min yeddi yüz qırx iki manat, əlli qəpik) manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış alqı satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun mülkiyyətində olan qaz sayğacı yaşadığı mənzildən kənarda quraşdırılmışdır. 11 dekabr 2022-ci il tarixdə Azəriqaz əməkdaşları evinə baxış keçirmişlər. Yeni tikilidə qaz borusu aşkar etmişlər. Bunu əsas götürərək qazdan qeyriqanuni istifadə etdiyi əsası ilə xx.xx.2022-ci il tarixdə, ******* saylı akt tərtib etmişlər. Lakin qeyd etmək istəyir ki, o qaz borusu o daxil digər qonşularında evinin daxilindən keçir. Həmin qaz borusu sızıntı etdiyi üçün tikinti aparılan zaman həmin borunun çıxarılması ilə bağlı rəsmi qaydada qaz idarəsinə müraciət etsə də, onlar həmin borunun çıxarılması üçün ondan əlavə vəsait tələb etmişlər. Həmin borunun yeni artırılmış evlərin daxilində qalmasından qaz idarəsinin xəbəri olmuşdur. O, həmin borudan istifadə etməmişdir. Əyər qeyri-qanuni istifadə etsəydi, inzibati məsuliyyətə cəlb olunardı. Onlar qanunsuz olaraq ona qarşı akt tərtib etmişlər. Belə ki, baxış keçirilərkən heç bir qeyri-qanuni istifadə aşkar edilməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
6. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək onunla əsaslandırmışdır ki, X2 iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə və qaz sayğacına 11 dekabr 2022-ci il tarixində Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı abonent X2 evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. X2 qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bu hal aşkar olunan zaman abonent X4 haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 11 dekabr 2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 34560 m3 və ya 4147,20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Lakin abonent X4 iddia ərizəsində, mübahisələndirdiyi 11 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında ona hesablanmış 4147,20 manat məbləğində ziyanı silinməsini deyil, 4742,50 manat məbləğində pulun silinməsini xahiş etmişdir, bu da ziyan məbləğindən əlavə 594,80 manat məbləğində debitor borcun da silinməsi anlamına gəlir. İddiaçı X2 iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.
7. İddiaçı X4 iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnaməyə əsasən hesablanmış 4147,20 (dörd min bir yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-2146/2025 nömrəli qətnaməsi ilə (hakim N.Xəlilova) iddia təmin edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 4147,20 (dörd min bir yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablamış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. Adıçəkilən qanunvericilik aktlarında nəzərdə tutulduğu qaydada iş üzrə hər hansı inzibati araşdırma aparılmamışdır. Məhkəmə hesab edib ki, iddia təmin olunmalı, həmçinin məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.5, 4.8, 6.5-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, abonentin qaz xətlərinə və qaz sayğacına 11 dekabr 2022-ci il tarixində Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı abonent X2 evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. X2 qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bu hal aşkar olunan zaman abonent X4 haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbi qazdan istifadə Qaydalarının pozulması haqqında” 11 dekabr 2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 34560 m3 və ya 4147,20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Bu səbəbdən məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma haları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin işçiləri abonent X1 kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayiət olunmuşdur. X2 delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Quba Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. Məhkəmənin abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-yə dəymiş ziyanın heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun silməsi heç bir məntiqə uyğun gəlmir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun qeyri-qanuni qaz xətlərindən xəbərinin olmaması, həmin xətlərin kim tərəfindən çəkilməsindən məlumatının olmaması barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Belə çıxır ki, başqa bir şəxs abonent üçün qanunsuz qaz xətti çəkmiş, o da bundan xəbəri olmadan təbii qazdan qanunsuz istifadə etmişdir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi 1-ci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın silinməsi qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
16. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-2146/2025 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 2146/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış 4147,20 (dörd min bir yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində borcun əsassız hesablanması bildirərək həmin borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Azəriqaz” İstehsalat Birliyi ilə iddiaçı Fizzəxanım Rəhimova arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
23. İşdən yenə müəyyən edilib ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent X2 fərdi yaşayış evinə baxış keçirilmiş və sonuncunun ünvanında təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd olunub ki, təbii qazdan sayğacdan kənar, rezin boru ilə qeyri-qanuni istifadə edilmişdir.
24. Daha sonra buna müvafiq dəymiş ziyanın bərpasına dair 30 dekabr 2022-ci il tarixli təlabnamənin surətindən görünür ki, Quba şəhəri, 223-cü atıcı diviziya küçəsində yerləşən fərdi yaşayış evinə X2 **********00110 saylı abonent kodu üzrə 34560 m3 həcmində qaz itkisi hesablanmışdır. Müvafiq olaraq abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 4147,20 (dörd min bir yüz qırx yeddi manat iyirmi qəpik) manat borc hesablanmışdır.
25. Cavabdeh tərəfindən qeyd olunan akt əsasında iddiaçıya hesablanmış 4147,20 manat cərimə borcunun göstərilən əsasa uyğun olmadığı qənaətinə gələn məhkəmə bu borcun abonent hesabından silinməli olması nəticəsinə gəlmişdir ki, kollegiya işə baxan məhkəmənin qeyd olunan mövqeyini işin hallarına uyğun hesab edir.
26. İşdən müəyyən edilir ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 4147,20 (dörd min bir yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində vurulmuş ziyan hesablanmış, istehlakçı isə cavabdehin hesablamış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır.
27. Apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, cavabdeh iddiaçı tərəfindən yaşadığı mənzildə qaz sayğacından qeyri-qanuni istifadə edildiyini və bu faktın müəssisənin əməkdaşları tərəfindən ünvana baxış zamanı aşkarlandığını, nəticədə müvafiq akatların tərtib edildiyini, dəyən ziyanın isə məhz həmin aktlara uyğun hesablandığını bildirir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
29. Belə ki, yuxarıda istinad olunan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
30. Maddənin məzmunundan aydın olduğu kimi, həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
31. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı akt tərtib olunsa da, qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Bu səbəbdən qeyd olunan borc məbləğinin iddiaçının abonet hesabına itirilmiş qazın dəyəri kimi hesablanıb, ondan tələb edilməsi əsassız hesab edilməlidir.
32. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndini tətbiq edərək, iddiaçının hesablanmış borcun silinməsi ilə bağlı iddia tələbi əsaslı hesab edərək təmin etmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.
34. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-2146/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
35. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 402, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-2146/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.